تخطَّ إلى المحتوى
Nelum
قوانين أذربيجان

Presidential Decree No. 404 amending the Presidential Decree No. 106 on approval of Statute of Aggol National Park

صدر في 2014-12-15 · النص بتاريخ 2026-10-01

القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.

البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.

عن هذا القانون

العنوان الأصلي
Azərbaycan Respublikasının Ağgöl Milli Parkı haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 106 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı № 404.
اللغة
Azerbaijani
النوع
لائحة
الدولة
أذربيجان
الموضوعات
Environment, Wild species and ecosystems
الكلمات المفتاحية
protected area, soil conservation/soil improvement, water conservation zone, ecosystem conservation, national parks, protection of environment, hygiene/sanitary procedures

أين تقرؤه

    لا يوجد رابط مصدر مسجل لهذا القانون.

النص

نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.

  1. "Azərbaycan Respublikasında yaradılmış milli parkların əsasnamələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 106 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında yaradılmış milli parkların əsasnamələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 106 nömrəli Fərmanını "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 924-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram: "Azərbaycan Respublikasında yaradılmış milli parkların əsasnamələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 106 nömrəliFərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddələr 614, 625; 2005, № 8, maddə 715; 2007, № 11, maddə 1110; 2008, № 6, maddə 500; 2010, № 2, maddə 86) ilə təsdiq edilmiş: 3. "Azərbaycan Respublikasının Ağgöl Milli Parkı haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin: 3.1. 1.8-ci bənd aşağıdakı redaksiyada verilsin: "1.8. Milli Parkın torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə onun sanitariya-mühafizə zonaları müəyyən edilir. Milli Parkın sanitariya-mühafizə zonalarının müəyyən edilməsi və həmin zonaların mühafizə rejimi "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsi ilə tənzimlənir."; 3.2. 3.8-ci bənddə "hüquqları" sözü "vəzifələri" sözü ilə əvəz edilsin; 3.3. 3.8.2-ci yarımbənddə "müvafiq qanunvericiliyə və xüsusi mühafizənin hüquqi rejiminə zidd olan fiziki və hüquqi şəxslərin" sözləri "və sanitariya-mühafizə zonasında fiziki və hüquqi şəxslərin "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununa və mühafizə rejiminə zidd olan" sözləri ilə əvəz edilsin; http://e-qanun.az/framework/5467 3.4. 3.8.4-cü yarımbənddə "mühafizə zonasında" sözləri "sanitariya mühafizə zonasında" sözləri ilə əvəz edilsin, "və digər tədbirlər görmək" sözləri çıxarılsın. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 15 dekabr 2014-cü il № 404

Presidential Decree No. 404 amending the Presidential Decree No. 106 on approval of Statute of Aggol National Park · Nelum