Presidential Decree No. 402 amending the Presidential Decree No. 531 on approval of the statute of nature and biosphere reserves
صدر في 2014-12-15 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- “Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 531 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı № 402.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Environment, Wild species and ecosystems
- الكلمات المفتاحية
- biosphere reserves, ecosystem conservation, protected area, risk assessment/management, soil conservation/soil improvement, water conservation zone, management/conservation, hygiene/sanitary procedures, protection of environment
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
“Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 531 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 531 nömrəli Fərmanını “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 924-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram: “Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 531 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 468; 2008, № 6, maddə 500) ilə təsdiq edilmiş: 1. “Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin: 1.1. 3.3-cü bənd aşağıdakı redaksiyada verilsin: “3.3. Dövlət təbiət və biosfer qoruqlarının torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə onların sanitariya-mühafizə zonaları müəyyən edilir. Dövlət təbiət və biosfer qoruqlarının sanitariya-mühafizə zonalarının müəyyən edilməsi və həmin zonaların mühafizə rejimi “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsi ilə tənzimlənir.”; 1.2. 6.2-ci bənddə “hüquqları” sözü “vəzifələri” sözü ilə əvəz edilsin; 1.3. 6.2.1-ci yarımbənddə “mühafizə zonasında” sözləri “sanitariya mühafizə zonasında” sözləri ilə, “nəqliyyat vasitələrini saxlamaq, qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “Azərbaycan http://e-qanun.az/framework/4379 Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq,” sözləri ilə əvəz edilsin; 1.4. 6.2.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin: “6.2.2. dövlət təbiət və biosfer qoruğu ərazisində və onun sanitariya mühafizə zonasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməli törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək;”; 1.5. 6.2.3-cü yarımbənddən “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri çıxarılsın; 1.6. 6.2.4-cü yarımbənddə “mühafizə zonasında” sözləri “sanitariya mühafizə zonasında” sözləri ilə əvəz edilsin, “və digər tədbirlər görmək” sözləri çıxarılsın. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 15 dekabr 2014-cü il № 402