Presidential Decree No. 386 on state practice in the field of import and export of ozone-depleting substances
صدر في 2006-03-29 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- Ozondağıdıcı maddələrin idxalı və ixracı sahəsində dövlət tənzimlənməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmani № 386.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Environment
- الكلمات المفتاحية
- ozone layer, hazardous substances, inspection, institution, international agreement-implementation, international trade, governance
- الفئات
- *
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
Ozondağıdıcı maddələrin idxalı və ixracı sahəsində dövlət tənzimlənməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI Azərbaycan Respublikasının qoşulduğu “Ozon qatının qorunması haqqında” Vyana Konvensiyasının “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu”nun 4-cü maddəsinə uyğun olaraq qərara alıram: 1. Müəyyən edilsin ki, “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin həmin Protokolun Tərəfi (iştirakçısı) olmayan dövlətlərdən Azərbaycan Respublikasına idxalı və Azərbaycan Respublikasından bu Protokolun Tərəfi (iştirakçısı) olmayan dövlətlərə ixracı qadağandır. 2. Azərbaycan Respublikası Prezidentinin “Ozondağıdıcı maddələrlə əlaqədar idxal-ixrac fəaliyyətinin dövlət tənzimlənməsi haqqında” 2001-ci il 21 dekabr tarixli 608 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 754; 2003-cü il, № 10, maddə 585) 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası üzrə kodları və adları göstərilməklə siyahısını iki ay müddətində hazırlayıb təsdiq etsin; 3.2. müvafiq dövlət orqanları ilə birlikdə ozondağıdıcı maddələrin idxalı və ixracı sahəsində dövlət tənzimlənməsinin icrasını təmin edən zəruri tədbirləri həyata keçirsin; 3.3. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 29 mart 2006-cı il № 386