تخطَّ إلى المحتوى
Nelum
قوانين أذربيجان

Presidential Decree No. 372 on measures for improvement in the sphere of amelioration and water management

صدر في 2006-02-23 · النص بتاريخ 2026-10-01

القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.

البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.

عن هذا القانون

العنوان الأصلي
Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı № 372.
اللغة
Azerbaijani
النوع
لائحة
الدولة
أذربيجان
الموضوعات
Agricultural and rural development, Water
الكلمات المفتاحية
drainage/land reclamation, institution, irrigation, governance, sustainable development

أين تقرؤه

    لا يوجد رابط مصدر مسجل لهذا القانون.

النص

نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.

  1. Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI Azərbaycan Respublikasında uzun illər ərzində aparılan böyük quruculuq işləri nəticəsində irimiqyaslı meliorasiya və su təsərrüfatı sistemləri və qurğuları tikilib istismara verilmiş, çoxsahəli meliorasiya və su təsərrüfatı kompleksi yaradılmışdır. Bununla belə, müasir dövrdə ölkənin dinamik sosial-iqtisadi inkişafı bu sahədə iqtisadi münasibətlərin təkmilləşdirilməsini, dövlət idarəetməsinin və təsərrüfat fəaliyyətinin bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq həyata keçirilməsini tələb edir. Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmə sistemini təkmilləşdirmək, su ehtiyatlarından istifadənin səmərəsini artırmaq, torpaqların meliorasiyası və irriqasiyası ilə bağlı işlərin təşkilini yaxşılaşdırmaq məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin əsasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yaradılsın. 2. Müəyyən edilsin ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərən, torpaqların su təminatını həyata keçirən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil edən, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən səhmləri dövlətə məxsus səhmdar cəmiyyətidir. 2-1. Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin: [1] 2-1.1. Azərbaycan Respublikasının Prezidentinə: 2-1.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi; 2-1.1.2. Cəmiyyətin sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi. 2-1.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə: 2-1.2.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi; 2-1.2.2. Cəmiyyətin inkişafı strategiyasının müəyyən edilməsi; 2-1.2.3. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi; 2-1.2.4. Cəmiyyətin sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi; 2-1.2.5. Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi; 2-1.2.6. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri http://www.e-qanun.az/alpidata/framework/data/11/c f 11647.htm# edn1 Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi; 2-1.2.7. bu Fərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli. 2-1.3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə: 2-1.3.1. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi.[2] 3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: 3.1. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin layihəsini hazırlayıb razılaşdırmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.2. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.3. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 23 fevral 2006-cı il № 372 İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 26 fevral 2016-cı il tarixli 802 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 mart 2016-cı il, № 52; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 266) 2. 23 iyun 2016-cı il tarixli 952 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1048) FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI http://www.e-qanun.az/alpidata/framework/data/11/c f 11647.htm# edn2 http://e-qanun.az/framework/32285 http://e-qanun.az/framework/33227 [1] 26 fevral 2016-cı il tarixli 802 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 mart 2016-cı il, № 52; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 266) ilə yeni məzmunda 2-1-ci hissə əlavə edilmişdir. [2] 23 iyun 2016-cı il tarixli 952 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1048) ilə 2-1.2.5-ci yarımbəndi və 2-1.3-cü bəndi ləğv edilmişdir. http://www.e-qanun.az/alpidata/framework/data/11/c f 11647.htm# ednref1 http://e-qanun.az/framework/32285 http://www.e-qanun.az/alpidata/framework/data/11/c f 11647.htm# ednref2 http://e-qanun.az/framework/33227

Presidential Decree No. 372 on measures for improvement in the sphere of amelioration and water management · Nelum