Presidential Decree No. 310 on measures to improve issuance of special permits
صدر في 2000-03-28 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında Azərbaycan Respublikasi Prezidentinin Fərmani № 310.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Energy, Waste and hazardous substances
- الكلمات المفتاحية
- authorization/permit, business/industry/corporations, financing, institution, natural gas, oil, protection of environment, radiation, risk assessment/management, energy conservation/energy production, emissions, governance, waste management, waste prevention, oil pollution, pollution control, hazardous substances
- الفئات
- *, energy
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
1. (Qüvvədən düşüb) [1]
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müvafiq fəaliyyətlə məşğul olmaq üçün yaradılmış və büdcədən maliyyələşdirilən, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəssisə və ya təşkilatlar xüsusi razılıq (lisenziya) almadan bu fəaliyyət növləri ilə məşğul ola bilərlər.[2]
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin idxalı, ixracı və hazırlanması, hərbi silah və sursatların istehsalı və satışı, qiymətli daşların hasilatı, qızılın, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsullarının tullantılarının emalı, xüsusi əhəmiyyətli dövlət hakimiyyəti obyektlərinin qorunması, vətəndaşların təhlükəsizliyinin qorunması, radioaktiv, partlayıcı maddələrin və partlayıcı qurğuların istehsalı və satışı, qiymətli kağızların buraxılması üçün avadanlıqların istehsalı və istifadəsi, kosmik-peyk rabitə vasitələrinin, xüsusi məxfi rabitə vasitələrinin və şifrlərin istehsalı və istismarı dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri, dövlət mühafizə obyektlərinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən obyektlərin mühafizəsi, vətəndaşların təhlükəsizliyinin qorunması müvafiq dövlət orqanları tərəfindən həyata keçirilir. [3] Bu bənddə göstərilən fəaliyyət növlərinin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən dəqiqləşdirilir və təsdiq edilir.
4. Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 1997-ci il tarixli 543 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə"nin 8-ci bəndinin birinci abzasından sonra aşağıdakı məzmunda əlavələr edilsin: "Bank fəaliyyəti və valyuta əməliyyatlarının aparılması" fəaliyyəti üzrə lisenziyanın verilməsi qaydalarını Azərbaycan Respublikasının Milli Bankı təsdiq edir. Müəyyən edilsin ki, xüsusi razılıq (lisenziya) verilməsi qaydaları təsdiq olunduğu gündən 3 ay müddətində lisenziyalaşdırılan fəaliyyət növü üzrə sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslər lisenziya verən orqanlardan lisenziya almalıdırlar".
5. (Qüvvədən düşüb) [4]
6. (Qüvvədən düşüb) [5]
7. Azərbaycan Respublikasının Nazirlər Kabineti qüvvədə olan qanunvericiliyin bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini 15 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
8. Bu Fərman imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV Bakı şəhəri, 28 mart 2000-ci il № 310 İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) 2. 23 noyabr 2001-ci il tarixli 599 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 707) 3. 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 9, maddə 555) 4. 23 oktyabr 2003-cü il tarixli 963 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 568) 5. 10 dekabr 2004-cü il tarixli 158 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1004) 6. 16 dekabr 2005-ci il tarixli Fərman (“Azərbaycan” qəzeti, 17 dekabr 2005-ci il) 7. 16 dekabr 2005-ci il tarixli 335 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1104) 8. 23 noyabr 2007-ci il tarixli 658 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1106) 9. 31 yanvar 2008-ci il tarixli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008- ci il, № 1, maddə 7) 10. 21 oktyabr 2010-cu il tarixli 345 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 857) FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik [1] Toplusu, 2002-ci il, № 9, maddə 555) ilə 1-ci bənd qüvvədən düşmüş hesab edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
1. "Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli Fərmanının 3-cü bəndinə aşağıdakı məzmunda əlavələr edilsin: "fəaliyyət növü dövlət təhlükəsizliyinə təsir edir; fəaliyyət növü məhdud təbii ehtiyatlardan istifadəni nəzərdə tutur; fəaliyyət növü ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərə bilər". 21 oktyabr 2010-cu il tarixli 345 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan [2] Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 857) ilə 2-ci bəndində "və büdcədən maliyyələşdirilən" sözlərindən sonra ", habelə qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda" sözləri əlavə edilmişdir. 23 noyabr 2001-ci il tarixli 599 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik [3] Toplusu, 2001-ci il, № 11, maddə 707) ilə 3-cü bənddə "kosmik-peyk rabitə vasitələrinin" sözlərindən əvvəl "bütün lotereyaların (malların satışı və (və ya) xidmətlərin göstərilməsi ilə müşayiət olunan lotereyalar istisna olmaqla) buraxılması, təşkili və keçirilməsi" sözləri əlavə edilmişdir. 23 oktyabr 2003-cü il tarixli 963 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 568) ilə 3-cü bənddə "narkotik maddələrin dövriyyəsi, psixotrop maddələrin (siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilənlər istisna olmaqla)" sözləri "narkotik vasitələrin və Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin idxalı, ixracı və hazırlanması" sözləri ilə əvəz edilmişdir. 10 dekabr 2004-cü il tarixli 158 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1004) ilə 3-cü bənddən "bütün lotereyaların (malların satışı və (və ya) xidmətlərin göstərilməsi ilə müşayiət olunan lotereyalar istisna olmaqla) buraxılması, təşkili və keçirilməsi" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
3. Müəyyən edilsin ki, narkotik vasitələrin və Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin idxalı, ixracı və hazırlanması, hərbi silah və sursatların istehsalı və satışı, qızılın, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsullarının tullantılarının emalı, xüsusi əhəmiyyətli dövlət hakimiyyəti obyektlərinin qorunması, vətəndaşların təhlükəsizliyinin qorunması, radioaktiv, partlayıcı maddələrin və partlayıcı qurğuların istehsalı və satışı, qiymətli kağızların buraxılması üçün avadanlıqların istehsalı və istifadəsi, bütün lotereyaların (malların satışı və (və ya) xidmətlərin göstərilməsi ilə müşayiət olunan lotereyalar istisna olmaqla) buraxılması, təşkili və keçirilməsi kosmik-peyk rabitə vasitələrinin, xüsusi məxfi rabitə vasitələrinin və şifrlərin istehsalı və istismarı dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri tərəfindən həyata keçirilir. 16 dekabr 2005-ci il tarixli Fərman (“Azərbaycan” qəzeti, 17 dekabr 2005-ci il, № 292) ilə 3-cü bənddə "narkotik vasitələrin və Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan" sözləri "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və" sözləri ilə əvəz edilmişdir. 23 noyabr 2007-ci il tarixli 658 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1106) ilə 3-cü bəndində “xüsusi əhəmiyyətli dövlət hakimiyyəti obyektlərinin qorunması, vətəndaşların təhlükəsizliyinin qorunması,” sözləri çıxarılsın və “səhmdar cəmiyyətləri” sözlərindən sonra “, dövlət mühafizə obyektlərinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən obyektlərin mühafizəsi, vətəndaşların təhlükəsizliyinin qorunması müvafiq dövlət orqanları” sözləri əlavə edilmişdir. 31 yanvar 2008-ci il tarixli 703 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 7) ilə 3-cü bəndində "qızılın" sözündən əvvəl "qiymətli daşların hasilatı," sözləri əlavə edilmişdir. 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik [4] Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 5-ci bəndin ikinci abzasında "İqtisadiyyat Nazirliyi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir. 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 9, maddə 555) ilə 5-ci bənd qüvvədən düşmüş hesab edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
5. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının Siyahısı"na aşağıdakı məzmunda 73-cü bənd əlavə edilsin: "73. Əlvan metal tullantılarının - İqtisadi İnkişaf Nazirliyi" tədarükü, emalı və satışı 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik [5] Toplusu, 2002-ci il, № 9, maddə 555) ilə 6-cı bənd qüvvədən düşmüş hesab edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
6. Bu Fərmanın 3-cü bəndində göstərilən fəaliyyət növləri Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı"ndan çıxarılmış hesab edilsin.