تخطَّ إلى المحتوى
Nelum
قوانين أذربيجان

Ministerial Decree No. 94 on approval of the regulation on state land cadastre

صدر في 1999-06-07 · النص بتاريخ 2026-10-01

القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.

البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.

عن هذا القانون

العنوان الأصلي
“Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 94.
اللغة
Azerbaijani
النوع
لائحة
الدولة
أذربيجان
الموضوعات
Land and soil
الكلمات المفتاحية
cadastre/land registration, land tenure, land-use planning, land valuation, data collection/reporting, inspection, soil conservation/soil improvement, soil pollution/quality, survey/mapping, pollution control

أين تقرؤه

    لا يوجد رابط مصدر مسجل لهذا القانون.

النص

نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.

  1. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 113 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında Əsasnamə”, “Torpaqların texniki uçotunun aparılması Qaydaları”, “Torpaq-kadastr sənədlərinin aparılması Qaydaları”, “Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında Əsasnamə”, “Torpaqların monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə” və “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur). 2. Müəyyən edilsin ki, dövlət müəssisələrinin istifadəsində olan, habelə özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaqların texniki uçotu və yerquruluşu işləri Əmlak Məsələləri Dövlət Komitəsinin iştirakı ilə aparılır.[1] 3. “Dövlət torpaq kadastrının və torpaqların monitorinqinin aparılması qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 24 yanvar tarixli 34 nömrəli qərarı (7-ci bənd istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin. 4. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 7 iyun 1999-cu il № 94 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında ƏSASNAMƏ[2] http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5379.htm# edn1 http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5379.htm# edn2 1. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq, torpaqlardan istifadə edilməsinin hüquqi əsasları, növləri, torpaq mülkiyyətçiləri, istifadəçiləri və kateqoriyaları üzrə bölüşdürülməsi, torpaqların keyfiyyət xarakteristikası, habelə torpaqların bonitrovkası və iqtisadi qiymətləndirilməsi haqqında lazımi məlumat və sənədlər sistemini əks etdirən dövlət torpaq kadastrı aparılır. 2. Dövlət torpaq kadastrı respublikada vahid sistem üzrə aparılır və geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının dövlət kadastrı əsasında torpaq, geobotanika və digər axtarış-tədqiqatların aparılması, torpaq istifadəçiliyinin qeydiyyatı, torpaqların uçotu və qiymətləndirilməsi, eroziyaya uğraması, humusun itirilməsi, şorlaşması, şorakətləşməsi, bataqlaşması, təhlükəli maddələrlə çirklənməsi, habelə torpaqların münbitliyini səciyyələndirən göstəricilər kompleksi üzrə kənd təsərrüfatında istifadə edilən torpaqların mədəniləşdirilməsi dərəcəsinin dinamikası üzərində yerüstü səyyar, stasionar və kənardan idarə (aerokosmik) metodları kompleksindən istifadə ilə təmin edilir.[3] Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaqların tematik xəritələnməsi və onların vəziyyəti üzərində nəzarət Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində (bundan sonra - ƏMDK) təsdiq edilmiş metodika və proqramlar üzrə aparılır.[4] 3. ƏMDK və digər əlaqədar orqanlarla birlikdə:[5] torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin dövlət qeydiyyatı, torpaqların qiymətləndirilməsi, torpaq (torpaq-aqrokimya və torpaq meliorasiya axtarışları da daxil olmaqla), geobotanik və digər tədqiqat və axtarışlar aparılması, torpaqların vəziyyəti üzərində operativ müşahidə, habelə dövlət torpaq kadastrının aparılması üçün zəruri olan metodik göstəriş və təlimatlar işləyib hazırlayır və təsdiq edir;[6] torpaq ehtiyatlarının miqdarı, vəziyyəti və qiyməti barədə uzunmüddətli və operativ informasiyaya olan tələb və ehtiyacın sistematik öyrənilməsini həyata keçirir, dövlət torpaq kadastrının daim təkmilləşdirilməsi üzrə və yaranan xalq təsərrüfatı, təbiəti mühafizə ehtiyaclarına dair məlumatların torpaq kadastrı sənədlərinə daxil edilməsi üzrə tədbirlər görür; torpaq haqqında məlumatların sistemləşdirilməsini, öyrənilməsini və saxlanmasını, habelə dərc edilməsi zəruri olan dövlət torpaq kadastrı materiallarının nəşrini təmin edir. 4. Kadastr məlumatlarının dəqiqləşdirilməsi və yeniləşdirilməsi məqsədi ilə: a) mülkiyyət formasından asılı olmayaraq, bütün torpaq istifadəçiləri onların mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqların tərkibində baş verən dəyişikliklər barədə hər il yanvarın birinə müvafiq yerli icra hakimiyyəti orqanının kənd, qəsəbə və rayon tabeli şəhərlərdəki nümayəndəsinə və ya bələdiyyəyə, onlar isə öz növbəsində müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanına müəyyən edilmiş formada hesabat verirlər;[7] b) rayon (şəhər) icra hakimiyyəti orqanları öz inzibati ərazi hüdudunda torpaq sahələrinin kəmiyyət, keyfiyyət və istifadəsi üzrə hesabatı fevralın 20-dək, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti isə martın 1-dək təsdiq edərək, ƏMDK nə təqdim edirlər;[8] http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5379.htm# edn3 http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5379.htm# edn4 http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5379.htm# edn5 http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5379.htm# edn6 http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5379.htm# edn7 http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5379.htm# edn8 c) ƏMDK rayonlar, rayon və respublika tabeli şəhərlər, Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikası üzrə torpaqların kəmiyyəti, keyfiyyəti və onlardan istifadə haqqında (yanvarın 1-nə olan vəziyyət üzrə) hesabat tərtib edir. Həmin hesabatlara aşağıdakılar daxil edilir: ümumi torpaq sahələrinin (o cümlədən suvarılan torpaqlar haqqında) kəmiyyəti və onlarda baş verən dəyişikliklər, onların növləri, torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi haqqında məlumatlar, habelə torpaqdan istifadə hüququna xitam verilmiş hüquqi və fiziki şəxslərin torpaqlarının əvvəlki istifadəçisinə qaytarılması, istifadə edilməyən, səmərəsiz istifadə edilən və təyinatı üzrə istifadə edilməyən torpaqların geri alınması, ötən ildə dövlət və ictimai ehtiyaclar üçün ayrılmış və rekultivasiya edilmiş torpaqlar haqqında məlumatlar; qanunvericiliyə müvafiq olaraq torpaq sahələrinin alqı-satqısı, nizamnamə (pay) fonduna verilməsi, girov qoyulması (ipotekası), dəyişdirilməsi, bağışlanması, vərəsəlik qaydasında başqasına keçməsi, istifadə və icarə hüquqlarının başqasına keçməsi, habelə torpaq sahələrinə qoyulmuş servitutlar və digər öhdəliklər barədə məlumatlar; beş ildə bir dəfə torpaq vergisinin, icarə haqqının və torpaqların normativ qiymətinin hesablanması üçün lazım olan məlumatlar.[9] Torpaqların kəmiyyəti, keyfiyyəti və onlardan istifadə haqqında hesabatlar torpaq qanunvericiliyində müəyyən edilmiş qaydada baxılır və təsdiq edilir. 5. ƏMDK torpaqların kəmiyyəti, keyfiyyəti və onlardan istifadə barədə ayrı-ayrı rayonlar, respublika tabeli şəhərlər və Naxçıvan Muxtar Respublikası üzrə ümumi hesabatı hər il aprelin 30-dək öz kollegiya iclasında təsdiq edərək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Dövlət Statistika Komitəsinə təqdim edir. Dövlət torpaq kadastrının aparılması prosesini tənzimləyən texniki (forma və ona əlavələr) sənədlərin nümunələri ƏMDK tərəfindən təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5379.htm# edn9

Ministerial Decree No. 94 on approval of the regulation on state land cadastre · Nelum