Ministerial Decree No. 93 on upgrading environmental information through public communication instruments
صدر في 2003-06-25 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- “Ətraf mühitə dair elektron məlumat bankında olan açıq informasiyanın ümumi rabitə vasitələri ilə artırılması Qaydası nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 93.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Environment
- الكلمات المفتاحية
- access-to-information, capacity building, data collection/reporting, local government
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
"Ətraf mühitə dair elektron məlumat bankında olan açıq informasiyanın ümumi rabitə vasitələri ilə artırılması Qaydası"nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 18 aprel tarixli, 689 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Ətraf mühitə dair elektron məlumat bankında olan açıq informasiyanın ümumi rabitə vasitələri ilə artırılması Qaydası" təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 25 iyul 2003-cü il № 93 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 25 iyul tarixli, 93 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Ətraf mühitə dair elektron məlumat bankında olan açıq informasiyanın ümumi rabitə vasitələri ilə artırılması QAYDASI 1. ÜMUMİ MÜDDƏALAR 1.1. Bu Qayda "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 18 aprel tarixli, 689 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ətraf mühitə dair elektron məlumat bankında olan açıq informasiyanın ümumi rabitə vasitələri ilə artırılması qaydasını müəyyən edir. 1.2. Ətraf mühitə dair elektron məlumat bankında olan açıq informasiyanın ümumi rabitə vasitələri ilə artırılmasının məqsədi ətraf mühitin vəziyyəti barədə ictimaiyyətin, informasiya istifadəçilərinin (subyektlərinin) informasiya almaq hüquqlarını təmin etmək üçün onların bu sahədə imkanlarını genişləndirməkdən və sadələşdirməkdən ibarətdir. 1.3. Elektron məlumat bankında olan ətraf mühitə dair aşağıdakı açıq informasiyalar ümumi rabitə vasitələri ilə artırıla bilər: ətraf mühitin vəziyyətinə dair hesabatlar və milli məruzələr; ətraf mühit məsələləri ilə bağlı qanunvericilik və digər normativ hüquqi aktların mətnləri; ekoloji strategiya və siyasətə dair sənədlər, habelə ətraf mühitin mühafizəsi üzrə proqramlar və fəaliyyət planları; beynəlxalq konvensiyalar, protokollar və digər sənədlər; ətraf mühitin mühafizəsi sahəsində sazişlər və sairə. 2. ƏTRAF MÜHİTƏ DAİR ELEKTRON MƏLUMAT BANKINDA OLAN AÇIQ İNFORMASİYANIN ÜMUMİ RABİTƏ VASİTƏLƏRİ İLƏ ARTIRILMASI 2.1. Ətraf mühitə dair informasiya obyektlərinin siyahısına daxil edilmiş dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları kütləvi informasiya vasitələrində ətraf mühitə dair vaxtaşırı verilən məlumatların vahid formasını müəyyən edirlər. 2.2. Ətraf mühitə dair elektron məlumat bankında açıq informasiyaya malik dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları əhalinin informasiya almaq hüququnu nəzərə alaraq həmin informasiyaların əldə edilməsi imkanlarını müntəzəm olaraq artırmalıdırlar. 2.3. Ətraf mühitə dair elektron məlumat bankında açıq informasiyaya malik və onların artırılmasında səlahiyyətli olan dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları həmin informasiyanı mütəmadi olaraq kütləvi informasiya vasitələri, elektron və digər ümumi rabitə vasitələri ilə ictimaiyyətə açıqlamalıdırlar. 2.4. Ətraf mühitə dair informasiya obyektlərinin siyahısına daxil edilmiş dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, malik olduqları açıq informasiyanın kəmiyyətcə və keyfiyyətcə artırılmasını, yəni elektron məlumat bankında olan mövcud informasiyaya yeni məlumatlar və yeni tipli informasiyalar əlavə etməklə onun yeniləşdirilməsini, zənginləşdirilməsini və həcminin genişləndirilməsini təmin edirlər. 3. ƏTRAF MÜHİTƏ DAİR AÇIQ İNFORMASİYANIN ÜMUMİ RABİTƏ VASİTƏLƏRİ İLƏ ARTIRILMASI MÜDDƏTLƏRİ 3.1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ətraf mühitin vəziyyətinə dair milli məruzələr üç ildə bir dəfədən az olmayaraq kütləvi informasiya vasitələri və elektron informasiya vasitələri ilə artırılır. 3.2. Ətraf mühitə dair informasiya obyektlərinin siyahısına daxil edilmiş dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən ildə bir dəfədən az olmayaraq ətraf mühitin vəziyyətinə dair hesabatlar tərtib edilir və onlar ictimaiyyət üçün açıq olan elektron məlumat bankına daxil edilir. 3.3. Ətraf mühitə dair informasiya obyektləri ətraf mühitin keyfiyyəti və çirklənməsi barədə məlumatları üç ildə bir dəfədən az olmayaraq kütləvi informasiya vasitələrində dərc etdirirlər və ümumi rabitə vasitələri ilə artırırlar. 3.4. Ətraf mühitə dair informasiyanın növündən, toplanma xüsusiyyətindən və ictimaiyyət üçün əhəmiyyətindən asılı olaraq müəyyən dövrilik (gündəlik, aylıq, rüblük, yarımillik, illik və s.) üzrə tərtib edilmiş hesabatlar, həmin dövriliyə uyğun olaraq ümumi rabitə vasitələri ilə artırıla bilər. 3.5. Elan edilməməsi və ya vaxtında elan edilməməsi ətraf mühitə mənfi təsir edə biləcək və ətraf mühitin mühafizəsi sistemlərinin pozulmasına səbəb ola biləcək, habelə əhalinin sağlamlığına ziyan vura biləcək məlumatlar ətraf mühitə dair informasiya obyektləri tərəfindən ümumi rabitə vasitələri ilə dərhal artırılır.