Ministerial Decree No. 83 on the fund of conservation and reproduction of forests
صدر في 1999-05-21 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondunun istifadə Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 83.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Forestry
- الكلمات المفتاحية
- afforestation/reforestation, financing, forest management/forest conservation, forestry protection measures, monitoring, policy/planning, recreational forest, risk assessment/management, special fund, sustainable development
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondunun istifadə Qaydalarının təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondunun istifadə Qaydaları" təsdiq edilsin (əlavə olunur)". 2. "Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 27 dekabr tarixli 636 nömrəli qərarının 3-cü bəndi və "Meşələrin qorunub saxlanılması və təkrar istehsalı" Respublika fondunun Əsasnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 18 may tarixli 199 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin. 3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 21 may 1999-cu il № 83 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 may tarixli 83 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondunun istifadə QAYDALARI 1. Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu (bundan sonra Fond adlandırılır) Azərbaycan Respublikası meşələrinin bərpasının, mühafizəsinin və qorunmasının, meşə təsərrüfatı istehsalının digər tədbirlərinin, habelə meşə təsərrüfatının inkişafı proqramlarının maliyyələşdirilməsini təmin etmək məqsədilə yaradılmışdır və onun maliyyə mənbələri meşə gəlirlərindən, meşə təsərrüfatına ictimai yardımlardan və digər vəsaitlərdən ibarətdir. 2. Meşə gəlirinin tərkibinə aşağıdakılar daxil olunur: müqavilə ilə istifadəyə verilmiş meşə ehtiyatlarına görə alınan vəsait (oduncaq tədarükü istisna olunmaqla); meşəqırma bileti və order əsasında köküstə buraxılan oduncağa, habelə istifadə üçün yararlı olan, külək və tufan yıxan oduncağa, ikinci dərəcəli meşə ehtiyatlarının tədarükünə görə alınan vəsait; meşədən əlavə istifadəyə görə daxil olan məbləğlər; respublika meşələrində müsadirə (sekvestr) edilmiş, habelə sahibi məlum olmayan oduncağın, meşə materiallarının, ikinci dərəcəli meşə ehtiyatlarının, meşədən əlavə istifadəyə görə tədarük edilmiş məhsulların satışından daxil olan vəsait; oduncağın və ikinci dərəcəli meşə ehtiyatlarının tədarükü və daşınma müddətinin uzadılmasına, habelə meşə gəlirinin vaxtında ödənilməməsi üçün hesablanan peniyalar; Azərbaycan Respublikasının meşələrində köküstü oduncaq buraxılışı qaydalarının pozulmasına görə ödənilən cərimələr; meşə qanunvericiliyinin pozulmasına görə meşə fonduna dəyən ziyanın hüquqi və fiziki şəxslər tərəfindən ödənilən məbləğlər; meşə fondu torpaqlarının birdəfəlik kənarlaşdırılması ilə bağlı olan ödəmələr; meşə təsərrüfatına dəyən zərər və itkilərə görə ödəmələr; sair daxilolmalar. 3. Fondun vəsaitləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilən aşağıdakı istiqamətlərə sərf olunur: meşələrin mühafizəsinə və qorunmasına; meşələrin bərpasına və meşəsalma işlərinə; ərazinin ekoloji cəhətdən sağlamlaşdırılmasına; meşələrin monitorinqinə, meşə təsərrüfatı sahəsində aparılan elmi-tədqiqat və layihə axtarış işlərinə (meşə quruluşu, torpaqların inventarizasiyası, meşə fondunun uçotu); turizm və rekreasiya xidməti üçün sahələrin yaradılmasına, bu sahənin inkişafına sərf olunan digər xərclərə;[1] meşə təsərrüfatının idarə edilməsi və aparılması ilə bağlı olan tədbirlərin maliyyələşdirilməsinə, o cümlədən qanunvericilikdə nəzərdə tutulan qaydada əlavə əmək haqqının və mükafatların verilməsinə; meşələrin bərpasının, mühafizəsinin və qorunmasının, meşə təsərrüfatı istehsalının digər tədbirlərinin maliyyələşdirilməsinə; meşə təsərrüfatının inkişafı proqramlarında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinə. 4. Fondun maliyyə vəsaitləri müvafiq rayonlarda fəaliyyət göstərən meşə təsərrüfatı müəssisələri tərəfindən əldə edilir və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi qayda üzrə yerli xəzinədarlıq orqanlarında açılmış cari hesablara toplanılır. Fonda toplanmış vəsaitin sərf edilməsi mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilir. 5. Respublika meşələrinin ərazi üzrə bərabər paylanmadığını və bununla əlaqədar meşə təsərrüfatları tərəfindən əldə olunan vəsaitin Fondda rayonlar üzrə kəskin fərqləndiyini nəzərə alaraq və əldə olunan vəsaitləri daha səmərəli istifadə etmək məqsədilə Fond daxilində onların bir qismi mərkəzləşdirilmiş qaydada bölüşdürülə bilər. Bu bölüşdürmə Fonda toplanan vəsaitin məbləğindən və meşə təsərrüfatı istehsalı (büdcə fəaliyyəti) üzrə olan xərclərdən asılı olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən olunmuş normativlər əsasında həyata keçirilir. 6. Fond daxilində mərkəzləşdirilmiş qaydada maliyyə əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ona xidmət edən xəzinədarlıq orqanlarında Fond üzrə cari hesabı açılır. 7. Fondun vəsaitlərinin formalaşdırılması və sərf edilməsi üzərində nəzarət müvafiq qaydada Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. 8. Fondun vəsaitlərinin formalaşdırılması və istifadə edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq hesabat təqdim edir. [2] 9. Fondun ilin axırına istifadə olunmamış vəsaiti toxunulmaz qalır və həmin vəsait növbəti ildə fondun gəlirlərinə daxil edilərək bu Qaydalar əsasında istifadə edilir. http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3177.htm# edn1 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3177.htm# edn2 İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) 25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132) QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132) ilə 3-cü bəndinin altıncı abzasında «rekreasiya» sözündən əvvəl «turizm və» sözləri əlavə edilmişdir. [2] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Meşələrin qorunub saxlanılması və təkrar istehsalı fondunun istifadə Qaydaları"nın 5-8-ci bəndlərində "Azərbmeşə" İstehsalat Birliyi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir. http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3177.htm# ednref1 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3177.htm# ednref2