Ministerial Decree No. 79 on approval of rules regarding conservation, recovery and use of lands affected by radioactive and chemical contamination
صدر في 2000-05-01 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- “Radioaktiv və kimyəvi çirklənməyə və məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və istifadəsi Qaydalarının təsdiq edilmesi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 79.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Land and soil
- الكلمات المفتاحية
- agricultural land, classification/declassification, hazardous substances, protection of environment, radiation, risk assessment/management, soil conservation/soil improvement, soil pollution/quality, soil rehabilitation, waste domestic sources, special fund, emissions, pollution control, waste management
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli, 176 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Radioaktiv və kimyəvi çirklənməyə və məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və istifadəsi Qaydaları", "Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası" və "Torpaqların zonalaşdırılmasının ümumi əsasları və prinsipləri" təsdiq edilsin (əlavə olunur). (Çıxarılıb)[1] 3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 1 may 2000-ci il № 79 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli, 79 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və istifadəsi QAYDALARI[2] Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan Respublikası ərazisində radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və istifadəsi qaydasını müəyyən edir. 1. Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış, insanların sağlamlığına təhlükə yarada bilən, habelə məhsul istehsalı üçün sanitar tələblərə cavab verməyən torpaqlar müvafiq yerli icra hakimiyyətlərinin və bələdiyyələrin qərarı ilə təsərrüfat dövriyyəsindən müvəqqəti çıxarılaraq, konservasiya olunur və bərpa edilməsi üçün ehtiyat torpaq fonduna keçirilir. Sağlamlaşdırılan torpaq sahələriƏmlak Məsələləri Dövlət Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin, Səhiyyə http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 70.htm# edn1 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 70.htm# edn2 Nazirliyinin və digər əlaqədar təşkilatların mütəxəssislərindən ibarət ekspert qrupunun rəyinə əsasən həmin torpaqları təsərrüfat dövriyyəsindən çıxaran orqanların qərarı ilə əvvəlki istifadəçilərinə qaytarılır və təyinatına uyğun olaraq istifadə edilir.[3] 2. Bütün növ torpaqlarda radioaktiv maddələrin miqdarının çox olması həm təbii mənşəli radioaktiv maddələrlə, həm də texnogen xarakterli mənbələrlə əlaqədardır. Torpaqlarda radioaktivliyin normadan çox olmasına səbəb mənşəcə təbii və süni radioaktiv elementlər ola bilər. 3. Torpaqların kimyəvi maddələrlə çirklənməsinin əsas mənbələri kənd təsərrüfatında bitkilərin mühafizəsində istifadə olunan zəhərli kimyəvi maddələr, eyni zamanda mineral gübrələr, sənaye, məişət və sair xarakterli çirkablı sular və tullantılardır. 4. Radioaktiv və kimyəvi çirklənmə zamanı radionuklidlərin radiasiya təhlükəliliyi, onların yarımparçalanma dövrü, kimyəvi maddənin toksikliyi, torpaqda parçalanma müddəti və s. nəzərə alınmalıdır. Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaq sahələri çirklənmə dərəcəsi və xarakterinə görə aşağıdakı qruplara bölünür: a) çirklənmə dərəcəsi mövcud normaların son həddinin 1.0—2.0 misli qədər olan təhlükə ehtimallı sahələr. Bu sahələrdə canlı orqanizmlərin yaşaması və fəaliyyəti xüsusi sanitar və gigiyenik normativlərlə, həmçinin otlaq sahələrində həmin maddələrin dövranını ev heyvanlarından alınan ət və süd məhsullarının tərkibindəki miqdarı ilə müəyyənləşdirilir. Kənd təsərrüfatı üçün istifadəsi qeyri-mümkün olan torpaq sahələrini xüsusi çəpər və ya göstərici işarələr vasitəsi ilə izolə etmək lazımdır. b) çirklənmə dərəcəsi mövcud normaların son həddinin 2.0 mislindən çox olan təhlükəli torpaq sahələri. Bu sahələrdə təmas yalnız xüsusi sanitar-gigiyenik normativlərlə məhdudlaşır. Belə sahələr ətraf mühitdən tamamilə izolə edilməlidir. 5. Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və onların bərpası mülkiyyət formasından asılı olmayaraq bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. 6. Radioaktiv və kimyəvi çirklənmiş torpaq sahələrinin müəyyən edilməsi ilkin elmi texniki ekspertiza nəticələri əsasında Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və öz səlahiyyətləri daxilində digər əlaqədar təşkilatlar tərəfindən həyata keçirilir.[4] 7. Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaq sahələrinin çirklənmə dərəcəsi, çirklənmə mənşəyi, tərkibi, əsas torpaq kütləsi ilə əlaqə forması, aqreqat, fiziki kimyəvi xüsusiyyətləri, dərin qatlara və yer səthinə zərərli təsirin məsafədən asılılıq qanunauyğunluqlarının müəyyən edilməsi xüsusi yüksək ixtisaslı mütəxəssislər tərəfindən elmi tədqiqat işləri nəticəsində həyata keçirilir. 8. Radioaktiv elementlərlə çirklənmiş torpaq sahələrinin çirklənmə dərəcəsi, torpaq qatının çirklənməsi dərinliyindən, torpağın tipi, növü, geomineraloji və ətraf mühitin coğrafi xüsusiyyətlərindən asılı olaraq konservasiya və bərpa işləri aşağıdakı qaydada həyata keçirilir: a) təhlükə ehtimalı torpaq sahələrində çirklənməyə təbii radioaktiv izotoplar səbəb olduqda, həmin sahələrdə təsərrüfat fəaliyyəti və təmas üçün xüsusi qaydalar müəyyən olunur. Bu sahələrdə radioaktiv maddələrin tərkibi, aqreqat halı, ionlaşdırıcı şüaların http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 70.htm# edn3 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 70.htm# edn4 mənşəyi və intensivliyi müəyyən edilir. İlk növbədə çirklənmə dərəcəsinin artmasının qarşısının alınması və sonrakı çirklənmənin azalmasına yönəlmiş elmi-texniki işlər aparılır; b) təhlükəli torpaq sahələrində çirklənmə zonaları mütləq ətraf mühitdən izolə edilməlidir. Çirklənmə mənbəyinin xarakteri, tərkibi və şüa növü tədqiq olunaraq ətraf mühitə təhlükə ehtimalını müvəqqəti azaltmaq üçün işçi planı hazırlanıb yerinə yetirilməlidir. Sonralar isə əsaslı təmizləmə və radioaktiv dezaktivasiya texnologiyası əsasında tədbirlər planı yerinə yetirilməlidir. 9. Radioaktiv və kimyəvi çirklənməyə məruz qalma təhlükəsi gözlənilən sənaye obyektlərində həmin obyektlərin yerləşdiyi və qonşu torpaq sahələrində çirklənmə zonasının hüdudlarından asılı olaraq uzunmüddətli monitorinq müşahidə məntəqələri yaradılmalıdır. 10. İstehsal prosesi zamanı torpaqda radioaktiv və kimyəvi çirklənmə halları müşahidə edildikdə həmin torpaq sahələrində xüsusi cari sağlamlaşdırma tədbirləri həyata keçirilir, bu tədbirlərin tətbiqi müsbət nəticələr vermədikdə istehsal prosesi dayandırılır və torpaq sahələri təsərrüfat dövriyyəsindən çıxarılaraq konservasiya edilir. 11. İstehsal prosesi zamanı fiziki və hüquqi şəxslərin səhlənkarlığı nəticəsində radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi və sağlamlaşdırılması işlərinin dəyəri təqsirkar şəxslər tərəfindən ödənilir. 12. Təbii fəlakət və fövqəladə hallar nəticəsində dövlət mülkiyyətində olan obyektlərdə baş verən qəza və eləcə də digər mənbələrin tullantıları ilə radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması işlərinin dəyəri müəyyən olunmuş qaydada dövlət büdcəsindən ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli, 79 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR