تخطَّ إلى المحتوى
Nelum
قوانين أذربيجان

Ministerial Decree No. 75 on advisory board for ecological education and awareness

صدر في 2003-06-02 · النص بتاريخ 2026-10-01

القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.

البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.

عن هذا القانون

العنوان الأصلي
Ekoloji təhsil və maarifləndirmə üzrə məsləhət şuraları haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin Qərari № 75.
اللغة
Azerbaijani
النوع
لائحة
الدولة
أذربيجان
الموضوعات
Environment
الكلمات المفتاحية
capacity building, education, institution, local government, governance, protection of environment

أين تقرؤه

    لا يوجد رابط مصدر مسجل لهذا القانون.

النص

نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.

  1. “Ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramlarının tərtib edilməsi Qaydaları”nın və “Ekoloji təhsil və maarifləndirmə üzrə məsləhət şuraları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 yanvar tarixli 847 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramlarının tərtib edilməsi Qaydaları” və “Ekoloji təhsil və maarifləndirmə üzrə məsləhət şuraları haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 2 iyun 2003-cü il № 75 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 75 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Ekolojİ təhsil və maarifləndirmə üzrə məsləhət şuraları haqqında Ə S A S N A M Ə I. Ümumi müddəalar 1.1. Bu Əsasnamə “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 yanvar tarixli 847 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və ekoloji təhsil və maarifləndirmə üzrə məsləhət şuralarının fəaliyyətini tənzimləyir. 1.2. Ekoloji təhsil və maarifləndirmə üzrə məsləhət şuraları (bundan sonra – məsləhət şurası) ekoloji təhsilin və maarifləndirmənin təşkili və icrası ilə məşğul olan müvafiq hüquqi şəxslərin, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının nəzdində yaradılır. 1.3. Məsləhət şurası daimi fəaliyyət göstərən məşvərətçi orqandır və öz işini kollegiallıq və aşkarlıq prinsipləri əsasında qəbul etdiyi qərarlara uyğun qurur. Məsləhət şurasının qərarları tövsiyə xarakteri daşıyır. 1.4. Məsləhət şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu, təhsil və ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və digər normativ hüquqi aktları, tabe olduqları hüquqi şəxslərin, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının qərarlarını, bu Əsasnaməni rəhbər tutur və Ekoloji Təhsil və Maarifləndirmə üzrə Sahələrarası Komissiyanın tövsiyələrini nəzərə alır. II. Məsləhət şurasının məqsədi 2.1. Məsləhət şurasının məqsədi aşağıdakılardır: 2.1.1. ekoloji təhsil və maarifləndirmə sahəsində hüquqi və fiziki şəxsləri ekoloji təhsil, ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə məsələləri üzrə məlumatlandırmaq, onlara elmi-metodiki məsləhətlər vermək; 2.1.2. Azərbaycan Respublikasında ekoloji təhsilin və maarifləndirmənin inkişafı məsələlərinə dair təkliflər hazırlamaq. III. Məsləhət şurasının funksiyaları 3.1. Məsləhət şurasının funksiyalarına aşağıdakılar daxildir: 3.1.1. Azərbaycan Respublikasında ekoloji təhsil və maarifləndirmə sisteminin davamlı inkişafının təmin edilməsi məsələləri üzrə layihələr, tövsiyələr və təkliflər hazırlamaq; 3.1.2. istehsalat və digər fəaliyyət sahələri mütəxəssislərinin (pedaqoji kadrların, rəhbər kadrların, dövlət qulluqçularının, ictimai birliklərin nümayəndələrinin və s.) ekoloji hazırlığı, ekoloji təhsilin vəziyyətinin təhlili və qiymətləndirilməsi, monitorinqinin təşkili üzrə təkliflər vermək; 3.1.3. müvafiq dövlət hakimiyyəti orqanlarının müraciəti əsasında ekoloji təhsil və maarifləndirmənin inkişafı ilə bağlı proqramlara dair təkliflər vermək; 3.1.4. Azərbaycan Respublikasında əhalinin ekoloji təhsili və maarifləndirilməsi, mütəxəssislərin ekoloji hazırlığının inkişafı üzrə konkret tədbirlərin həyata keçirilməsində iştirak etmək. IV. Məsləhət şurasının işinin təşkili 4.1. Məsləhət şurasının Əsasnaməsi və 3 üzvdən az olmayan tərkibi onu yaradan orqanın qərarı ilə təsdiq edilir. Məsləhət şurasının tərkibində dəyişikliklər məsləhət şurası sədrinin təqdimatı əsasında onu yaradan orqanın qərarı ilə həyata keçirilir. 4.2. Məsləhət şurasının iclasları, bir qayda olaraq ildə iki dəfədən az olmayaraq keçirilir. Əlavə iclaslar məsləhət şurası sədrinin və yaxud üzvlərinin üçdə birinin tələbi ilə çağırıla bilər. 4.3. Məsləhət şurasının iclaslarında və onun cari işində ayrı-ayrı nazirliklərin və dövlət komitələrinin, müəssisə, idarə və təşkilatların mütəxəssisləri aidiyyəti üzrə iştirak edə bilərlər. 4.4. Məsləhət şurasının qərarları onun iclaslarında, məsləhət şurası üzvlərinin yarısından çoxunun səsvermədə iştirak etməsi şərtilə üçdə iki səs çoxluğu ilə qəbul edilir. 4.5. Məsləhət şurasının iclasları məsləhət şurası sədrinin və katibinin imzaladığı protokolla rəsmiləşdirilir. İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552) 2. 13 sentyabr 2023-cü il tarixli 324 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 16 sentyabr 2023-cü il, № 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1345) QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552) ilə “Ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramlarının tərtib edilməsi Qaydaları”nın 3.1-ci və 3.5-ci bəndlərində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilmişdir. [2] 13 sentyabr 2023-cü il tarixli 324 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 16 sentyabr 2023-cü il, № 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1345) ilə “Ekoloji təhsil və maarifləndirmə üzrə dövlət https://e-qanun.az/framework/53014 https://e-qanun.az/framework/55189 https://e-qanun.az/framework/2184# ednref1 https://e-qanun.az/framework/53014 https://e-qanun.az/framework/2184# ednref2 https://e-qanun.az/framework/55189 proqramlarının tərtib edilməsi Qaydaları”nın 4.1-ci və 4.2-ci bəndlərində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilmişdir.

Ministerial Decree No. 75 on advisory board for ecological education and awareness · Nelum