تخطَّ إلى المحتوى
Nelum
قوانين أذربيجان

Ministerial Decree No. 70 on classification of forests

صدر في 1999-04-26 · النص بتاريخ 2026-10-01

القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.

البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.

عن هذا القانون

العنوان الأصلي
“Meşələrin qoruyucu kateqoriyalara aid edilməsi, meşələrin bir qoruyucu kateqoriyadan başqa qoruyucu kateqoriyaya keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərari № 70.
اللغة
Azerbaijani
النوع
لائحة
الدولة
أذربيجان
الموضوعات
Forestry
الكلمات المفتاحية
classification/declassification, pests/diseases, forest management/forest conservation, forestry protection measures, monitoring, mountain area, protection forest, protection of environment, protection of species, public forest, research, special fund, ecosystem conservation, biodiversity

أين تقرؤه

    لا يوجد رابط مصدر مسجل لهذا القانون.

النص

نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.

  1. Meşə təsərrüfatına dair bəzi normativ-hüquqi aktlar barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Azərbaycan Respublikasının 1997 ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin t ətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998 ci il30 mart tarixli 693 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Na zirlər Kabineti qərara alır: 1. “Meşələrin qoruyucu kateqoriyalara aid edilməsi, meşələrin bir qoruyucu kateqoriya dan başqa qoruyucu kateqoriyaya keçirilməsi Qaydası”, “Meşəqırma Qaydaları”, “Meşə fondunun dövlət uçotugöstəricilərinin Siyahısı” və meşə fondunun dövlət uçotu sənə dlərinin formaları təsdiq edilsin (əlavə olunur). 2. “Meşələrin eroziya əleyhinə, xüsusi qiymətli meşə massivlərinə və digər qoruyucu ka teqoriyalara aid edilməsi qaydası barədə” Azərbaycan SSR Nazirlər Sovetinin 1979 cu il 8 fevral tarixli 58 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin. 3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 26 aprel 1999-cu il № 70 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 26 aprel tarixli 70 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. Meşələrin qoruyucu kateqoriyalara aid edilməsi, meşələrin bir qoruyucu kateqoriyadan başqa qoruyucu kateqoriyaya keçirilməsi QAYDASI 1. Meşələrin daşıdığı torpaqqoruyucu, susaxlayıcı, iqlimtənzimləyici, kurort və sair funksiyalar nəzərə alınmaqla meşə fondunun qoruyucu kateqoriyalara aid edilməsi, meşələrin bir qoruyucu kateqoriyadan başqa qoruyucu kateqoriyaya keçirilməsi bu Qayda ilə tənzimlənir. 2. Azərbaycan Respublikasının meşə fondu dağ və düzən meşələrindən ibarətdir. İqtisadi və ekoloji əhəmiyyətinə, yerləşməsinə və yerinə yetirdiyi funksiyalara görə respublikanın meşə fondu birinci qrup meşələrə aid olub aşağıdakı qoruyucu kateqoriyalara bölünür: qoruq meşələri; kurort meşələri; xüsusi qiymətli meşə massivləri; şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələri; yabanı meyvə meşələri; dövlət qoruyucu meşə zolaqları; sair meşələr. Qoruq meşələri — meşə fondunun tərkib hissəsi olmaqla xüsusi qorunma və təsərrüfat aparılma rejiminə malik, nadir bitki və heyvanat aləminin və digər təbii komplekslərin saxlanılmasını, artırılmasını və qorunmasını təmin edən, eyni zamanda bu amillərin elmi əsaslarla dinamikasının öyrənilməsi məqsədilə yaradılan meşə sahələridir. Kurort meşələri — sağlamlıq ocaqlarının və istirahət yerlərinin ətrafındakı təbii amillərin qorunmasını və yaxşılaşdırılmasını təmin edən, ətraf mühitin çirklənməsinin və vaxtından əvvəl sıradançıxmasının qarşısını alan, əhalinin müalicəsi üçün əlverişli mikroiqlim şəraiti yaradan meşə sahələridir. Xüsusi qiymətli meşə massivləri — tərkibində relikt və endemik ağac və kol cinsləri olan nadir meşələr, yüksək məhsuldarlığı və genetik keyfiyyəti ilə fərqlənən, habelə estetik cəhətdən nadir mənzərəli və xüsusi torpaqqoruyucu, susaxlayıcı, sutənzimləyici və digər qoruyucu əhəmiyyətli meşə sahələridir. Yabanı meyvə meşələri — buraya meşə fondu ərazisində təbii bitən, yaxud süni yolla yaradılmış, tərkibində qiymətli meyvə, giləmeyvə və qərzəkli ağac və kol cinsləri olan meşələr, meşə-bağlar, bağlar və həmin cinslərdən salınmış plantasiyalar daxildir. Bu meşə sahələrindən meşə toxumçuluğunda və yeyinti sənayesində də istifadə olunur. Dövlət qoruyucu meşə zolaqları — xətti qaydada süni salınmış iqlimtənzimləyici, torpaqqoruyucu və susaxlayıcı funksiyaları yerinə yetirən meşələr bu kateqoriyaya aiddir. Qoruyucu meşə sahələri kənd təsərrüfatı bitkilərini külək və su eroziyasından qoruyur, məhsuldarlığın artırılmasına imkan yaradır. Sair meşələr — bu meşələrə yuxarıda göstərilən kateqoriyalara aid olmayan meşə sahələri daxildir. Bu meşə sahələrində meşəbərpa tədbirləri, plantasiya salınması, xidməti və sanitariya qırmalarıaparılması və sair meşə təsərrüfatı tədbirləri aparılır. 3. Meşə fondunun qoruyucu kateqoriyalara aid edilməsi, onların hüdudları meşə təsərrüfatı müəssisələrinin ərazilərində aparılan meşəquruluşu işləri, meşə monitorinqi müşahidələri və elmi-tədqiqat işləri əsasında və meşə ekosistemində gedən dəyişiklikləri nəzərə almaqla Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyənləşdirilir və müvafiq qaydada Azərbaycan Respublikasının Elmlər Akademiyası ilə, habelə digər aidiyyəti təşkilatlarla razılaşdırılır və təsdiq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir. [1] 4. Zəruri hallarda müvafiq qaydada qoruyucu kateqoriyalara aid edilmiş meşələrdə xüsusi qoruyucu meşə sahələri (eroziyadan mühafizə meşələri, çayların, göllərin və digər su obyektlərinin sahillərində olan meşə sahələri, dəmir yollarının və avtomobil yollarının kənarlarındakı meşələr və s.) və xüsusi qorunan meşə sahələri (elmi və mədəni-tarixi əhəmiyyət kəsb edən meşələr, meşə-parklar, seyrək arid meşələri, ziyarət edilən yerlərin meşələri və s.) müəyyən edilə bilər. Xüsusi qoruyucu meşə sahələrinin göstəriciləri meşə quruluşu işləri və ya xüsusi müşahidə materiallarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. 5. Meşələrin bir qoruyucu kateqoriyadan başqa qoruyucu kateqoriyaya keçirilməsi elmi tədqiqat, meşə-quruluşu təşkilatları və meşə təsərrüfatı müəssisələrinin mütəxəssisləri tərəfindənəsaslandırılmış təkliflər əsasında aparılır. Təklifləri hazırlamaq və əsaslandırmaq məqsədilə müxtəlif qoruyucu kateqoriyalara aid edilmiş meşə sahələrinin tipik yerlərində nümunə sahələri salınır. Nümunəsahələrində ayrı-ayrı fəsillərdə uzunmüddətli (2—3 il ərzində) meşə monitorinqi müşahidələri və hesablamaları aparılır. Müşahidələr və hesablamalar aparılarkən aşağıdakı əsas müddəalar nəzərəalınmalıdır: meşələrdə antropogen təsirləri yaradan amillər; meşələrin cins tərkibinin dəyişməsi; http://www.e-qanun.az/alpidata/framework/data/9/c f 9805.htm# edn1 meşələrdə kütləvi quruma hallarının, xəstəlik və ziyanvericilərin artması; yeraltı suların səviyyəsinin dəyişməsi; meşəquruluşu işlərinin aparılması; meşə altında yeniyetmələrin inkişaf dərəcəsi; meşələrin məhsuldarlığının aşağı düşməsi səbəbləri; digər amillər. Göstərilənlər və meşə ekosistemində gedən dəyişikliklər nəzərə alınmaqla Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşələrin bir qoruyucu kateqoriyadan başqa qoruyucu kateqoriyaya keçirilməsi barədə təkliflər hazırlayır, onları müvafiq qaydada Azərbaycan Respublikasının Elmlər Akademiyası ilə digər aidiyyəti təşkilatlarla və yerli icra hakimiyyəti orqanları ilərazılaşdırır və təsdiq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir. [2] 6. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu qaydadan irəli gələn işlərin yerinə yetirilməsi məqsədilə müvafiq müşahidə və hesablama sənədlərini tərtib edir, onların istifadəsi üzrə təlimatlar hazırlayıb təsdiq edir. [3] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 26 aprel tarixli 70 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR http://www.e-qanun.az/alpidata/framework/data/9/c f 9805.htm# edn2 http://www.e-qanun.az/alpidata/framework/data/9/c f 9805.htm# edn3

Ministerial Decree No. 70 on classification of forests · Nelum