Ministerial Decree No. 63 on approval of the list of objects that technical specifications and permissible limit of emission are applied
صدر في 2002-04-15 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- “Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 63.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Air and atmosphere
- الكلمات المفتاحية
- air quality/air pollution, business/industry/corporations, emissions, environmental standards, hazardous substances, pollution control, classification/declassification, standards, protection of environment
- الفئات
- *, softs
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
"Atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşdırılması Qaydaları", "Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası", "Atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslərin atmosfer havasının mühafizəsini həyata keçirmə Qaydası" və "Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektlərin Siyahısı"nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır: 1. "Atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşdırılması Qaydaları", "Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası", "Atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslərin atmosfer havasının mühafizəsini həyata keçirmə Qaydası" və "Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektlərinin Siyahısı" təsdiq edilsin (əlavə olunur). 2. "Atmosfer havasının mühafizəsinə dövlət nəzarətinə dair Əsasnamənin təsdiq edilməsi haqqında" SSRİ Nazirlər Sovetinin 19 avqust 1982-ci il tarixli, 764 nömrəli qərarı barəsində" Azərbaycan SSR Nazirlər Sovetinin 3 sentyabr 1982-ci il tarixli, 411 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin. 3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 15 aprel 2002-ci il № 63 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 15 aprel tarixli 63 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektlərin SİYAHISI Bu Siyahı "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli 501 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və atmosfer havasının mühafizəsi sahəsində atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektləri müəyyən edir. 1. Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektlərin Siyahısı, həmin obyektlərin təhlükəlilik kateqoriyasına görə müəyyən edilir. 2. Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektlər atmosfer havasına atılan zərərli maddələrin miqdarına, sayına və qatılıq hədlərinə əsasən 4 təhlükəlilik kateqoriyasına bölünür: I təhlükəlilik kateqoriyasına neftqazçıxarma, neft və qaz emalı, tikinti materialları istehsalı, metallurgiya, filizçıxarma, energetika, neftkimya sənayelərinin iri müəssisələri aiddir; II təhlükəlilik kateqoriyasına neftqazçıxarma, neft və qaz emalı, tikinti materialları istehsalı, metallurgiya, filizçıxarma, energetika, neftkimya sənayelərinin bəzi müəssisələri, iri maşınqayırma, avtomobil istehsalı, gəmiqayırma, gəmi təmiri, pambıqtəmizləmə və nəqliyyat müəssisələri aiddir; III təhlükəlilik kateqoriyasına bəzi maşınqayırma, avtomobil istehsalı, gəmiqayırma, gəmi təmiri və nəqliyyat müəssisələri, həmçinin iri yüngül və yeyinti sənayesi müəssisələri aiddir; IV təhlükəlilik kateqoriyasına bəzi yüngül və yeyinti sənayesi və nəqliyyat müəssisələri, həmçinin xidmət sahəsi müəssisələri aiddir.