Ministerial Decree No. 60 on approval of rules regarding analysis, storage, updating, registration and implementation of environmental information
صدر في 2003-05-13 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- “Ətraf mühitə dair informasiyanın təhlili, saxlanması, yeniləşdirilməsi, obyektlərinin siyahısı, registri və onun aparılması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 60.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Environment
- الكلمات المفتاحية
- access-to-information, data collection/reporting, pollution control, protected area, monitoring, registration
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
"Ətraf mühitə dair informasiya almaq istəyən şəxslə müqavilənin bağlanması Qaydası" və "Ətraf mühitə dair informasiyanın təhlili, saxlanması, yeniləşdirilməsi, obyektlərinin siyahısı, registri və onun aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 18 aprel tarixli, 689 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Ətraf mühitə dair informasiya almaq istəyən şəxslə müqavilənin bağlanması Qaydası" və "Ətraf mühitə dair informasiyanın təhlili, saxlanması, yeniləşdirilməsi, obyektlərinin siyahısı, registri və onun aparılması Qaydaları" təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 13 may 2003-cü il № 60 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 60 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Ətraf mühitə dair informasiyanın təhlili, saxlanması, yeniləşdirilməsi, obyektlərinin siyahısı, registri və onun aparılması QAYDALARI 1. ÜMUMİ MÜDDƏALAR 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2002-ci il 18 aprel tarixli, 689 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ətraf mühitə dair informasiyanın təhlili, saxlanması, yeniləşdirilməsi, obyektlərinin siyahısı, registri və onun aparılması qaydalarını müəyyən edir. 1.2. Ətraf mühitə dair informasiyanın təhlili, saxlanması, yeniləşdirilməsi, obyektlərinin siyahısı, registri və onun aparılmasının məqsədi ətraf mühitə dair informasiyaların toplanmasını təmin edən zəruri sistemləri, toplanmış informasiyaların saxlanmasının və mütəmadi olaraq yeniləşdirilməsinin vahid sistemini yaratmaqdan, informasiya obyektlərinin və ətraf mühitə dair informasiya registrinin vahid siyahısını müəyyənləşdirməkdən ibarətdir. 1.3. Ətraf mühitə dair informasiya obyekti olan dövlət və yerli özünüidarəetmə orqanları ətraf mühitə dair informasiyaların təhlilini, saxlanmasını, yeniləşdirilməsini və registrini bu Qaydalara uyğun aparırlar. 2. ƏTRAF MÜHİTƏ DAİR İNFORMASİYANIN TƏHLİLİ 2.1. Ətraf mühitə dair informasiya açıq və alınması məhdudlaşdırılan informasiya növlərinə bölünməklə həmin informasiyaya malik olan informasiya obyektləri tərəfindən təhlil edilir və ildə bir dəfədən az olmayaraq ətraf mühitin vəziyyətinə dair hesabatlar tərtib olunur. 2.2. Ətraf mühitə dair informasiyanın növündən, toplanma xüsusiyyətindən, ictimaiyyət üçün əhəmiyyətindən və s. asılı olaraq hesabatlar gündəlik, aylıq, rüblük, yarımillik, illik v əs. tərtib edilə bilər. 2.3. Ətraf mühitə dair informasiya təhlilinin nəticələri və onun əsasında hazırlanmış hesabatlar informasiya reyestrlərinə daxil edilir. 2.4. Ətraf mühitə dair informasiya təhlil edilərkən informasiya obyektləri tərəfindən onun, xüsusən tullantılara dair informasiyanın konfidensial informasiyadan ayrılması mümkün qədər təmin edilməlidir. 3. ƏTRAF MÜHİTƏ DAİR İNFORMASİYANIN SAXLANMASI 3.1. Ətraf mühitə dair informasiya kağız daşıyıcıda, elektron, audioviziual və digər formada dövlət və yerli özünüidarəetmə orqanlarında arxiv sənədlərinin qorunub saxlanması tələblərinə uyğun olaraq xüsusi saxlama yerlərində qorunub saxlanılır. 3.2. Ətraf mühitə dair informasiyanın maddi daşıyıcıları köhnəlmə dərəcəsində asılı olaraq vaxtaşırı bərpa olunur. 3.3. Ətraf mühitə dair informasiya məxfi və ya konfidensial informasiyanın tərkibindədirsə və ya onları ayırmaq informasiyanın tamlığına, məxfiliyinə və ya konfidensiallığına zərər vura bilərsə, informasiyanın məxfiliyi və ya konfidensiallığı müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada qorunur. 3.4. Ətraf mühitə dair informasiya siyahıları ətraf mühitə dair vahid informasiya reyestrində saxlanılır. 4. ƏTRAF MÜHİTƏ DAİR İNFORMASİYANIN YENİLƏŞDİRİLMƏSİ 4.1. Ətraf mühitə dair informasiya subyekti olan dövlət və yerli özünüidarəetmə orqanları ətraf mühitin vəziyyətinə dair tərtib etdikləri hesabatlar üzrə informasiyaları ictimaiyyət üçün açıq olan elektron məlumatlar bankına daxil edir, çirklənmələrlə bağlı kadastr və registr sistemlərinin təkmilləşdirilməsi üçün tədbirlər görür və qanunvericiliyə müvafiq qaydada dövri olaraq yeniləşdirirlər. 4.2. Ətraf mühitin vəziyyətinə dair hesabatlar informasiyaların verilmə müddətlərinə müvafiq olaraq təhlil edilir və yeniləşdirilir. 4.3. Ətraf mühitə dair informasiya və onların reyestrləri yeniləşdirilərkən əvvəlki dövrlərə aid informasiyanın qorunub saxlanmasını təmin etmək məqsədi ilə informasiya arxivləri və onların reyestrləri yaradılır. 5. ƏTRAF MÜHİTƏ DAİR İNFORMASİYA OBYEKTLƏRİNİN SİYAHISI 5.1. Əhalinin sağlamlığı və ətraf mühitin mühafizəsi, onlara nəzarət, torpağın, suyun, yerin təkinin, atmosferin, meşələrin, heyvanlar və bitkilər aləminin qorunması, təbii ehtiyatlardan, habelə təkrar xammaldan istifadə, bu sahədə qayda və standartları müəyyənləşdirmək, həmçinin ətraf mühitin vəziyyətinə təsir göstərə bilən qərarlar qəbul etmək səlahiyyətli dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, onların sahə strukturları, digər ixtisaslaşdırılmış fəaliyyəti növləri ətraf mühitə dair informasiyanın obyektləridir. 5.2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ətraf mühitə dair informasiya obyektlərinin siyahısı bu obyektlərin ünvanı və həmin obyektlərdə informasiyanın verilməsinə məsul olan vəzifəli şəxsin soyadı, adı göstərilməklə hazırlanır və hər il yeniləşdirilir. 6. ƏTRAF MÜHİTƏ DAİR İNFORMASİYANIN REGİSTRİ VƏ ONUN APARILMASI 6.1. Ətraf mühitə dair informasiyanın registri – dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən ətraf mühitin vəziyyəti və ona təsir edən amillər haqqında yaradılan, aparılan, saxlanılan və mütəmadi olaraq yeniləşdirilən sistemləşdirilmiş məlumatların məcmusudur. 6.2. Ətraf mühitə dair informasiyanın registrinə aşağıdakı məlumatlar daxil edilir: 6.2.1. Təbii ehtiyatların monitorinqinə dair: atmosfer havasının vəziyyəti (hidrometeoroloji və iqlim şəraiti) haqqında; su ehtiyatları (səth və yeraltı sular) haqqında; torpaqların vəziyyəti haqqında; yer təkinin geoloji vəziyyətinin öyrənilməsi haqqında; mineral-xammal ehtiyatları və ondan istifadənin vəziyyəti haqqında; bioloji sərvətlərin vəziyyəti haqqında; bitki örtüyünün və meşə ehtiyatlarının vəziyyəti haqqında; heyvanların, o cümlədən quşların və balıqların vəziyyəti haqqında. 6.2.2. Ətraf mühitin çirklənməsinin monitorinqinə dair: atmosfer havasının çirklənməsi haqqında; torpaqların çirklənməsi haqqında; səth sularının çirklənməsi haqqında; Xəzər dənizinin (gölünün) çirklənməsi haqqında; yeraltı suların çirklənməsi haqqında; zərərli maddələrin transsərhəd (dəniz, çay və hava vasitəsi ilə) daşınması haqqında; yağıntıların kimyəvi tərkibi haqqında; radioaktiv çirklənmə (torpaq, hava və su üzrə) haqqında; səs-küy, vidrasiya və elektromaqnit təsirləri haqqında; tullantıların idarə olunması haqqında. 6.2.3. Xüsusi mühafizə olunan təbiət ərazilərinin monitorinqinə dair: dövlət təbiət qoruqlarının, yasaqlıqlarının, milli parklarının və təbiət abidələrinin vəziyyəti haqqında; xüsusi mühafizə olunan təbiət ərazilərində ətraf mühitin mühafizəsinin vəziyyəti haqqında. 6.2.4. Ətraf mühitin mühafizəsinə dair: ekoloji təhlükəsizlik haqqında; ətraf mühitin sağlamlaşdırılması sahəsində tədbirlər haqqında. 6.2.5. Ətraf mühitə dair qanunvericilikdə nəzərdə tutulmuş digər məlumatlar. 6.3. "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq ətraf mühitə dair informasiyanın registri, təbiətdən istifadənin hər bir sahəsi üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən "Təbii ehtiyatların dövlət kadastrının aparılması qaydaları haqqında Əsasnamə"yə uyğun aparılır.