Ministerial Decree No. 5 approving rules for certification of ecologically clean food and agricultural products and form of the certificate
صدر في 2009-01-08 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması Qaydaları və sertifikatın nümunəvi formasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 5.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Agricultural and rural development, Food and nutrition
- الكلمات المفتاحية
- certification, data collection/reporting, ecofriendly products/ecofriendly processes, ecological production/organic production, monitoring, protection of environment, food safety and quality, standards
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
"Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRARI "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.4, 1.5, 1.6, 1.7, 1.8, 1.9, 1.10, 1.11-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı Qaydaları", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı Qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı", "Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə verilən sənədin (sertifikatın) forması və verilməsi Qaydası", "Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma Qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması Qaydaları və sertifikatın nümunəvi forması", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi Qaydaları". "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması Qaydası", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması Qaydaları" təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ Bakı şəhəri, 8 yanvar 2009-cu il № 5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmişdir Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması Qaydaları və sertifikatın nümunəvi forması 1. Ümumi müddəa Bu Qaydalar "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.8-ci bəndinə, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun hazırlanmışdır və beynəlxalq standartların tələbləri nəzərə alınmaqla ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması qaydalarını və sertifikatın nümunəvi formasını müəyyən edir. 2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması 2.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması torpağın hazırlanmasından məhsulun istehlakçıya çatdırılmasına qədər olan bütün mərhələlərdə tələb olunan ekoloji proseslərin tətbiqinə dair ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqanın verdiyi rəsmi məlumatlar əsasında aparılır. Məlumatlar əsasında sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqan məhsulun AZS Milli sertifikatlaşdırma sisteminin tələblərinə uyğun sertifikatlaşdırılması haqqında qərar qəbul edir. 2.2. Ekoloji sertifikat üzərində sertifikatlaşdırılmış məhsulun adı və miqdarı göstərilir. Sertifikat məhsulun yararlıq müddəti nəzərə alınmaqla müəyyən edilir. 2.3. Sertifikat 2 orijinal nüsxədə çap olunur. Onlardan biri sertifikatlaşdırma orqanında saxlanılır, digəri isə ekoloji təmiz kənd təsərrüfatı subyektinə verilir. 2.4. Ekoloji müşahidələrin nəticəsi mənfi olduqda, sertifikatın qüvvədə olma müddəti dayandırılır və ya sertifikat ləğv edilir. Bu məhsullara ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının milli əmtəə nişanının vurulmasına yol verilmir. 2.5. Ekoloji təmiz kənd təsərrüfatı məhsullarına bu Qaydaların əlavəsində göstərilən formada sertifikat verilir (əlavə olunur). "Ekoloji təmiz kənd təsərrüfatında və ərzaq məhsullarının sertifikatlaşdırılması Qaydaları və sertifikatın nümunəvi forması"na əlavə Sertifikatlaşdırma orqanın loqosu Sertifikatlaşdırma orqanın adı və ünvanı SERTİFİKAT Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları Verilir: Sahibkarın adı Ünvan: Sertifikatlaşdırılmış məhsulun adı və miqdarı: Əlavə: Sertifikat təsdiq edir ki, məhsul "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun istehsal və emal olunmuşdur. Qüvvədədir gün ay 200... dən gün ay 200...-dək Rəhbərin adı, soyadı Möhür № Orijinal Telefon: Ünvan: sertifikatların Verilmə tarixi: sayı: 2 imza Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmişdir