Ministerial Decree No. 436 on the procedures and principles of binding decisions of the Food Safety Agency in the field of veterinary control
صدر في 2018-10-11 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasının, onların tərtib edilməsi və verilməsi Qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 436.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Livestock
- الكلمات المفتاحية
- animal feed/feedstuffs, animal health, animal production, pests/diseases, enforcement/compliance, inspection, international trade, public health, registration, risk assessment/management, transport/storage
- الفئات
- *
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
“Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasının, onların tərtib edilməsi və verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1921 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasının, onların tərtib edilməsi və verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur). Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV Bakı şəhəri, 11 oktyabr 2018-ci il № 436 http://e-qanun.az/framework/38652 http://e-qanun.az/framework/38652 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 436 nömrəli qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasının, onların tərtib edilməsi və verilməsi QAYDASI 1. Ümumi müddəalar 1.1. Bu Qayda “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra - Agentlik) baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasını, onların tərtib edilməsi və verilməsi qaydasını müəyyən edir. 1.2. Agentlik baytarlıq nəzarətinin həyata keçirilməsi ilə əlaqədar qanunvericiliyin, o cümlədən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qərarlar qəbul edir. 2. Baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarların forması 2.1. Agentlik və ya onun regional bölmələri tərəfindən dövlət baytarlıq nəzarətinin əhatə dairəsinə uyğun olaraq, hüquqi və fiziki şəxslər barəsində aşağıda göstərilən formada icrası məcburi olan qərarlar (bundan sonra icrası məcburi olan qərar) qəbul edilir: 2.1.1. “Heyvan və insanlar üçün ümumi olan xəstəliklər də daxil olmaqla xüsusi təhlükəli və digər yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi müəyyən edildikdə hüquqi və fiziki şəxslərin fəaliyyətinin dayandırılması və ya qadağan edilməsi haqqında qərar” (1 nömrəli əlavə); 2.1.2. “Əhalinin və heyvanların sağlamlığı üçün təhlükəliliyi müvafiq ekspertiza nəticələri və ya laboratoriya müayinələri ilə sübut edilmiş heyvanların, heyvan mənşəli məhsulların və xammalın qanunla müəyyən edilmiş qaydada və şərtlərlə dəyəri ödənilməklə götürülməsi, təkrar emalı, zərərsizləşdirilməsi və yaxud məhv edilməsi haqqında qərar” (2 nömrəli əlavə); 2.1.3. “Hüquqi və ya fiziki şəxslərin baytarlıq qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün qanuna uyğun olaraq tədbirlərin görülməsi haqqında qərar” (3 nömrəli əlavə); 2.1.4. “Dövlət baytarlıq nəzarətində olan yüklərin idxalı, ixracı və tranzit daşınmasında digər baytarlıq (baytarlıq-sanitariya) tələblərinin pozulması hallarının baş verməsi barədə gömrük orqanlarının bildirişinə əsasən müvafiq tədbirlər görülənə kimi qanunvericilikdə müəyyən edilmiş qaydada yüklərin saxlanması və baytarlıq nəzarətinin həyata keçirilməsi haqqında qərar” (4 nömrəli əlavə); 2.1.5. “Qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatlarının, yem və yem əlavələrinin qanunla müəyyən edilmiş qaydada götürülməsi və məhv edilməsi haqqında qərar” (5 nömrəli əlavə). 2.2. İcrası məcburi olan qərarda aşağıdakı məlumatlar göstərilir: 2.2.1. qərarın nömrəsi və tarixi; 2.2.2. fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiqi qərarı verilmiş hüquqi və fiziki şəxsin (onun müvafiq təsərrüfat obyektinin) adı və yerləşdiyi ünvan; 2.2.3. tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri göstərilməklə, aşkar edilmiş qanun pozuntularının izahı; 2.2.4. sahibkarın fəaliyyətinin məhdudlaşdırıcı tədbir tətbiq edilən hissəsinin (sahəsinin) (texnika, avadanlıq, otaqlar, istehsalat əraziləri, maddi nemətlər, əməliyyatlar, personal və s.) təsviri; 2.2.5. tətbiq edilən məhdudlaşdırıcı tədbir (tədbirlər). 3. İcrası məcburi olan qərarların tərtib edilməsi və verilməsi 3.1. Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi və yaxud dövlət baytarlıq müfəttişləri tərəfindən baytarlıq nəzarəti sahəsində qəbul edilən bu Qaydanın 2-ci hissəsində göstərilən formada icrası məcburi olan qərar yazılı formada tərtib edilir, imzalanır və müfəttişin möhürü ilə təsdiq olunur. 3.2. İcrası məcburi olan qərar iki nüsxədə tərtib edilir, 1-ci nüsxəsi Agentlikdə və ya qərarı qəbul edən baytarlıq müfəttişinin təmsil olunduğu regional bölmədə saxlanılır, 2-ci nüsxəsi qərarın qəbul edildiyi tarixin növbəti iş günündən gec olmayaraq, barəsində qərar qəbul edilmiş şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə verilir və ya poçt vasitəsi ilə (bildirişlə) göndərilir. 3.3. İcrası məcburi olan qərar əsaslandırılmalıdır. 3.4. Hüquqi və ya fiziki şəxs barəsində qəbul olunan icrası məcburi olan qərarla razılaşmadıqda, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət edə bilərlər. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasının, onların tərtib edilməsi və verilməsi Qaydası”na 1 nömrəli əlavə AZƏRBAYCAN RESPUBLİKASININ QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ Heyvan və insanlar üçün ümumi olan xəstəliklər də daxil olmaqla xüsusi təhlükəli və digər yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi müəyyən edildikdə hüquqi və fiziki şəxslərin fəaliyyətinin dayandırılması və ya qadağan edilməsi haqqında QƏRAR № rayonu (şəhəri) “ ” 20 il Mən, Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi (soyadı, adı, atasının adı) və ya Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (Agentliyin regional bölməsinin adı) dövlət baytarlıq müfəttişi (soyadı, adı, atasının adı) məx sus (sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxsin adı, ünvanı) dövlət baytarlıq nəzarətində olan (yükün (məhsulun) adı, yerləşdiyi və ya saxlanıldığı ünvan) “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baytarlıq nəzarətini həyata keçirərkən, heyvan və insanlar üçün ümumi olan xəstəliklər də daxil olmaqla, aşağıdakı xüsusi təhlükəli və digər yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsini müəyyən etdim (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsində göstərilən hallar müəyyən edilmədi): (xüsusi təhlükəli və digər yoluxucu xəstəliklərin adı) Bu səbəbdən “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.4-cü maddəsinə əsasən qərara alıram: Aşağıda qeyd olunan dövlət baytarlıq nəzarətində olan obyektin (yükün, məhsulun) sahibi (daşıyıcısı və ya digər səlahiyyətli şəxs) olan hüquqi və ya fiziki şəxsin fəaliyyəti müvəqqəti olaraq dayandırılsın və yaxud qadağan edilsin (müvafiq qərarın altından xətt çəkilsin): 1. Dövlət baytarlıq nəzarətində olan obyektin (yükün, məhsulun): adı: mənşəyi: miqdarı: baytarlıq sertifikatının nömrəsi: tarixi: ünvanı: təyinat yeri: 2. Dövlət baytarlıq nəzarətində olan obyektin (yükün, məhsulun) sahibinin (daşıyıcısının və ya digər səlahiyyətli şəxsin): soyadı, adı, atasının adı, ünvanı: imzası: Baş dövlət baytarlıq müfəttişi (dövlət baytarlıq müfəttişi) (soyadı, adı, atasının adı) (imza) M.Y. Qeydlər: 1. Bu qərarın surəti qəbul edildiyi tarixin növbəti iş günündən gec olmayaraq, barəsində qərar qəbul edilmiş şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə verilir. 2. Bu qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan otuz gün müddətində həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasının, onların tərtib edilməsi və verilməsi Qaydası”na 2 nömrəli əlavə AZƏRBAYCAN RESPUBLİKASININ QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ Əhalinin və heyvanların sağlamlığı üçün təhlükəliliyi müvafiq ekspertiza nəticələri və ya laboratoriya müayinələri ilə sübut edilmiş heyvanların, heyvan mənşəli məhsulların və xammalın qanunla müəyyən edilmiş qaydada və şərtlərlə dəyəri ödənilməklə götürülməsi, təkrar emalı, zərərsizləşdirilməsi və yaxud məhv edilməsi haqqında QƏRAR № rayonu (şəhəri) “ ” 20 il Mən, Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi (soyadı, adı, atasının adı) və ya Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (Agentliyin regional bölməsinin adı) dövlət baytarlıq müfəttişi (soyadı, adı, atasının adı) məxsus (sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxsin adı, ünvanı) dövlət baytarlıq nəzarətində olan (yükün (məhsulun) adı, yerləşdiyi və ya saxlanıldığı ünvan) aşağıdakı obyektdə (yükdə, məhsulda) (dövlət baytarlıq nəzarətində olan heyvanların, heyvan mənşəli məhsulların və ya xammalın adı) “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.5-ci maddəsinə uyğun olaraq baytarlıq nəzarətinin həyata keçirilməsi məqsədi ilə ekspertiza (laboratoriya müayinələri) aparılması (müvafiq baytarlıq nəzarəti tədbirinin adı qeyd edilsin) nəticəsində əhalinin və heyvanların sağlamlığı üçün təhlükəli olduğuna dair aşağıdakı sübut (sübutlar) aşkar olundu (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsində göstərilən hallar müəyyən edilmədi): Bu səbəbdən “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.5-ci maddəsinə əsasən qərara alıram: Aşağıdakı dövlət baytarlıq nəzarətində olan obyekt (yük, məhsul) (dövlət baytarlıq nəzarətində olan heyvanların, heyvan mənşəli məhsulların və ya xammalın adı) (müvafiq qərarın altından xətt çəkilsin) götürülsün, təkrar emal edilsin, zərərsizləşdirilsin və yaxud məhv edilsin və əvəzində dövlət baytarlıq nəzarəti obyektinin (yükün, məhsulun) sahibinə (daşıyıcısına və ya digər səlahiyyətli şəxsə) qanunla müəyyən edilmiş qaydada və şərtlərlə həmin dövlət baytarlıq nəzarəti obyektinin (yükün, məhsulun) aşağıdakı qaydada dəyəri ödənilsin: 1. Dövlət baytarlıq nəzarətində olan obyektin (yükün, məhsulun) adı: mənşəyi: miqdarı: baytarlıq sertifikatının nömrəsi: tarixi: ünvanı: təyinat yeri: 2. Dövlət baytarlıq nəzarətində olan obyektin (yükün, məhsulun) dəyəri, manatla: (rəqəmlə və sözlə) 3. Dövlət baytarlıq nəzarətində olan obyektin (yükün, məhsulun) dəyərinin ödənilməsi müddəti: bu qərarın qəbul edildiyi tarixdən etibarən təqvim günü. 4. Dövlət baytarlıq nəzarətində olan obyektin (yükün, məhsulun) dəyərinin ödənilməsi üçün həmin obyektin (yükün, məhsulun) sahibinin (daşıyıcısının və ya digər səlahiyyətli şəxsin) bank hesabı: 5. Dövlət baytarlıq nəzarətində olan obyektin (yükün, məhsulun) sahibinin (daşıyıcısının və ya digər səlahiyyətli şəxsin) soyadı, adı, atasının adı, ünvanı və imzası: Baş dövlət baytarlıq müfəttişi (dövlət baytarlıq müfəttişi) (soyadı, adı, atasının adı) (imza) M.Y. Qeydlər: 1. Bu qərarın surəti qəbul edildiyi tarixin növbəti iş günündən gec olmayaraq, barəsində qərar qəbul edilmiş şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə verilir. 2. Bu qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan otuz gün müddətində həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasının, onların tərtib edilməsi və verilməsi Qaydası”na 3 nömrəli əlavə AZƏRBAYCAN RESPUBLİKASININ QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ Hüquqi və ya fiziki şəxslərin baytarlıq qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün qanuna uyğun tədbirlərin görülməsi haqqında QƏRAR № rayonu (şəhəri) “ ” 20 il Mən, Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi (soyadı, adı, atasının adı) və ya Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (Agentliyin regional bölməsinin adı) dövlət baytarlıq müfəttişi məxs us (sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxsin adı, ünvanı) dövlət baytarlıq nəzarətində olan obyektdə (yükdə, məhsulda) (dövlət baytarlıq nəzarətində olan obyektin (yükün, məhsulun) adı) “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq baytarlıq nəzarətini həyata keçirərkən, baytarlıq sahəsində aşağıdakı normativ hüquqi aktların tələblərinin pozulmasını aşkar etdim (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsində göstərilən hallar müəyyən edilmədi): (müvafiq normativ hüquqi aktın adı və pozulmuş maddəsinin nömrəsi, pozuntunun qısa təsviri) Yuxarıda qeyd olunan qanun pozuntusu aşağıdakı ilkin sübutlarla təsdiq olunur: (hər bir sübutun qısa təsviri) Bu səbəbdən “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.6-cı maddəsinə əsasən qərara alıram: Yuxarıda qeyd olunan fiziki (hüquqi) şəxsin baytarlıq qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq mülki, inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edilməsi üçün toplanmış materiallar (materialların göndərildiyi orqanın adı) göndərilsin. Baş dövlət baytarlıq müfəttişi (dövlət baytarlıq müfəttişi) (soyadı, adı, atasının adı) (imza) M.Y. Qeydlər: 1. Bu qərarın surəti qəbul edildiyi tarixin növbəti iş günündən gec olmayaraq, barəsində qərar qəbul edilmiş şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə verilir. 2. Bu qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan otuz gün müddətində həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasının, onların tərtib edilməsi və verilməsi Qaydası”na 4 nömrəli əlavə AZƏRBAYCAN RESPUBLİKASININ QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ Dövlət baytarlıq nəzarətində olan yüklərin idxalı, ixracı və tranzit daşınmasında digər baytarlıq (baytarlıq-sanitariya) tələblərinin pozulması hallarının baş verməsi barədə gömrük orqanlarının bildirişinə əsasən müvafiq tədbirlər görülənə kimi qanunvericilikdə müəyyən edilmiş qaydada yüklərin saxlanması və baytarlıq nəzarətinin həyata keçirilməsi haqqında QƏRAR № rayonu (şəhəri) “ ” 20 il Mən, Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi (soyadı, adı, atasının adı) məx sus (sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxsin adı, ünvanı) dövlət baytarlıq nəzarətində olan yüklə əlaqədar (dövlət baytarlıq nəzarətində olan yükün adı, mənşə və təyinat ölkəsi, miqdarı (sayı) və digər məlumatlar) (dövlət baytarlıq nəzarətində olan yükün müvafiq gömrük rejiminin adı) aşağıdakı baytarlıq (baytarlıq-sanitariya) tələblərinin pozulması hallarının baş verməsi (pozulmuş baytarlıq (baytarlıq-sanitariya) tələblərini sadalamalı) barədə (gömrük orqanının adı) “ ” 20 il tarixli bildirişini aldım. Qeyd olunan bildirişə və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.7-ci maddəsinə əsasən qərara alıram: Yuxarıda qeyd olunan baytarlıq nəzarətində olan yük “ ” 20 ci il tarixində müvafiq tədbirlər görülənə kimi qanunvericiliklə müəyyən edilmiş qaydada (yükün saxlandığı yer) saxlansın və həmin yükün üzərində baytarlıq nəzarəti həyata keçirilsin. Baş dövlət baytarlıq müfəttişi (dövlət baytarlıq müfəttişi) (soyadı, adı, atasının adı) (imza) M.Y. Qeydlər: 1. Bu qərarın surəti qəbul edildiyi tarixin növbəti iş günündən gec olmayaraq, barəsində qərar qəbul edilmiş şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə verilir. 2. Bu qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan otuz gün müddətində həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasının, onların tərtib edilməsi və verilməsi Qaydası”na 5 nömrəli əlavə AZƏRBAYCAN RESPUBLİKASININ QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ Qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən, normativ texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatlarının, yem və yem əlavələrinin qanunla müəyyən edilmiş qaydada götürülməsi və məhv edilməsi haqqında QƏRAR № rayonu (şəhəri) “ ” 20 il Mən, Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi (soyadı, adı, atasının adı) və ya Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (Agentliyin regional bölməsinin adı) dövlət baytarlıq müfəttişi (soyadı, adı, atasının adı) məxs us (sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxsin adı, ünvanı) dövlət baytarlıq müfəttişi dövlət baytarlıq nəzarətində olan aşağıdakı baytarlıq preparatlarının, yem və yem əlavələrinin (baytarlıq preparatlarının, yem və yem əlavələrinin adı, miqdarı və qiyməti qeyd edilsin) (qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçmədiyi, normativ-texniki sənədlərin tələblərinə cavab vermədiyi, mənşəyinin məlum olmadığı, saxta, keyfiyyətsiz olduğu dəqiq qeyd edilsin) müəyyən etdim (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsində göstərilən hallar müəyyən edilmədi): Bu səbəbdən “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.8-ci maddəsinə əsasən qərara alıram: Yuxarıda göstərilən baytarlıq nəzarətində olan baytarlıq preparatları, yem və yem əlavələri “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla götürülsün və məhv edilsin. 2. Götürülmə həyata keçirilsin. (götürülmənin həyata keçirildiyi yer) 3. Məhvetmə həyata keçirilsin. (məhvetmənin həyata keçirildiyi yer) Baş dövlət baytarlıq müfəttişi (dövlət baytarlıq müfəttişi) (soyadı, adı, atasının adı) (imza) M. Y. Qeydlər: 1. Bu qərarın surəti qəbul edildiyi tarixin növbəti iş günündən gec olmayaraq, barəsində qərar qəbul edilmiş şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə verilir. 2. Bu qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan otuz gün müddətində həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.