Ministerial Decree No. 42 on use and leasing of pastures and compensation of production losses in agriculture and forestry
صدر في 2000-03-15 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- Kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkilərinin və ziyanının miqdarının müəyyən edilməsi və ödənilməsi Qaydaları, Örüş, otlaq və biçənək sahələrini istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 42.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Agricultural and rural development, Livestock
- الكلمات المفتاحية
- agricultural development, agricultural land, agro-forestry, liability/compensation, pastoralism, land tenure, local government, soil conservation/soil improvement, soil pollution/quality, sustainable use, animal production, pollution control, animal feed/feedstuffs, grazing
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli, 176 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkilərinin və ziyanının miqdarının müəyyən edilməsi və ödənilməsi Qaydaları", "Torpaq sahələrinin geri alınması, dövlət ehtiyacları üçün ayrılması barədə vəsatətlərin qaldırılması və onlara baxılması Qaydaları", "Örüş, otlaq və biçənək sahələrini istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları" və "Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).[1] 2. Dövlət qeydiyyatına alına bilən torpaq sahəsinin minimum həddi sənaye, nəqliyyat, rabitə, istehsal, xidmət, sahibkarlıq və digər məqsədlə fəaliyyət göstərən obyektlərə dair münasibətdə ayrı-ayrılıqda həmin obyektlərin fəaliyyəti üçün zəruri olan texniki, sanitar, mühafizə şərtləri nəzərə alınmaqla onların baş planlarında müəyyən edilmiş torpaq sahəsi, qalan hallarda isə 1 (bir) kvadrat metr qəbul edilir. 3. "Azərbaycan SSR-nin yay və qış otlaqları haqqında Əsasnaməsi barədə" Azərbaycan SSR Nazirlər Sovetinin 1972-ci il 27 oktyabr tarixli, 346 nömrəli qərarı və "Kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkilərinin miqdarının müəyyən edilməsi ödənilməsi qaydası və toplanmış vəsaitin təyinatı" haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 24 yanvar tarixli, 37 nömrəli qərarı (4-cü bənd istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin. 4. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 15 mart 2000-ci il № 42 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn1 Kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkilərinin və ziyanının miqdarının müəyyən edilməsi və ödənilməsi QAYDALARI I. KƏND TƏSƏRRÜFATI VƏ MEŞƏ TƏSƏRRÜFATI İSTEHSALI İTKİLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ VƏ ÖDƏNİLMƏSİ 1. Kənd təsərrüfatı və meşə təsərrüfatı ilə əlaqədar olmayan məqsədlər üçün kənd təsərrüfatı və meşə təsərrüfatı torpaqlarının geri alınması, habelə istifadə sahəsində hüquqi və fiziki şəxslərin fəaliyyətinin təsiri ilə yaranan məhdudiyyətlər nəticəsində baş verən kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərini həmin torpaqları xeyrinə geri alan, habelə obyektlərin ətrafında mühafizə, sanitariya və qoruyucu zonalar müəyyənləşdirilərkən kənd təsərrüfatı və meşə torpaqlarını dövriyyədən çıxaran və ya onları daha az qiymətli torpaqlara keçirən hüquqi və fiziki şəxslər ödəyirlər. Həmçinin hüquqi və fiziki şəxslərin fəaliyyətinin təsiri nəticəsində kənd təsərrüfatı və meşə təsərrüfatı yerlərinin keyfiyyəti pisləşdikdə də kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkiləri onlar tərəfindən kompensasiya edilir. 2. Kənd təsərrüfatı torpaqlarının qeyri-kənd təsərrüfatı məqsədləri üçün geri alınması müqabilində yeni torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinin normativ qiyməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli, 158 nömrəli qərarı ilə təsdiq edilmiş Kadastr qiymət rayonları və yarımrayonları üzrə torpaqların normativ qiymətinin 20 faizi həcmində qəbul edilir. 3. Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 oktyabr tarixli, 161 nömrəli qərarı ilə tənzimlənir. 4. Kənd təsərrüfatı ilə əlaqədar olmayan məqsədlər üçün kənd təsərrüfatı təyinatlı torpaqlar geri alındıqda, xeyrinə torpaq alan hüquqi və fiziki şəxslər tərəfindən torpağın ayrılması barədə qərar qəbul edildiyi gündən 2 ay müddətində ayrılmış kənd təsərrüfatı təyinatlı torpaqların müqabilində itkilərin ümumi dəyəri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xüsusi hesabına keçirildikdən sonra həmin sahələrdən istifadə hüququna icazə verilir.[2] 5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xüsusi hesabına yığılan vəsait aşağıdakı işlərin yerinə yetirilməsinə yönəldilir: suvarma sistemlərinin və mənbələrinin tikintisinə və yenidən qurulmasına, kənd təsərrüfatına yararlı torpaqların daşqın və sel sularından mühafizəsinə; tarlalararası yolların təmirinə və yeni dövriyyəyə verilmiş torpaqlara yolların çəkilişinə; tarlaqoruyucu meşə zolaqlarının yaradılmasına, yararsız torpaq sahələrində meşələrin salınmasına, dərə və yarğanların bərkidilməsinə, erroziyaya qarşı hidrotexniki qurğuların tikintisinə; az məhsuldar kənd təsərrüfatı torpaqlarında torpağın münbit qatının yaxşılaşdırılmasına, səth sularının kənara axıdılmasına, toplanmış münbit torpaq qatının digər sahələrə daşınmasına və yayılmasına, sahələrin münbitliyinin artırılması üçün üzvi və mineral gübrələrin, habelə əhəng materiallarının alınmasına, saxlanılmasına və torpağa http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn2 verilməsinə, yeni torpaqların kənd təsərrüfatında mənimsənilməsinə və onların münbitliyinin artırılması işlərinin aparılmasına; suvarma məqsədi ilə artezian quyularının qazılmasına və suvarma şəbəkələrinin yaradılmasına; torpaq ehtiyatlarının öyrənilməsinə, onların münbitliyinin artırılması ilə bağlı topoqrafiya-geodeziya, torpaq-geobotanika və başqa layihə-axtarış işlərinin aparılmasına; torpaq kadastrının və monitorinqinin aparılmasına; kənd təsərrüfatına yararlı torpaq sahələrində mədəni-texniki işlərin aparılmasına (kol kosdan, kötüklərdən, daşdan təmizlənməsinə və sair); korlanmış torpaqların yenidən yararlı hala salınmasına (rekultivasiya olunmasına). 6. Kənd təsərrüfatı istehsalı itkilərinin ödənilməsi ilə əlaqədar daxil olmuş vəsaitdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı əsasında başqa məqsədlər üçün də istifadə oluna bilər. II. TORPAQ MÜLKİYYƏTÇİLƏRİNƏ, İSTİFADƏÇİLƏRİNƏ VƏ İCARƏÇİLƏRİNƏ VURULAN ZİYANIN MÜƏYYƏN EDİLMƏSİ VƏ ÖDƏNİLMƏSİ 7. Torpaq sahələrinin geri alınması (məcburi satın alınması) və ya müvəqqəti tutulması, habelə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılması, yaxud hüquqi və fiziki şəxslərin fəaliyyətinin təsiri ilə torpaqların keyfiyyətinin pisləşməsi nəticəsində dəymiş zərər və əldən çıxmış gəlir bu itkilərə məruz qalmış torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə həmin torpaq sahələrini əldə etmiş, habelə fəaliyyəti torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılmasına, yaxud həmin torpaqların keyfiyyətinin pisləşməsinə səbəb olan hüquqi və fiziki şəxslər tərəfindən ödənilir. 8. Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə təsərrüfatına dəyən ziyanın ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli, 174 nömrəli qərarı ilə tənzimlənir. 9. Torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə vurulan ziyan və əldən çıxmış gəlir yerli icra hakimiyyətinin və ya bələdiyyənin təşkil etdiyi qiymətləndirmə komissiyası tərəfindən torpağın geri alındığı vaxtda qüvvədə olan bazar qiyməti ilə hesablanır və qiymətləndirmə komissiyasının aktı müvafiq yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən təsdiq edilir. 10. Xeyrinə torpaq alan hüquqi və fiziki şəxslər torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə dəymiş ziyanı və əldən çıxmış gəliri torpaqdan istifadə edilməsinə və ya tikintiyə başlanmasına 3 ay qalmış ödəməlidir. 11. İtkilərin, ziyanın və əldən çıxmış gəlirin ödənilməsinə dair mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Torpaq sahələrinin geri alınması və dövlət və ictimai ehtiyaclar üçün ayrılması barədə vəsatətlərin qaldırılması və onlara baxılması[3] QAYDALARI ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq, Azərbaycan Respublikasında torpaq sahələrinin geri alınması və dövlət ehtiyacları üçün ayrılması barədə vəsatətlərin qaldırılması və onlara baxılması qaydalarını tənzimləyir.[4] 1. Torpaq sahələrinin geri alınması və ayrılması haqqında vəsatətə baxmaq üçün yerquruluşu işi tərtib edilir. Yerquruluşu işini torpaq sahəsinin geri alınması və ayrılması haqqında vəsatət qaldıran aidiyyəti orqanların hüquqi və fiziki şəxslərin (sifarişçinin) nümayəndələrinin bilavasitə iştirakı ilə müvafiq rayon, şəhər torpaq şöbələri hazırlayırlar.[5] 2. Sənaye obyektlərinin tikintisi dəmir və avtomobil yollarının, elektrik və rabitə xətlərinin, magistral boru kəmərlərinin çəkilişi, habelə kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı ilə əlaqədar olmayan ehtiyaclar üçün torpaq sahələri əsasən kənd təsərrüfatına yararsız və ya az yararlı torpaqlardan ayrılır. Göstərilən məqsədlər üçün meşə fondu torpaqlarından torpaq sahələri, bir qayda olaraq, meşə bitkiləri ilə örtülü olmayan sahələrdən, yaxud meşəbitmə şəraitinə görə yararsız və ya az yararlı sahələrdən ayrılır. 3. Faydalı qazıntıların hasilatı üçün tikinti işlərinə torpaq sahələrinin ayrılması yerin təki haqqında qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir. 4. Elektrik və rabitə xətləri, digər xətti kommunikasiyalar başlıca olaraq yollar, kanallar, mövcud xətlər boyunca çəkilir və kənd təsərrüfatı işlərinin aparılmasına maneçilik törətməməlidir. 5. Dövlət və ya bələdiyyə mülkiyyətində olan fiziki və hüquqi şəxslərə istifadəyə verilmiş torpaq sahələri dövlət ehtiyacları üçün torpaq sahələri istifadəçilərinin razılığı olduqda, yerli icra hakimiyyəti orqanı və ya bələdiyyənin qərarı əsasında Azərbaycan Respublikasının Torpaq Məcəlləsində nəzərdə tutulmuş şərtlərlə geri alına bilər. Əvəzsiz istifadədə olan torpaqların məcburi geri alınması yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti əsasında məhkəmənin qərarı ilə həyata keçirilir. [6] 6. Hüquqi və ya fiziki şəxslərin mülkiyyətində olan və onlara icarəyə verilmiş torpaq sahələrinin dövlət ehtiyacları üçün geri alınması şərtləri və halları Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.[7] 7. Qeyri-kənd təsərrüfatı və qeyri-meşə təsərrüfatı məqsədləri üçün torpaq sahəsinin ayrılması iki mərhələdə aparılır: obyektin yerləşdirilməsinin əvvəlcədən razılaşdırılması /layihələşdirilməsi/; torpaq sahəsinin ayrılmasının rəsmiləşdirilməsi. OBYEKTİN YERLƏŞDİRİLMƏSİNİN ƏVVƏLCƏDƏN RAZILAŞDIRILMASI /LAYİHƏLƏŞDİRİLMƏSİ/ http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn3 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn4 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn5 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn6 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn7 8. Torpaq sahələrinin geri alınması və dövlət ehtiyacları üçün ayrılmasında marağı olan aidiyyəti orqanlar hüquqi və fiziki şəxslər məqsədli təyinatını göstərməklə, torpaq sahəsinin ayrılması haqqında həmin torpağın yerləşdiyi ərazinin yerli icra hakimiyyəti və ya bələdiyyə orqanlarına vəsatət göndərirlər.[8] Vəsatətə aşağıdakı sənədlər əlavə edilir: obyektin layihələşdirilməsi və tikintisi nəzərdə tutulan dövlət orqanının qərar və ya sərəncamlarından çıxarış; obyektin tikintisi üçün tələb olunan torpaq sahəsinin təxmini ölçüsü və onun yerləşəcəyi sahənin cizgisi (planı); neft və qaz istisna olmaqla faydalı qazıntılar çıxarılması üçün torpaq sahəsinin ayrılması tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin məqsədəuyğunluğu haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi; meşə fondundan torpaq sahələri ayrıldıqda həmin sahələrin texniki-müayinə aktı. 9. Yerli icra hakimiyyəti və ya bələdiyyə orqanları torpaq istifadəçilərinin, habelə sifarişçilərin iştirakı ilə vəsatətə 10 gün müddətində baxır. Qaldırılmış məsələnin həllinə razılıq verildikdə sifarişçiyə aşağıdakı sənədlər təqdim edilir: torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin razılığı;[9] ayrılması nəzərdə tutulan sahələrin rayon, şəhər torpaq şöbəsi tərəfindən təsdiq edilmiş 1:10000 və ya 1:25000 miqyasında planı; şəhərlərin və qəsəbələrin hüdudu daxilində yerləşən obyektlər üzrə baş plandan memarlıq və şəhərsalma xidmətinin rəhbəri tərəfindən təsdiq edilmiş çıxarış; yerli icra hakimiyyəti və ya bələdiyyə orqanının rəyi. 10. Sifarişçi təşkilat, həmçinin obyektin yerləşəcəyi sahəni, bir qayda olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, şəhər və qəsəbə hüdudlarında yerləşəcək obyektlərə dair münasibətdə — öz səlahiyyətləri daxilində Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, meşə fondu torpaqlarında yerləşəcək obyektlərə dair münasibətdə — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, habelə mənafeyinə toxunulan digər hüquqi və fiziki şəxslərlə razılaşdıraraq onların rəylərini alır.[10] 11. Torpaq sahələrinin dövlət ehtiyacları üçün ayrılması ilə əlaqədar bu Qaydaların 9 və 10-cu bəndlərində göstərilmiş sənədlər sifarişçi tərəfindən öz səlahiyyətləri daxilində baxılıb obyektin layihələşdirilməsinə icazə verilməsi üçün müvafiq yerli icra hakimiyyətinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin səlahiyyətinə aid olan halda isə 2 nüsxədən ibarət olmaqla müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsinə və Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq Komitəsinə (obyektlə əlaqədar sifarişçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ünvanlanmış izahlı məktubu və torpaq sahəsinin ayrılması ilə bağlı itkilərin və ziyanın habelə qanunvericiliklə nəzərdə tutulmuş digər xərclərin ödənilməsinə dair zəmanəti sənədlərə əlavə edilməklə) təqdim edilməlidir.[11] Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq Komitəsi həmin sənədlərə 15 gün müddətində baxaraq, öz rəyi ilə birlikdə sənədlərin birinci nüsxəsini müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təqdim edir. Obyektin layihələşdirilməsinə dair icazə verilməsi bir ay müddətində həyata keçirilir. http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn8 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn9 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn10 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn11 12. Yerli icra hakimiyyətləri, bələdiyyələr, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən obyektin layihələşdirilməsinə dair verilmiş icazə həmin torpaq sahəsində tikinti işlərinin başlanmasına əsas vermir və verildiyi gündən başlayaraq 1 il ərzində etibarlıdır. 13. Obyektin tikiləcəyi yerin və ayrılması nəzərdə tutulan sahənin təxmini ölçüsünün qabaqcadan razılaşdırılması (layihələşdirilməsi) haqqında yerli icra hakimiyyətlərinin, bələdiyyələrin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin icazəsi həmin sahədə layihə-axtarış işləri aparmaq və bu işləri maliyyələşdirmək üçün əsasdır. 14. Sututarların olacağı yer və su altında qalması nəzərdə tutulan sahələrin təxmini ölçüləri əvvəlcədən hidrotexniki qurğular tikintisinin texniki-iqtisadi cəhətdən əsaslandırılması mərhələsində torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılır. 15. Yay və qış otlaqlarından torpaq sahələrinin ayrılması haqqında vəsatət ayrı-ayrılıqda həmin otlağın yerləşdiyi və müvəqqəti istifadə üçün təhkim edildiyi yerli icra hakimiyyətlərinə və ya bələdiyyələrə göndərilir. Bu halda torpaq ayrılması barədə qərar otlaq sahələrinin yerləşdiyi ərazinin yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən torpaq istifadəçilərinin rəyi nəzərə alınmaqla qəbul edilir.[12] TORPAQ SAHƏSİNİN AYRILMASININ RƏSMİLƏŞDİRİLMƏSİ 16. Torpaq sahəsinin ayrılmasına marağı olan aidiyyəti orqanlar hüquqi və fiziki şəxslər (sifarişçi) əvvəlcədən razılaşdırılmış obyektin layihələşdirilməsi qurtardıqdan sonra torpaq sahəsinin ayrılması barədə müvafiq yerli icra hakimiyyətləri və ya bələdiyyələr qarşısında vəsatət qaldırırlar.[13] Vəsatətə aşağıdakı sənədlər əlavə edilir: obyektin yerləşəcəyi sahənin əvvəlcədən razılaşdırılması (layihələşdirilməsi) barədə ilkin sənədlər; obyektin baş planı (xətti qurğularda isə onların istiqamətinin uzununa profilli en kəsiyi); tikintinin təsdiq edildiyi titul siyahısından çıxarış və ya tikintinin həyata keçirilməsi üçün zəruri vəsaitin olması barədə sifarişçinin arayışı; torpaq ayrılması ilə əlaqədar olaraq torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə vurulacaq ziyanın, qanunvericiliklə nəzərdə tutulmuş digər xərclərin habelə kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin ödəniləcəyi və obyektin layihələşdirilməsi müddətində mənafeyinə toxunulan hüquqi və fiziki şəxslərin tikinti ilə bağlı qoyduqları tələblərin yerinə yetiriləcəyi barədə zəmanət məktubu.[14] Torpaq sahəsi faydalı qazıntı çıxarmaqdan ötrü tələb olunduqda dağ-mədən işləri üçün müəyyən olunmuş razılıq sənədi, habelə açıq üsulla faydalı qazıntı çıxarılması və ya torpağın üst qatını pozmaqla əlaqədar olan tikinti aparılması üçün torpaq ayrıldığı halda, həmin torpaqların rekultivasiyası layihəsi təqdim edilir. 17. Yerli icra hakimiyyətləri və ya bələdiyyələr vəsatətə və ona əlavə edilmiş sənədlərə sifarişçinin iştirakı ilə 10 gün müddətində baxaraq: a) obyektin yerləşdirilməsinin razılaşdırılması barədə ilkin sənədlərdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və mənafeyinə toxunulan digər hüquqi və fiziki şəxslərin qoyduqları şərtlər yerinə yetirildiyi halda, öz səlahiyyətlərinə aid olan sənədləri təsdiq edir və qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin hazırlanması üçün qəbul etdiyi qərarın surətini və ayrılan torpağın miqyaslı planını müvafiq olaraq http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn12 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn13 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn14 Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsinə və Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq Komitəsinə təqdim edir;[15] b) Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin səlahiyyətinə aid olan sənədləri isə aidiyyəti üzrə təqdim etmək üçün yerli icra hakimiyyəti öz qərarı ilə birlikdə iki nüsxədən ibarət olmaqla sifarişçiyə qaytarır. 18. Sifarişçi yerli icra hakimiyyətindən aldığı sənədləri müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin adına izahlı məktubu (vəsatəti) ilə birlikdə iki nüsxədən ibarət olmaqla müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsinə və Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq Komitəsinə təqdim edir. 19. Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq Komitəsi sifarişçi tərəfindən təqdim olunmuş sənədləri 20 gün müddətində ekspertizadan keçirir və öz rəyi ilə birlikdə sənədlərin birinci nüsxəsini müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təqdim edir. 20. Torpaq sahələrinin geri alınması və dövlət ehtiyacları üçün ayrılması barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən qərar qəbul edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq Komitəsi 10 gün müddətində torpaq sahəsinin planının, ölçüsünün hazırlanması, təsdiqi və sifarişçiyə təqdim edilməsi üçün müvafiq rayon (şəhər) şöbəsinə göndərir.[16] Torpaq üzərində hüquqlar həmçinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.[17] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi QAYDALARI [18] I. ÜMUMİ MÜDDƏALAR 1. Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir. [19] http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn15 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn16 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn17 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn18 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn19 2. Yay və qış otlaq sahələrinin, mal-qara düşərgələrinin və köç yollarının başqa məqsədlər üçün istifadəsinə və kateqoriyalarının dəyişdirilməsinə müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin vəsatətinə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin razılığına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə icazə verilir.[20] 3. Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətində olan kəndyanı örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılır. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Ehtiyat fondu torpaqlarında qalan örüş sahələri və biçənəklər hüquqi və fiziki şəxslərin icarəsinə yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilir.[21] 4. Örüş otlaq sahələrinin və biçənəklərin təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, habelə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr həyata keçirirlər.[22] 5. Örüş, otlaq və biçənək sahələrinin məhsuldarlığı və münbitliyi təbii amillərin təsiri nəticəsində itirilərsə, bu sahələr müvafiq yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatətinə əsasən dövriyyədən çıxarılaraq konservasiya edilir. Həmin sahələrin sağlamlaşdırılması qaydası müvafiq normativ hüquqi aktlarla tənzimlənir. II. YAY VƏ QIŞ OTLAQLARININ BÖLÜNMƏSİ 6. Yay və qış otlaqları mülkiyyət formasından asılı olmayaraq heyvandarlığın inkişafı üçün təbii yem mənbəyi olmaqla, yem ehtiyatının artırılması məqsədi ilə istifadə edilir. 7. Yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin vəsatəti, habelə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında yay və qış otlaq sahələrinin inzibati ərazi vahidləri üzrə bölgüsünü Azərbaycan Respublikasının Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təsdiq edir.[23] 8. Yay və qış otlaq sahələrinin ərazi vahidinin vahidlərinin arasında bölüşdürülməsi zamanı aşağıdakı şərtlər nəzərə alınır:[24] a) damazlıq heyvandarlıq təsərrüfatlarının və bələdiyyə mülkiyyətində olan müəssisələrin yay və qış otlaqlarına olan tələbatı;[25] b)mülkiyyət formasından asılı olmayaraq, fiziki və hüquqi şəxslərin yay və qış otlaqlarına tələbatı; c)otlaq sahələrinin yerləşdiyi yer; ç)otlaq sahəsində müvafiq tikililərin olması; d)fiziki və hüquqi şəxslərin mülkiyyətində, yaxud istifadəsində olan otlaq sahələrində davarların saxlanılması imkanı; e)davarların sayı; ə)otlaq sahəsinin tutumu; http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn20 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn21 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn22 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn23 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn24 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn25 f)köç yolu ilə mal-qara düşərgəsinin mövcud vəziyyəti. 9. Dövlət, bələdiyyə və ya xüsusi mülkiyyət formalı təsərrüfatların, eləcə də digər fiziki və hüquqi şəxslərin yay və qış otlaq sahələrinə olan tələbatı haqqında məlumatlar həmin təsərrüfatların yerləşdiyi rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən öyrənilərək, hər ilin 1 mart tarixinə müvafiq siyahılar təsdiq edilir və 10 gün müddətində yay və qış otlaq sahələrinin yerləşdiyi rayon (şəhər) icra hakimiyyəti orqanlarına və bələdiyyələrə göndərilir.[26] 10. Bu Qaydaların 9-cu hissəsində qeyd olunan siyahılar yay və qış otlaq sahələrinin yerləşdiyi rayon (şəhər) icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə təqdim olunduqdan sonra 20 gün müddətində həmin rayon (şəhər) üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yerli bölmələri tərəfindən müvafiq torpaqayırma sənədləri hazırlanır və təsdiq edilməsi üçün yerli icra hakimiyyəti orqanlarına təqdim edilir.[27] Yerli icra hakimiyyəti orqanları və ya bələdiyyələr 15 gün müddətində həmin müraciətə və hazırlanmış sənədlərə baxaraq müvafiq qərar qəbul edirlər. Qərarda aşağıdakılar göstərilir: a) fiziki və hüquqi şəxslərin istifadəsinə və ya icarəsinə veriləcək otlaq sahəsinin nömrəsi və adı; b) otlaq sahəsinin ölçüsü və yerləşdiyi ərazi; c) sahənin torpaq və bitki örtüyünün vəziyyəti; ç) həmin torpağın normativ qiyməti (dəyəri) barədə nümunəsi əlavədə göstərilmiş qaiməyə (sertifikata) uyğun olaraq məlumat; d) otlağın tutumu və su təminatı; e) otlaq sahəsində olan müvafiq tikili və obyektlərin adı, sayı və ölçüsü; ə) tikili və obyektlərin mövcud istifadəyə yararlılıq vəziyyəti. 11. Yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin sərəncamı ilə ayrılmış otlaq sahəsinin sərhədi yerquruluşu xidməti tərəfindən yerdə (naturada) qoyulduqdan sonra istifadəçi (icarəçi) ilə icarə (istifadə) müqaviləsinin bağlanması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. [28] 12. Otlaq sahəsindən müvəqqəti istifadə və icarə müddəti başa çatdıqda, yeni müddət üçün həmin sahənin istifadəsində və icarəsində üstünlük hüququ əvvəlki istifadəçiyə və icarəçiyə verilir. İcarəyə verilmiş bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. [29] III. YAY VƏ QIŞ OTLAQLARININ İSTİFADƏSİ VƏ İCARƏSİ 13. Dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə yay və qış otlaq sahələri qısa müddətli istifadəyə verilir, digər hüquqi və fiziki şəxslərin icarəsinə isə bir qayda olaraq 10 ildən 15 ilədək verilir. Yay və qış otlaq sahəsinin üzərində istifadə, icarə hüquqlarının qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. İcarənin şərtləri tərəflərin razılığı ilə müəyyən edilir və icarə müqaviləsində təsbit olunur. [30] Qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən, keyfiyyətindən, tutumundan, habelə torpaqların mexaniki tərkibindən və humus qatının qalınlığından asılı http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn26 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn27 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn28 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn29 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn30 olaraq hər hektara 1—4 baş, yay otlaqlarında isə iki dəfə artıq davar otarılması nəzərdə tutulur. 14. Davarların baş sayı azaldıqda, yaxud sürü tamamilə sıradan çıxdıqda və ya onların mülkiyyətçisi dəyişdikdə istifadəsiz qalmış otlaq sahələrindən (yaxud onun bir hissəsindən) istifadə hüququna yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin sərəncamı ilə xitam verilir. Əgər belə bir hal bütövlükdə hər hansı inzibati ərazi vahidinin ərazisində baş verərsə, onda otlaqların istifadə edilməyən hissəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təklifi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin razılığı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə həmin inzibati ərazi vahidinin istifadəsindən geri alınıb, ehtiyacı olan digər inzibati ərazi vahidinə verilir.[31] 15. Yay və qış otlaqlarının istifadəsi və icarəsi zamanı inzibati ərazi vahidləri daxilində yaranmış mübahisə barədə müvafiq rayon, şəhər torpaq şöbəsinə müraciət olunur. Torpaq şöbəsində 10 gün müddətində məsələ torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılır və konkret təkliflə müvafiq yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə qarşısında vəsatət qaldırılır. 16. Yeri icra hakimiyyəti orqanı və ya bələdiyyə 15 gün ərzində həmin vəsatətə baxıb müvafiq qərar qəbul edir. Yay və qış otlaqlarının istifadəsində inzibati ərazi vahidləri arasında baş verən mübahisələrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, habelə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən birgə baxılır və həll edilir.[32] 17. Yay və qış otlaq sahələrindən istifadəyə görə vergi tutulması Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə, icarə haqqının müəyyən edilməsi isə Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə tənzimlənir. [33] IV. ÖRÜŞ SAHƏLƏRİNİN VƏ BİÇƏNƏKLƏRİN İSTİFADƏSİ VƏ İCARƏSİ 18. Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər ümumi istifadəyə, dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə qısamüddətli istifadəyə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin sərəncamı (qərarı) ilə bələdiyyənin ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələrinin digər hüquqi şəxslərin icarəsinə verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Ümumi istifadəyə ayrılmış örüş sahələri torpaq vergisinə cəlb edilmir. [34] 19. Örüş sahələrinin və biçənəklərin fiziki və hüquqi şəxslərin istifadəsinə və ya icarəsinə verilməsi üçün tələbat hesablanarkən mal-qaranın sayından, torpaq ehtiyatlarının həcmindən, sahənin tutumundan, coğrafi yerləşməsindən, suvarma imkanından asılı olaraq bu torpaqların dəmyə sahəsində hər hektarda 2—3 baş davar və 1 baş iribuynuzlu mal-qara, suvarılan sahəsində isə müvafiq olaraq iki dəfə artıq davar və iribuynuzlu mal-qara otarılması (yemləndirilməsi) nəzərdə tutulur. http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn31 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn32 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn33 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn34 20. İstifadəyə və icarəyə verilmiş örüş sahələrinin və biçənəklərin sərhədləri naturada mərz nişanları ilə ayrılır, istifadəçilərə və icarəçilərə qanunvericiliyə uyğun olaraq müvafiq hüquqi sənədlər verilir.[35] 21. Örüş sahələrinin və biçənəklərin istifadəyə və icarəyə verilməsi bu Qaydaların II və III bölmələrinə uyğun olaraq həyata keçirilir. V. YAY VƏ QIŞ OTLAQLARINDAN, ÖRÜŞ SAHƏLƏRİNDƏN VƏ BİÇƏNƏKLƏRDƏN İSTİFADƏDƏ QANUNVERİCİLİYƏ ƏMƏL EDİLMƏSİ 22. Fiziki və hüquqi şəxslər onların istifadəsinə və ya icarəsinə verilmiş yay və qış otlaq sahələrindən, habelə örüş və biçənəklərdən təyinatına uyğun olaraq səmərəli istifadə etməlidirlər. 23. Yay və qış otlaqlarını istifadəyə və icarəyə götürən fiziki və hüquqi şəxslər həmin sahənin 20—25 faizini dincə qoya bilər və tələbata uyğun olaraq çoban evləri, heyvandarlıq və digər mədəni-məişət və istehsalat təyinatlı tikililər tikə bilərlər (əsaslı tikinti aparmamaq şərti ilə). Həmin tikintilər üçün torpaq sahəsi yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin sərəncamı ilə torpaqayırma qaydasında ayrılır. 24. Otlaqların istifadə və ya icarə müddəti qurtardıqdan sonra həmin sahə qanunvericiliklə müəyyən edilmiş qaydada başqa istifadəçiyə və ya icarəçiyə verildikdə, yaxud bu Qaydaların 14-cü maddəsinə əsasən otlaq sahələri geri alındıqda yataqda olan tikililərin dəyəri qarşılıqlı razılaşma əsasında yeni istifadəçi və ya icarəçi tərəfindən ödənilir. Razılaşma mümkün olmadıqda, tikinti əvvəlki istifadəçi və ya icarəçi tərəfindən sökülüb aparılır. [36] 25. Torpaq istifadəçiləri və ya icarəçiləri aşağıdakı şərtlərə əməl etməyə borcludurlar: a) otlaq sahələrindən təyinatı üzrə istifadəyə; b) otlaq sahələrindəki su mənbəyindən səmərəli istifadəyə və onların qorunub saxlanılmasına; c) otlaq sahələrindəki mərz nişanlarının qorunmasına; ç) köç yolu və mal-qara düşərgəsinin təyinatı üzrə istifadəsinə; d) yataqlar və otlaqlararası xüsusi yollardan istifadə etməyə, lazımsız yol və cığırların salınmasına yol verməməyə; e) otlaqlarda baytarlıq-sanitariya tələblərinə ciddi riayət etməyə; ə) otlaqlarda iribuynuzlu mal-qaranın sürü halında otarılmamasına. 26. Quzuları və boğaz heyvanları yaşıl yemlə təmin etmək məqsədi ilə istifadəyə və ya icarəyə verilmiş qış otlağının ümumi sahəsinin 3 faizindən çox olmayan hissəsi yaşıl yem üçün arpa əkini altında istifadə edilə bilər. 27. Fiziki və hüquqi şəxslərin istifadəsinə və ya icarəsinə verilmiş örüş, otlaq və biçənək sahələrinin sərhədlərinin dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin sərəncamı ilə, inzibati ərazi vahidlərinin arasında bu cür dəyişikliklər müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə həyata keçirilir. 28. Örüş, otlaq və biçənək sahələrinin istifadəçiləri və icarəçiləri tərəfindən həmin sahələrin alınıb-satılmasına, girov qoyulmasına, özbaşına dəyişdirilməsinə və torpaq qanunvericiliyinin digər tələblərinin pozulmasına yol verilmir. http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn35 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn36 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 oktyabr tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarına ƏLAVƏ İSTİFADƏYƏ VƏ İCARƏYƏ VERİLMİŞ OTLAQ SAHƏSİNİN QAİMƏSİ (SERTİFİKATI)[37] Sıra №-si Yaylaq və qışlaq sahələri nin adı və nömrəsi Otlaq tiplər in adı Otlağa yararlı sahələr (hektar la) Yerüstü kütləvi ot məhsuldar lığı (sentnerlə) Ümumi yem ehtiyatı Otlağın tutumu (xırda buynuzlu mal-qaranın baş hesabı ilə) Quru yeyil ən kütlə Yem vahi di Mənimsən ilən protein 1 hektar da Cəmi sahə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölməsinin müdiri Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi M.Y. M.Y. imza, soyadı, adı və atasının adı imza, soyadı, adı və atasının adı “ ” 2000-ci il “ ” 2000-ci il http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 877.htm# edn37