تخطَّ إلى المحتوى
Nelum
قوانين أذربيجان

Ministerial Decree No. 42 on special permit for scientific and experimental research on the use of ionizing radiation sources

صدر في 2004-04-12 · النص بتاريخ 2026-10-01

القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.

البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.

عن هذا القانون

العنوان الأصلي
İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 42.
اللغة
Azerbaijani
النوع
لائحة
الدولة
أذربيجان
الموضوعات
Environment
الكلمات المفتاحية
authorization/permit, radiation, research, transport/storage, hazardous substances, precautionary principle, data collection/reporting, environmental security, emissions

أين تقرؤه

    لا يوجد رابط مصدر مسجل لهذا القانون.

النص

نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.

  1. "İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları"nın, "İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına xüsusi icazə verilməsi Qaydaları"nın, "İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasına xüsusi icazə verilməsi Qaydaları"nın və "Radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlərə xüsusi icazə verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI Azərbaycan Respublikası Prezidentinin "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 19 avqust tarixli 758 nömrəli Fərmanına və "Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə" 2003-cü il 23 oktyabr tarixli 980 nömrəli Fərmanının 4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları", "İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına xüsusi icazə verilməsi Qaydaları", "İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasına xüsusi icazə verilməsi Qaydaları" və "Radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlərə xüsusi icazə verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 12 aprel 2004-cü il № 42 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 aprel tarixli 42 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi konstruktor işlərinə xüsusi icazə verilməsi Q A Y D A L A R I I. ÜMUMİ MÜDDƏALAR 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 19 avqust tarixli 758 nömrəli Fərmanına və "Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə" 2003-cü il 23 oktyabr tarixli 980 nömrəli Fərmanının 4-cü bəndinə uyğun olaraq hazırlanmışdır və ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi-konstraktor işləri üzrə fəaliyyət növünə xüsusi icazə verilməsi qaydalarını müəyyən edir. 1.2. Bu Qaydalara əsasən Fövqəladə Hallar Nazirliyi Tərəfindən verilən xüsusi icazə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra ərizəçilər) bu Qaydaların 1.1-ci bəndində göstərilən fəaliyyət növünü həyata keçirməyə icazə verən rəsmi sənəddir.[1] 1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən xüsusi icazə aldıqdan sonra həmin xüsusi icazədə göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada məşğul ola bilərlər. 1.4. Xüsusi icazənin sahibi verilən xüsusi icazədən (xüsusi icazənin surətindən) yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu xüsusi icazənin qüvvəsi xüsusi icazə sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, xüsusi icazənin sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir. II. XÜSUSİ İCAZƏNİN VERİLMƏSİ QAYDASI 2.1. Xüsusi icazə almaq üçün ərizəçi Fövqəladə Hallar Nazirliyinə aşağıdakıları təqdim etməlidir: [2] 2.1.1. xüsusi icazə almaq üçün ərizə; ərizədə aşağıdakılar öz əksini tapmalıdır: hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı və xüsusi icazənin alınması ilə həyata keçirilən fəaliyyət növü;[*] fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən məlumatlar (seriya, nömrə, nə vaxt və kim Tərəfindən verilmişdir, ünvanı), xüsusi icazənin alınması ilə həyata keçirilən fəaliyyət növü;** 2.1.2.müəssisənin dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin surəti; 2.1.3.sahibkarlıq fəaliyyəti ilə məşğul oan fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamə; 2.1.4.ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənəd; 2.1.5.xüsusi icazə verilməsi üçün tələb olunan zəruri şərait və şərtlərə** cavab verən aşağıdakı sənədlər: http://www.e-qanun.az/alpidata/framework/data/6/c f 6095.htm# edn1 http://www.e-qanun.az/alpidata/framework/data/6/c f 6095.htm# edn2 http://www.e-qanun.az/alpidata/framework/data/6/c f 6095.htm# ftn1 http://www.e-qanun.az/alpidata/framework/data/6/c f 6095.htm# ftn2 elmi tədqiqat və təcrübi-konstruktor işlərinin həyata keçirilməsi üçün istifadə olunan radioaktiv maddələrin, avadanlıqların və cihazların saxlanması üçün binalar, məntəqə və anbarların istismara qəbul edilməsi aktı; ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların texniki təhlükəsizlik ekspertizasından keçməsi haqqında akt və həmin qurğuların fiziki mühafizəsinin təşkil edilməsi barədə arayış; dövlət ekoloji ekspertizasının rəyi; xüsusi icazə verilməsi nəzərdə tutulan fəaliyyət növü üzrə ərizəçilərin və yaxud onların mütəxəssislərinin müvafiq ixtisasa malik olmaları haqqında sənədlərin (vəsiqələrin diplomların) surətləri. 2.2. Fövqəladə Hallar Nazirliyi təqdim edilmiş sənədləri ekspertizadan keçirir və ərizəçinin xüsusi icazə verilməsi nəzərdə tutulan fəaliyyət üzrə texniki və təşkilati hazırlığı haqqında ekspert rəyini verir. 2.3. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır. 2.4. Xüsusi icazə almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan sənədlər Fövqəladə Hallar Nazirliyi tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmamaqla xüsusi icazə verilməsi haqqında qərar qəbul edilir. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Bu Qaydalarda göstərilən əsaslarla xüsusi icazə verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir. Bu bənddə göstərilən müddətlərin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 2.5. Xüsusi icazə verilməsindən aşağıdakı hallarda imtina edilir: 2.5.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 2.5.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda; 2.5.3. fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin bu Qaydalarda nəzərdə tutulan zəruri şəraiti olmadıqda. 2.6. Ərizəçi xüsusi icazə verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra xüsusi icazə almaq üçün bu Qaydalara uyğun olaraq Fövqəladə Hallar Nazirliyinə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda, məhkəməyə müraciət etmək hüququna malikdir. 2.7. Müəssisə, təşkilat, idarə ləğv edildikdə, yaxud sahibkar kimi fəaliyyət göstərmək üçün fiziki şəxsə verilən şəhadətnamə qüvvədən düşdükdə, hüquqi və fiziki şəxslərə verilən xüsusi icazə də öz hüquqi qüvvəsini itirir. Hüquqi şəxsin təşkilati-hüquqi forması dəyişdikdə, onun adı dəyişdirildikdə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəddə məlumatlar dəyişdikdə, xüsusi icazə itirildikdə, ərizəçi 15 gün müddətində xüsusi icazənin yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir. Xüsusi icazənin yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Xüsusi icazənin yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki xüsusi icazə əsasında, xüsusi icazə itirildikdə isə Fövqəladə Hallar Nazirliyinin verdiyi müvəqqəti icazə əsasında həyata keçirir. Fövqəladə Hallar Nazirliyinin rəhbəri Tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə xüsusi icazənin yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir. III. XÜSUSİ İCAZƏ 3.1. Xüsusi icazədə aşağıdakılar göstərilir: 3.1.1. Fövqəladə Hallar Nazirliyinin adı; 3.1.2. hüquqi şəxslər üçün - xüsusi icazə verilən hüquqi şəxsin adı və hüquqi ünvanı; 3.1.3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, ünvanı); 3.1.4. həyata keçirilməsinə xüsusi icazə verilən fəaliyyət növü; 3.1.5. xüsusi icazənin qüvvədə olma müddəti; 3.1.6. xüsusi icazənin qeydiyyat nömrəsi və verilmə tarixi. Xüsusi icazənin şərtləri xüsusi icazə blankına qoşulmuş xüsusi vərəqələrdə göstərilir. 3.2. Xüsusi icazə Azərbaycan Respublikasının fövqəladə hallar naziri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və Fövqəladə Hallar Nazirliyinin möhürü ilə təsdiq edilir. [3] 3.3. Fəaliyyət növünün ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirilməsi nəzərdə tutulduğu hallarda həmin obyektlər barədə bu Qaydaların 2.1.5-ci və 2.1.6 cı yarımbəndlərində göstərilən sənədlər ərizəçi Tərəfindən təqdim edildiyi təqdirdə, ərizəçiyə obyektlərin ünvanları qeyd olunan xüsusi icazənin surətləri verilir. 3.4. Xüsusi icazənin blankı Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən təsdiq edilir. [4] IV. XÜSUSİ İCAZƏNİN MÜDDƏTİ 4.1. Xüsusi icazə 3 il müddətinə verilir. 4.2. Xüsusi icazənin qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir. 4.3. Müddəti bitmiş xüsusi icazə və onun surətləri etibarsız sayılır. V. XÜSUSİ İCAZƏNİN QÜVVƏDƏ OLMA ŞƏRTLƏRİ 5.1. Xüsusi icazə sahibləri ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi-konstruktor işlərini həyata keçirərkən "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına və radiasiya təhlükəsizliyi üzrə mövcud norma və qaydaların tələblərinə riayət etməlidir. 5.2. Xüsusi icazə sahibləri aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər : 5.2.1. ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi konstruktor işləri üzrə aparılan texniki-təşkilati və texnoloji dəyişikliklər barədə məlumatların vaxtında (24 saat ərzində) Fövqəladə Hallar Nazirliyinə çatdırılması, radiasiya təhlükəsizliyinin və fiziki mühafizənin təmin edilməsi tədbirlərinin vaxtında təşkil edilməsi və yerinə yetirilməsi; 5.2.2. radiasiya qəzasının qarşısının alınması və baş verə bilən qəzanın ləğv edilməsi, onun nəticələrindən işçi heyətinin və əhalinin mühafizə olunması sahəsində tədbirlərin yerinə yetirilməsi; 5.2.3. radiasiya qəzası baş verdikdə, radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində qanunvericiliyə uyğun olaraq dövlət nəzarətini həyata keçirən Fövqəladə Hallar Nazirliyinə, Səhiyyə Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, habelə http://www.e-qanun.az/alpidata/framework/data/6/c f 6095.htm# edn3 http://www.e-qanun.az/alpidata/framework/data/6/c f 6095.htm# edn4 Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsinə, yüksək şüalanma gözlənilən ərazinin yerli icra hakimiyyəti orqanlarına və əhaliyə məlumat verilməsi; [5] 5.2.3. xüsusi icazə verilmiş fəaliyyət növünün özünəməxsus spesifik texniki-mühəndis xüsusiyyətlərindən irəli gələn digər texniki, inzibati və təşkilati tədbirlərin həyata keçirilməsi; 5.2.4. radiasiya təhlükəsizliyi üzrə mövcud norma və qaydaların tələblərinə uyğun gəlməyən çatışmazlığın müəyyən edilməsi, onların ləğv edilməsi üçün müvafiq tədbirlərin yerinə yetirilməsi və həyata keçirilmiş tədbirlər barəsində məlumatların Fövqəladə Hallar Nazirliyinə çatdırılması; 5.2.5. elmi tədqiqat və təcrübi-konstruktor işlərində istifadə edilən radioaktiv maddələrin və materialların saxlandığı binaların (anbarların) texniki vəziyyətinin radiasiya təhlükəsizliyinin və fiziki mühafizəsinin təmin edilməsi tələblərinə cavab verməsi; 5.2.6. elmi tədqiqat və təcrübi-konstruktor işlərində istifadə edilən radioaktiv maddələrin və materialların Azərbaycan Respublikası ərazisində hərəkəti haqqında Fövqəladə Hallar Nazirliyinə müəyyən olunmuş qaydada məlumat verilməsi. 5.3. Xüsusi icazənin qüvvədə olma qaydalarına nəzarəti Fövqəladə Hallar Nazirliyi həyata keçirir. 5.4. Nəzarətin aparılmasında Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aşağıdakılar daxildir: 5.4.1.xüsusi icazədə göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktlara və xüsusi icazə qaydalarına riayət edilməsini öz səlahiyyətləri çərçivəsində yoxlamaq; 5.4.2.yoxlama zamanı ortaya çıxan suallara aid xüsusi icazə sahibindən əlavə məlumatlar, arayışlar istəmək və almaq; 5.4.3.yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək; 5.4.4.müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə xüsusi icazə sahibinə xəbərdarlıq vermək; 5.4.5.xüsusi icazənin fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq. 5.5. Xüsusi icazə sahibi aparılan yoxlama zamanı Fövqəladə Hallar Nazirliyinin nümayəndələrini yoxlanılacaq obyektlərə buraxmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur. 5.6. Yoxlamanın nəticəsi barədə üç nüsxədən ibarət akt tərtib edilir. Akt Fövqəladə Hallar Nazirliyinin nümayəndələri və xüsusi icazə sahibi (müəssisənin rəhbəri) Tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə, bu barədə aktda qeyd edilir. Akta xüsusi icazə sahibinin (müəssisənin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi xüsusi icazə sahibində qalır. 5.7. Tərtib olunmuş aktda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, yoxlama zamanı aparılan araşdırmalarda iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin və digər dövlət nəzarəti orqanı əməkdaşının vəzifəsi, adı, soyadı, atasının adı göstərilir və bu barədə xüsusi icazə sahibinin (müəssisənin) Nəzarət kitabçasında qeydiyyat aparılır. [6] VI. XÜSUSİ İCAZƏNİN FƏALİYYƏTİNİN DAYANDIRILMASI VƏ YA LƏĞV EDİLMƏSİ http://www.e-qanun.az/alpidata/framework/data/6/c f 6095.htm# edn5 http://www.e-qanun.az/alpidata/framework/data/6/c f 6095.htm# edn6 6.1. Fövqəladə Hallar Nazirliyi xüsusi icazənin fəaliyyətini aşağıdakı hallarda dayandırır: 6.1.1.ərizəçi Tərəfindən müvafiq ərizə təqdim edildikdə; 6.1.2.ərizəçi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları Tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda; 6.1.3.hüquqi şəxsin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə; 6.1.4.fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarda tələb olunan zəruri şəraitin və şərtlərin pozulduğu aşkar edildikdə. 6.2. Fövqəladə Hallar Nazirliyi xüsusi icazənin fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə xüsusi icazənin sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir. Xüsusi icazənin fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə, xüsusi icazənin fəaliyyəti xüsusi icazənin sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Fövqəladə Hallar Nazirliyi tərəfindən bu barədə qərar qəbul edildikdə, xüsusi icazə bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilmiş andan 5 gün müddətində xüsusi icazənin sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir. 6.3. Fövqəladə Hallar Nazirliyi xüsusi icazəni aşağıdakı hallarda ləğv edir: 6.3.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 6.3.2. xüsusi icazə verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə; 6.3.3. xüsusi icazənin qüvvədə olma qaydaları ərizəçi Tərəfindən pozulduqda; 6.3.4. məhkəmənin müvafiq qərarı olduqda; 6.3.5. hüquqi şəxs ləğv edildikdə və sahibkar kimi fəaliyyət göstərən fiziki şəxsə verilən şəhadətnamə qüvvəsini itirdikdə. 6.4. Fövqəladə Hallar Nazirliyi xüsusi icazənin ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə xüsusi icazənin sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir. 6.5. Fövqəladə Hallar Nazirliyi verdiyi, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi xüsusi icazələrin reyestrini aparır.

Ministerial Decree No. 42 on special permit for scientific and experimental research on the use of ionizing radiation sources · Nelum