Ministerial Decree No. 41 on approval of rules on environmental auditing
صدر في 2001-02-22 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- Ekoloji auditor fəaliyyətinin aparılması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 41.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Environment
- الكلمات المفتاحية
- environmental audit, environmental planning, environmental security, environmental standards, authorization/permit, capacity building, monitoring, data collection/reporting, policy/planning, standards, protection of environment
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
"Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə", "Ekoloji auditor fəaliyyətinin aparılması Qaydaları" və "Dövlət Ekoloji ekspertizasının maliyyələşdirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 173 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə", "Ekoloji auditor fəaliyyətinin aparılması Qaydaları" və "Dövlət ekoloji ekspertizasının müəyyənləşdirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur). 2. "Təbiəti mühafizə ehtiyat fondu haqqında Əsasnaməni təsdiq etmək barəsində" Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 25 iyul tarixli 313 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin. 3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 22 fevral 2001-ci il № 41 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR EKOLOJI AUDITOR FƏALIYYƏTININ APARILMASI QAYDALARİ 1. EKOLOJİ AUDİTOR FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLMAQ HÜQUQU 1.1. Ekoloji auditor - xüsusi razılığa (lisenziya) əsasən ekoloji auditor fəaliyyəti göstərmək hüququna malik olan hüquqi və ya fiziki şəxslərdir. 1.2. Ekoloji auditor fəaliyyəti ilə məşğul olmaq hüququnu almaq üçün xüsusi razılıq (lisenziya) Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyənləşdirilmiş icra hakimiyyəti orqanı tərəfindən verilir. 1.3. Xarici auditorlar və auditor təşkilatları ekoloji auditin aparılmasına və məsləhətlərin verilməsinə cəlb edilə bilərlər. 2. EKOLOJİ AUDİTİN OBYEKTLƏRİ Ekoloji auditin obyektləri ətraf mühitin təbiət istifadəçiləri tərəfindən istifadə olunan bütün komponentləri (atmosfer havası, su obyektləri, bitki örtüyü, heyvanat aləmi və torpaq örtüyü), ətraf mühitə zərərli təsir edən müəssisələr və fərdi fəaliyyət nəticəsində ətraf mühitə vurulan zərərli təsir sahələridir. 3. EKOLOJİ AUDİTORUN MƏQSƏDİ Ekoloji auditorun məqsədi ekoloji təhlükəsizliyin təmin olunması məqsədilə təbiətdən istifadəçilərin fəaliyyətin Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, ekoloji norma və standartlara uyğunluğunu müstəqil surətdə yoxlamaq, onlara fəaliyyətinin səmərəli təşkili və ekoloji siyasətinin müəyyənləşdirilməsi ilə bağlı zəruri məsləhətlər vermək, köməklik göstərməkdir. 4. EKOLOJİ AUDİTORUN VƏZİFƏLƏRİ Ekoloji auditorun vəzifələri aşağıdakılardır: 4.1. ekoloji auditin aparılmasında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət etmək; 4.2. auditor yoxlamalarını və zəruri məsləhət xidmətlərini mövcud qanunvericilik üzrə keyfiyyətli həyata keçirmək; 4.3. yoxlamanın təsərrüfat subyektində şəxsi əmlak mənafeyi, qarşılıqlı iqtisadi və işgüzar maraqları, əlaqələri müəyyənləşdikdə, müəssisə rəhbərliyindən hər hansı bir şəxslə birbaşa qohumluq əlaqəsi olduqda, bundan əvvəl orada öz peşə fəaliyyəti ilə bağlı xidmətlər göstərdikdə auditin aparılmasında iştirakın qeyri-mümkünlüyü barədə dərhal sifarişçiyə (səlahiyyətli dövlət orqanına) xəbər vermək; 4.4. mülkiyyət formasından asılı olmayaraq təbiətdən istifadəçilərin təbii resurslardan istifadə və onun bərpası ilə bağlı maliyyə-təsərrüfat fəaliyyətinin auditini aparmaq; 4.5. ekoloji auditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular, maliyyə mühasibat uçotunun aparılması və hesabatların tərtibi, ekoloji tələblərə əməl olunmaması ilə bağlı nöqsanlar haqqında sifarişçinin rəhbərliyinə rəsmi məlumat vermək; 4.6. təbiətdən istifadəçilərin tələbi ilə aparılan ekoloji audit zamanı əldə edilən məlumatları (məhkəmə orqanlarının tələb etdiyi hallar istisna olmaqla) məxfi saxlamaq; 4.7. yoxlama zamanı alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxlanılmasını təmin etmək; 4.8. təbiətdən istifadəçilərin tələbi ilə onlara audit aparılmasına dair qanunvericiliyin tələbləri, tərəflərin hüquq və vəzifələri, habelə auditorun rəyində olan irad və nəticələri əsaslandıran normativ aktlar barəsində ətraflı məlumatlar vermək. 5. EKOLOJİ AUDİTOR FƏALİYYƏTİNİN TƏNZİMLƏNMƏSİ Ekoloji auditor fəaliyyəti Azərbaycan Respublikasının "Ətraf mühitin mühafizəsi haqqında" Qanunu, bu Qayda və digər normativ-hüquqi aktlarla tənzimlənir. 6. EKOLOJİ AUDİTORUN HÜQUQLARI Ekoloji auditorun hüquqları aşağıdakılardır: 6.1. müvafiq qanunvericiliyə uyğun olaraq təbiətdən istifadəçilər və digər sifarişçilərlə bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq auditin forma və metodlarını sərbəst müəyyənləşdirmək; 6.2. ekoloji audit aparılan təsərrüfat subyektlərinin ekoloji və maliyyə-təsərrüfat fəaliyyətinə dair bütün sənədlərlə (o cümlədən, kənar hüquqi şəxslərdə saxlanılan sənədlərlə) tanış olmaq və lazım olan məlumatlar almaq; 6.3. ekoloji audit aparılan təsərrüfat subyektlərinin rəhbərliyindən və digər işçilərindən yazılı izahat almaq; 6.4. səlahiyyətli dövlət orqanlarının sifarişilə ekoloji auditor xidməti göstərərkən müəyyən edilmiş nöqsan və pozuntular haqqında onlar qarşısında məsələ qaldırmaq; 6.5. ekoloji auditin keçirilməsinə müqavilə əsasında başqa auditorları, mütəxəssisləri cəlb etmək; 6.6. yoxlanılan təbiətdən istifadəçi müəssisə və təşkilat tərəfindən audit üçün lazım olan sənədlərin təqdim edilməməsi hallarında yoxlamasını keçirməkdən imtina etmək. 7. EKOLOJİ AUDİTOR FƏALİYYƏTİNİN APARILMASI 7.1. Ekoloji audit təbiətdən istifadəçi ilə ekoloji auditor arasında bağlanılmış müqaviləyə əsasən aparılır. 7.2. Ekoloji auditor öz işini yoxlama üçün tələb olunan ekoloji normativ sənədlər, təminatlar, yoxlanılan obyektin texniki sənədləri əsasında qurur. 7.3. Ekoloji auditor lazım olarsa yoxlama prosesində ekoloji laboratoriya xidmətindən və ya digər texniki yardımlardan istifadə edir. 7.4. Ekoloji auditor yoxlamanın xüsusiyyətindən asılı olaraq müəyyən sahələr üzrə mütəxəssis tələb olunarsa, kənar təşkilatlardan ekspert dəvət edir. 7.5. Ekoloji auditor müəssisənin gərgin ekoloji sahələrində aparılan tədbirlərin yaxşılaşdırılmasına daha diqqətli olmalı və ətraf mühitə zərərli təsirin mümkün qədər azaldılmasına nail olmalıdır. 7.6. Ekoloji auditor müəssisə rəhbərlərinə və mütəxəssislərinə məsləhətlər verməli, bu məsləhətlər müəssisənin gələcək ekoloji siyasətində öz müsbət əksini tapmalıdır. 7.7. Ekoloji auditin nəticəsi auditor rəyi şəklində sifarişçiyə təqdim olunur. 7.8. Səlahiyyətli dövlət orqanlarının qərarına əsasən keçirilmiş yoxlamanın nəticələrini əks etdirən ekoloji auditor rəyi Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə uyğun olaraq təyin edilmiş ekspertizanın rəyi ilə bərabər tutulur. 7.9. Ekoloji auditor tərəfindən müqavilə üzrə yerinə yetirilmiş iş sifarişçiyə akt əsasında təqdim olunmaqla rəsmiləşdirilir. 8. EKOLOJİ AUDİTORUN MƏSULİYYƏTİ Ekoloji auditor qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR