Ministerial Decree No. 259 on approval of rights and obligations of banks of genetic resources of cultivated plants
صدر في 2013-02-11 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- “Mədəni bitkilərin genetik ehtiyatları banklarının hüquq və vəzifələri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari No. 259.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Cultivated plants
- الكلمات المفتاحية
- genetic resources, institution, plant protection, governance
- الفئات
- agriculture
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI Azərbaycan Respublikası Prezidentinin “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” 2011-ci il 13 dekabr tarixli 273-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 7 fevral tarixli 576 nömrəli Fərmanının 1.4-1.8-ci bəndlərinin, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.3-2.1.7-ci, 2.1.9 cu yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə və 1.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 1. “Mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiyalarının formalaşdırılması, mühafizəsi və istifadəsi Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə). 2. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsinə və səmərəli istifadəsinə dövlət nəzarətinin təşkili Qaydaları” təsdiq edilsin (2 nömrəli əlavə). 3. “Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərinin və onların areallarının Siyahısı” təsdiq edilsin (3 nömrəli əlavə). 4. “Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərinin yayıldığı areallarda bu cür bitkilərin becərilməsinin davam etdirilməsi və sahələrin genişləndirilməsi Qaydası” təsdiq edilsin (4 nömrəli əlavə). 5. “Ölkə daxilində genetik modifikasiya olunmuş bitkilərin mövcudluğu və yayılma zonasının aşkarlanması Qaydası” təsdiq edilsin (5 nömrəli əlavə). 6. “Mədəni bitkilərin milli genefonduna aid edilən bitkilərin və onların genetik ehtiyat nümunələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması Qaydası və Şərtləri” təsdiq edilsin (6 nömrəli əlavə). 7. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın Əsasnaməsi” təsdiq edilsin (7 nömrəli əlavə). 8. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan ixtisaslaşdırılmış ekspert şuralarının Əsasnaməsi” təsdiq edilsin (8 nömrəli əlavə), 9. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan prioritet fəaliyyət istiqamətləri üzrə işçi qruplarının Əsasnaməsi” təsdiq edilsin (9 nömrəli əlavə). 10. “Mədəni bitkilərin genetik ehtiyatları banklarının hüquq və vəzifələri” təsdiq edilsin (10 nömrəli əlavə). 11. “Azərbaycan Respublikasının Milli Genbankının Əsasnaməsi” təsdiq edilsin (11 nömrəli əlavə). 12. “Genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədi ilə Azərbaycan Respublikasına idxalı Qaydası” təsdiq edilsin (12 nömrəli əlavə). 13. Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin iştirakı ilə mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi Texniki Şura yaradılsın. 14. Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu Milli Əlaqələndirici İnstitut müəyyən edilsin. Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Bakı şəhəri, 13 noyabr 2012-ci il 259 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli qərarı ilə təsdiq edilmişdir 10 nömrəli əlavə Mədəni bitkilərin genetik ehtiyatları bəndlərinin hüquq və vəzifələri 1. Ümumi müddəa 1.1. “Mədəni bitkilərin genetik ehtiyatları banklarının hüquq və vəzifələri” “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və mədəni bitkilərin genetik ehtiyatlan (bundan sonra - MBGE) banklarının hüquq və vəzifələrini müəyyən edir. 2. MBGE banklarının yaradılması 2.1. MBGE bankları (bundan sonra - genbanklar) aşağıdakı istiqamətlər üzrə yaradıla bilər: 2.1.1. müəyyən tədqiqat, təlim, seleksiya proqramlarında istifadə və qanunvericiliklə qadağan edilməmiş digər məqsədlərlə kolleksiya sahibləri tərəfindən öz vəsaitləri hesabına yaradılan genbanklar; 2.1.2. məqsədli layihələr əsasında elmi tədqiqat müəssisələri tərəfindən yaradılan genbanklar; 2.1.3. müvafiq elmi tədqiqat müəssisələrinin, seleksiya mərkəzlərinin, mülkiyyət formasından asılı olmayaraq toxumçuluq və bitkiçilik sahəsində fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində qanunvericilikdə nəzərdə tutulan maliyyə mənbələri hesabına yaradılan ixtisaslaşdırılmış genbanklar. 3. Genbankların vəzifələri 3.1. Genbanklar “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məsələlər də daxil olmaqla aşağıdakı vəzifələri daşıyır; 3.1.1. mədəni bitkilərin kolleksiyalarında təyinatına görə boşluqların müəyyən edilməsi, nəzarətdə saxlanılması, toplanma üzrə prioritetlərin müəyyənləşdirilməsi; 3.1.2. mədəni bitkilərin genefondunun zənginləşdirilməsi istiqamətində fəaliyyət planına malik olmaq və zənginləşdirilmə üçün qanunvericilikdə nəzərdə tutulan üsullardan istifadə edilməsi; 3.1.3. MBGE-nin hüceyrə plazması nümunələrinin baza, aktiv (işlək), əvəzedici (dublikat), özək, DNT və RNT kolleksiyalarının xüsusi orta və uzunmüddətli saxlanma şəraitində davamlı və təhlükəsiz mühafizəsinin və bunun üçün standartlara uyğun saxlanma şəraitinin təmin edilməsi; 3.1.4. MBGE-nin hüceyrə plazması nümunələrinin mövcud vəziyyətinin mütəmadi monitorinqinin aparılması, təhlükə altında olan nümunələrin müvafiq standartlar əsasında bərpası və çoxaldılması; 3.1.5. MBGE kolleksiyalarının kompyuterləşdirilmiş inventarlaşdırılması və daimi qeydiyyatının aparılması; 3.1.6. mədəni bitkilərin Genbankının tərkibinin və orada mühafizə edilən hüceyrə plazması nümunələrinin hər hansı hərəkətinin əks olunduğu məlumat bazalarının yaradılması, daim yeniləşdirilməsi, ölkədaxili və beynəlxalq şəbəkələrə qoşulması; 3.1.7. mədəni bitkilərin Genbankında saxlanılan nümunələrin dublikatlarının və onlara aid bütün məlumatların Milli Genbanka verilməsi; 3.1.8. mədəni bitkilərin genetik ehtiyatlarının səciyyələndirilməsi, qiymətləndirilməsi, istifadə üçün tövsiyələrin verilməsi; 3.1.9. hüceyrə plazması nümunələri ilə mübadilə; 3.1.10. kolleksiyalarda saxlanılan nümunələrin mühafizə şərtlərini pozmadan istifadəçilər tərəfindən əldə edilməsini təmin etmək; 3.1.11. MBGE-nin təbliği. 4. Genbankların hüquqları 4.1. Mədəni bitkilərin genbanklarının “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məsələlər də daxil olmaqla aşağıdakı hüquqları vardır: 4.1.1. MBGE-nin hüceyrə plazması nümunələrinin xüsusi təyinatlı kolleksiyalar üzrə toplanması, həmçinin elmi mübadilə və introduksiya yolu ilə bitki genefondunun zənginləşdirilməsi; 4.1.2. MBGE üzrə Elmi-Texniki Şuradan, ekspert və işçi qruplarından, Milli Əlaqələndirici İnstitutdan, Milli Genbankdan elmi-metodiki kömək istəmək; 4.1.3. etibarlı saxlanması üçün lazım olan həcmdən az toxum və digər əkin materialına malik bitki nümunələrinin bərpasından və artırılmasından başqa hər hansı digər məqsədlərlə genbankdan çıxarılmasından imtina edilməsi; 4.1.4. ölkə daxilində və ya xaricdə olan digər genbank və ya təşkilatla səlahiyyətləri çərçivəsində müqavilələrin bağlanması, birgə layihələr üzrə tədqiqat işlərinin aparılması, təlimlərin keçirilməsi; 4.1.5. xüsusi təyinatlı kolleksiyalardakı boşluqları doldurmaq və ya hər hansı digər məqsədlərlə digər yerli və xarici genbanklardan bitki nümunələrinin müqavilə əsasında sifariş verilməsi; 4.1.6. hər hansı digər genbank və ya təşkilatla birgə ekspedisiya yolu ilə toplanmış bitki nümunələrinin iştirakçılar arasında bərabər miqdarda bölünməsi; 4.1.7. MBGE üzrə beynəlxalq əməkdaşlıqda milli və beynəlxalq layihələrdə təşkilat statusu ilə və ya əməkdaşlarla iştirak; 4.1.8. əməkdaşlarının beynəlxalq təşkilatlar, eləcə də mədəni bitkilərin genetik ehtiyatları üzrə Milli Əlaqələndirici İnstitut tərəfindən təşkil edilən beynəlxalq və ümumrespublika təlim kurslarında və seminarlarda iştirakı; 4.1.9. genbank nümunələrinin kataloqlarının və digər çap materiallarının dərc etdirilməsi; 4.1.10. mədəni bitkilərin genbank fəaliyyətlərindən mövcud qanunvericilik çərçivəsində qazanc əldə edilməsi; 4.1.11. mədəni bitkilərin genetik ehtiyatlarının hüceyrə plazması nümunələrinin istifadəsindən əldə edilən gəlirdən mövcud qanunvericilik çərçivəsində royalti tələb edilməsi; 4.1.12. əldə edilən büdcədənkənar vəsaitin daxili ehtiyaclar üçün, işçilərin mükafatlandırılması da daxil olmaqla, mövcud qanunvericilik çərçivəsində xərclənməsi. 5. Nəbatat bağları və dendroloji parkların hüquq və vəzifələri 5.1. Azərbaycan Respublikasında MBGE banklarının hüquq və vəzifələri nəbatat bağları və dendroloji parklara da şamil edilir. 6. Azərbaycan Respublikasının Milli Genbankının hüquq və vəzifələri 6.1. Azərbaycan Respublikasının Milli Genbankının hüquq və vəzifələri “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, Milli Genbankın Əsasnaməsi, genbankların hüquq və vəzifələri və digər müvafiq qanunvericilik aktları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli qərarı ilə təsdiq edilmişdir