Ministerial Decree No. 206 on rules for the use and protection of water bodies
صدر في 1998-10-15 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- “Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 206.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Water
- الكلمات المفتاحية
- environmental standards, water resources management, groundwater, institution, protection of environment, standards, surface water, water conservation zone, inland waters, governance
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
Azərbaycan Respublikasının su qanunvericiliyi ilə bağlı bəzi qaydaların təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma Qaydaları”, “Sudan istifadə limitlərinin hazırlanması və həyata keçirilməsi Qaydaları”, “Su ehtiyatlarının kompleks istifadəsi vəmühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi Qaydaları”, “Sudan təsərrüfatdaxili istifadə planlarının və sudan istifadəyə dair ümumsistem planlarının təsdiq edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur). 2. Suların kompleks işlədilməsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması və təsdiq edilməsi qaydası haqqında” SSRİ Nazirlər Sovetinin 1976-cı il 2 iyun tarixli 408 nömrəli qərarı barədə” Azərbaycan SSR Nazirlər Sovetinin 1976-cı il 4 avqust tarixli 259 nömrəli qərarı (IV bölmə istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin. 3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ Bakı şəhəri, 15 oktyabr 1998-ci il № 206 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli 206 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma QAYDALARI 1. Bu Qaydalar Azərbaycan Respublikasının Su Məcəlləsinə və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanına əsasən hazırlanmışdır. 2. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırmanın əsas məqsədi sudan istifadə limitlərinin müəyyən edilməsi, elmi-texniki tərəqqini nəzərə almaqla su obyektlərinin istifadəsi vəmühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji, metroloji standartların, normaların və qaydaların işlənib hazırlanması və qəbul edilməsidir. 3. Yerüstü su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Fövqəladə Hallar Nazirliyi,İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti və “Azərenerji” Səhmdar Cəmiyyəti ilə razılaşdırılmaqla aparılır.[1] 4. Yeraltı su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd TəsərrüfatıNazirliyi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Səhiyyə Nazirliyi və digər aidiyyəti təşkilat və orqanlarla razılaşdırılmaqla aparılır.[2] 5. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırmaqla aparılır.[3] 6. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində sanitariya-gigiyena standartları, normaları və qaydaları Səhiyyə Nazirliyi tərəfindən Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti təşkilatlarla razılaşdırmaqla işlənib hazırlanır vəAzərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.[4] 7. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində ekoloji və texnoloji standartlar, normalar və qaydalar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Fövqəladə Hallar Nazirliyi, SəhiyyəNazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılmaqla işlənib hazırlanır və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. [5] 8. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində hidrogeoloji və hidroloji standartlar, normalar və qaydalar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Fövqəladə Hallar Nazirliyi, SəhiyyəNazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılmaqla işlənib hazırlanır və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. [6] 9. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində meteoroloji standartlar, normalar və qaydalar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılmaqla işlənib hazırlanır və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.[7] 10. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma ölkənin sosial iqtisadi tələbatı nəzərə alınmaqla Su Kadastrına əsasən və su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi vəsxemlərinə uyğun şəkildə aparılır. http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3207.htm# edn1 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3207.htm# edn2 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3207.htm# edn3 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3207.htm# edn4 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3207.htm# edn5 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3207.htm# edn6 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3207.htm# edn7