Ministerial Decree No. 205 on the procedure for verification of measuring instruments and certification of data on hydrometeorology and environmental monitoring
صدر في 1998-10-15 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qararı № 205.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Environment
- الكلمات المفتاحية
- environmental security, hazards, meteorology, monitoring, precautionary principle, protection of environment, standards
أين تقرؤه
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 747 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ Bakı şəhəri, 15 oktyabr 1998-ci il № 205 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli 205 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması QAYDASI [1] 1. Bu Qayda hidrometeorologiya və təbii mühitin monitorinqi sahəsində istifadə olunan cihaz, avadanlıq və qurğuların texniki tələblərə uyğun olaraq dəqiq işlənməsinə nəzarəti tənzimləyir. 2. Ölçmə vasitələrinin yoxlanılmasını və məlumatların sertifikatlaşdırılması Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirirlər. [2] 3. Ölçmə vasitələrinin yoxlanılmasını və məlumatların sertifikatlaşdırılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən verilmiş akkreditasiya attestatı əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində aparılır. [3] 4. Nümunəv i ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması beynəlxalq etalon mərkəzlərində müvafiq qaydada həyata keçirilir. 5. Qeydiyyatda olan nəzarət və işçi ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə razılaşdırılmış və təsdiq edilmiş dövlət yoxlama qradiyentlər i əsasında yerinə yetirilir. [4] 6. Ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 393 nömrəli qərarı ilə təsdiq edilmiş “Milli sertifikatlaşdırma sistemi haqqında Əsasnamə”yə uyğun aparılır. 7. Qeydiyyata alınmış ölçmə vasitələrinə verilmiş sertifikatlar onların tanınması üçün əsas sənəddir. 8. Ölçmə vasitələrinin sertifikat formaları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təsdiq edilir. [5] İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193) 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) 3. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) 4. 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817) 5. 5 avqust 2023-cü il tarixli 280 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, “Xalq” qəzeti, 12 avqust 2023-cü il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1263) QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI http://e-qanun.az/framework/39910 https://e-qanun.az/framework/54906 [1] 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası"nın 2-ci, 3-cü, 5-ci və 8-ci bəndlərində "Agentliyi" sözü "Komitəsi" sözü ilə əvəz edilmişdir. [2] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193) ilə "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası"nın 2-ci bəndində "Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi" sözləri "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası"nın 2-ci bəndində "Dövlət Hidrometeorologiya Komitəsi" sözləri “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri ilə əvəz edilmişdir. 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817) ilə “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası”nın 2-ci, 3-cü, 5-ci və 8-ci hissələrində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ” sözləri ilə əvəz edilmişdir. 5 avqust 2023-cü il tarixli 280 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, “Xalq” qəzeti, 12 avqust 2023-cü il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1263) ilə “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası”nın 2-ci, 3-cü, 5-ci və 8-ci hissələrində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilmişdir. [3] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193) ilə "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası"nın 3-cü bəndində "Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi" sözləri "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası"nın 3-cü bəndində "Dövlət Hidrometeorologiya Komitəsində" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyində" sözləri ilə əvəz edilmişdir. [4] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193) ilə "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası"nın 5-ci bəndində "Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi" sözləri "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilmişdir. [5] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193) ilə "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası"nın 8-ci bəndində "Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi" sözləri "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası"nın 8-ci bəndində "Dövlət Hidrometeorologiya Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir. http://e-qanun.az/framework/39910 https://e-qanun.az/framework/54906