Ministerial Decree No. 2 on state cadastre and monitoring of protected areas and objects
صدر في 2001-01-04 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- “Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrının və monitorinqinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin Qərari № 2.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Environment, Land and soil, Wild species and ecosystems
- الكلمات المفتاحية
- access-to-information, biosphere reserves, data collection/reporting, governance, inspection, institution, land-use planning, local government, monitoring, protected area, protection of habitats, special fund, biodiversity, cadastre/land registration, protection of environment, research, national parks, protection of species
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
Azərbaycan Respublikasında xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 366 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Azərbaycan Respublikasının təbiət parklarının ümumi Əsasnaməsi", "Azərbaycan Respublikasının dövlət təbiət yasaqlıqlarının ümumi Əsasnaməsi" və "Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrının və monitorinqinin aparılması Qaydaları" təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 4 yanvar 2001-ci il № 2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 2 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrının və monitorinqinin aparılması QAYDALARI 1. ÜMUMİ MÜDDƏALAR 1.1. Bu Qaydalar "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanunu (2000-ci il 24 mart tarixli 840-IQ nömrəli), "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanı (2000-ci il 15 iyul tarixli 366 nömrəli) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı (2000-ci il 1 avqust tarixli 142s nömrəli) əsasında hazırlanmışdır. 1.2. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı bu ərazilərin statusu, onların coğrafi mövqeyi və sərhədləri, həmin ərazilərin və obyektlərin xüsusi mühafizə rejimi, təbiət istifadəçiləri, ekoloji, elmi, iqtisadi, tarixi və mədəni əhəmiyyəti barədə zəruri məlumatların məcmusudur. 1.3. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş beynəlxalq, respublika, bölgə və yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin kateqoriyaları barədə məlumatları cəmləşdirən rəsmi sənəddir. 1.4. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı təbii sərvətlərinə aid digər kadastrlara uyğun və əlaqələndirmə prinsipi əsasında formalaşır və aparılır. 1.5. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı həmin ərazilərdə və onların mühafizə zonalarında aparılan monitorinq məlumatları əsasında tərtib edilir. 2. XÜSUSİ MÜHAFİZƏ OLUNAN TƏBİƏT ƏRAZİLƏRİNİN VƏ OBYEKTLƏRİNİN DÖVLƏT KADASTRININ APARILMASININ MƏQSƏDİ 2.1. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı dövlət təbiət qoruq fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, bu ərazilərin perspektiv və inkişafı şəbəkəsinin müəyyən edilməsi mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədilə aparılır. 2.2. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı məlumatları ətraf mühitin mühafizəsi və təbiətdən istifadəsi sahəsində idarəetmə və digər məsələlərin qəbul edilməsinin əsasını təşkil edir, ərazilərin iqtisadi və sosial inkişafı planlarının hazırlanmasında, yerquruluşu, şəhərsalma işlərinin və dövlət ekoloji ekspertizasının aparılmasında, təbii sərvətlərdən ətraf mühitə təsir edə bilən digər məsələlərin həllində mütləq nəzərə alınmalıdır. 2.3. xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrının aparılmasının məqsədi: mövcud və yaradılması planlaşdırılan xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında dövlətdə olan məlumatların yığılması və sistemləşdirilməsi; müxtəlif kateqoriyalara aid xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mövcud vəziyyətinin və fəaliyyətinin səmərəliyinin analizi; respublika, bölgə və yerli hakimiyyət orqanlarını, nazirlikləri, təşkilatları və digər hüquqi və fiziki şəxsləri xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında məlumatlarla təmin etmək. 3. XÜSUSİ MÜHAFİZƏ OLUNAN TƏBİƏT ƏRAZİLƏRİNİN VƏ OBYEKTLƏRİNİN DÖVLƏT KADASTRININ TƏRKİBİ VƏ STRUKTURU 3.1. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrına aşağıdakı məlumatlar daxil edilir: xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin hüquqi statusu və normativ hüquqi bazası haqqında; coğrafi vəziyyəti, sərhədləri və ərazisi haqqında: inzibati və idarə tabeçiliyi haqqında; mühafizə üsulu və rejimi haqqında; xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin ətrafındakı mühafizə zonaları (ərazisi, sərhədi və rejimi) haqqında; xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin ekoloji, maarifçilik, turizm və rekreasiya, iqtisadi, tarix və mədəni əhəmiyyəti barədə;[12] mühafizə olunan təbiət komplekslərinin və onların komponentlərinin kəmiyyət və keyfiyyət xüsusiyyətləri, öyrənilmə dərəcəsi və bu məlumatların saxlanılma yerləri barədə; http://www.e-qanun.az/alpidata/framework/data/4/c f 4572.htm# edn12 xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində, onların ətrafındakı mühafizə zonalarında torpaqların və digər sərvətlərin sahibkarları, istifadəçiləri və icarəçiləri barədə; xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin qorunma vəziyyəti, antropogen təsirin dərəcəsi və təhlükə foktorları haqqında; heyvan və bitki aləminin bərpasını və təbii artmasını təmin edən tədbirlər haqqında; xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin işçi ştatları və struktur bölmələri haqqında; xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsini öhdəsinə götürmüş hüquqi və fiziki şəxslər (ünvanı, öhdəlik müddəti və ştatı) barədə; xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin maddi-texniki bazası və maliyyələşdirilməsi haqqında; xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin ərazilərində aparılan son müavinələr (aparılan işlərin mövzusu və müddəti) haqqında; xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin vəziyyətinin qiymətləndirilməsi üçün ekspert kimi cəlb edilməsi məsləhət görülən hüquqi və fiziki şəxslər barədə; xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri barədə məlumatları olan digər mənbələr haqqında. 3.2. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı 4 bölmədən ibarətdir və bölmələrdə müvafiq olaraq beynəlxalq, respublika, bölgə və yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri barədə məlumatlar cəmləşir. 3.3. Beynəlxalq əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrına aşağıdakı məlumatlar aid edilir: biosfer təbiət qoruqları haqqında; təbiət abidələri haqqında; beynəlxalq əhəmiyyətli kateqoriyaya aid edilmiş digər xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri barədə. 3.4. Respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrına aşağıdakı məlumatlar aid edilir: dövlət təbiət qoruqları haqqında; milli parklar haqqında; dövlət təbiət yasaqlıqları haqqında; təbiət parkları haqqında; təbiət abidələri haqqında; zooloji parklar haqqında; nəbatat bağları və dendroloji parklar barədə; ölkə əhəmiyyətli müalicə sağlamlaşdırma yerləri və kurortlar barədə; [13] 3.5. Bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrına aşağıdakı məlumatlar aid edilir: dövlət təbiət yasaqlıqları haqqında; təbiət parkları haqqında; təbiət abidələri haqqında; zooloji parklar haqqında; nəbatat bağları və dendroloji parklar haqqında; müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında; [14] http://www.e-qanun.az/alpidata/framework/data/4/c f 4572.htm# edn13 http://www.e-qanun.az/alpidata/framework/data/4/c f 4572.htm# edn14 3.6. Yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrına aşağıdakı məlumatlar aid edilir: təbiət parkları haqqında; zooloji parklar haqqında; müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında. 3.7. Kadastrın uçot vahidinə ayrı-ayrı xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri aid edilir. 3.8. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastr məlumatları Azərbaycan Respublikasının və Naxçıvan MR-nın dövlət və bələdiyyə orqanlarının normativ sənədlərinə, elmi-tədqiqatların, layihə-axtarışlarının və inventarlaşmanın materiallarına, xüsusi tədqiqatların nəticələrinə, monitorinq məlumatlarına və respublika, bölgə və yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri barədə dəqiq məmulatları olan digər mənbələrə əsasən hazırlanır və təzələnir. 3.9. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastr məlumatlarına daimi nəzarət edilir. Kadastr məlumatlarının dəyişdirildiyi və yeni məlumatların daxil olduğu hallarda köhnə məlumatlar arxivləşdirilərək daimi saxlanılır. Kadastrda yeni məlumatların daxil olunması və dəyişikliklərin aparılması tarixi göstərilir və qabaqkı (köhnə) məlumatlar barədə qeydiyyat aparılır. 4. XÜSUSİ MÜHAFİZƏ OLUNAN TƏBİƏT ƏRAZİLƏRİNİN VƏ OBYEKTLƏRİNİN DÖVLƏT KADASTRININ APARILMASI QAYDALARI 4.1. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı aşağıdakı qaydada aparılır: beynəlxalq və respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri üzrə - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və tabeliyində respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri olan təşkilatlar tərəfindən; bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri üzrə - Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və tabeliyində bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri olan təşkilatlar tərəfindən; yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri üzrə - Bələdiyyə orqanları və tabeliyində yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri olan təşkilatlar tərəfindən. 4.2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tabeliyində respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri olan təşkilatların, bələdiyyə və yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin kadastrını aparan orqanların təqdim etdikləri kadastr sənədlərinə əsasən Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı hazırlanır. 4.3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi: beynəlxalq və respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrına daxil edilən əsas məlumatların toplanmasını və saxlanmasını təşkil edir və bu məlumatları təhlil edərək respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin vəziyyətini qiymətləndirir; bütün növlərə və kateqoriyalara aid xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri barədə əsas məlumatları ümumiləşdirərək kadastra daxil edir; kadastrın aparılmasına dair məsələlərlə bağlı metodik sənədləri hazırlayır; maraqlı nazirliklərin və təşkilatların iştirakları ilə hər bir xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin növlərinə və kateqoriyalarına aid məlumatların əsas göstəricilərini, kadastrın aparılması üçün tələb olunan digər məlumatları müəyyən edir və onların təqdim olunma müddətlərini təyin edir; komitənin tərkibində beynəlxalq və respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrının aparılması, onun tərtibatı və nəşri, respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri barədə illik hesabatların hazırlanması məqsədilə qurum təyin edir; bölgə və yerli əhəmiyyətli xüsusi mühafizə oluna təbiət ərazilərinin və obyektlərinin kadastrlarının aparılmasına dair əsas məlumatları razılaşdırır; müasir texniki-proqramlaşdırma üsullarından və kompyüter texnologiyasında kadastrın aparılmasında istifadəni təmin etmək üçün lazımi tədbirlər görür. 4.4. Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi: bölgə və yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin kadastrlarını belə ərazilərin tabeliyində olan hüquqi və fiziki şəxslər tərəfindən təqdim olunan məlumatlar əsasında aparılır; bölgə və yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin kadastrlarının aparılması üçün tələb olunan məlumatları, kadastr göstəricilərini və uçot sənədlərini hazırlayır və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırır; respublika, bölgə və yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin kadastrlarının aparılmasına dair əsas məlumatlarını təsdiq edilmiş forma əsasında və müəyyən olunmuş müddətlərdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edir; kadastr məlumatlarını Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə və bələdiyyə orqanlarına təqdim edir; bölgə və yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin kadastrlarının nəşrini təşkil edir. 4.5. Respublika, bölgə və yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri mülkiyyətində (idarəetmədə), istifadəsində və icarəsində olan nazirliklər, idarələr və digər hüquqi və fiziki şəxslər: xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin kadastrının aparılması üçün lazımi məlumatların yığılmasını, təzələnməsini, saxlanılmasını, ümumiləşdirilməsini və təhlilini təşkil edir; xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin kadastrlarının aparılmasına dair əsas məlumatlarını təsdiq edilmiş forma əsasında və müəyyən olunmuş müddətlərdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bilavasitə və yaxud onun yerli təşkilatları vasitəsi ilə təqdim edir. 4.6. Hər bir xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin kadastr məlumatı 5 ildən bir Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilmiş hesabat forması əsasında yerli hakimiyyət orqanlarında təsdiq edildikdən sonra təqdim edilir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin kadastr göstəricilərində il ərzində baş vermiş dəyişikliklər və əlavələr barədə məlumatlar hər il yanvarın 25-nə kimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. 5. XÜSUSİ MÜHAFİZƏ OLUNAN TƏBİƏT ƏRAZİLƏRİNİN VƏ OBYEKTLƏRİNİN MONİTORİNQ QAYDALARI 5.1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, bələdiyyə orqanları və tabeliyində yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri olan fiziki və hüquqi şəxslər həmin ərazilərdə və onların mühafizə zonalarında monitorinqin aparılması məqsədilə təbiət komplekslərinin və onların komponentlərinin kəmiyyət və keyfiyyət xüsusiyyətlərinin dəyişməsini öyrənmək üçün daimi müşahidələrin aparılmasını təşkil edir. [15] 5.2. Xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində aparılan monitorinqə aşağıdakılar daxil edilir: heyvan və bitkilərin ümumi vəziyyəti, sayı, yayılma əraziləri və bərpası; təbiət komplekslərinin qorunma vəziyyəti, bərpası, antropogen təsirlər; təbiət komplekslərinin və komponentlərinin təhlükə faktorları; dövlət təbiət qoruqlarında aparılan "Təbiət səlnamə"sinin məlumatları. 5.3. Monitorinq məlumatları hər il ümumiləşdirilir və dekabrın 5-nə kimi xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrını aparan (maddə 4.1) təşkilatlara təqdim olunur. http://www.e-qanun.az/alpidata/framework/data/4/c f 4572.htm# edn15