تخطَّ إلى المحتوى
Nelum
قوانين أذربيجان

Ministerial Decree No. 2 on approval of rules regarding international trade in endangered species of wild fauna and flora

صدر في 2009-01-07 · النص بتاريخ 2026-10-01

القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.

البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.

عن هذا القانون

العنوان الأصلي
«Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərar № 2.
اللغة
Azerbaijani
النوع
لائحة
الدولة
أذربيجان
الموضوعات
Wild species and ecosystems
الكلمات المفتاحية
certification, wild fauna, wild flora, international agreement-implementation, international trade, management/conservation, trade in species
الفئات
*

أين تقرؤه

    لا يوجد رابط مصدر مسجل لهذا القانون.

النص

نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.

  1. «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları»nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında» Konvensiyanın (CİTES) iştirakçısı olan dövlətlərin 2004-cü il oktyabrın 2-14-də Tailandın Banqkok şəhərində keçirilmiş 13-cü konfransında qəbul olunmuş 13.81 nömrəli Qərarının müddəalarını nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları» təsdiq edilsin 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ Bakı şəhəri, 7 yanvar 2009-cu il № 2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmişdir Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları I. Ümumi müddəalar 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının qoşulduğu «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında» Konvensiyanın iştirakçısı olan dövlətlərin 2004-cü il oktyabrın 2-14-də Tailandın Banqkok şəhərində keçirilmiş 13-cü konfransında qəbul olunmuş 13.81 nömrəli Qərarına əsasən Konvensiyanın həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır. 1.2. Bu Qaydalar «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya»nın I, II və III, habelə bu Qaydaların 1 və 2 nömrəli əlavələrində qeyd olunan yabanı flora və vəhşi fauna növlərinin, onların hissələrinin və derivatlarının beynəlxalq ticarətini tənzimləyir. 1.3. Bu Qaydalarda istifadə olunan terminlər və anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. Konvensiya - «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında» Konvensiya (CİTES); 1.3.2. mənşə ölkəsi - bu və ya digər növün vəhşi təbii mühitdən əldə edildiyi, doğulduğu, süni yolla yetişdirildiyi və ya artırıldığı ölkə, onları dənizdən introduksiya edən ölkə; 1.3.3. növ - heyvan və bitkinin istənilən növü, yarım növü və ya onların coğrafi mühitə uyğunlaşmış populyasiyaları; 1.3.4. derivat - heyvan və bitki növlərinin həyat fəaliyyətinin məhsulları; 1.3.5. nümunə - Konvensiyanın I, II, III, habelə bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil edilmiş canlı və ya cansız heyvan və ya bitki növləri, həmçinin müşayiətedici sənədindən, qabından, markirovkasından, etiketindən, yarlığından və ya digər asan tanınan əlamətlərindən müəyyən edilən hər hansı heyvan və bitkinin hissəsi və ya derivatı; 1.3.6. dənizdən introduksiya - nümunələrin hər hansı dövlətin yurisdiksiyası altında olmayan dəniz sahələrindən Azərbaycana gətirilməsi; 1.3.7. beynəlxalq ticarət - dənizdən introduksiya və «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları»ilə müəyyən edilən hər hansı ixrac, təkrar ixrac və idxal; 1.3.8. tranzit - Azərbaycan Respublikasının qanunvericiliyində xüsusi olaraq nəzərdə tutulmayan hallarda gömrük orqanlarının nəzarəti altında qalmaqla, beynəlxalq ticarətin obyekti olan nümunənin ölkə daxilində daşınması; 1.3.9. qeyri-sərbəst şəraitdə artırılmış - qeyri-sərbəst mühitdə cütləşmiş və ya digər yolla qametlərini ötürmüş valideynlərdən qeyri-sərbəst mühitdə alınmış yeni nəsil (o cümlədən yumurta); 1.3.10. süni yetişdirilmiş - insan tərəfindən nəzarət altında toxumlardan, çilinglərdən, şişkinlik əmələ gətirən toxuma və hüceyrələrdən, habelə zoğlardan yetişdirilmiş bitkilər; 1.3.11. inzibati orqan - Konvensiyanın IX maddəsinə müvafiq təyin edilmiş milli inzibati orqan; 13.12. elmi orqan - Konvensiyanın IX maddəsinə müvafiq təyin edilmiş milli elmi orqan; 1.3.13. icazə/sertifikat - nümunələrin Azərbaycan Respublikasının ərazisinə idxalı, dənizdən introduksiyası, habelə respublikadan ixracı və təkrar ixracı üçün inzibati orqan tərəfindən verilən sənəd; 1.3.14. şəxsi əşyalar və ya məişət predmetləri - mülkiyyət hüququnun bir hissəsi olan və şəxsə məxsus cansız nümunələr, hissələr və derivatlar. 1.4. Bu Qaydalar Xəzər dənizinin Azərbaycan Respublikasının suveren hüquqları və yurisdiksiyası şamil olunan bölməsi də daxil olmaqla, Azərbaycan Respublikasının bütün ərazisində, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, istənilən fiziki və hüquqi şəxslərə, Konvensiyanın I, II və III, habelə bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil edilmiş bütün heyvan və bitki növlərinə, onların hissələrinə və derivatlarına, nümunələrin Konvensiya üzvü olan və olmayan ölkələrlə beynəlxalq ticarətinə şamil edilir. 15. Konvensiya ilə müəyyən edilmiş şərtlər bu Qaydalardan fərqli olduqda, Konvensiyanın müddəaları tətbiq edilir. 16. Bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə müxtəlif heyvan və bitki növlərinin daxil edilməsi və ya çıxarılması elmi orqanın rəyi və inzibati orqanın təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. 1.7. Bu Qaydalar Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş fauna və flora növlərinə şamil edilmir. II. İnzibati və elmi orqanların səlahiyyətləri 2.1. İnzibati orqan: 2.1.1. Azərbaycan Respublikasının ərazisində Konvensiyada nəzərdə tutulan səlahiyyətləri icra edir və Konvensiyanın məqsədlərinin həyata keçirilməsini təmin edir; 2.1.2. Konvensiya ilə müəyyən edilmiş qaydada elmi orqanın rəyinə əsasən icazə/sertifikatını verir və ya verməkdən imtina edir, onlara zəruri hesab etdiyi şərtləri qoyur, verdiyi hər hansı icazə/sertifikatını etibarsız elan edir, geri alır və dəyişdirir; 2.1.3. nümunələrin ixracı, təkrar ixracı və idxalı üçün digər dövlətlərin inzibati orqanları tərəfindən verilmiş və istifadə edilmiş müvafiq icazə/sertifikatı toplayır, xətm edir və saxlayır; 2.1.4. bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil edilmiş növlərin qorunması ilə əlaqədar qanunvericiliyin icrasının təmin edilməsi sahəsində digər müvafiq orqanlarla əməkdaşlıq edir; 2.1.5. Konvensiyanın həyata keçirilməsi ilə əlaqədar qəbul edilməli tədbirlər barədə dövlət orqanlarına zəruri tövsiyələr verir; 2.1.6. Konvensiyanın, Konvensiya tərəflərinin konfranslarının qətnamələri və Konvensiya Katibliyinin qərar və tövsiyələrini icra edir; 2.1.7. nümunələrin beynəlxalq ticarəti barədə illik hesabatlar hazırlayır və Konvensiya Katibliyinə təqdim edir. 2.2. Elmi orqan: 2.2.1. nümunələrin ixracının həmin növün həyatı üçün təhlükəli olub-olmaması barədə rəy verir; 2.2.2. hər hansı növün populyasiya şəraiti tələb etdiyi hallarda, həmin növün ixracı üçün icazə/sertifikatının verilməsinin məhdudlaşdırılması barədə inzibati orqana tövsiyələr verir; 2.2.3. bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil edilmiş hər hansı növün eyniləşdirilməsinə dair əyani vəsait hazırlayır; 2.2.4. götürülmüş nümunələrdən istifadə haqqında qərar çıxarılması ilə əlaqədar rəy verir; 2.2.5. növlərin mühafizəsinə dair istənilən məsələlərlə əlaqədar inzibati orqana məsləhətlər verir; 2.2.6. Konvensiya tərəflərinin konfransının qətnamələrində nəzərdə tutulan vəzifələri yerinə yetirir. 2.3. İnzibati orqan bu Qaydaların müddəalarının həyata keçirilməsinin təmin edilməsi üçün digər müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq edir. 2.4. İnzibati orqanın, habelə Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri qarşılıqlı əməkdaşlıq etməklə, bu Qaydaların pozulduğu hallarda, qanunvericiliyə uyğun olaraq aşağıdakıları həyata keçirə bilərlər: 2.4.1. bu Qaydaların pozulması ilə məsuliyyət yaradan əməllərin törədilməsi şübhə doğuran sənədləri, obyektləri, predmetləri və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürmək; 2.4.2. bu Qaydaların müddəalarının pozulması ilə saxlanılan hər hansı nümunənin yerləşdiyi güman edilən binalara və nəqliyyat vasitələrinə qanunvericiliyə uyğun olaraq baxış keçirmək və nümunələrə aid istənilən sənədlərlə tanış olmaq; 2.4.3. bu Qaydaların müddəalarının pozulması ilə daşınması, əldə edilməsi və ya alğı-satqı predmeti olması güman edilən nümunələrlə tanış olmaq; 2.4.4. qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər tədbirlər görmək. III. İcazə/sertifikatın verilməsi qaydaları və şərtləri 3.1. Nümunələrin beynəlxalq ticarəti üçün icazə/sertifikatı almaq istəyən fiziki və ya hüquqi şəxslər ərizə ilə inzibati orqana müraciət edirlər. 3.2. Müraciətdə fiziki şəxslərin adı, atasının adı, soyadı, şəxsiyyətini təsdiq edən sənədin surəti, hüquqi şəxslərin isə tam adı, hüquqi və faktiki ünvanı, telefon nömrələri, habelə beynəlxalq ticarəti nəzərdə tutulan nümunələr barədə ətraflı məlumatlar göstərilməlidir. 3.3. Konvensiyanın I, II və III, habelə bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil edilmiş nümunələrin ixracı üçün icazə almaq barədə ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir: 3.3.1. nümunələrin Azərbaycanın hüdudları daxilində əldə edilməsi (tutulması, vurulması, yığılması) barədə təsdiqedici sənədin surəti və dəyişmə, alğı-satqı, bağışlama, vərəsəlik yolu ilə əldə edilən nümunələrin təbii mühitdən götürülməsinin qanuniliyini təsdiq edən sənədlər; 3.3.2. Konvensiyanın I, habelə bu Qaydaların 1 nömrəli əlavəsinə daxil edilmiş nümunələrin ixrac olunacaq ölkənin inzibati orqanı tərəfindən həmin nümunənin idxalına verilmiş icazə/sertifikatın surəti; 3.3.3. elmi orqanın rəyi; 3.3.4. baytarlıq və fitosanitar normalara cavab verdiyini təsdiq edən sənədlər; 3.3.5. Konvensiyanın I və bu Qaydaların 1 nömrəli əlavələrinə daxil edilmiş nümunələrin süni şəraitdə yetişdirilməsini (onun valideynlərinin 2-ci nəsli barədə məlumatlar göstərilməklə) təsdiq edən sənədlərin surətləri. 3.4. Konvensiyanın I, II və III, habelə bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil edilmiş nümunələrin Azərbaycan Respublikasından təkrar ixracı üçün icazə almaq barədə ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir: 3.4.1. nümunələrin təkrar ixracına icazə/sertifikatın alınması zamanı bu qaydaların 3.3-cü bəndin 3.3.3-cü yarımbəndindəki elmi orqanın rəyi istisna olmaqla, həmin bənddəki sənədlər ərizəyə əlavə edilir. 3.5. Konvensiyanın I əlavəsinə daxil edilmiş nümunələrin Azərbaycan ərazisinə idxalı üçün icazə/sertifikatın alınmasına dair ərizəyə elmi orqanın rəyi əlavə edilir. 3.6. Konvensiyanın II və III əlavəsinə daxil edilmiş nümunələrin idxalına icazə/sertifikatın verilməsi tələb olunmur. 3.7. Nümunələrin Azərbaycan ərazisinə introduksiyası üçün icazə/sertifikatın alınmasına dair verilən ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir: 3.7.1. elmi orqanın rəyi; 3.7.2. baytarlıq və fitosanitar normalara cavab verdiyini təsdiq edən sənədlər. 3.8. İcazə/sertifikatı almaq barədə ərizəyə əlavə edilmiş sənədlərdə çatışmazlıqlar və uyğunsuzluqlar aşkar edildikdə, 3 (üç) iş günü ərzində ərizəçiyə yazılı məlumat verilir və məlumatda sənədlərdəki çatışmazlıqlar və uyğunsuzluqlar konkret göstərilir. Ərizədə bütün zəruri hallar göstərilmişdirsə və zəruri materiallar əlavə edilmişdirsə, ərizə təqdim edildiyi gündən 5 (beş) gün müddətində bu Qaydaların tələblərinə uyğun olaraq baxılır və imtina üçün əsas olmadıqda icazə/sertifıkatı verilir. 3.9. İcazə/sertifikatın verilməsindən imtina edildikdə, bu barədə ərizəçiyə əsaslandırılmış yazılı məlumat verilir. Ərizəçi imtina ilə əlaqədar qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. 3.10. Konvensiyanın I, II və III və bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil edilmiş nümunələrin ticarəti aşağıdakı şərtlərə cavab verdikdə həyata keçirilə bilər: 3.10.1. ixrac və ya təkrar ixracın, habelə introduksiyanın obyekti olan canlı nümunələrin Konvensiyanın canlı nümunələrinin daşınması ilə bağlı rəhbər prinsiplərinə əməl olunduqda; 3.10.2. canlı nümunələrin hava nəqliyyatı ilə daşınması hallarında, heyvanların zədələnməsi, həyatlarının təhlükəyə məruz qalması və ya onlarla amansız rəftar riskinin minimuma endirilməsini nəzərdə tutan Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının canlı nümunələrin daşınması barədə tələbləri yerinə yetirildikdə; 3.10.3. Konvensiyanın I və bu Qaydaların 1 nömrəli əlavələrinə daxil edilmiş növlərin nümunələrinin idxalı və ya dənizdən introduksiyası kommersiya məqsədləri üçün istifadə edilmədikdə; 3.10.4. Konvensiyanın II əlavəsinə daxil edilmiş hər hansı növü ixrac edən dövlətin inzibati orqanı tərəfindən ixrac və ya təkrar ixrac üçün icazə/sertifikatı verildikdə; 3.10.5. Konvensiyanın III əlavəsinə daxil edilmiş növlərin Azərbaycan ərazisinə idxalı zamanı növü ixrac edən ölkənin mənsubiyyəti barədə sertifikat təqdim olunduqda; 3.10.6. Konvensiyanın III əlavəsinə daxil edilmiş növlərin Azərbaycan ərazisinə idxalı zamanı, əgər ixrac Konvensiyanın III əlavəsinə daxil olunmasını təklif etmiş ölkədən həyata keçirilirsə, həmin ölkənin inzibati orqanı tərəfindən növün ixrac olunmasına verilmiş icazə/sertifikatı təqdim olunduqda. 3.11. Konvensiyanın III əlavəsinə daxil edilmiş növlərin ticarəti üçün elmi orqanın rəyi tələb olunmur. 3.12. Bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil edilmiş növlərin nümunələrinin beynəlxalq ticarəti məqsədi ilə icazə/sertifikatın verilməsi müvafiq olaraq Konvensiyanın I və II əlavələri üçün müəyyən edilmiş şərtlərə uyğun olaraq həyata keçirilir. 3.13. Konvensiyanın I və II, habelə bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil olan və qeyri-sərbəst şəraitdə artırılmış və ya süni yolla yetişdirilmiş bitki və heyvan növlərinin nümunələri beynəlxalq ticarətin obyekti ola bilər. 3.14. Konvensiyanın I və bu Qaydaların 1 nömrəli əlavələrinə daxil edilmiş növlərin qeyri-sərbəst şəraitdə artırılan və ya süni yolla yetişdirilən nümunələrinin beynəlxalq ticarəti Konvensiyanın II və bu Qaydaların 2 nömrəli əlavələrinə daxil edilmiş növlər üçün müəyyən olunan qaydada həyata keçirilir. 3.15. Nümunələrin bu Qaydalara müvafiq beynəlxalq ticarəti üçün müəyyən edilmiş şərtlər aşağıdakılara tətbiq olunmur: 3.15.1. nümunələrin Azərbaycan ərazisindən gömrük nəzarəti altında tranzit daşınmasına; 3.15.2. ixrac və ya təkrar ixrac edən ölkənin inzibati orqanı nümunələrin Konvensiyanın və bu Qaydaların şərtlərinin tətbiq olunmasından əvvəl əldə edilməsinə əmin olunduqda; 3.15.3. alimlər və ya elmi təşkilatlar arasında inzibati orqan tərəfindən verilmiş və ya təsdiq edilmiş yarlıqları olan herbari, digər konservləşdirilmiş, qurudulmuş, xüsusi mayedə qoyulmuş muzey eksponatların, canlı bitki nümunələrinin mübadiləsi, müvəqqəti istifadəsi, bağışlanması, habelə kommersiya məqsədi daşımayan barter hallarına; 3.15.4. Konvensiyanın I və bu Qaydaların 1 nömrəli əlavələrinə daxil edilmiş şəxsi və ya məişət əşyalarına (əgər onlar sahibi tərəfindən başqa ölkədə əldə edilərək şəxsin (sahibinin) daimi yaşadığı ölkəyə idxal edilmirsə); 3.15.5. Konvensiyanın II və bu Qaydaların 2 nömrəli əlavələrinə daxil edilmiş şəxsi və ya məişət əşyalarına (əgər onlar başqa ölkənin vəhşi təbiətindən əldə edilərək sahibinin daimi yaşadığı ölkənin ərazisinə idxal edilmirsə və nümunənin əldə edildiyi dövlətin inzibati orqanı onların ölkədən ixrac olunması üçün əvvəlcədən icazə tələb etmirsə); 3.15.6. səyyar sirklər, heyvanxana, zooloji bağlar və bitki sərgilərinə (əgər nümunələr qəbul edilmiş qaydada inzibati orqanda qeydiyyatda keçmişdirsə və ya nümunələr bu Qaydaların 3.15.2-ci bəndindəki kateqoriyaya aiddirsə, həmçinin inzibati orqan canlı nümunələrin daşınması və onlara qulluq edilən zaman mümkün zədələnmələrin, amansız rəftarın və həyatı təhlükə riskinin minimuma endiriləcəyinə əmindirsə). IV. İcazə/sertifikatın tərtibi 4.1. Konvensiyanın I, II və III, habelə bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil edilmiş növlərin beynəlxalq ticarəti zamanı bu Qaydaların 3 nömrəli əlavəsinə uyğun icazə/sertifikatı tərtib edilir. 4.2. İcazə/sertifikatı xüsusi blanklarda növlərin adları latın dilində qeyd olunmaqla, Azərbaycan və ingilis dillərində tərtib edilir. 4.3. İcazə/sertifikatın əsli və 3 nüsxəsi (surətləri) olmaqla tərtib edilir. İcazə/sertifikatın əsli ilə digər nüsxələrinin rəngləri fərqlənir və icazə/sertifikatın əslinə CİTES-in nömrələnmiş markası yapışdırılaraq bütün nüsxələr inzibati orqanın rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Ərizəçiyə icazə/sertifikatın əsli və digər iki nüsxəsi təqdim edilir. Gömrük orqanları tərəfindən icazə/sertifikatın əslində və nüsxələrin birində müvafiq qeydlər aparılır və qeydiyyatı aparılmış nüsxələrdən biri gömrük orqanları tərəfindən götürülür. Üçüncü nüsxə ərizəyə əlavə edilmiş sənədlərlə birlikdə müəyyən olunmuş qaydada inzibati orqanda saxlanılır. 4.4. İcazə/sertifikatın surətlərinin heç biri əslinin əvəzinə istifadə edilə bilməz. 4.5. Nümunələrin hər partiyası üçün ayrıca icazə/sertifikatı tələb olunur. 4.6. Bir icazə/sertifikata üçdən artıq növün nümunəsi daxil edilə bilməz. 4.7. İcazə/sertifikata əlavə və düzəlişlər edilməsinə yol verilmir. 4.8. İcazə/sertifikatı verildiyi gündən aşağıdakı müddətdə qüvvədədir: 4.8.1. ixrac və təkrar ixrac üçün icazə/sertifikatı - 6 ay; 4.8.2. Konvensiyanın I və bu Qaydaların 1 nömrəli əlavələrinə daxil edilmiş növlərin nümunələrinin idxalı üçün icazə/sertifikatı -12 ay; 4.8.3. Konvensiyanın II, habelə bu Qaydaların 2 nömrəli əlavələrinə daxil edilmiş növlərin nümunələrinin digər ölkənin ərazisindən ixrac və ya təkrar ixracı barədə müvafiq icazə/sertifikat əsasında verilən idxal üçün icazə/sertifikat-6 ay (müddət ixrac və ya təkrar ixrac sənədlərinin verildiyi gündən hesablanır); 4.9. İcazə/sertifikatı bu Qaydalarla müəyyən edilmiş müddətlərdə və yalnız icazə/sertifikatda göstərilən şəxslər tərəfindən istifadə edilə bilər, digər şəxslərə verilə bilməz. 4.10. İcazə/sertifikatı nümunələr ixrac olunmazdan əvvəl alınmalıdır. V. İcazə/sertifikatın ləğv olunması və ona xitam verilməsi 5.1. İcazə/sertifikatı aşağıdakı hallarda inzibati orqan tərəfindən ləğv edilir: 5.1.1. ərizəçi tərəfindən müvafiq müraciət edildikdə; 5.1.2. Konvensiyanın, Konvensiya tərəflərinin konfransının qətnamələrinin, bu Qaydaların, habelə idxal edildiyi ölkənin qanunlarının pozulması ilə verildiyi müəyyən edildikdə; 5.1.3. icazə/sertifikatın verilməsində bu Qaydalarla müəyyən edilmiş şərtlərinin pozulması baş verdikdə; 5.1.4. icazə/sertifikatı itirildikdə; 5.1.5. nümunə sahibi dəyişdikdə; 5.1.6. nümunə sahibi olan hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs öldükdə; 5.1.7. məhkəmənin müvafiq qərarı olduqda; 5.1.8. idxal edilən nümunənin onun ixrac olunduğu ölkənin qanunvericiliyinin pozulması yolu ilə ixrac edildiyi müəyyən edildikdə; 5.1.9. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda; 5.2. icazə/sertifikata aşağıdakı hallarda inzibati orqan tərəfindən xitam verilir: 5.2.1. etibarsız hesab edilmiş icazə/sertifıkatı inzibati orqana təhvil verildikdə; 5.2.2. beynəlxalq ticarət üçün digər ölkələrin inzibati orqanları tərəfindən verilmiş icazə/sertifikatı qüvvədən düşdükdə; 5.2.3. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda. VI. Bu Qaydaların pozulması nəticəsində götürülmüş nümunələrdən istifadə 6.1. Konvensiyanın tələblərinə müvafiq olaraq, götürülmüş nümunələr saxlanılmaq üçün inzibati orqana verilir. 6.2. Məhkəmənin qərarına əsasən və ya elmi orqanın rəyini nəzərə alaraq, inzibati orqan nümunələr barədə aşağıdakı qərarlardan birini qəbul edir: 6.2.1. sahibinə qaytarılması; 6.2.2. ixrac edildiyi ölkəyə qaytarılması (müvafiq dövlətin Konvensiya üzrə inzibati orqanı ilə məsləhətləşmələr apardıqdan sonra); 6.2.3. təbii mühitə buraxılması; 6.2.4. canlı nümunələrin qeyri-sərbəst şəraitdə və ya süni olaraq yaradılmış mühitdə saxlanılması və artırılması, cansız nümunələrin isə saxlanmaq üçün dövlət və ya bələdiyyə təşkilatlarına, təbiəti mühafizə, elmi, maarifçilik, mədəniyyət və tibbi məqsədlər üçün əvəzsiz verilməsi; 6.2.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada satılması (bu Qaydaların 6.2.1-6.2.3-cü yarımbəndlərində nəzərdə tutulmuş qərarların həyata keçirilməsi mümkün olmadıqda); 6.2.6. öldürülməsi və ya məhv edilməsi (canlı nümunələr üçün baytarlıq nəzarəti orqanlarının rəyi olduqda). 6.3. Nümunələrin satışı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 6.4. Nümunəni alan şəxsə inzibati orqan tərəfindən bu Qaydaların 4 nömrəli əlavəsində göstərilən formada Şəhadətnamə verilir. Şəhadətnamə nümunənin əldə edilməsinin qanuniliyini təsdiq edən sənəddir. Şəhadətnamə nümunənin hər bir nüsxəsinə və ya partiyasına verilir. 6.5. Nümunənin sahibi dəyişdiyi halda, yeni sahib 3 (üç) həftə ərzində əvvəlki sahibin Şəhadətnaməsini və nümunənin yeni sahibinə verilməsi faktını təsdiq edən sənədləri inzibati orqana təqdim etməklə öz adına Şəhadətnamə almalıdır. Nümunənin məhv olduğu (itirildiyi) hallarda onun sahibi 2 (iki) həftə müddətində bu barədə inzibati orqanı məlumatlandıraraq Şəhadətnaməni qaytarmalıdır. 'Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları"na 1 nömrəli əlavə Azərbaycan üçün xarakterik, nadir və kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növləri FAUNA (HEYVANLAR) MAMMALIA (MƏMƏLİLƏR) CHIROPTERA YARASALAR Rhinolophidae Nalburun yarasalar fəsiləsi Rhinolophus euryale Cənub nalburunu Miniopteridae Uzunqanad yarasalar Miniopterus schrebersii Adi uzunqanad yarasa Molossidae Buldoq yarasalar Tadarida teniotis Bükükdodaq enliqulaq RODENTIA GƏMİRİCİLƏR Hystricidae Tirəndazlar Hystrix leucura Hindistan tirəndazı CARNIVORA YIRTICILAR Hyaenidae Kaftarlar Hyaena hyaena Zolaqlı kaftar Mustelidae Dələlər Vormela peregusna Safsar Felidae Pişikkimilər Felis libuca Çöl pişiyi Lynx linx Vaşaq Otocolobus manual Manul pişiyi Pantera pardus Bəbir ARTIODACTYLA CÜTDIRNAQLILAR Bovidae Boşbuynuzlular Gazella subgutturosa Ceyran Rupicapra rupicapra Köpgər, qarapaça Capra aegagrus Bezoar və ya qaya keçisi Ovis orientalis Muflon, dağ qoyunu AVES (QUŞLAR) Pelecaniformes Qutankimilər Pelecanidae Qutanlar Pelecanus Qutan Pelecanus onocrotalus Çəhrayı qutan Anseriformes Qazkimilər Anatidae Ördəklər Cygnus Qulələk Cygnus olor Fısıldayan qulələk Anser Qaz Anser erythropus Ağqaş qaz Anas (Marmaronetta) Ordək (Mərməri) Anas (Marmaronetta) angustirostris Mərmər cürə Galliformes Toyuqkimilər Phasianidae Qırqovullar Tetraogallus Ular Tetraogallus caucasicus Qafqaz uları Tetraonidae Tetralar Lyrurus mlocosiewiczi Qafqaz tetrası Francolinus Turac Francolinus francolinus Adi turac Gruiformes Durnakimilər Rallidae Sufərələri Crex Çivdimdik Crex crex Adi çivdimdik Charadruformes Cüllütkimilər Charadridae Bozcalar Vanellochettusia Ağquyruq Vanellochettusia leucura Çökükburun ağquyruq Chettusia Çökükburun Chettusia gregaria Çığırqan çökükburun Glarolidae Haçaquyruqlar Glareola Haçaquyruq Glareola nordmanni Bozqır haçaquyruğu Laridae Qağayılar Larus Qağayı Larus ichtyaetus Güləyən gağayı Columbiformes Göyərçinkimilər Pteroclididae Bağrıqaralar Pterocles Bağrıqara Pterocles orientalis Qaraqarın bağrıqara REPTILIA (SÜRÜNƏNLƏR) Testudines Tısbağalar Testudinidae Quru tısbağaları Testudo Quru tısbağası Testudo greaca Aralıq dənizi tısbağası Squamata Pulcuqlular Sauria Kərtənkələlər Agamidae Kələzlər Trapelus Düzənlik kələzi Trapelus ruderamus Xarabalıq kələzi Phrunocephalus Girdəbaş Phrunocephalus helioscopus Yovşanlıq girdəbaş kərtənkələsi Scincidae Ssinklər Trachylepis Afrika mabuyası Trachylepis septemtaeniatus Reuss. On Asiya mabuyası Ablepharus Çılpaqgöz Ablepharus bivittatus Zolaqlı çılpaqgöz Serpentes İlanlar Colubridae Su ilanları Elaphe Dırmaşan təlxə Elaphe longissima Eskulap təlxəsi Rhynchocalamus Rinxokalamus Rhynchocalamus melanosephalus Qarabaş rinxokalamus AMFIBIA (SUDA-QURUDA YAŞAYANLAR) Caudata Quyruqlular Salamandridae Salamandralar Tritrus Rafinesque Triton Tritrus vulqaris Adi triton Tritrus cristatus Daraqlı triton Anura Quyruqsuzlar Pelebatidae Sarımsaqiyli qurbağalar Pelobates wagler Sarımsaqiyli Pelobates suriacus Suriya sarımsaqiyli qurbağası Pelodutes Bonap. Xaçlıca Pelodutes caucasicus Qafqaz xaçlıcası Procoela Prosöllulər Bufonidae Quru qurbağaları Bufo Quru qurbağası Bufo bufo Adi quru qurbağası FLORA (BİTKİLƏR) ALLIACEAE J. AGARDH. SOĞANAQKİMİLƏR FƏSİLƏSİ Nectaroscordum dioscoridis (Smith.) Stank. Dioskorid nektaroskordumu Nectaroscordum tripedale (Trautv.) Grossh. Üçfutlu nektaroskordumu APIACEAE LINDL. KƏRƏVÖZKİMİLƏR FƏSİLƏSİ Grammosciadium platycarpum Boiss. et Hausskn. (=Caropodium platycarpum (Boiss. et Hausskn.) Schischk.) Oraqmeyvə qalxanək Dorema glabrum Fisch. et C.A.Mey. Çılpaq dorema Ferula caucasica Korov. Qafqaz ilankölgəsi Zeravschania pauciradiata (Tamamsch.) M. Pimen. (=Peucedanum pauciradiatum Tamamsch.) Azşüalı zerafşaniya Smyrniopsis aucheri Boiss. Oşe lələklivəsi Stenotaenia macrocarpa Freyn. et Sinth. ex Freyn, subsp. daralaghezica (Takht.) Takht. (= S. daralaghezica (Takht.) Schischk.) İrimeyvə stenoteniyası AQUIFOLIACEAE BARTL. ŞUMŞADKİMİLƏR FƏSİLƏSİ Ilex hyrcana Pojark. Hirkan şümşadı ARALİACEAE JUSS. SARMAŞIQKİMİLƏR FƏSİLƏSİ Hedera pastuchowii Woronow Pastuxov daşsarmaşığı ARISTOLOCHİACEAE JUSS. ZƏRAVƏNDKİMİLƏR FƏSİLƏSİ Aristolochia bottae Jaub. et Spach Bott zəravəndi DRYOPTERIDACEAE CHING AYIDÖŞƏYİKİMİLƏR FƏSİLƏSİ Dryopteris raddeana (Fomin) Fomin Rade ayıdöşəyisi ASTERACEAE DUMORT. ASTERKİMİLƏR FƏSİLƏSİ Cladochaeta candissima (Bieb.) DC. Parlaq kladoxeta Gundelia tournefortii L. Turnefor qundeliyası Pyrethrum kotschyi Boiss. Koçi birəotusu Scorzonera grossheimii Lipsch.et Vass. Qrossheym təkəsaqqalı Telekia speciosa (Schreb.) Baumg. Gözəl telekiya AMARYLLIDACEAE J. ST.-HIL. NƏRGİZÇİÇƏYİKİMİLƏR FƏSİLƏSİ Sternbergia colchiciflora Waldst. et Kit. Kolxidflora şternbergiyası HAMAMELIDACEAE R. BR. DƏMİRAĞACKİMİLƏR FƏSİLƏSİ Parrotia persica (DC.) C.A. Mey. Dəmirağac HEMIONITIDACEAE PICHI SERMOLII HEMİONİTİDKİMİLƏR FƏSİLƏSİ Anogramma leptophylla (L.) Link Nazikyarpaq anoqramma HYPERICACEAE JUSS. DAZI FƏSİLƏSİ Hypericum formosissimum Takht. Gözəl dazı IRIDACEAE JUSS. SÜSƏNKİMİLƏR FƏSİLƏSİ Crocus caspius Fisch. et C.A.Mey. Xəzər zəfəranı Gladiolus halophilus Boiss. et Heldr. Şoranyer qarğasoğanı Iris acutiloba C.A.Mey. İtikənarlı süsən Iris camillae Grossh. Kamilla süsəni JUGLANDACEAE A. RICH. EX KUNTH QOZKİMİLƏR FƏSİLƏSİ Pterocarya pterocarpa (Michx.) Kunth ex I. Iljinsk. Qanadmeyvə yalanqoz LILIACEAE JUSS. ZANBAQKİMİLƏR FƏSİLƏSİ Fritillaria grandiflora Grossh. İriçiçək laləvər Lilium ledebourii (Baker) Boiss. Ledebur zanbağı Tulipa karabachensis Grossh. Qarabağ dağlaləsi HYACİNTACEAE BATSCH HİASİNTKİMİLƏR FƏSİLƏSİ Muscari elegantulum Schchian Qəşəng ilansoğanı Ornithogalum hyrcanum Grossh. Hirkan xıncılosu Hyacintella atropatana (Grossh.) Atropatan (Azərbaycan) zümrüdçiçəyi H.Mordak et Zakharyeva (=Scilla atropatana Grossh.) MELANTHİACEAE BATSCH MELANTASİYAKİMİLƏR FƏSİLƏSİ Merendera candidissima Miscz. ex Grossh. Ağaran danaqıran RUSCACEAE HUTCH. BİKƏVƏRKİMİLƏR FƏSİLƏSİ Danae racemosa(L.) Moench Budaqlı danaya "Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabam flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları"na 2 nömrəli əlavə Azərbaycan üçün xarakterik və mühafizəsinin gücləndirilməsi tələb olunan vəhşi fauna və yabanı flora növləri FAUNA (HEYVANLAR) MAMMALIA (MƏMƏLİLƏR) INSECTIVORA HƏŞƏRATYEYƏNLƏR Soricidae Yereşənlər Sunsus etruscus Cırtdan ağdiş CHIROPTERA YARASALAR Rhinolophidae Nalburun yarasalar fəsiləsi Rhinolophus hipposideros Kiçik nalburun Rhinolophus euryale Cənub nalburunu Vespertilionidae Şəbpərələr Myotis blythii Itiqulaq şəbpərə CARNIVORA YIRTICILAR Mustelidae Dələlər Lutra lutra Çay samuru Felidae Pişikkimilər Felidae chaus Qamışhq pişiyi PINNIPEDIA KÜRƏKAYAQLILAR Phocidae Əsl suitiiər Phoca caspica Xəzər suitisi ARTIODACTYLA CÜTDİRNAQLILAR Cervidae Dolubuynuzlular Capreolus capreolus Cüyür Cervus elaphus Nəcib maral AVES (QUŞLAR) Podicipediformes Maygülükimilər Podicipedidae Maygülülər Podiceps Maygülü Podiceps nigrocollis Qaraboyun maygülü Podiceps auritus Qırmızıboyun maygülü Podiceps grisegena Bozyanaq maygülü Pellcaniformes Qutankimilər Phalacrocoracidae Qarabatdaqlar Phalacrocorax Qarabatdaq Phalacrocorax pygmaeus Kiçik qarabatdaq Anseriformes Qazkimilər Anatidae Ordəklər Cygnus Qulələk Cygnus cygnus Harayçı qulələk Tadorna Anqut Tadorna tadorna Ala anqut Tadornaferruginea Qırmızı anqut Rallidae Sufərələri Porphyrio Soltanquş Porphyrio porphyio Adi soltanquş Coraciiformes Göycəqarğakimilər Coraciidae Göycəqarğalar Coracias Göycəqarğa Coracias garrulus Adi göycəqarğa Alcedinidae Zərricələr Alcedo Zərricə Alcedo atthis Balıqcıl zərricə Meropidae Qızlarquşular Merops Qızlarquşu Merops apiaster Qızılı qızlarquşu Merops superciliosus Yaşıl qızlarquşu REPTILIA (SÜRÜNƏNLƏR) Testudines Tısbağalar Emudidae Şirin su tısbağaları Emus Şirin su tısbağası Emus orbicularis Bataqlıq tısbağası Squamata Pulcuqlular Saura Kərtənkələlər Anguidae Anquidlər Anguis Anquis Anguis fragilis Cılız koramal Scinicidae Ssinklər Ablepharus Çılpaqgözlülər Ablepharus pannonicus Asiya çılpaqgözlüsü Lacertidae Kərtənkələlər Eremias Kərtənkələcik Eremias Strauxs Ştraux kərtənkələciyi Lacerta Əsl kərtənkələ Lacerta praticola Çəmən kərtənkələsi Darevskia raddei Azərbaycan kərtənkələsi Darevskia chlorogaster Yaşılqarın kərtənkələ Serpentes İlanlar Boidae Yatağan ilanlar Erux. Yatağan Erux jaculus Qərb yatağanı Colubridae Su ilanları Coluber Təlxə Coluber ravergieri Rəngbərəng təlxə Elaphe Dırmaşan təlxələr Elaphe dionee Naxışlı təlxə Elaphe Sauromates Dördzolaqlı təlxə Eirenis Eyrenis Eirenis modestus Dinc eyrenis Viperidae Gürzəklər Vipera Gürzə Vipera ursini Çöl gürzəsi Crotalidae Çuxurbaşlılar Gloydius Qalxansifət Gloydius halus Adi qalxansifət ilan AMFIBIA(SUDA-QURUDA YAŞAYANLAR) Procoela Prosollfilər Hylidae Ağac qurbağaları Hyla Laurenti Ağac qurbağası Hyla arborea Limaius Adi ağac qurbağası Diploasiocolla Diploasisollfilər Ranidae Qurbağalar Rana Qurbağa Rana macrocnemis Kiçik asiya qurbağası FLORA (BİTKİLƏR) CHENOPODIACEAE VENT. TƏRƏÇİÇƏKKİMİLƏR FƏSİLƏSİ Anabasis brachiata Fisch. et C.A.Mey. ex Kar. et Kir. Şamdanvari öldürgən Salsola tamamschjanae Iljin Tamamşyan şorangəsi CUPRESSACEAE RICH. EX BARTL. SƏRVKİMİLƏR FƏSİLƏSİ Juniperus foetidissima Willd. Ağıriyli ardıc EBENACEAE GUERKE EBENA FƏSİLƏSİ Diospyros lotus L. Qafqaz xurması (xurnik) ERICACEAE JUSS. ERİKA FƏSİLƏSİ Rhododendron caucasicum Pall. Qafqaz xınaməli Rhododendron luteum Sweet Sarı xınaməli EUPHORBIACEAE JUSS. SÜDLƏYƏNKİMİLƏR FƏSİLƏSİ Euphorbia grossheimii Prokh. Qrossheym südləyəni FABACEAE LINDL. PAXLALILAR FƏSİLƏSİ Albizia julibrissin Durazz. Güləbrişin, irək akasiya Astragahıs bakuensis Bunge Bakı gəyəni Astragalus kubensis Grossh. Quba gəvəni Gleditsia caspia Desf. Xəzər lələyi (şeytanağacı) FAGACEAE DUMORT. FISTIQKİMİLƏR FƏSİLƏSİ Castanea sativa Mill. Adi şabalıd Quercus castaneifolia C.A. Mey. Şabalıdyarpaq palıd GENTDVACEAE JUSS. ACIÇİÇƏKKİMİLƏR FƏSİLƏSİ Gentiana lagodechiana (Kusn.) Grossh. Laqodex acıçiçəyi GLOBULARIACEAE DC. QLOBULARİYA FƏSİLƏSİ Globularia trichosantha Fisch. et C.A. Mey. Darləçək qlobulariya BETULACEAE S.F.GRAY TOZAĞACI FƏSİLƏSİ Corylus colurna L. Ağacvari fındıq, ayı fındığı Alnus subcordata C.A. Mey. Ürəkvariyarpaq qızılağac Betula raddeana Trautv. Rade tozağacısı BRASSICACEAE BURNETT. XAÇÇİÇƏKİMİLƏR FƏSİLƏSİ Physoptychis caspica (Habl.) V. Boczantzeva (=Ph. gnaphalodes (DC.) Boiss.) Quru bozqovqaç Pseudovesicaria digitata (C.A. Mey.) Rupr. Barmaqvari qovqaç BUXACEAE DUMORT. ŞÜMŞƏT FƏSİLƏSİ Buxus colchica Pojark. Kolxida şümşadı CAMPANULACEAE JUSS. ZƏNGÇİÇƏKLİLƏR FƏSİLƏSİ Campanula coriacea P.H. Davis (=C.radula auct.) Şüalı zəngçiçəyi CELASTRACEAE R. BR. GƏRMƏŞOV FƏSİLƏSİ Euonymus velutina Fisch. et C.A.Mey. Məxməri gərməşov “kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları”na 3 nömrəli əlavə C I T E S KÖKÜNÜN KƏSİLMƏSİ TƏHLÜKƏSİ OLAN VƏHŞİ FAUNA VƏ YABANI FLORA NÖVLƏRİNİN BEYNƏLXALQ TİCARƏTİ HAQQINDA KONVENSİYA CONVENTİON ON İNTERNATIONAL TRADE IN ENDANGERED SPECIES OF WILD FAUNA AND FLORA İCAZƏ/SERYİFİKATI PERMIT/ CERTIFICATE № AZ 000000 1. İXRAC EXPORT TƏKRAR-İXRAC RE-EXPORT İDXAL IMPORT 2. dək qüvvədədir Valid until BAŞQALARI OTHER 3. İdxal edən (adı və ünvanı) Import (name and address) 4. ixrac edən/təkrar-ixrac edən (adı, ünvanı, ölkə) Exporter (name and address, country) 3a. İdxal edən ölkə Country of import Xahiş edənin imzası Signature of the applicant 5. Xüsusi şərtlər Special conditions 6. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ministry of Ecology and Natural Resources ,of Republic ofAzerbajan In compliance with requirements Bütün idxal və ixrac edilən nümunələr baytarlıq normativlərinə cavab verməlidirlər. Canlı heyvanlar üçün bu icazə yaxud, sertifikat yalnız nəqliyyat şəraiti canlı heyvanların daşınması üçün Qərarlara, yaxud hava nəqliyyatı IATA Canlı heyvanlar üçün normativlərə tabe olduğu halda həqiqi hesab olunur. For live Animals This permit or certificate is only valid if the transport conditions confound to the Guidelines for Transport of live Animals or In the case of air transport To the :ATA live Animals Regulations ünvan: AZ0033 bakı, Moskva pros. 50 tel: address: 50 Moscow avenue, AZ0033 BAKU tel: +994(12) 41 53 76, 38 74 19 fax: +994(12) 41 58 11, 92 59 07 5a. Göndərişdə məqsəd (arxaya bax) Purpose of the transacition (see reverse) 5b. Təhlükəsizlik möhürü Security stamp N 7/8. Elmi adı (cinsi və növü) və heyvanın, yaxud bitkinin hamıya məlum adı Scientific name (genus and species) and common name of animal or plant 9. Nümunələrin təsviri, tanımaq üçün nişanları yaxud nömrələri (yaşı/əgər canlıdırsa cinsiyyəti) Description of specimeus, inclding identifying marks or numbers (age/sex if live) 10. əlavə № və mənbə (arxaya bax) Appendix No. And source (see reverse) 11. miqdarı (ölçü vahidliyə) Quantity (including unit) 11a. Ümumilikdə ixrac olunan/ kvota Total exporled/ Quota A 7/8. 9. 10. 11. 11a. 12. Törəndiyi ölkə * Country of origin * İcazə № Prmit No Tarix Date 12a. Axırıncı təkrar-ixrac ölkəsi Country of last re-export Sertifikat № -si Certificate No Tarix Date 12b. Əməliyyat № *** yaxud əldə olunma tarixi *** No. Of the operation **or date of acquisition*** B 7/8. 9. 10. 11. 11a. 12. Törəndiyi ölkə * Country of origin * İcazə № Prmit No Tarix Date 12a. Axırıncı təkrar-ixrac ölkəsi Country of last re-export Sertifikat № -si Certificate No Tarix Date 12b. Əməliyyat № *** yaxud əldə olunma tarixi *** No. Of the operation **or date of acquisition*** C 7/8. 9. 10. 11. 11a. 12. Törəndiyi ölkə * Country of origin * İcazə № Prmit No Tarix Date 12a. Axırıncı təkrar-ixrac ölkəsi Country of last re-export Sertifikat № -si Certificate No Tarix Date 12b. Əməliyyat № *** yaxud əldə olunma tarixi *** No. Of the operation **or date of acquisition*** D 7/8. 9. 10. 11. 11a. 12. Törəndiyi ölkə * Country of origin * İcazə № Prmit No Tarix Date 12a. Axırıncı təkrar-ixrac ölkəsi Country of last re-export Sertifikat № -si Certificate No Tarix Date 12b. Əməliyyat № *** yaxud əldə olunma tarixi *** No. Of the operation **or date of acquisition*** * Nümunələrin təbii mühitindən götürüldüyü, ağılda çoxaldığı yaxud süni sürətində çoxaldığı ölkə (yalnız təkrar-ixrac olunan halda) ** Yalnız Əlavə 1-ə aid olan, ağılda, yaxud süni sürətdə kommersiya məqsədi ilə çoxaldılan nümunələr *** Konvensiyadan əvvəlki nümunələr üçün * country in which the specimens were taken from the wild? Bred in captitiy or artificially (only in case of re-export) ** Only for specimens of Appendeix-1 species bred in captivity or artificially propagated (only in case of re-export) *** For pre-Convention specimens 13. Bu icazə This permit is ussued by: tərəfindən verilmişdir. Yer place Tarix Date Təhlükəsizlik ştampı, imza və rəsmi möhür Security stamp, siguature and official seal 14. İxracın təsdiqi Export endorsement: 15. Yükləmək üçün qaimə/Hava nəqliyyatı biletinin nömrəsi Bill of lading/Air Waybill Number Bölgü Block Miqdarı Quantity A B C D İxracı olunan port Port of export Tarix Date İmza Signature Rəsmi ştamp və vəzifəsi Oficial stamp and title İcazə/sertifikat formasında göstərilən kodların izahı (sertifikatın arxa tərəfi) 5A BƏNDİ ÜÇÜN KODLAR (CODES FOR BOX 5A) T Kommersiya Commercial Z Zooparklar Zoos G Nəbatat bağları Botanical gardens Q Sirklər və səyyar sərgilər Circuses and traveling exhibitions S Elm Scientific H Ov məhsulu Hunting trophies P Fərdi istifadə Personal M Bio-tibbi tədqiqatlar Bio-medical research E Təhsil Education N Vəhşi təbiətə reintroduksiya (təkrar köçürmə) və ya introduksiya (köçürmə) Reintroduction or introduction into the wild B Qeyri-sərbəst artırılmış və ya süni yetişdirilmiş Breeding in captivity or artificial propagation 10-cu BƏND ÜÇÜN KODLAR (CODES FOR BOX 10) W Təbiətdən götürülən nümunələr Specimens taken from the wild R Ferma üsulu ilə yetişdirilən nümunələr Specimens originating from a ranching operation D Konvensiyanın 7-ci maddəsinin 4-cü paraqrafının və «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabam flora Appendix I (Appendix 1 of the Rules) animals bred in captivity for commercial purposes, or Appendix I (Appendix 1 of the Rules) plants növləri nümunələrinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları»nın müddəalarına uyğun olaraq ixrac edilən və Konvensiyanın I və Qaydaların 1 nömrəli əlavələrinə daxil edilmiş, lakin kommersiya məqsədləri ilə qeyri-sərbəst münitdə artırılmış heyvanlar və yetişdirilmiş bitkilər, onların hissələri və derivatları artificially propagated for commercial purposes as well as parts and derivatives thereof, exported under the provisions of Article VII, paragraph 4, of the Convention and of the "Rules on Regulation of International Trade in Endangered Species of Wild Fauna and Flora" A Konvensiyanın 7-ci maddəsinin 5-cİ paraqrafının və «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növləri nümunələrinin beynəlxalq ticarətinin tənzimlənməsİ Qaydaları»nın müddəalarına uyğun otaraq ixrac edilən və Konvensiyanın 11.11 saylı Qətnaməsinin «a» paraqrafına müvafiq olaraq süni yetişdirilmiş bitkilər, onların hissələri və derivatları (qeyri kommersiya məqsədləri ilə süni yetişdirilmiş və Konvensiyanın 1,11 və III, habelə Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil edilmiş növlərin nümunələri) Plants that are artificially propagated in accordance with Resolution Conf. 11.11, paragraph "a", as well as parts and derivatives thereof, exported under the provisions of Article VII, paragraph 5 of the Convention and of the "Rules on Regulation of International Trade in Endangered Species of Wild Fauna and Flora" (specimens of species included in Appendix I(Appendix 1 of the Rules) that have been propagated artificially for non-commercial purposes and specimens of species included in Appendices II, III and Appendix 2 of the Rutes) C Konvensiyanın 7-ci maddəsinin 5-ci paraqrafının və «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növləri nümunələrinin beynəlxalq ticarətinin tənzimlənməsİ Qaydaları»nın müddəalarına uyğun olaraq ixrac edilən və Konvensiyanın 10.16 saylı Qətnaməsinə müvafiq olaraq qeyri-sərbəst şəraitdə artırılmış heyvanlar, onların hissələri və derivatları (qeyri kommersiya məqsədləri ilə süni olaraq artırılmış və Konvensiyanın 1,11 və III, habelə Qaydaların 1 və 2 №-li əlavələrinə daxil edilmiş növlərin nümunələri) Animals bred in captivity in accordance with Resolution Con£ 10.16 (Rev.), as well as parts and derivatives thereof, exported under the provisions of Article VII, paragraph 5 of the Convention and of the "Rules on Regulation of International Trade in Endangered Species of Wild Fauna and Flora" (specimens of species included in Appendix I (Appendix 1 of the Rules) that have been bred in captivity for non-commercial purposes and specimens of species included in Appendices II, III and Appendix 2 of the Rules) F Qeyri-sərbəst şəraitdə artırılmış (F1 və sonrakı nəsillər), lakin Konvensiyanın 10.16 saylı Qətnaməsində nəzərdə tutulan «qeyri-sərbəst şəraitdə artırılmış» anlayışının tələblərinə cavab verməyən heyvanlar, onların hissələri və derivatları Animals born in captivity (Fl and subsequent generations) that do not fulfill the definition of "bred in captivity" in Resolution Conf. 10.16 (Rev.), as well as parts and derivatives thereof U Naməlum mənbələr (əsaslandırılmalıdır) Source unknown (must be justified) I Müsadirə olunmuş və ya götürülmüş nümunələr Confiscated or seized specimens “kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları”na 4 nömrəli əlavə Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növləri nümunələrinin əldə edilməsi haqqında Şəhadətnamə Azərbaycan respublikasında CİTES-in inzibati orqanı (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) Şəhadətnamə AZ № 000000 Verilir (fiziki şəxsin adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsi barədə məlumatlar) (hüquqi şəxsin rekviztləri) məhkəməsinin “ ” 200 il tarixli (müsadirə barədə qərar qəbul edilmiş orqanın adı) qərarı ilə müsadirə olunmuş (nümunənin Azərbaycan və latın dillərində adı, CİTES-in müvafiq əlavəsinin №-si) (nümunənin təsviri – canlı, hissə, derivat, fərdi nişanın olması və s.) CİTES nümunəsini əldə etməsinin qanuniliyini təsdiq edir. Nümunədən istifadənin xüsusi şərtləri Qeyd: Nümunənin məhv olduğu (İtirdiyi) hallarda şəhadətnamə 2 həftə müddətində CİTES-in Azərbaycan Respublikasındakı inzibati orqanına qaytarılmalıdır. Sahibi dəyişdiyi hallarda Şəhadətnamə dəyişdirilir. Tarix İmza (soyadı, vəzifə) M.Y.

Ministerial Decree No. 2 on approval of rules regarding international trade in endangered species of wild fauna and flora · Nelum