تخطَّ إلى المحتوى
Nelum
قوانين أذربيجان

Ministerial Decree No. 198 approving the Regulation on recall, removal, disposal and destruction of food and feed products that do not comply with the requirements of the Law on Food Safety and/or food and feed products unfit for consumption and amending the Ministerial Decree No. 542 approving the Regulation on seizure, transportation, storage, neutralization or destruction of goods (products) from individuals and legal entities by inspection bodies

صدر في 2023-06-17 · النص بتاريخ 2026-10-01

القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.

البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.

عن هذا القانون

العنوان الأصلي
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi qaydası”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 542 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qararı № 198.
اللغة
Azerbaijani
النوع
لائحة
الدولة
أذربيجان
الموضوعات
Livestock, Food and nutrition
الكلمات المفتاحية
animal feed/feedstuffs, animal health, agricultural commodities, consumer protection, enforcement/compliance, food safety and quality, inspection, internal trade, processing/handling, public health, risk assessment/management

أين تقرؤه

النص

نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.

  1. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi qaydası”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 542 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 iyun tarixli 1723 nömrəliFərmanının 1.1.13-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi qaydası” təsdiq edilsin (əlavə olunur). 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 542 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2490; 2019, № 5, maddələr 960, 966) ilə təsdiq edilmiş “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin: 2.1. 1.3.1-ci, 1.3.5-ci və 2.1.7-ci yarımbəndlər ləğv edilsin; 2.2. 1.3.10-cu yarımbəndin əvvəlinə “qida və yem məhsullarına aid edilməyən” sözləri əlavə edilsin; 2.3. 1.3.11-ci yarımbənddə “qeyri-ərzaq” sözü “qeyri-qida” sözü ilə əvəz edilsin; 2.4. 1.3.12-ci yarımbənddə “1.3.1-1.3.11-ci” sözləri “1.3.2-1.3.4-cü və 1.3.6-1.3.11-ci” sözləri ilə əvəz edilsin; 2.5. 3.5-ci və 5.1-ci bəndlərin ikinci cümlələri çıxarılsın. https://e-qanun.az/framework/49866 https://e-qanun.az/framework/49866 https://e-qanun.az/framework/37231 https://e-qanun.az/framework/37231 3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.[1] Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 17 iyun 2023-cü il № 198 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 17 iyun tarixli 198 nömrəli Qərarı ilə təsdiq edilmişdir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi QAYDASI 1. Ümumi müddəalar 1.1. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi qaydası” (bundan sonra – Qayda) “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 30.9-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi prosedurlarını müəyyən edir. 1.2. Bu Qayda mülkiyyət növündən asılı olmayaraq, bütün qida zənciri subyektlərinə (bundan sonra – qida subyektləri) şamil olunur, qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərini əhatə edir. 1.3. Qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi ilə bağlı bu Qaydaya əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlama tədbirləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və https://e-qanun.az/framework/54451# edn1 sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 1.4. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.4.1. qida və yem məhsullarının geri çağırılması - Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının istehlakçılardan götürülməsi, habelə bazarlardan və digər satış obyektlərindən çıxarılması üçün həyata keçirilən tədbir; 1.4.2. qida və yem məhsullarının yığışdırılması - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik) tərəfindən Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının dövriyyədən çıxarılması; 1.4.3. qida və yem məhsullarının utilizasiyası - qida təhlükəsizliyi sahəsində mövcud olan tələblərə cavab verməyən qida və yem məhsullarının ilkin nəzərdə tutulmuş təyinatından başqa bir təyinat üçün istifadə etmək məqsədilə texnoloji emalı və yaxud digər məqsədlərlə istifadəsi; 1.4.4. qida və yem məhsullarının məhv edilməsi - istifadəyə yararsız, təhlükəli qida və yem məhsullarının hər hansı formada istifadəsini mümkünsüz edən insan və heyvan həyatına və sağlamlığına, həmçinin ətraf mühitə zərərli təsirini istisna edən vəziyyətə gətirilməsi. 1.5. Bu Qaydanın 2.4-cü bəndində qeyd edilən geri çağırılma haqqında qərarın vaxtında icra edilməməsi dedikdə onun icrasından yayınma və ya qismən icra olunması, yaxud qərar ilə müəyyən olunmuş müddətdə icra olunmaması nəzərdə tutulur. 1.6. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir. 2. Qida və yem məhsullarının geri çağırılması və yığışdırılması 2.1. Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsulları Agentliyin dövlət nəzarəti tədbirləri çərçivəsində qəbul etdiyi qərar və ya qida subyektlərinin öz təşəbbüsü əsasında həmin subyektlər tərəfindən istehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılmalı və Agentlik bu barədə dərhal məlumatlandırılmalıdır. 2.2. Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan qida və yem məhsullarının Agentliyin tələbi əsasında geri çağırılmasına və ya yığışdırılmasına yalnız həmin məhsulların təhlükə riski Agentlik tərəfindən sübut olunduqda yol verilir. 2.3. Dövlət nəzarəti tədbirləri zamanı bazarda və digər satış obyektlərində Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsulları aşkar olunduğu təqdirdə, Agentlik aşağıdakı tədbirləri həyata keçirir: 2.3.1. yaranmış təhlükənin səbəblərini araşdırır və təhlükə ilə bağlı risk qiymətləndirilməsini həyata keçirir; 2.3.2. Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının izlənilməsi ilə bağlı Qanunun 27-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada sənədlərin və məlumatların təqdim olunmasını qida subyektlərindən tələb edir; 2.3.3. bu Qaydanın 2.2-ci bəndi nəzərə alınmaqla, Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının ilkin istehsalının, istehsalının, emalının və ya onun ayrı-ayrı proseslərinin və (və ya) dövriyyəsinin dayandırılması və istehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılması ilə bağlı qərar qəbul etməklə bu Qaydanın 2.7.2-2.7.7-ci yarımbəndləri ilə müəyyən edilən tədbirlərin görülməsini qida subyektlərindən tələb edir; 2.3.4. Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsulları, o cümlədən bu məhsullara cavabdeh olan qida subyektləri barədə məlumatları erkən xəbərdarlıq sistemləri vasitəsilə və qida məhsulları ilə bağlı Qanunun 10.3-cü maddəsinə uyğun olaraq açıq reyestrə daxil etməklə istehlakçıların məlumatlandırılmasını təmin edir; 2.3.5. Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması barədə qərarın icrasına nəzarət edir; 2.3.6. Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmaması və ya təhlükəlilik əlamətləri aşkar edildikdə məhsullardan nümunələrin götürülməsini və tədqiq (sınaq) üçün “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyaya təqdim olunmasını təmin edir. 2.4. Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması haqqında Agentliyin qərarında məhsulların geri çağırılması üçün həmin məhsulların bazarda yerləşdirilməsi həcmindən asılı olaraq 30 (otuz) gündən artıq olmayan konkret müddət göstərilməli və qərar qida subyektləri tərəfindən vaxtında icra edilməlidir. 2.5. Geri çağırılma haqqında qərarın surəti onun qəbul edildiyi tarixin növbəti iş günündən gec olmayaraq, qida subyektinə sifarişli poçt göndərişi və subyektin şəxsi kabinetinə Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə göndərilir və yaxud qida subyektinin səlahiyyətli nümayəndəsinə imza etdirilməklə təqdim olunur. 2.6. Geri çağırılma haqqında qərarı icra edən qida subyektləri müəyyən olunmuş icra müddəti ərzində qərarın tam icrasının mümkün olmadığına dair əsaslandırılmış ərizə ilə icra müddətinin bitməsinə ən azı 1 (bir) iş günü qalmış Agentliyə müraciət etdikdə, Agentlik tərəfindən məsələyə baxılaraq icra müddətinin bir dəfə olmaqla əlavə 30 (otuz) günədək uzadılması haqqında qərar qəbul edilə bilər. 2.7. Qida subyektləri Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının istehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılması ilə bağlı Agentliyin qərarı və ya öz təşəbbüsü əsasında aşağıdakı tədbirləri həyata keçirirlər: 2.7.1. qida subyektlərini qida və yem məhsulları ilə təchiz edən subyektləri, həmçinin onların qida və yem məhsulları ilə təchiz etdiyi subyektləri dərhal müəyyənləşdirir və həmin subyektlər barədə məlumatları və Qanunun 27-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş məhsulların izlənilməsi ilə bağlı digər məlumatları və sənədləri dərhal Agentliyə təqdim edir; 2.7.2. qida və yem məhsulları paylanılmış bütün qida subyektlərini dövriyyənin dayandırılması ilə bağlı bildiriş göndərməklə məlumatlandırır, qida və yem məhsullarının dövriyyəsi ilə məşğul olan qida subyektləri isə həmin məhsulların dövriyyəsinin dayandırılmasını təmin edir; 2.7.3. bütün geri çağırılmış qida və yem məhsullarının qeydiyyatını aparır; 2.7.4. qida və yem məhsullarının geri çağırılması ilə bağlı görüləcək və görülmüş tədbirlər barədə aşağıdakı müddətlərdə Agentliyə yazılı məlumat verir: 1. qida və yem məhsulları Agentliyin qəbul etdiyi qərar əsasında geri çağırıldıqda görüləcək tədbirlər barədə Agentliyin qərarını əldə etdikdən sonra ən geci 3 (üç) iş günü ərzində, görülmüş tədbirlər barədə isə bu Qaydanın 2.4-cü bəndinə uyğun olaraq müəyyən edilmiş müddət bitdikdən dərhal sonra; 2. qida və yem məhsulları qida subyektinin öz təşəbbüsü əsasında geri çağırıldıqda görüləcək tədbirlər barədə dərhal, görülmüş tədbirlər barədə isə ən geci 30 (otuz) gün müddətində; 2.7.5. qida və yem məhsullarının Qanuna və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun daşınmasını və saxlanmasını təmin edir; 2.7.6. təhlükəli qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı və ya onun ayrı-ayrı proseslərini dayandırır, təhlükənin yaranması səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması ilə bağlı Agentliklə razılaşdırmaqla normativ hüquqi aktların tələblərinə uyğun digər tədbirləri həyata keçirir; 2.7.7. Agentliyin qəbul etdiyi qərarlar əsasında məhsulların təkrar dövriyyəyə buraxılması, utilizasiyası və ya məhv edilməsi ilə bağlı işləri təşkil edir. 2.8. Agentlik tərəfindən geri çağırılma ilə bağlı qərarın icra vəziyyətinin yoxlanılması məqsədilə müvafiq məlumatların əldə edilməsi barədə qida subyektlərinə müraciətlər edilir və geri çağırılmış məhsulların olduğu yerlərə baxış keçirilir. 2.9. Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması haqqında qərar qida subyektləri tərəfindən verilmiş müddətdə icra edilmədikdə həmin məhsulların istehlakçılardan, bazardan və digər satış obyektlərindən yığışdırılması ilə bağlı qərar qəbul edilir və həyata keçirilir. 2.10. Məhsulun yığışdırılması haqqında qərara uyğun olaraq yığışdırılması nəzərdə tutulan qida və yem məhsulları, onların miqdarı və çəkisi göstərilməklə 2 (iki) nüsxədə tərtib edilən Akt əsasında götürülür. Məhsulun utilizasiyası, məhv edilməsi və ya qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə uyğunlaşdırılması haqqında qərar verilənədək yığışdırılmış məhsullar miqdarı və çəkisi göstərilməklə, uçota alınaraq (rəsmiləşdirilərək) Agentliyin vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə təhvil-təslim aktı əsasında saxlanmaya verilir. 2.11. İstehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılmış və ya yığışdırılmış qida və yem məhsulları Agentlik tərəfindən həmin məhsullar haqqında qərar verilənədək, qida subyektləri tərəfindən məhsullar onların müvafiq saxlanılma şəraitinə uyğun və digər qida və yem məhsullarına təhlükə yaratmayan və istehlakçıların həmin məhsullarla təmasına imkan verməyən yerlərdə saxlanılmalıdır. 3. Geri çağırılmış və ya yığışdırılmış qida və yem məhsullarının təkrar dövriyyəyə buraxılması, utilizasiyası və məhv edilməsi 3.1. Geri çağırılmış və ya yığışdırılmış qida və yem məhsullarının sonradan birbaşa təyinatı üzrə təkrar dövriyyəyə buraxılması, utilizasiyası və ya məhv edilməsi barədə qərar həmin qida və yem məhsullarının tədqiqi (sınağı) əsasında Agentlik tərəfindən qəbul edilir. 3.2. Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan geri çağırılmış və ya yığışdırılmış qida və yem məhsulları aparılmış tədqiqin (sınağın) nəticələrinə əsasən insan və heyvan həyatı və sağlamlığı üçün təhlükəsiz hesab edildikdə, Agentliyin qərarı əsasında qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılmaqla birbaşa təyinatı üzrə təkrar dövriyyəyə buraxılır. 3.3. Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və aparılmış tədqiqin (sınağın) nəticəsinə əsasən insan və heyvan həyatı və sağlamlığı üçün təhlükəli hesab edilən qida və yem məhsullarının isə Agentlik tərəfindən utilizasiyası və ya məhv edilməsi barədə qərar qəbul edilir. 3.4. Həmin qərara əsasən utilizasiya və ya məhv edilən qida və yem məhsullarının həyat və sağlamlığa təhlükə yaratmaması üçün həmin məhsulların utilizasiya və ya məhv edilməsi prosesinə bu Qaydanın 3.7-ci və 3.12-ci bəndlərinə uyğun olaraq Agentlik nəzarət edir. 3.5. Utilizasiyası barədə qərar qəbul edilmiş qida və yem məhsulları ilkin nəzərdə tutulmuş təyinatından başqa bir təyinat üçün istifadə etmək məqsədilə texnoloji emala göndərilir və ya digər məqsədlər üçün istifadə olunur. 3.6. Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və aparılmış tədqiqin (sınağın) nəticələrinə əsasən Agentlik tərəfindən insan və heyvan sağlamlığı üçün təhlükəli hesab edilən qida və yem məhsulları utilizasiya üçün yararlı olmadığı halda məhv edilir. 3.7. Texnoloji emal yolu ilə utilizasiya edilən qida və yem məhsullarının təkrar tədqiqi (sınağı) aparılır və Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olduğu halda onların dövriyyəsinə yol verilir, Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmadığı halda isə məhv edilir. 3.8. Qida və yem məhsullarının məhv edilməsi onların Agentliyin müvafiq qərarına əsasən və nümayəndələrinin iştirakı ilə qida subyektləri və ya onların səlahiyyətli nümayəndələri tərəfindən bu məqsədlər üçün ayrılmış xüsusi yerlərə atılması, basdırılması, yandırılması və ya ixtisaslaşmış müəssisələrə təhvil verilməsi yolu ilə həyata keçirilir. 3.9. Qida subyektləri və ya onların səlahiyyətli nümayəndələri məhsulların məhv edilməsini təmin etmədikdə, məhsullar Agentliyin nümayəndələri tərəfindən ixtisaslaşmış müəssisələrə təhvil verilməklə həmin nümayəndələrin iştirakı ilə məhv edilir və Agentlik tərəfindən 2 (iki) nüsxədən ibarət akt (məhvetmə aktı) tərtib olunaraq müvafiq qaydada rəsmiləşdirilir. Məhvetmə aktının 1 (bir) nüsxəsi ixtisaslaşmış müəssisələrdə, 1 (bir) nüsxəsi Agentlikdə saxlanılır. 3.10. Sanitar-epidemioloji salamatlıq baxımından təhlükə törədən qida və yem məhsulları zərərsizləşdirilərək məhv edilir. 3.11. Bu Qayda ilə tənzimlənməyən qida və yem məhsullarının məhv edilməsi ilə bağlı digər məsələlər “Tullantılar haqqında” və “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir.[2] 3.12. Qida və yem məhsullarının utilizasiyası və məhv edilməsi haqqında qərarların icrası barədə sənədlərin (Agentlik tərəfindən müəyyən edilmiş nümunəyə uyğun utilizasiya aktı, məhvetmə aktı, təhvil-təslim aktı) 1 (bir) nüsxəsi qida subyektləri tərəfindən dərhal Agentliyə təqdim edilir. 4. Qanunun tələblərinə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, tədqiqi (sınağı), saxlanması, daşınması, utilizasiyası və ya məhv edilməsi ilə bağlı xərclərin ödənilməsi 4.1. Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, tədqiqi (sınağı), saxlanması, daşınması, utilizasiyası və ya məhv edilməsi ilə bağlı xərclər həmin məhsullara cavabdeh olan qida subyektləri tərəfindən ödənilməlidir. https://e-qanun.az/framework/54451# edn2 4.2. Bu Qaydanın 4.1-ci bəndində qeyd olunan xərcləri qida subyektləri ödəmədikdə xərclər Agentlik tərəfindən ödənilir. Agentlik belə xərclərin qida subyektləri tərəfindən əvəzinin ödənilməsi barədə qərar qəbul edir. Bu qərar qida subyektlərinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. 4.3. Qida subyektləri xərclərin əvəzinin ödənilməsi barədə qərarı aldığı tarixdən ən geci 30 (otuz) gün müddətində xərclərin əvəzini dövlət büdcəsinə köçürür. 4.4. Xərclərin əvəzi bu Qaydanın 4.3-cü bəndində qeyd olunan müddətdə ödənilmədikdə, Agentlik ödəmənin təmin edilməsi barədə qida subyektlərinə yazılı xəbərdarlıq təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. 4.5. Xəbərdarlığın verildiyi gündən sonrakı 10 (on) gün müddətində qida subyektləri tərəfindən ödəmə həyata keçirilmədikdə, Agentlik tələbin məcburi icraya yönəldilməsi haqqında qərar qəbul edir. 4.6. Tələbin məcburi icraya yönəldilməsi haqqında Agentliyin qərarının icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 5. Agentliyin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi qaydası 5.1. Agentliyin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət inzibati və məhkəmə qaydasında verilə bilər. 5.2. Agentliyin qərarının icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, inzibati şikayətin verilməsi şikayət olunan qərarın icrasını dayandırmır. İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 13 fevral 2024-cü il tarixli 86 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 fevral2024-cü il, “Azərbaycan” qəzeti, 14 fevral 2024-cü il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 218) 2. 13 mart 2024-cü il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 mart2024-cü il, “Xalq” qəzeti, 20 mart 2024-cü il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 329) https://e-qanun.az/framework/56345 https://e-qanun.az/framework/56591 QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 13 mart 2024-cü il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 mart 2024-cü il, “Xalq” qəzeti, 20 mart2024-cü il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 329) ilə 3-cü hissə ləğv edilmişdir. [2] 13 fevral 2024-cü il tarixli 86 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 fevral 2024-cü il, “Azərbaycan” qəzeti, 14 fevral 2024-cü il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 218) ilə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi Qaydası”nın 3.11-ci bəndində “İstehsalat və məişət tullantıları” sözləri “Tullantılar” sözü ilə əvəz edilmişdir. https://e-qanun.az/framework/54451# ednref1 https://e-qanun.az/framework/56591 https://e-qanun.az/framework/54451# ednref2 https://e-qanun.az/framework/56345

Ministerial Decree No. 198 approving the Regulation on recall, removal, disposal and destruction of food and feed products that do not comply with the requirements of the Law on Food Safety and/or food and feed products unfit for consumption and amending the Ministerial Decree No. 542 approving the Regulation on seizure, transportation, storage, neutralization or destruction of goods (products) from individuals and legal entities by inspection bodies · Nelum