Ministerial Decree No. 161 on some issues related to forestry
صدر في 1999-10-04 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- Meşə təsərrüfatı ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 161.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Forestry
- الكلمات المفتاحية
- authorization/permit, business/industry/corporations, liability/compensation, forest management/forest conservation, timber extraction/logging
- الفئات
- *
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
Meşə təsərrüfatı ilə bağlı bəzi məsələlər haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: I. "Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının icrası ilə əlaqədar: 1. Meşəqırma biletinin, orderin və meşə biletinin formaları təsdiq edilsin (əlavə olunur). 2. "Meşəqırma biletinin, orderin və meşə biletinin uçotu, saxlanılması, doldurulması və verilməsi Qaydaları" və "Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur). II. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş "Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası"nın 4-cü bəndinin üçüncü abzasından "və ödənişsiz meşə bileti verilir" sözləri, 7-ci bəndinin ikinci abzasından "və meşə bileti" sözləri çıxarılsın. III. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş "Meşə fondu sahələrindən elmi tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaları"nda aşağıdakı dəyişikliklər və əlavələr edilsin: 2-ci bəndin ikinci abzasında "müəyyən olunmuş qaydada meşə istifadəçisinə meşə bileti verilir" sözləri "meşə istifadəçisi ilə müqavilə bağlanılır" sözləri ilə, həmin bəndin üçüncü abzasında "meşə bileti verilmədiyi" sözləri "müqavilə bağlanılmadığı" sözləri ilə, 3-cü bənddə "Meşə bileti" sözləri "Müqavilə" sözü ilə, 4-cü və 5-ci bəndlərinin üçüncü abzaslarında və 6-cı bənddə "meşə biletinin" sözləri "müqavilənin" sözü ilə, 7-ci bəndin 5-ci abzasında "meşə biletində" sözləri və 9-cu bəndin üçüncü abzasında "meşə biletinə" sözləri "müqavilədə" sözü ilə əvəz edilsin. Aşağıdakı redaksiyada yeni 10-cu bənd əlavə edilsin: "Meşə fondu sahələrindən elmi tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə müqaviləsinin forması Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanır və təsdiq edilir." IV. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 7 dekabr tarixli 230 nömrəli qərarı ilə təsdiq edilmiş "Meşə fondu sahələrinin bir ilə qədər qısamüddətli istifadəyə verilməsi qaydası"nda aşağıdakı dəyişikliklər və əlavələr edilsin: 2-ci bəndin üçüncü abzasında "istifadəçiyə meşə fondu sahələrinin qısamüddətli istifadəsi üçün meşə bileti verilir" sözləri "meşə istifadəçisi ilə meşə fondu sahələrinin qısamüddətli istifadəyə verilməsinə dair müqavilə bağlanılır" sözləri ilə, həmin bəndin dördüncü abzasında "Meşə bileti verilməsindən imtina edildiyi" sözləri "Müqavilə bağlanılmadığı" sözləri ilə və 3-cü bənddə "meşə bileti alındığı" sözləri "müqavilə bağlanıldığı" sözləri ilə əvəz edilsin. Aşağıdakı redaksiyada yeni 6-cı bənd əlavə edilsin: "Meşə fondu sahələrinin bir ilə qədər qısamüddətli istifadəyə verilməsinə dair müqavilə forması Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanır və təsdiq edilir".[1] http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3076.htm# edn1 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 4 oktyabr 1999-cu il № 161 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 oktyabr tarixli 161 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Meşəqırma biletinin, orderin və meşə biletinin uçotu, saxlanılması, doldurulması və verilməsi QAYDALARI 1. ÜMUMİ MÜDDƏALAR 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Meşə Məcəlləsinə uyğun meşəqırma biletinin, orderin və meşə biletinin uçotunu, saxlanılmasını, doldurulmasını və meşə fondu ehtiyatlarının istifadəsi üçün mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslərə (bundan sonra — meşə istifadəçiləri adlandırılır) verilməsini tənzimləyir. 1.2. Meşəqırma bileti oduncaq və ikinci dərəcəli meşə materiallarının tədarükü və daşınması üçün hüquq verən sənəddir. 1.3. Order özü yıxılmış və ya qurumuş ağaclardan oduncaq hazırlamaq, ağac tör töküntüsü və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçün hüquq verən sənəddir. Order meşəqırma bileti əsasında verilir. 1.4. Meşə bileti onun sahibinə əlavə meşə istifadələri üçün (ot çalımı, pətəklərin və arıxanaların yerləşdirilməsi, yabanı meyvə, göbələk, giləmeyvə, qərzəkli və digər məhsullar, palıd qozası, dərman bitkiləri, texniki xammal, mamır, meşə döşənəyi, tökülmüş yarpaq, qarğı, qamış, çəkil, cil və digərlərinin tədarükü və yığılması, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilmiş siyahı ilə müəyyənləşdirilən başqa əlavə istifadə) hüquq verən rəsmi sənəddir. 1.5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşəqırma biletini, orderi və meşə biletini mərkəzləşdirilmiş qaydada hazırlayır və yerli meşə təsərrüfatı müəssisələrini təmin edir. [2] 1.6. Meşəqırma bileti, order və meşə bileti zəruri hallarda Azərbaycan dili ilə birlikdə tələb olunan dildə də tərtib edilə bilər. 2. MEŞƏQIRMA BİLETİNİN, ORDERİN VƏ MEŞƏ BİLETİNİN UÇOTU VƏ SAXLANILMASI 2.1. Meşəqırma bileti, order və meşə bileti ciddi hesabat blanklarına aid edilir. 2.2. Ciddi hesabat blankları qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəssisənin anbarında saxlanılmaqla, uçota alınır. Müəssisə rəhbərinin icazəsi ilə təhtəlhesab şəxslərə (icraçılara) qaimə faktura əsasında verilir və onlarla tam maddi-məsuliyyət barədə nümunəvi fərdi müqavilə bağlanılır. Verilmiş ciddi hesabat blanklarının uçotu «Ciddi http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3076.htm# edn2 hesabat blankları» adlı balansarxası hesabda, mədaxil və məxaric üzrə hərəkətin qeydiyyatı isə əmlakın (qiymətlərin) uçot kartı FN-1Q-də materialların uçotu qaydasında aparılır. 2.3. Ciddi hesabat blanklarının cırılmasına, pozulmasına, ləkələnməsinə və onların üzərində düzəliş aparılmasına yol verilmir. Korlanmış ciddi hesabat blanklarının üzərində «etibarsızdır» sözü yazılaraq əvəzinə yenisi doldurulur. Korlanmış ciddi hesabat blankları müvafiq qaydada mühasibata təhvil verilir. Həmin blanklar mühasibatda yoxlama (təftiş) keçirildikdən sonra sənədlərin arxivə verilməsi üçün mövcud olan qaydalar əsasında arxivə təhvil verilir. 3. MEŞƏQIRMA BİLETİNİN, ORDERİN VƏ MEŞƏ BİLETİNİN DOLDURULMASI VƏ VERİLMƏSİ 3.1. Meşəqırma bileti, order və meşə bileti meşə istifadəçilərinə yerli meşə təsərrüfatı müəssisələri tərəfindən verilir. 3.2. Meşəqırma biletində aşağıdakılar göstərilir: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adı; meşəqırma biletinin nömrəsi və verilmə tarixi; hüquqi şəxslər üçün — meşəqırma bileti verilən müəssisə, təşkilat, idarənin adı və hüquqi ünvanı; fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən sənədin məlumatları (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, yaşayış yeri); meşə qırmalarına icazə verən sənədin adı, tarixi və nömrəsi; meşə təsərrüfatı müəssisəsinin, meşəbəyliyin (meşə ustası sahəsinin) adı; meşə istifadəsinin növü; qırma və qeydə alma üsulu; meşənin qrupu, kvartalın və qırıntı yerlərinin nömrəsi, meşə quruluşu layihələri əsasında istifadə üçün ayrılmış sahə, əsas ağac cinsləri; oduncağın kütləsi və nırx üzrə qiyməti; hazırlanacaq oduncağın və ikinci dərəcəli meşə materiallarının dəyərinin ödəmə məbləği və müddəti; hər qırıntı sahəsi üzrə saxlanılacaq yeniyetmə, toxumluq və xüsusi qiymətli ağacların miqdarı; müvəqqəti anbarların yeri; oduncağın və ikinci dərəcəli meşə materiallarının tədarükü və daşınma müddəti; Azərbaycan Respublikasının meşə qanunvericiliyində nəzərdə tutulmuş və meşə istifadəsinə dair xüsusi şərtlər. [3] Meşəqırma bileti yerli meşə təsərrüfatı müəssisəsinin direktoru (o olmadıqda, onun müavini) və baş meşəbəyi (meşə ustası) tərəfindən imzalanır və bu müəssisənin möhürü ilə təsdiq edilir. Oduncağın tədarük və daşınma üzrə möhlət verilərkən meşə təsərrüfatı müəssisəsi tərəfindən meşəqırma biletində müvafiq qeydlər aparılır və bu müəssisənin direktoru (o, olmadıqda, onun müavini) tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 3.3. Meşəqırma biletinin dəsti üç nüsxədən ibarətdir: birinci nüsxəsi meşə istifadəçisinə, ikinci nüsxəsi meşəbəyliyə və ya meşə ustası sahəsinə verilir, üçüncü nüsxəsi isə meşə təsərrüfatı müəssisəsində saxlanılır. 3.4. Orderdə aşağıdakılar göstərilir: meşəqırma biletinin tarixi, seriyası, nömrəsi və bu bileti verən meşə təsərrüfatı müəssisəsinin adı; meşə dolayısının, kvartalın, qırıntı yerinin nömrəsi və sahəsi, qeydə alınma üsulu, hündürlük dərəcəsi və meşənin qrupu; tədarük edilmiş oduncağın və qırıntı yerinin müayinə aktları. Orderin digər göstəriciləri meşəqırma biletinin uyğun göstəriciləri ilə eynidir. Order yerli meşə təsərrüfatı müəssisəsinin direktoru (o olmadıqda, onun müavini) və baş meşəbəyi (meşə ustası) tərəfindən imzalanır və bu müəssisənin möhürü ilə təsdiq edilir. http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3076.htm# edn3 3.5. Orderin dəsti üç nüsxədən ibarətdir: birinci nüsxəsi meşə istifadəçisinə, ikinci nüsxəsi meşə dolayısının gözətçisinə verilir, üçüncü nüsxəsi isə hazırlıq, tədarük və daşınma müddəti qurtarana kimi orderi verən məşəbəylikdə və ya meşə ustası sahəsində qalır. Mövsüm qurtardıqda orderin üçüncü nüsxəsi müvafiq meşə təsərrüfatı müəssisəsinə təhvil verilir. 3.6. Meşə biletində aşağıdakılar göstərilir: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adı; meşə biletinin nömrəsi, seriyası və biletin verilmə tarixi; hüquqi şəxslər üçün — meşə bileti verilən müəssisə, təşkilat, idarənin adı və hüquqi ünvanı; fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən sənədin məlumatları (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, yaşayış yeri); meşə təsərrüfatı müəssisəsinin, meşəbəyliyin (meşə ustası sahəsinin) adı, meşə dolayısının, kvartalın, bölməsinin nömrəsi; meşə istifadəsinə icazə verən sənədin adı, tarixi və nömrəsi; meşə istifadəsinin növləri və ölçüləri; meşədən istifadə növünə görə nırx qiyməti; meşədən istifadəyə görə ödəmə məbləği; meşə istifadəsinin başlanma və qurtarma müddəti; Azərbaycan Respublikasının meşə qanunvericiliyində nəzərdə tutulmuş və meşə istifadəsinə dair xüsusi şərtlər. [4] Meşə bileti yerli meşə təsərrüfatının müəssisəsinin direktoru (o olmadıqda, onun müavini) tərəfindən imzalanır və bu müəssisənin möhürü ilə təsdiq edilir. 3.7. Meşə bileti üç nüsxədən ibarətdir: birinci nüsxəsi meşə istifadəçisinə, ikinci nüsxəsi məşəbəyliyə (meşə ustası sahəsinə) verilir, üçüncü nüsxəsi isə meşə təsərrüfatı müəssisəsində saxlanılır. 3.8. Meşəqırma bileti, order və meşə bileti «Azərbaycan Respublikası meşələrində köküstü oduncaq buraxılışı Qaydaları» və «Meşə fondundan ikinci dərəcəli meşə sərvətlərinin tədarükü və meşədən əlavə istifadə Qaydası» ilə müəyyən olunmuş müddətlərdə meşə istifadəçilərinə verilir. Müddəti bitmiş meşəqırma bileti, order və meşə bileti, habelə mövcud qanunvericiliyə uyğun meşə istifadəçisi meşə fondu sahələrindən istifadə hüququna xitam verildikdə bu sənədlər etibarsız sayılır. 3.9. Meşəqırma bileti, order meşə bileti verilərkən meşə istifadəçiləri mövcud qanunvericilik, habelə meşə istifadəsinin növündən asılı olaraq, müvafiq normativ hüquqi aktları ilə tanış edilir və onların pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə məlumatlandırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 oktyabr tarixli 161 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi QAYDASI 1. Bu Qayda meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsini tənzimləyir. 2. Meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi, habelə mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər tərəfindən (bundan sonra — fiziki və hüquqi şəxslər adlandırılır) meşə fondu ehtiyatlarının istifadəsi zamanı http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3076.htm# edn4 Azərbaycan Respublikası Meşə Məcəlləsinin pozulması ilə əlaqədar meşə təsərrüfatına dəyən zərər və itkilər tam şəkildə ödənilməlidir. 3. Meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi (su qovşaqlarının, boru kəmərlərinin, yolların, elektrik xətlərinin tikintisi zamanı və s.) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən olunur. Bu halda meşə fondu torpaqlarının kadastr qiyməti əsasında hesablanmış dəyəri onları istifadə edəcək fiziki və hüquqi şəxslər tərəfindən ödənilir. 4. Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətini həyata keçirən səlahiyyətli şəxslər meşə qanunvericiliyinin tələblərinə fiziki və hüquqi şəxslər tərəfindən əməl edilməməsini aşkar edərkən bu barədə müvafiq qaydada akt tərtib edirlər və hüquqpozmalar nəticəsində meşə təsərrüfatına dəyən zərəri və itkiləri müəyyən olunmuş nırx dərəcələri və cərimələr üzrə hesablayaraq, ümumi məbləğin ödənilməsinə sərəncam verirlər. 5. Fiziki və hüquqi şəxslər meşə təsərrüfatına dəyən zərər və itkilər barədə tərtib olunmuş aktla razılaşmadıqları halda mövcud qanunvericiliyə uyğun aidiyyəti məhkəməyə şikayət edə bilərlər. 6. Meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və Azərbaycan Respublikası Meşə Məcəlləsinin pozulması ilə əlaqədar müəyyən olunmuş zərərin və itkilərin dəyəri müvafiq meşə təsərrüfatına ödənilir. İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə III və IV bölmələrinin sonuncu abzaslarında "Azərbmeşə" İstehsalat Birliyi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir. [2] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Meşəqırma biletinin, orderin və meşə biletinin uçotu, saxlanılması, doldurulması və verilməsi Qaydaları"nın 1.4-cü, 1.5-ci bəndlərində "Azərbmeşə" İstehsalat Birliyi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir. [3] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Meşəqırma biletinin, orderin və meşə biletinin uçotu, saxlanılması, doldurulması və verilməsi Qaydaları"nın 3.2-ci bəndində "Azərbmeşə" İstehsalat Birliyi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir. [4] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Meşəqırma biletinin, orderin və meşə biletinin uçotu, saxlanılması, doldurulması və verilməsi Qaydaları"nın 3.6-cı bəndində "Azərbmeşə" İstehsalat Birliyi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir. http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3076.htm# ednref1 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3076.htm# ednref2 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3076.htm# ednref3 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3076.htm# ednref4