تخطَّ إلى المحتوى
Nelum
قوانين أذربيجان

Ministerial Decree No. 148 on approval of the Charter regarding Gara-Yaz State Reserve

صدر في 2005-08-03 · النص بتاريخ 2026-10-01

القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.

البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.

عن هذا القانون

العنوان الأصلي
“Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin Qərari № 148.
اللغة
Azerbaijani
النوع
لائحة
الدولة
أذربيجان
الموضوعات
Environment, Wild species and ecosystems
الكلمات المفتاحية
biodiversity, capacity building, ecosystem conservation, inspection, monitoring, protected area, research, soil conservation/soil improvement, water conservation zone, management/conservation, endangered species, genetic resources, hygiene/sanitary procedures, protection of environment, sustainable development, protection of species

أين تقرؤه

    لا يوجد رابط مصدر مسجل لهذا القانون.

النص

نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.

  1. “Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 3 avqust 2005-ci il № 148 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 3 avqust tarixli 148 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu haqqında Ə S A S N A M Ə I. ÜMUMİ MÜDDƏALAR 1.1. Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu (bundan sonra-Qoruq) səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini (palıd, ağyarpaq qovaq, akasiya, titrək qovaq ağacları, Qafqaz nəcib maralı, çöl donuzu, süleysin, çöl pişiyi, qırqovul, qaratoyuq və s.), o cümlədən Kürətrafı tuqay meşə landşaftını təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədilə yaradılmış təbiəti mühafizə və elmi tədqiqat idarəsi statusuna malik ərazidir. 1.2. Qoruğun ərazisi Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il 2 mart tarixli 76 nömrəli və 1979-cu il 28 noyabr tarixli 467 nömrəli qərarları ilə müəyyən olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 99s nömrəli sərəncamı ilə Ağstafa rayonunun meşə fondu torpaqları hesabına genişləndirilmişdir. 1.3. Qoruq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin normativ hüquqi aktlarını və bu Əsasnaməni rəhbər tutur. 1.4. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Qoruğun təşkili üçün ayrılmış torpaq sahələri onun daimi istifadəsinə verilir. 1.5. Qoruğun ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu əraziyə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir. 1.6. Məqsədli istifadəsinə və hüquqi rejiminə görə Qoruğun torpaqları təbii qoruq təyinatlı torpaqlara daxildir. 1.7. Qoruğun torpaqlarından, habelə onun hüdudlarında olan sudan, bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağandır. 1.8. Qoruğun torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə həmin ərazilərin sanitariya-mühafizə zonaları müəyyən edilir. Bu zonaların müəyyən edilməsi və rejim qaydaları “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsi ilə müəyyən olunmuş formada həyata keçirilir.[1] 1.9. Qoruq dövlət büdcəsindən, yerli büdcələrdən, büdcədənkənar vəsaitlərdən, ətraf mühitin mühafizəsi üzrə fondların vəsaitləri hesabına və qanunvericilikdə qadağan edilməyən digər maliyyə mənbələrindən maliyyələşdirilir. 1.10. Qoruğun idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarənin xüsusi fondu və vəsaitləri ola bilər. Bu fondun və vəsaitlərin yaradılması və onlardan istifadə qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. 1.11. Qoruğun pasportu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanır. Pasportda Qoruğun əhəmiyyəti, adı, yerləşdiyi yer, yaranma tarixi, torpaqdan daimi istifadə hüququnu təsdiq edən sənədin qeydiyyat nömrəsi və tarixi, mühafizə olunan ərazinin xarakteristikası, onun ümumi görünüşünün sxemi, qorunan nadir fauna və flora növləri, fəaliyyət prosesində aparılan dəyişikliklər barədə qeydlər öz əksini tapmalıdır. Bu ərazinin pasportu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət qeydiyyatına alınmaqla Qoruqda saxlanılır.[2] 1.12. Qoruqda təbiət qoruq fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, bu ərazinin perspektiv inkişafı şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı aparılır. 1.13. Qoruq müstəqil balansa, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qoruğun adı əks olunmuş möhürə, müvafiq blank və ştamplara, xəzinə hesablarına, bayraq və emblemə malikdir. http://www.e-qanun.az/alpidata/framework/data/11/c f 11288.htm# edn1 http://www.e-qanun.az/alpidata/framework/data/11/c f 11288.htm# edn2 II. QORUĞUN YARADILMASININ MƏQSƏDLƏRİ 2.1. Qoruğun yaradılmasının məqsədləri aşağıdakılardır: 2.1.1. genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin və təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədilə təbiət ərazilərinin mühafizəsini həyata keçirmək; 2.1.2. elmi tədqiqatları təşkil etmək və aparmaq, “Təbiət Salnaməsi”ni tərtib etmək; 2.1.3. ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi çərçivəsində ekoloji monitorinqi həyata keçirmək; 2.1.4. təsərrüfat obyektlərinin və digər obyektlərin yerləşdirilməsi layihələrinə və sxemlərinə dair dövlət ekoloji ekspertizasında iştirak etmək; 2.1.5. ətraf mühitin mühafizəsi sahəsində elmi kadrların və mütəxəssislərin hazırlanmasına kömək etmək. III. QORUĞUN XÜSUSİ MÜHAFİZƏ REJİMİNİN XÜSUSİYYƏTLƏRİ 3.1. Qoruğun ərazisində xüsusi mühafizənin vacib tədbirlərindən başqa, aşağıdakılar qadağan edilir: 3.1.1. bina və qurğuların, ümumi istifadə üçün yolların, boru kəmərlərinin və digər kommunikasiya xətlərinin tikintisi; 3.1.2. geoloji-kəşfiyyat və müxtəlif axtarış işlərinin aparılması; 3.1.3. kənd təsərrüfatının, sənayenin, hidroenergetikanın, su nəqliyyatının və digər təsərrüfat ehtiyaclarının suya olan tələbatının ödənilməsi üçün yerüstü və yeraltı sulardan istifadə edilməsi; 3.1.4. oduncaq tədarükü, ikinci dərəcəli meşə ehtiyatları tədarükü, meşədən əlavə istifadə və ovçuluq təsərrüfatının ehtiyacları üçün meşədən istifadə; 3.1.5. bitki aləmindən təsərrüfat məqsədilə, habelə biçənək və otlaq kimi istifadə edilməsi; 3.1.6. ov və balıq və digər su bioresurslarının ovu, habelə ov və balıqçılıq obyektlərinə aid edilməyən heyvanların təsərrüfat məqsədilə istifadə edilməsi və ovlanması;[3] 3.1.7. ətraf mühitə hər hansı kimyəvi, bioloji və fiziki təsirin tətbiq edilməsi; 3.1.8. kolleksiyaların toplanması, xüsusi icazə olmadan bitki və heyvanları təbii mühitdən ayırmaqla elmi tədqiqatların keçirilməsi; 3.1.9. xüsusi icazə olmadan Qoruğun ərazisində olmaq; 3.1.10. təbiət komplekslərini pozan və təbiət obyektləri üçün təhlükə yaradan hər hansı digər fəaliyyət. 3.2. Elmi tədqiqat idarələrinin əməkdaşları, aidiyyəti ali məktəblərin müəllim və tələbələri Qoruğun iş planı üzrə elmi tədqiqat işləri aparmaq, elmi təcrübə keçmək və digər müvafiq işlər görmək üçün əraziyə Qoruq direktorunun razılığı əsasında buraxılırlar. http://www.e-qanun.az/alpidata/framework/data/11/c f 11288.htm# edn3 IV. QORUĞUN MÜHAFİZƏSİ 4.1. Qoruğun mühafizəsi onun mühafizə xidməti tərəfindən həyata keçirilir. Bu işə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Qoruğun direktoru və mühafizə işləri üzrə direktor müavini öz səlahiyyətləri daxilində rəhbərlik edirlər. 4.2. Qoruğun mühafizə xidməti aşağıdakı hüquqlara malikdir: 4.2.1. Qoruğun ərazisində və onun mühafizə zonasında xüsusi mühafizə rejimini pozanların sənədlərini yoxlamaq, nəqliyyat vasitələrini saxlamaq, qanunvericiliklə müəyyən edilmiş qaydada nəqliyyat vasitələrini, ov alətlərini, əldə edilmiş məhsulları və başqa əşyaları yoxlamaq, hüquqpozmaya səbəb olmuş alət, cihaz və digər əşyaları, qanunsuz əldə olunmuş məhsulları, habelə müvafiq sənədləri götürmək; 4.2.2. Qoruğun ərazisində və onun mühafizə zonasında xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyi pozmuş, cinayət və ya inzibati xəta törətmiş şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada saxlamaq, onları hüquq mühafizə orqanlarının sərəncamına vermək; 4.2.3. Qoruq ərazisindən istifadə qaydalarının, həmin ərazilərin mühafizə rejiminin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati xəta haqqında protokollar tərtib etmək; 4.2.4. Qoruğun ərazisində və onun mühafizə zonasında mühafizəsi və istifadəsi sahəsində pozuntu hallarını aradan qaldırmaq haqqında icrası məcburi olan göstərişlər vermək və digər tədbirlər görmək. V. QORUĞUN MÜHAFİZƏSİNƏ, QORUNMASINA VƏ İSTİFADƏSİNƏ DÖVLƏT NƏZARƏTİ Qoruğun vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə, qanunvericilikdə nəzərə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. VI. QORUĞUN ELMİ TƏDQİQAT FƏALİYYƏTİ 6.1. Qoruq bütün təbiət komplekslərini təbiətin etalonları kimi saxlamaqla yanaşı, habelə bu komplekslərdə təbii proseslərin elmi cəhətdən öyrənilməsini həyata keçirir. 6.2. Qoruğun elmi tədqiqat fəaliyyəti il boyu stasionar müşahidələrin və çoxillik kompleks tədqiqatların təşkili yolu ilə həyata keçirilir və ekoloji şəraitin proqnozlaşdırılması, təbiətin mühafizəsinin elmi əsaslarının hazırlanması, canlı orqanizmlərin genofondunun qorunub saxlanılması, təbii ehtiyatların bərpası və səmərəli istifadəsi məqsədilə təbiət komplekslərinin, ayrı-ayrı təbiət obyektlərinin və təbii proseslərin dinamikasının öyrənilməsinə yönəldilir. 6.3. Qoruq elmi tədqiqat işlərinin təşkili və aparılması məqsədilə elmi işçi ştatları ilə təmin olunur və bu işə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Qoruğun direktorunun elmi işlər üzrə müavini öz səlahiyyətləri daxilində rəhbərlik edir. 6.4. Qoruqda elmi tədqiqatlar kənar təşkilatlar və ayrı-ayrı mütəxəssislər cəlb edilməklə də aparıla bilər. 6.5. Qoruqda müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin həyata keçirilməsi və ekoloji maarifləndirmə işinin təşkil edilməsi məqsədilə Şura yaradıla bilər. Şuranın tərkibi və Əsasnaməsi Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir. 6.6. Qoruğun elmi və herbari fondları yaradılır və həmişəlik saxlanılır. 6.7. Qoruğun elmi əsərlər çap etdirmək hüququ vardır. 6.8. Qoruqda elmi tədqiqat işində əldə edilmiş nəticələrin məqsədi: 6.8.1. region üçün xarakter olan nadir və nəsli kəsilmək təhlükəsi qarşısında qalan bitkilərin və heyvanların təbii bərpasını təmin etmək; 6.8.2. heyvan və bitki ehtiyatlarının qorunub saxlanılmasının, çoxaldılmasının və səmərəli istifadə edilməsinin elmi əsaslarını işləyib hazırlamaq; 6.8.3. Qoruğun tələbatına uyğun olaraq biotexniki tədbirləri həyata keçirmək, meşə ehtiyatlarının və faunanın uçotunu aparmaq; 6.8.4. Qoruğun ərazisində təbiət komplekslərinin təbii halda saxlanılmasını təmin edən tədbirləri, təbiət kompleksləri komponentlərinin faydalı məhsuldarlığının qiymətləndirilməsi və yüksəldilməsi metodlarını işləyib hazırlamaq; 6.8.5. iqlimləşdirmə məqsədilə bitki və heyvanların introduksiya edilməsi ilə ayrı-ayrı heyvan növlərinin sayının elmi cəhətdən əsaslandırılmış normadan artıq çoxaldılmasına yol verməmək; 6.8.6. zərərli heyvan və alaq otlarına qarşı mübarizə metodlarını, ilk növbədə bioloji metodları işləyib hazırlamaq; 6.8.7. su rejimində, torpağın və bitki örtüyünün xassələrində, heyvanların sayında və bitkilərin (fitosenozların) məhsuldarlığında dəyişikliklərin proqnozlaşdırılması və həmin dəyişikliklərin səbəbini öyrənmək; 6.8.8. təbiətdə cərəyan edən proseslər haqqında sistemləşdirilmiş faktiki materiallar toplamaq və nəzəri nəticələr hesabına elmi bilikləri zənginləşdirmək; 6.8.9. Qoruğun hüdudlarından kənarda, təsərrüfat məqsədləri üçün istifadə edilən ərazilərdə eyni və ya oxşar bioekoloji metodları işləyib hazırlamaq. 6.9. Elmi tədqiqatların aparılması metodları qoruq rejiminin tələblərinə zidd olmamalıdır. Aparılan işlərin nəticəsi olaraq hazırlanmış elmi təkliflər tətbiq oluna bilər. 6.10. Qoruğun elmi tədqiqat işlərini, görəcəyi elmi, elmi-texniki və sair tədbirləri hər təqvim ili üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi və maliyyələşdirdiyi planlar üzrə onun elm şöbəsinin işçiləri, Qoruqla bu sahədə əməkdaşlığı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi müqavilələr əsasında müvafiq profilli elmi tədqiqat idarələri və ali məktəblər ilə həyata keçirirlər. VII. QORUĞUN FƏALİYYƏTİNİN TƏŞKİLİ 7.1. Qoruğun strukturu, ştat cədvəli və xərclər smetası Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir. 7.2. Qoruğa direktor rəhbərlik edir. 7.3. Direktor Qoruğun fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır. 7.4. Direktor aşağıdakı səlahiyyətlərə malikdir: 7.4.1. Qoruğun işinə ümumi rəhbərliyi həyata keçirir və onun fəaliyyətində qanunvericiliyin tələblərinə əməl olunmasını təmin edir; 7.4.2. təbiəti mühafizə, elmi tədqiqat və biotexniki planların layihələrinin hazırlanmasını təşkil edir, onların müvafiq qaydada təsdiq edildikdən sonra yerinə yetirilməsini təmin edir; 7.4.3. Qoruqda elmi tədqiqat işlərinin planlarının, tapşırıqların gedişi haqqında müvafiq şöbələrin və ayrı-ayrı əməkdaşların hesabatlarını dinləyir; 7.4.4. Qoruğun ixtisaslı kadrlarla komplektləşdirilməsini təşkil edir, onların ixtisaslarının artırılması istiqamətində tədbirlər görür; 7.4.5. Qoruğun mühafizə rejimi, elmi tədqiqatların və onların tətbiqinin nəticələri haqqında hesabatları, habelə maliyyə-təsərrüfat fəaliyyəti barədə mühasibat, maliyyə və statistika hesabatlarını müəyyən olunmuş qaydada aidiyyəti üzrə təqdim edir; 7.4.6. Qoruğun maddi-texniki təminatına ümumi rəhbərliyi həyata keçirir; 7.4.7. Qoruğun fəaliyyətinə aid olan məsələlərlə əlaqədar məhkəmələrdə çıxış edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirir; 7.4.8. Qoruğun Şurasının fəaliyyətinə rəhbərlik edir; 7.4.9. Qoruğun nomenklaturuna daxil olan işçiləri vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür; 7.4.10. Qoruğun elmi tədqiqat işlərinin tematik planı əsasında elmi işçilərin iş planlarını təsdiq edir; 7.4.11. qeyri-hökumət və dövlət təşkilatlarında Qoruğu vəkalətnaməsiz təmsil edir; 7.4.12. Qoruğun fəaliyyəti ilə əlaqədar əmr, sərəncam və göstərişlər verir. 7.5. Qoruğun bütün işçiləri qoruq rejiminin pozulması hallarının qarşısının alınmasında mühafizə işçilərinə kömək göstərməlidirlər. 7.6. Qoruğun təbiət ərazilərindən və obyektlərindən istifadə etməsi qanunla nəzərdə tutulmuş hallarda ödənişli ola bilər. 7.7. Əhali və ictimai birliklər Qoruğun mühafizəsinə dair təkliflərini verə bilər. Bu təkliflərə Qoruq tərəfindən baxılır. 7.8. Qoruğun ərazisi və obyektləri hər hansı fiziki və hüquqi şəxslərin hüquqlarına və maraqlarına xələl gətirmədən Azərbaycan dövlətinə məxsusdur və özgəninkiləşdirilə bilməz. 7.9. Qoruğun hüquqi və fiziki şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır. 7.10. Qoruq rejiminin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 7.11. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyin pozulması nəticəsində Qoruğa vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və təbiətin mühafizəsi ilə bağlı digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir. 7.12. Qoruqda mühafizə rejimini həyata keçirən işçilərə xidməti vəzifələrini yerinə yetirərkən xüsusi geyim forması daşımaq, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir. İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 20 noyabr 2006-cı il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 994) 2. 17 oktyabr 2014-cü il tarixli 334 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 oktyabr 2014-cü il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1304) 3. 25 iyun 2015-ci il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 809) QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 17 oktyabr 2014-cü il tarixli 334 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 oktyabr 2014-cü il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1304) ilə “Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”nin 1.8-ci bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 1.8. Qoruğa bitişik olan torpaq və su sahələrində mühafizə zonaları müəyyən edilə bilər. Bu zonaların torpaqlarında xüsusi mühafizə olunan təbiət ərazilərinin təbiət komplekslərinə və obyektlərinə zərərli təsir göstərən hər cür fəaliyyət qadağandır. [2] 20 noyabr 2006-cı il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 994) ilə “Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”nin 1.11-ci bəndində “hüququna dair Dövlət aktının” sözləri “hüququnu təsdiq edən sənədin” sözləri ilə əvəz edilmişdir. [3] 25 iyun 2015-ci il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 809) ilə “Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”nin 3.1.6-cı http://e-qanun.az/framework/12486 http://e-qanun.az/framework/28676 http://e-qanun.az/framework/30303 http://www.e-qanun.az/alpidata/framework/data/11/c f 11288.htm# ednref1 http://e-qanun.az/framework/28676 http://www.e-qanun.az/alpidata/framework/data/11/c f 11288.htm# ednref2 http://e-qanun.az/framework/12486 http://www.e-qanun.az/alpidata/framework/data/11/c f 11288.htm# ednref3 http://e-qanun.az/framework/30303 yarımbəndində “balıq ovu” sözləri “balıq və digər su bioresurslarının ovu” sözləri ilə əvəz edilmişdir.

Ministerial Decree No. 148 on approval of the Charter regarding Gara-Yaz State Reserve · Nelum