تخطَّ إلى المحتوى
Nelum
قوانين أذربيجان

Ministerial Decree No. 146 on rules regarding right of use granted to foreign real and legal persons for fish and other aquatic biological resources

صدر في 1999-09-06 · النص بتاريخ 2026-10-01

القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.

البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.

عن هذا القانون

العنوان الأصلي
“Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasında balıq və digər su bioresurslarından istifadə haqqı və qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 146.
اللغة
Azerbaijani
النوع
لائحة
الدولة
أذربيجان
الموضوعات
Fisheries and aquaculture
الكلمات المفتاحية
aquaculture, aquatic animals, equipment, fishery management and conservation, fishing area, fishing gear/fishing method, foreign fishing, port State measures, protection of species, allocation/quota, marine fisheries, Illegal unreported and unregulated fishing (IUU fishing), biodiversity

أين تقرؤه

    لا يوجد رابط مصدر مسجل لهذا القانون.

النص

نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.

  1. Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 722 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları”, “balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr”, “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasında balıq və digər su bioresurslarından istifadə haqqı və qaydaları” təsdiq edilsin (əlavə olunur).[1] 2. “Azərbaycan Respublikası balıqçılıq təsərrüfatı sututarlarında qiymətli balıq növlərinin, su heyvanlarının və onurğasızların ehtiyatlarının mühafizəsini gücləndirmək tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 mart tarixli 128 nömrəli qərarının birinci və ikinci bəndləri qüvvədən düşmüş hesab edilsin. 3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 6 sentyabr 1999-cu il № 146 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasında balıq və digər su bioresurslarından istifadə haqqı və qaydaları 1. Xarici dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının su obyektlərində “Balıqçılıq haqqında” Qanunla yanaşı, Azərbaycan Respublikası ilə https://e-qanun.az/framework/5334# edn1 Xəzəryanı dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələr, sazişlər, razılaşmalar və digər beynəlxalq hüquq normaları əsasında balıq və digər su bioresurslarından istifadə hüququ əldə edə bilərlər. 2. Azərbaycan Respublikasının balıqçılıq əhəmiyyətli su obyektlərində “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinə balıq və digər su bioresurslarının sənaye ovu üçün vətəgə sahələri (müqavilə ilə sərhədləri bilinən), ov rayonları və limitlər (kvotalar) müvafiq icra hakimiyyəti orqanları tərəfindən ayrılır. Vətəgə sahələrinin ayrılması haqqında müqavilədə ovlanan balığın həcmi (limiti, kvotası), növləri və ölçüləri, balıq ovlamaq üçün qadağan olunan ov alətləri, texniki vasitələr, digər qaydalar və şərtlər müəyyən edilir. 3. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin balıq və digər su bioresurslarının sənaye ovu ödənişlidir və istifadə hüququ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada əldə edilir. 4. Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin məbləği (dəyəri) balıq və digər su bioresurslarının növündən, onların ovu üsulundan, ov alətlərinin və texniki vasitələrin növündən, habelə su obyektinin təyinatından asılı olaraq differensiallaşdırılır və bazar konyukturasına uyğun aşağıdakı qaydada müəyyən edilir: Balıq ehtiyatlarının növləri Balıq ehtiyatlarından istifadənin əmsalları a) Kilkə 1,0 b) Kefal 2,0 c) Siyənək 2,5 ç) Axçalı balıqlar: Sıf 4,0 Külmə 2,0 Çapaq 2,0 Çəki 3,0 Xəşəm 5,0 Kütüm 5,0 Şamayı 5,0 Axçalı balıqların digər növləri 2,0 d) Suiti 1,0 e) Xərçəngkimilər 5,0 5. Balıq ehtiyatlarından ümumi istifadəyə görə ödəniş haqqı aşağıdakı düsturla təyin edilir: Q=L* K* N Q — manatla L — bir ton balıqdan (kilkə balığının xammalı nəzərdə tutulur) və ya bir ədəd suitindən istifadənin bazis qiyməti. Bazis qiyməti balıqların və suitinin bazar satış qiymətinin 10%-ni təşkil edir.[17] K — balıq və digər su bioresurslarının növündən asılı olan əmsal. N — ovlanması nəzərdə tutulan vətəgə obyektinin ümumi miqdarı (limiti, kvotası), ölçü vahidi balıqlar üçün — tonla, suiti üçün isə ədədlə götürülür. 6. Ayrıca istifadədə, icarədə, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan su obyektlərində balıq və digər su bioresurslarıdan istifadəyə görə ödəmələr bələdiyyələr, mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. 7. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının su obyektlərində balıq və digər su bioresurslarından istifadə hüququ və vəzifələri “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yanaşı Respublikanın digər qanunvericilik aktları və beynəlxalq hüquq normaları ilə müəyyən edilir. İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyun 2005-ci il tarixli 104 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 540) 3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 119 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 555) 4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyun 2005-ci il tarixli 122 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558) 5. 8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370) 6. 10 may 2012-ci il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 474) 7. 19 noyabr 2014-cü il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1508) 8. 25 iyun 2015-ci il tarixli 240 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyul 2015-ci il, № 143; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 876) https://e-qanun.az/framework/5334# edn17 http://e-qanun.az/framework/28808 http://e-qanun.az/framework/30460 9. 21 sentyabr 2015-ci il tarixli 309 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 14 oktyabr 2015-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1223) 10. 27 sentyabr 2016-cı il tarixli 372 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 oktyabr 2016-cı il, № 216, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1597) 11. 3 may 2021-cı il tarixli 128 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 may 2021-cı il, № 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 507) 12. 30 oktyabr 2021-ci il tarixli 332 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1199) 13. 8 fevral 2024-cü il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2024-cü il, “Xalq” qəzeti, 11 fevral 2024-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 208) QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 19 noyabr 2014-cü il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1508) ilə 1-ci hissədən “əhəmiyyətli” sözü çıxarılmışdır, “balıq ehtiyatlarından” (hər iki halda) sözləri “balıq və digər su bioresurslarından” sözləri ilə, “qeyri-qanuni balıq ovuna” sözləri “balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna” sözləri ilə əvəz edilmişdir. [2] 19 noyabr 2014-cü il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1508) ilə adından, 1-ci hissəsindən (hər iki halda), 13 cü hissəsindən, IV bölməsinin adından, 15-ci hissəsindən “əhəmiyyətli” sözü çıxarılmışdır. [3] 19 noyabr 2014-cü il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1508) ilə 2-ci hissənin birinci abzasında “balıq ehtiyatları və digər canlıların” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə, ikinci abzasında “balıq və digər canlılar” sözləri “balıq və digər su bioresursları” sözləri ilə əvəz edilmişdir. [4] 8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370) ilə "Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları"nın 4-cü bəndinin ikinci abzasında "Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin" sözləri və 15-ci bəndində "Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri http://e-qanun.az/framework/31019 http://e-qanun.az/framework/33846 http://e-qanun.az/framework/47420 http://e-qanun.az/framework/48475 https://e-qanun.az/framework/56336 https://e-qanun.az/framework/5334# ednref1 http://e-qanun.az/framework/28808 https://e-qanun.az/framework/5334# ednref2 http://e-qanun.az/framework/28808 https://e-qanun.az/framework/5334# ednref3 http://e-qanun.az/framework/28808 https://e-qanun.az/framework/5334# ednref4 ismin müvafiq hallarında "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları"nın 4-cü bəndinin ikinci abzasında "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin (yeraltı su obyektləri üzrə), habelə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin" sözləri "habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyun 2005-ci il tarixli 122 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558) ilə "Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları"nın 4-cü bəndinin ikinci abzasında "Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin" sözləri "Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri ilə əvəz edilmişdir. 10 may 2012-ci il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 474) ilə “Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları”nın 4-cü hissənin ikinci abzasında “Nazirliyinin” sözündən sonra “və Fövqəladə Hallar Nazirliyinin” sözləri əlavə edilmişdir. 30 oktyabr 2021-ci il tarixli 332 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1199) ilə “Balıqçılıq su obyektlərinə zərərli təsirin yol verilən normaları”nın 4-cü hissəsinin ikinci abzasında “sanitariya-epidemiologiya” sözü “dövlət sanitariya nəzarəti orqanları” sözləri ilə əvəz edilmişdir. [5] 19 noyabr 2014-cü il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1508) ilə 10-cu hissədə “balıq ovunun” sözləri “balıq və digər su bioresurslarının ovunun” sözləri ilə əvəz edilmişdir. [6] 19 noyabr 2014-cü il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1508) ilə 11-ci hissədə “balıq” sözü “balıqçılıq” sözü ilə əvəz edilmişdir. [7] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları"nın 15-ci bəndində "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin əsaslandırılmış təqdimatı əsasında Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyun 2005-ci il tarixli 122 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558) ilə "Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları"nın 15-ci bəndində "Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri "Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri ilə əvəz edilmişdir. 10 may 2012-ci il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik http://e-qanun.az/framework/48475 https://e-qanun.az/framework/5334# ednref5 http://e-qanun.az/framework/28808 https://e-qanun.az/framework/5334# ednref6 http://e-qanun.az/framework/28808 https://e-qanun.az/framework/5334# ednref7 Toplusu, 2012-ci il, № 05, maddə 474) ilə “Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları”nın 15-ci hissədə “Nazirliyi” sözündən sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,” sözləri əlavə edilmişdir. 21 sentyabr 2015-ci il tarixli 309 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 14 oktyabr 2015-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1223) ilə “Balıqçılıq su obyektlərinə zərərli təsirin yol verilən normaları”nın 15-ci hissəsində “Respublikası” sözü “Milli” sözü ilə əvəz edilmişdir. 8 fevral 2024-cü il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2024-cü il, “Xalq” qəzeti, 11 fevral 2024-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 208) ilə “Balıqçılıq su obyektlərinə zərərli təsirin yol verilən normaları”nın 15-ci hissəsinə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və” sözləri əlavə edilmişdir və həmin hissədən “və Azərbaycan Milli Elmlər Akademiyası” sözləri çıxarılmışdır. [8] 25 iyun 2015-ci il tarixli 240 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyul 2015-ci il, № 143; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 876) ilə “Balıqçılıq su obyektlərinə zərərli təsirin yol verilən normaları”nın 1 və 2 nömrəli əlavələrindən “əhəmiyyətli” sözü çıxarılmışdır. [9] 19 noyabr 2014-cü il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1508) ilə “Balıqçılıq təsərrüfatı məqsədləri ilə istifadə edilən su obyektlərində suyun tərkibi və xassələrinə ümumi tələblər”in “Zəhərli maddələr” sətrində “Balıqlara və ya digər su orqanizmlərinə” sözləri “Balıqlara və digər su bioresurslarına” sözləri ilə əvəz edilmişdir. [10] 19 noyabr 2014-cü il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1508) ilə “Balıqçılıq əhəmiyyətli su obyektlərinin suyunda zərərli maddələrin yol verilən qatılıq həddinin siyahısı”nın adından “əhəmiyyətli” sözü çıxarılmışdır və həmin siyahının “Qeyd”ində “dəniz məhsullarının” sözləri “su bioresurslarının” sözləri ilə əvəz edilmişdir. [11] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyun 2005-ci il tarixli 104 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 540) ilə “Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları”nın 2 nömrəli əlavəsinə “Balıqçılıq əhəmiyyətli su obyektlərinin suyunda zərərli maddələrin yol verilən qatılıq həddinin siyahısı”na “Qeyd” əlavə edilmişdir. [12] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 119 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 555) ilə "Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr"in 4-cü bəndinin cədvəlindən "Nərəkimilər 10,0" sözləri çıxarılmış və həmin cədvələ "Bölgə 300,0", "Nərə 200,0" və "Uzunburun 180,0" sözləri əlavə edilmişdir. [13] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 119 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 555) ilə "Balıq http://e-qanun.az/framework/31019 https://e-qanun.az/framework/56336 https://e-qanun.az/framework/5334# ednref8 http://e-qanun.az/framework/30460 https://e-qanun.az/framework/5334# ednref9 http://e-qanun.az/framework/28808 https://e-qanun.az/framework/5334# ednref10 http://e-qanun.az/framework/28808 https://e-qanun.az/framework/5334# ednref11 https://e-qanun.az/framework/5334# ednref12 https://e-qanun.az/framework/5334# ednref13 ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr"in 5-ci bəndin ikinci abzasında "L-bir ton kilkə balığından" sözlərindən sonra mötərizədə "(xammal nəzərdə tutulur)" sözləri əlavəedilmişdir. [14] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr"in 9-cu bəndinin "a)" yarımbəndində "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin hesablaşma hesabına" sözləri "Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna" sözləri ilə əvəz edilmişdir. 27 sentyabr 2016-cı il tarixli 372 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 oktyabr 2016-cı il, № 216, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1597) ilə “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr”in 9-cu hissəsinin a) yarımbəndində “Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna” sözləri “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fonduna” sözləri ilə əvəz edilmişdir. [15] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 119 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 555) ilə "Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr"in 9-cu bəndinin "b" yarımbəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: b) Balıq ehtiyatlarından istifadə üçün ayrılan ümumi limitin ödənilməsi rüblər üzrə aşağıdakı kimi aparılır: 1-ci ödəniş — 1-ci planlaşdırılmış məbləğin 50 faizə qədəri; 2-ci ödəniş — 1-ci rübdə faktiki ovlanmış balığın tam ödəniş məbləği və 2-ci rübə planlaşdırılmış məbləğin 50 faizi; 3-cü ödəniş — ilin 1-ci yarımilliyində faktiki ovlanmış balığın tam ödəniş məbləğində və 3-cü rübə planlaşdırılmış məbləğin 50 faizi; 4-cü ödəniş — 9 ay müddətində faktiki ovlanmış balığın tam ödəniş məbləğində və 4-cü rübə planlaşdırılmış məbləğin 50 faizi; 5-ci ödəniş — növbəti ilin fevral ayına kimi ötən bir il müddətində faktiki ovlanmış balığın tam ödəniş məbləğində. [16] 3 may 2021-cı il tarixli 128 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 may 2021-cı il, № 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 507) ilə “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr”in 10-cu hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 10. Ölçüsündən və çəkisindən asılı olmayaraq bir ədəd balıq, su heyvanı və onurğasıza vurulmuş ziyan minimum əmək haqqının aşağıdakı mislində müəyyən edilir: a) Balıqlar https://e-qanun.az/framework/5334# ednref14 http://e-qanun.az/framework/33846 https://e-qanun.az/framework/5334# ednref15 https://e-qanun.az/framework/5334# ednref16 http://e-qanun.az/framework/47420 “Qırmızı kitaba” daxil edilmiş balıq növləri (kələmo, dəniz sıfı, poru, ilanbalığı, qızıl xallı) 250 Bölgə 225 Nərə, uzunburun, qızılbalıq, ağ qızılbalıq 200 Xəşəm, kütüm, sıf, şirbit, şamayı, ağ amur, enlialın 30 Çəki, karp, qarabel siyənəyi 20 Naxa, durna balığı, kefal, çapaq, külmə, qarasoy, xramulya, dabanbalığı, xanı balığı və siyənəyin digər növləri 10 Kilkə (1 kq) 0,5 b) Kürü (1 kq.) Bölgə, kələmo, nərə, uzunburun 200 c) Su heyvanları: Xəzər suitisi 50 ç) Su onurğasızları Xərçəng 1,0 Krevet 0,5 d) Dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq və digər su bioresursları üçün cərimələr üç qatına tutulur. [17] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 119 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 555) ilə "Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasında balıq ehtiyatlarından istifadə haqqı və qaydaları"nın 5-ci bəndinin üçüncü abzasında "L-bir ton balıqdan" sözlərindən sonra mötərizədə "(kilkə balığının xammalı nəzərdə tutulur)" sözləri əlavəedilmişdir. https://e-qanun.az/framework/5334# ednref17

Ministerial Decree No. 146 on rules regarding right of use granted to foreign real and legal persons for fish and other aquatic biological resources · Nelum