Ministerial Decree No. 146 on rules regarding harmful effect of fisheries upon water bodies
صدر في 1999-09-06 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- “Balıqçılıq su obyektlərinə zərərli təsirin yol verilən normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 146.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Fisheries and aquaculture, Water
- الكلمات المفتاحية
- aquaculture, aquatic animals, aquatic plants, biodiversity, fishery management and conservation, fishing area, freshwater fishes, freshwater pollution, marine fishes, protection of environment, protection of species, radiation, residues, standards, sustainable use, territorial sea, emissions, environmental standards, effluent waste water/discharge, ecosystem conservation, water resources management, hazardous substances, hazardous waste, industrial water use, inland waters, pollution control, sewerage, waste disposal, water quality standards
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 722 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları”, “balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr”, “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasında balıq və digər su bioresurslarından istifadə haqqı və qaydaları” təsdiq edilsin (əlavə olunur).[1] 2. “Azərbaycan Respublikası balıqçılıq təsərrüfatı sututarlarında qiymətli balıq növlərinin, su heyvanlarının və onurğasızların ehtiyatlarının mühafizəsini gücləndirmək tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 mart tarixli 128 nömrəli qərarının birinci və ikinci bəndləri qüvvədən düşmüş hesab edilsin. 3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 6 sentyabr 1999-cu il № 146 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları[2] https://e-qanun.az/framework/5334# edn1 https://e-qanun.az/framework/5334# edn2 1. Ümumi müddəalar 1. “Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları” (bundan sonra — normalar) Azərbaycan Respublikası Su Məcəlləsi və “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tərtib edilmiş və balıqçılıq əhəmiyyətli su obyektlərinə aid olan yerüstü su axınları və su tutarları, habelə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin (bundan sonra — su obyektləri) tullantı və tullantı suları ilə çirklənməsinin qarşısının alınması məqsədini daşıyır. 2. Hər növ məişət və təsərrüfat mənşəli tullantıların və tullantı sularının birbaşa və ya dolayı təsiri nəticəsində suyun tərkibi və xassələri dəyişərək, balıq və digər su bioresurslarının varlığı və inkişafı üçün qismən və yaxud tamamilə yararsız hala düşdükdə su obyektləri çirklənmiş sayılır.[3] Suyun orqanoleptik xassələrinin dəyişməsi və tərkibində balıq və digər su bioresursları üçün zərərli maddələrin mövcud olması, həmçinin su orqanizmlərinin normal həyat fəaliyyəti şərtlərini dəyişdirən suyun hərarətinin artması nəticəsində onun keyfiyyətinin pisləşməsi suyun çirklənmə meyarıdır. 3. Balıqçılıq təsərrüfatında istifadə edilən suyun tərkib və keyfiyyət yararlılığı bu normalar və tələblər əsasında müəyyən edilir. 4. Qadağan edilir: su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətini öz səlahiyyətləri daxilində həyata keçirən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (yerüstü su obyektləri üzrə), habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin razılığı olmadan, həmçinin dövlət sanitariya nəzarəti orqanları və balıq mühafizə xidməti ilə razılaşdırılmadan hər növ tullantı sularının su obyektlərinə axıdılması;[4] yol verilən qatılıq hədləri (YQH) təyin edilməmiş çirkləndirici maddələri daşıyan tullantı sularının su obyektlərinə axıdılması; neft kəmərləri və neft mədənlərindən su obyektlərinə sızmalara yol verilməsi; təmizlənməmiş tullantı, döşəməaltı və ballast sularının, həmçinin təhlükəli maye və qatı tullantıların üzmə vasitələri və stasionar özüllərdən su obyektlərinə buraxılması; balıqların kütləvi kürüləmə, qidalanma və qışlama yerlərinə hər növ tullantı sularının axıdılması; hər növ tullantı və tullantı sularının dövlət qoruğu statusuna malik və elmi tədqiqat işləri üçün ayrılmış su obyektlərinə buraxılması. 5. Tullantı sularının su obyektlərinə axıdılmasının texniki şərtləri, onlara qarşı tələblər və razılaşdırılması yolları, habelə bu şərtlərə əməl edilməsi bu Qaydalarla tənzimlənir. https://e-qanun.az/framework/5334# edn3 https://e-qanun.az/framework/5334# edn4 II. Su obyektlərinin radioaktiv maddələrlə çirklənmədən mühafizəsi 6. Tərkibində radioaktiv maddələr saxlayan tullantı sularının atılması, kənar edilməsi və zərərsizləşdirilməsi qüvvədə olan radiasiya təhlükəsizliyi normalarına, radioaktiv maddələr və digər ionlaşdırıcı şüa mənbələri ilə sanitar iş qaydalarına müvafiq olaraq həyata keçirilir. 7. Radioaktiv tullantı sularının zərərsizləşdirilməsi nəticəsində əmələ gələn pulpaların, çöküntülərin və qatılaşmış qazan qalıqlarının, habelə yüksək aktivli maye tullantılarının su obyektlərinə axıdılması qadağan edilir. 8. Tərkibində radioaktiv maddələr olan tullantı sularının balıq və quşların yetişdirilməsi üçün ayrılmış göl, gölcük və nohurlara, həmçinin bu hövzələrlə əlaqəli olan çay, arx və digər su obyektlərinə axıdılması qadağan edilir. III. Su obyektlərinə zərərli təsirin yol verilən normaları 9. Balıqçılıq təsərrüfatı üçün əhəmiyyətinə görə su obyektləri iki kateqoriyaya bölünür: oksigenə qarşı yüksək həssaslığı ilə səciyyələnən qiymətli balıq növlərinin bərpası, artırılması və qorunması üçün istifadə edilən su obyektləri—birinci kateqoriyaya; balıqçılıq təsərrüfatının digər məqsədləri üçün istifadə edilən su obyektləri isə ikinci kateqoriyaya aid edilir. 10. Balıqçılıq təsərrüfatı üçün əhəmiyyətinə görə su obyektinin kateqoriyası balıqçılıq təsərrüfatının və balıq və digər su bioresurslarının ovunun gələcək inkişafı nəzərə alınmaqla balıq mühafizə xidməti tərəfindən müəyyən edilir.[5] 11. Buraxılma yerindən 500 m. məsafə daxilində balıqçılıq mühafizə xidmətinin təyin etdiyi hər bir məntəqədə tullantı və təbii suların qarışdığı su obyektlərinin tərkibi və xassələri balıq təsərrüfatının tələblərini təmin etməlidir.[6] 12. Su obyektlərinin balıqların kütləvi kürüləmə, qidalanma və qışlama yerlərinə yaxın olan sahələrinə tullantı sularının axıdılmasının mümkünlüyü, habelə tullantı suyunun balıqçılıq təsərrüfatı obyektlərinin suyu ilə qarışdırılması şərtləri balıq mühafizə xidməti tərəfindən müəyyən edilir. 13. Balıqçılıq təsərrüfatı məqsədləri üçün istifadə edilən su obyektlərində suyun tərkibi və xassələri, balıqçılıq əhəmiyyətli su obyektlərindəki sularda zərərli maddələrin yol verilən qatılıq həddi bu normaların 1 və 2 nömrəli əlavələrində qeyd edilən normativ göstəricilərindən artıq olmamalıdır. 14. Eyni zərərli təsir göstəricisi olan bir neçə çirkləndirici maddənin su obyektinə daxil olduğu halda (ətrafda yerləşən su buraxıcılarından axıdılan çirkab qarışıqlarının miqdarı nəzərə alınmaqla) ayrı-ayrı maddələrin suda olan qatılıqlarının (S1, S2, … Sn) onların YQH-yə olan cəminin nisbəti vahiddən artıq olmamalıdır: https://e-qanun.az/framework/5334# edn5 https://e-qanun.az/framework/5334# edn6 Layihələşdirilən müəssisənin çirkab sularını qəbul edən su obyekti sahəsində sudan istifadə şərtləri dəyişərsə, həmin müəssisələrin çirkab sularının tullantısına olan icazəyə yenidən baxılmalıdır. IV. Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normalarında əlavələr və dəyişikliklər edilməsi qaydaları 15. Su obyektlərinə zərərli təsirin yol verilən normalarına əlavələr və dəyişikliklər, habelə yeni növ, məlum olmayan və yaxud əvvəllər tullantı suları ilə axıdılmayan zərərli maddələrin balıqçılıq əhəmiyyətli su obyektlərinə buraxılması normaları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası ilə razılaşdırıldıqdan sonra Nazirlər Kabineti tərəfindən təsdiq edilir.[7] Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normalarına 1 nömrəli əlavə[8] Balıqçılıq təsərrüfatı məqsədləri ilə istifadə edilən su obyektlərində suyun tərkibi və xassələrinə ümumi tələblər Sudan istifadənin kateqoriyası Su hövzəsi və ya axınında suyun tərkibi və xassələrinin göstəriciləri Oksigenə tələbatı daha çox olan qiymətli balıq növlərinin bərpası, artırılması və qorunması üçün istifadə edilən su obyektləri Balıqçılıq təsərrüfatının digər məqsədləri üçün istifadə edilən su obyektləri Təbii su ilə müqayisədə asılı maddələrin miqdarı göstərilən həddi aşmamalıdır. 0, 25 mq.l. 0,75 mq.l. Asılı maddələr Hövzədə suyun orta səviyyəsində təbii mineral maddələrin miqdarı 30 mq.l.-dən artıq olduqda həmin https://e-qanun.az/framework/5334# edn7 https://e-qanun.az/framework/5334# edn8 hövzənin sularında onların miqdarının 5 faiz-həddində artmasına yol verilir. Axar su hövzələri üçün çökmə sürəti 0,4 mm/san-dən, su anbarları üçün isə 0,2 mm/san-dən artıq olan asılı maddələrin su obyektlərinə axıdılması qadağandır. Üzən qatışıqlar (maddələr) Suyun səthində neft məhsullarının, yağların, piylərin və başqa qatışıqların örtüyü aşkar edilməməlidir. Rənglər, iylər və dadlar Suda balıqların ətinə nüfuz edə bilən iylər, dadlar və rənglər olmamalıdır. Temperatur Hövzənin təbii temperaturu ilə müqayisədə suyun temperaturu 50S-dən artıq olmamalıdır. Nisbətən soyuq suda yaşayan balıq növləri üçün suyun hərarəti yayda 200S dərəcəni, qışda 50S dərəcəni, digər su hövzələrində isə yayda 280S dərəcəni, qışda 80S dərəcəni aşmamalıdır. Həll olunmuş oksigen Qış dövründə aşağıdakı göstəricilərdən az olmamalıdır: 6 mq.l. 4,0 mq.l. Yay dövründə bütün su hövzələrində gündüz saat 12-yə qədər götürülmüş nümunələrdə 6,0 mq.l.-dən az olmamalıdır. Hidrogen göstəricisi rN 6,5-8,5 hüdudlarından kənara çıxmamalıdır. Oksigenə olan biokimyəvi tələbat (OVT) Suyun oksigenə olan tam tələbatı (200S) 3,0 mq.l. aşmamalıdır. Qış dövründə həll olunmuş oksigen miqdarının birinci kateqoriyalı su obyektlərində 6,0 mq.l. ə, ikinci kateqoriyalı su obyektlərində isə 4,0 mq.l.-ə enəcəyi təqdirdə, həmin su obyektlərinə suyun biokimyəvi oksigen tələbatını dəyişməyən çirkab suların axıdılması mümkündür. Zəhərli maddələr Balıqlara və digər su bioresurslarına, habelə onların yem ehtiyatlarına bilavasitə və ya dolayı yolla zərərli təsir göstərən maddələrin suda mövcudluğu yolverilməzdir.[9] Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normalarına 2 nömrəli əlavə https://e-qanun.az/framework/5334# edn9 Balıqçılıq əhəmiyyətli su obyektlərinin suyunda zərərli maddələrin yol verilən qatılıq həddinin siyahısı[10] Sıra № si Maddələrin adı Limit göstəricisi Yol verilən qatılıq həddi (mq.l.) 1. Ammonyak Toksikoloji 0,05 2. Benzol — 0,5 3. Bor turşusu — 0,1 4. Heksaxloran — qadağandır 5. Dissolvan — 0,9 6. Kadmium (Cd2+) — 0,005 7. Kobalt (SO2+) — 0,01 8. Bitumlu lak — 5,0 9. Maqnezium (Mg2+) — 50,0 10. Mis (Su2+) — 0,01 11. Arsen — 0,05 12. ML-6 yuyucu preparatı (sulfonat, sulfonol və DB uayt-spirtin qarışığı) — 0,5 13. Nikel (Ni2+) — 0,01 14. Oksidləşdirilmiş yağ turşuları — 3,9 15. Piror-400 — 0,005 16. Polivinilasetat (emulsiya) — 0,3 17. Proksamin 385 — 7,5 18. Petrolatum — 6,5 19. Polixlorpinen — qadağandır 20. Qurğuşun (Rb2+) — 0,1 21. İynəyarpaqlı ağac növlərindən yuyulmuş qətran maddələri — 2,0-dən az 22. Kerosin əsaslı sulfonat — 0,5 23. Sulfonol NR-5 — 0,5 24. Xlorlu sulfonol — 0,1 25. Sulfonol NR-1 — 0,2 26. Sulfonol NR-3 — 0,1 27. Tannidlər — 10,0-dan az 28. Natrium tetroboratı — 0,05 29. Sərbəst xlor (Sl-) — qadağandır 30. Sink (Zn2+) — 0,01 https://e-qanun.az/framework/5334# edn10 31. Solyalka yağı — 0,01 32. Texniki DDT — qadağandır 33. DDT solyar yağında — qadağandır 34. DNS (ikili spirtlərin və malein anhidridi əsasında monoalkilsulfokəhrəba turşusunun dinatrium duzu) — 0,2 35. Penoqətranlı lak — 1,0 36. Natriumaleinokanifol — 0,01 37. Karbon sulfid — 1,0 38. Sintin əsaslı sulfonat (alkil sulfonat turşusunun natrium duzu) — 1,0 39. Aminokanifol xlorasetatı — 0,001 40. Sianidlər — 0,05 41. Ammonium xlorid (NN4+) — 1,2 42. Ammonium sulfat (NN-) — 1,0 43. Ammonium nitrat (NN4-) — 0,5 44. Ammonium perxlorat (NN4-) — 0,008 45. Xlorofos — qadağandır 46. Formalin — 0,25 47. XP-7 (xüsusi pasta-alkil fenolun polietilen qlükol efiri) — 0,3 48. XP-10 (xüsusi pasta-alkil fenolun polietilen qlükol efiri) — 0,5 49. Alkil sulfonat sanitar toksikoloji 0,5 50. İlkin alkil sulfat — 0,2 51. Karbomol orqanoleptik 1,0 52. Metazin — 1,0 53. Xromolan — 0,5 54. Diproksamin 157 — 3,2 55. Ksilol — 0,05 56. Stirol — 0,1 57. Toluol — 0,5 58. Proksanol 305 — 6,3 59. DNS-ikilispirtlər əsasında 2-ci sabunlaşmayan (pasta) — 0,2 60. DB-preparatı (poliqlükol efirləri) — 0,3 61. Bərkidici DSM (disiandiamin və formaldehidə əlavə edilmiş 10 faiz mis asetatın kristalları qarışığı məhsullarının kondensasiyası) — 0,5 62. Sulfospirtlər (2 sabunlaşmadan) — 0,1 63. NQK (neytrallaşmış qara kontakt) — 0,01 64. AM preparatı — 1,0 65. Sintetik lateks balıqçılıq təsərrüfatlarında 1,6 66. Neft və neft məhsulları — 0,05 67. Fenollar — 0,001 68. Entobakteriyalar ümumi sanitar 10,0 Qeyd. Avropa İttifaqı ölkələrinə ixrac ediləcək balıq və digər su bioresurslarının ovlandığı və yetişdirildiyi su obyektlərindəki sularda - Kadmium (Cd2+), Kobalt (CO2+), Maqnezium (Mg2+), Nikel (Ni2+), Sərbəst xlor (Cl) və Sink (Zn2+) yol verilən qatılıq həddi müvafiq olaraq 0,01 mq.l., 1,0 mq.l., 14 mq.l, 0,3 mq.l., 0,01 mq.l. və 0,003 mq.l. müəyyən edilir.[11] İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyun 2005-ci il tarixli 104 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 540) 3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 119 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 555) 4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyun 2005-ci il tarixli 122 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558) 5. 8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370) 6. 10 may 2012-ci il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 474) 7. 19 noyabr 2014-cü il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1508) https://e-qanun.az/framework/5334# edn11 http://e-qanun.az/framework/28808 8. 25 iyun 2015-ci il tarixli 240 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyul 2015-ci il, № 143; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 876) 9. 21 sentyabr 2015-ci il tarixli 309 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 14 oktyabr 2015-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1223) 10. 27 sentyabr 2016-cı il tarixli 372 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 oktyabr 2016-cı il, № 216, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1597) 11. 3 may 2021-cı il tarixli 128 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 may 2021-cı il, № 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 507) 12. 30 oktyabr 2021-ci il tarixli 332 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1199) 13. 8 fevral 2024-cü il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2024-cü il, “Xalq” qəzeti, 11 fevral 2024-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 208) QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 19 noyabr 2014-cü il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1508) ilə 1-ci hissədən “əhəmiyyətli” sözü çıxarılmışdır, “balıq ehtiyatlarından” (hər iki halda) sözləri “balıq və digər su bioresurslarından” sözləri ilə, “qeyri-qanuni balıq ovuna” sözləri “balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna” sözləri ilə əvəz edilmişdir. [2] 19 noyabr 2014-cü il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1508) ilə adından, 1-ci hissəsindən (hər iki halda), 13 cü hissəsindən, IV bölməsinin adından, 15-ci hissəsindən “əhəmiyyətli” sözü çıxarılmışdır. [3] 19 noyabr 2014-cü il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1508) ilə 2-ci hissənin birinci abzasında “balıq ehtiyatları və digər canlıların” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə, ikinci abzasında “balıq və digər canlılar” sözləri “balıq və digər su bioresursları” sözləri ilə əvəz edilmişdir. [4] 8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370) ilə "Balıqçılıq http://e-qanun.az/framework/30460 http://e-qanun.az/framework/31019 http://e-qanun.az/framework/33846 http://e-qanun.az/framework/47420 http://e-qanun.az/framework/48475 https://e-qanun.az/framework/56336 https://e-qanun.az/framework/5334# ednref1 http://e-qanun.az/framework/28808 https://e-qanun.az/framework/5334# ednref2 http://e-qanun.az/framework/28808 https://e-qanun.az/framework/5334# ednref3 http://e-qanun.az/framework/28808 https://e-qanun.az/framework/5334# ednref4 əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları"nın 4-cü bəndinin ikinci abzasında "Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin" sözləri və 15-ci bəndində "Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri ismin müvafiq hallarında "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları"nın 4-cü bəndinin ikinci abzasında "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin (yeraltı su obyektləri üzrə), habelə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin" sözləri "habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyun 2005-ci il tarixli 122 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558) ilə "Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları"nın 4-cü bəndinin ikinci abzasında "Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin" sözləri "Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri ilə əvəz edilmişdir. 10 may 2012-ci il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 474) ilə “Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları”nın 4-cü hissənin ikinci abzasında “Nazirliyinin” sözündən sonra “və Fövqəladə Hallar Nazirliyinin” sözləri əlavə edilmişdir. 30 oktyabr 2021-ci il tarixli 332 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1199) ilə “Balıqçılıq su obyektlərinə zərərli təsirin yol verilən normaları”nın 4-cü hissəsinin ikinci abzasında “sanitariya-epidemiologiya” sözü “dövlət sanitariya nəzarəti orqanları” sözləri ilə əvəz edilmişdir. [5] 19 noyabr 2014-cü il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1508) ilə 10-cu hissədə “balıq ovunun” sözləri “balıq və digər su bioresurslarının ovunun” sözləri ilə əvəz edilmişdir. [6] 19 noyabr 2014-cü il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1508) ilə 11-ci hissədə “balıq” sözü “balıqçılıq” sözü ilə əvəz edilmişdir. [7] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları"nın 15-ci bəndində "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin əsaslandırılmış təqdimatı əsasında Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyun 2005-ci il tarixli 122 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558) ilə "Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları"nın 15-ci bəndində "Meliorasiya və Su http://e-qanun.az/framework/48475 https://e-qanun.az/framework/5334# ednref5 http://e-qanun.az/framework/28808 https://e-qanun.az/framework/5334# ednref6 http://e-qanun.az/framework/28808 https://e-qanun.az/framework/5334# ednref7 Təsərrüfatı Komitəsi" sözləri "Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri ilə əvəz edilmişdir. 10 may 2012-ci il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 474) ilə “Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları”nın 15-ci hissədə “Nazirliyi” sözündən sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,” sözləri əlavə edilmişdir. 21 sentyabr 2015-ci il tarixli 309 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 14 oktyabr 2015-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1223) ilə “Balıqçılıq su obyektlərinə zərərli təsirin yol verilən normaları”nın 15-ci hissəsində “Respublikası” sözü “Milli” sözü ilə əvəz edilmişdir. 8 fevral 2024-cü il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2024-cü il, “Xalq” qəzeti, 11 fevral 2024-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 208) ilə “Balıqçılıq su obyektlərinə zərərli təsirin yol verilən normaları”nın 15-ci hissəsinə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və” sözləri əlavə edilmişdir və həmin hissədən “və Azərbaycan Milli Elmlər Akademiyası” sözləri çıxarılmışdır. [8] 25 iyun 2015-ci il tarixli 240 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyul 2015-ci il, № 143; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 876) ilə “Balıqçılıq su obyektlərinə zərərli təsirin yol verilən normaları”nın 1 və 2 nömrəli əlavələrindən “əhəmiyyətli” sözü çıxarılmışdır. [9] 19 noyabr 2014-cü il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1508) ilə “Balıqçılıq təsərrüfatı məqsədləri ilə istifadə edilən su obyektlərində suyun tərkibi və xassələrinə ümumi tələblər”in “Zəhərli maddələr” sətrində “Balıqlara və ya digər su orqanizmlərinə” sözləri “Balıqlara və digər su bioresurslarına” sözləri ilə əvəz edilmişdir. [10] 19 noyabr 2014-cü il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1508) ilə “Balıqçılıq əhəmiyyətli su obyektlərinin suyunda zərərli maddələrin yol verilən qatılıq həddinin siyahısı”nın adından “əhəmiyyətli” sözü çıxarılmışdır və həmin siyahının “Qeyd”ində “dəniz məhsullarının” sözləri “su bioresurslarının” sözləri ilə əvəz edilmişdir. [11] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyun 2005-ci il tarixli 104 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 540) ilə “Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları”nın 2 nömrəli əlavəsinə “Balıqçılıq əhəmiyyətli su obyektlərinin suyunda zərərli maddələrin yol verilən qatılıq həddinin siyahısı”na “Qeyd” əlavə edilmişdir. [12] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 119 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 555) ilə "Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni http://e-qanun.az/framework/31019 https://e-qanun.az/framework/56336 https://e-qanun.az/framework/5334# ednref8 http://e-qanun.az/framework/30460 https://e-qanun.az/framework/5334# ednref9 http://e-qanun.az/framework/28808 https://e-qanun.az/framework/5334# ednref10 http://e-qanun.az/framework/28808 https://e-qanun.az/framework/5334# ednref11 https://e-qanun.az/framework/5334# ednref12 balıq ovuna cərimələr"in 4-cü bəndinin cədvəlindən "Nərəkimilər 10,0" sözləri çıxarılmış və həmin cədvələ "Bölgə 300,0", "Nərə 200,0" və "Uzunburun 180,0" sözləri əlavə edilmişdir. [13] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 119 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 555) ilə "Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr"in 5-ci bəndin ikinci abzasında "L-bir ton kilkə balığından" sözlərindən sonra mötərizədə "(xammal nəzərdə tutulur)" sözləri əlavəedilmişdir. [14] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr"in 9-cu bəndinin "a)" yarımbəndində "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin hesablaşma hesabına" sözləri "Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna" sözləri ilə əvəz edilmişdir. 27 sentyabr 2016-cı il tarixli 372 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 oktyabr 2016-cı il, № 216, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1597) ilə “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr”in 9-cu hissəsinin a) yarımbəndində “Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna” sözləri “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fonduna” sözləri ilə əvəz edilmişdir. [15] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 119 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 555) ilə "Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr"in 9-cu bəndinin "b" yarımbəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: b) Balıq ehtiyatlarından istifadə üçün ayrılan ümumi limitin ödənilməsi rüblər üzrə aşağıdakı kimi aparılır: 1-ci ödəniş — 1-ci planlaşdırılmış məbləğin 50 faizə qədəri; 2-ci ödəniş — 1-ci rübdə faktiki ovlanmış balığın tam ödəniş məbləği və 2-ci rübə planlaşdırılmış məbləğin 50 faizi; 3-cü ödəniş — ilin 1-ci yarımilliyində faktiki ovlanmış balığın tam ödəniş məbləğində və 3-cü rübə planlaşdırılmış məbləğin 50 faizi; 4-cü ödəniş — 9 ay müddətində faktiki ovlanmış balığın tam ödəniş məbləğində və 4-cü rübə planlaşdırılmış məbləğin 50 faizi; 5-ci ödəniş — növbəti ilin fevral ayına kimi ötən bir il müddətində faktiki ovlanmış balığın tam ödəniş məbləğində. [16] 3 may 2021-cı il tarixli 128 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 may 2021-cı il, № 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 507) ilə “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr”in 10-cu hissəsi yeni redaksiyada verilmişdir. https://e-qanun.az/framework/5334# ednref13 https://e-qanun.az/framework/5334# ednref14 http://e-qanun.az/framework/33846 https://e-qanun.az/framework/5334# ednref15 https://e-qanun.az/framework/5334# ednref16 http://e-qanun.az/framework/47420 Əvvəlki redaksiyada deyilirdi: 10. Ölçüsündən və çəkisindən asılı olmayaraq bir ədəd balıq, su heyvanı və onurğasıza vurulmuş ziyan minimum əmək haqqının aşağıdakı mislində müəyyən edilir: a) Balıqlar “Qırmızı kitaba” daxil edilmiş balıq növləri (kələmo, dəniz sıfı, poru, ilanbalığı, qızıl xallı) 250 Bölgə 225 Nərə, uzunburun, qızılbalıq, ağ qızılbalıq 200 Xəşəm, kütüm, sıf, şirbit, şamayı, ağ amur, enlialın 30 Çəki, karp, qarabel siyənəyi 20 Naxa, durna balığı, kefal, çapaq, külmə, qarasoy, xramulya, dabanbalığı, xanı balığı və siyənəyin digər növləri 10 Kilkə (1 kq) 0,5 b) Kürü (1 kq.) Bölgə, kələmo, nərə, uzunburun 200 c) Su heyvanları: Xəzər suitisi 50 ç) Su onurğasızları Xərçəng 1,0 Krevet 0,5 d) Dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq və digər su bioresursları üçün cərimələr üç qatına tutulur. [17] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 119 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 555) ilə "Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasında balıq ehtiyatlarından istifadə haqqı və qaydaları"nın 5-ci bəndinin üçüncü abzasında "L-bir ton balıqdan" sözlərindən sonra mötərizədə "(kilkə balığının xammalı nəzərdə tutulur)" sözləri əlavəedilmişdir. https://e-qanun.az/framework/5334# ednref17