تخطَّ إلى المحتوى
Nelum
قوانين أذربيجان

Ministerial Decree No. 134 on registration of and control over radiation dose limits for individuals

صدر في 1999-08-25 · النص بتاريخ 2026-10-01

القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.

البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.

عن هذا القانون

العنوان الأصلي
Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 134.
اللغة
Azerbaijani
النوع
لائحة
الدولة
أذربيجان
الموضوعات
Environment
الكلمات المفتاحية
air quality/air pollution, data collection/reporting, hazardous substances, institution, monitoring, pollution control, public health, radiation, registration, inspection, emissions, governance

أين تقرؤه

    لا يوجد رابط مصدر مسجل لهذا القانون.

النص

نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.

  1. "Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası"nın və "Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası"nın təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 758 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır: 1. Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası və Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 25 avqust 1999-cu il № 134 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 134 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət QAYDASI Bu Qaydalar "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun əsasında hazırlanmış və işçi, əhalinin fərdi şüalanma dozalarının uçotu və onlara nəzarətinin prinsiplərini müəyyən edir. 1. İşin xarakterindən asılı olaraq işçilərin şüalanmasının fərdi nəzarətinə aşağıdakılar daxildir: 1.1. Fərqi dozimetrlərdən istifadə etməklə xarici betaşüalanma, neytron, rentgen, qamma şüalanma, həmçinin qarışıq şüalanma dozalarına fərdi nəzarət; 1.2. Fərdi nümunə götürənlərdən istifadə etməklə ekskrementlərin (insan ifrazatlarının), tənəffüslə xaric olan havanın radioaktivliyini və ya spekrometrlərin köməyi ilə adamların şüalanmasını ölçməklə orqanizmdə və yaxud ayrı-ayrı kritik orqanda radioaktiv maddələrin miqdarına və daxil olmasına fərdi nəzarət; 1.3. Öz-özünə zəncirvari bölünmə reaksiyası baş verə bilən miqdarda parçalanan materiallarla işləyən şəxslər fərdi qəza dozimetləri ilə təmin olunmalıdır. 2. İdarənin müdiriyyəti və yerli sanitariya-epidemioloji xidməti fərdi dozaların üzərində radiasiya nəzarətinin vaxtında və keyfiyyətlə keçirilməsinə, habelə şüalanma yüklərinin uçotu üzrə sənədlərin düzgün aparılmasına müntəzəm nəzarət etməlidir. 3. İşçilər idarədə müəyyən edilmiş fərdi dozimetrlərin istifadəsi qaydalarına riayət etməyə borcludur. 4. İonlaşdırıcı şüa mənbələri ilə işləyən bütün şəxslər fərdi dozimetrlərlə təmin olunmalıdır. Bəzi hallarda ionlaşdırıcı mənbələri ilə aparılan işlərin növündən asılı olaraq, bu işləri aparan şəxslər iki cür-bilavasitə göstərən və fotodozimetrlərlə və yaxud termolüminessens dozimetrlərlə təmin olunur. Foto və termolüminessens dozimetrlərin göstəriciləri ayda bir dəfə, bilavasitə göstərənlərin isə hər həftə çıxarılır. 5. Radiasiya təhlükəsizliyi xidməti və ya radiasiya nəzarətinə cavabdeh şəxs aylıq və rüblük şüalanma dozalarını təyin edir. Fərdi nəzarətin aparılması zamanı illik dozanın, habelə peşə işinin bütün dövrü ərzindəki ümumi dozanın uçotunun aparılması zəruridir. Bütün növ radiasiya nəzarəti üsullarının nəticələri qeydə alınmalı və 50 il müddətində saxlanılmalıdır. 6. Fərdi şüalanma dozaları fərdi uçot vərəqəsində qeyd edilir (1 nömrəli əlavə). Vərəqə işçi azad edildikdən sonra 50 il müddətində saxlanılmalıdır. İşçinin radioaktiv maddələr və digər ionlaşdırıcı şüa mənbələrinin tətbiqi ilə əlaqədar işlər aparılan başqa idarəyə keçməsi hallarında onun şüalanma dozası barədə məlumatın surəti təzə iş yerinə verilməli, orijinalı isə əvvəlki iş yerində saxlanılmalıdır (2 nömrəli əlavə). Ezamiyyətə göndərilmiş şəxslərin fərdi şüalanma dozası barədə məlumatları onların daimi iş yerlərinə verilməlidir. 7. Fərdi dozaların normadan artıq yüksək olması müəyyən edilən bütün hallarda radiasiya təhlükəsizliyi xidməti və ya radiasiya nəzarətinə cavabdeh şəxs bu barədə idarənin rəhbərliyinə, idarə rəhbərliyi isə öz növbəsində yerli sanitariya - epidemioloji xidmətinə məlumat verir. Yerli sanitariya-epidemioloji xidməti idarənin müdiriyyəti ilə birlikdə şəxslərdə fərdi dozaların normadan artıq olması səbəbini araşdırır və müvafiq tədbirlər həyata keçirir. 8. Yol verilən şüalanma dozası həddindən artıq doza almış şəxslər müvəqqəti olaraq ionlaşdırıcı şüa mənbələri ilə işlərdən kənarlaşdırılır və həkim müayinəsinə göndərilir. 9. Tibbi rengen-radioloji müayinə zamanı əhalinin (xəstələr) aldığı şüalanma dozaları haqqında məlumat onların xəstəlik tarixində və ambulator vərəqəsində müayinə aparan həkim tərəfindən qeyd edilir və nəzarət aparılır. 10. Əhali və işçilərin radiasiya təhlükəsizliyini təmin etmək məqsədi ilə təbii və ya texnogen dəyişdirilmiş radiasiya fonu normadan artıq olan yerlərdə kollektiv fərdi dozimetrlərdən istifadə etməklə həmin ərazidə radiasiya nəzarəti müvafiq olaraq yerli sanitariya-epidemioloji xidməti və idarə müdiriyyəti tərəfindən aparılır. Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydasına 1 nömrəli əlavə İonlaşdırıcı şüa mənbələri ilə işləyənlərin fərdi şüalanma dozalarının uçot VƏRƏQƏSİ 1. İdarə, müəssisə (adı, ünvanı, telefonu) 2. Soyadı, adı, atasının adı 3. Doğum ili 4. Cinsi 5. İşlədiyi yer (sex, şöbə,sahə, laboratoriya və s.) 6. Vəzifəsi 7. İonlaşdırıcı şüa mənbələri ilə iş stajı (hansı vaxtdan idarədə işləyir, ümumi staj) 8. Yaşadığı yerin ünvanı, telefonu 9. İşin şəraiti (işin növü, işin dərəcəsi, radioaktiv maddənin aqreqat vəziyyəti) (iş yerində yol verilən maksimal birdəfəlik aktivlik və s.) 10. Dozanın ölçülməsi üsulu (dozimetrin tipi, ekspozisiya vaxtı) Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydasına 2 nömrəli əlavə Şüalanma dozası barədə məlumat Ay Dozimetrin yerləşdiyi sahə Doza, mZv (millizivert) mRBE (millirengenin bioloji ekvivalenti) Qeyd 1999-il 2000-il 2001-il 2002-il 2003-il 1 2 3 4 5 6 7 8 I əllər sinə çanaq II əllər sinə çanaq III əllər sinə çanaq I rüb IV əllər sinə çanaq V əllər sinə çanaq VI əllər sinə çanaq II rüb VII əllər sinə çanaq VIII əllər sinə çanaq IX əllər sinə çanaq III rüb X əllər sinə çanaq XI əllər sinə çanaq XII əllər sinə çanaq IV rüb il ərzində İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) 2. 1 mart 2007-ci il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №3, maddə 302) QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 1 mart 2007-ci il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №3, maddə 302) ilə 3-cü bəndində “Dövlətdağmədəntexnəzarət Komitəsi” sözləri “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir. [2] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə 1 nömrəli əlavənin - “İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların radioloji-gigiyenik Pasportu”nun 6-cı bəndində “Dövlətdağmədəntexnəzarət Komitəsi” sözləri “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir. [3] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə 2 nömrəli əlavənin - “Ərazinin radioloji-gigiyenik Pasportu”nun 14- cü bəndində “Dövlətdağmədəntexnəzarət Komitəsi” sözləri “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir. http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3943.htm# ednref2 http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3943.htm# ednref3

Ministerial Decree No. 134 on registration of and control over radiation dose limits for individuals · Nelum