Ministerial Decree No. 134 on radiological-hygienic passport
صدر في 1999-08-25 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 134.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Environment
- الكلمات المفتاحية
- data collection/reporting, environmental impact assessment (EIA), environmental security, environmental standards, governance, hazardous waste, business/industry/corporations, inspection, institution, policy/planning, pollution control, public health, radiation, registration, risk assessment/management, soil pollution/quality, standards, protection of environment, emissions
- الفئات
- *
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
"Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası"nın və "Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası"nın təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 758 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır: 1. Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası və Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 25 avqust 1999-cu il № 134 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 134 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi QAYDASI 1. Bu Qayda "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanunu əsasında hazırlanmış və ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının formasını, onun tərtib edilməsinin əsas vəzifə və prinsiplərini müəyyən edir. 2. Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının tərtibi əsas ionlaşdırıcı şüa mənbələrinin (təbii və texnogen) dövlət qiymətləndirilməsi sistemi sayılır və bu, əhalinin yaşayış şəraiti və fəaliyyəti ilə əlaqədar radiasiya təhlükəsizliyinin təminatına yönəldilir. 3. İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların və ərazilərin radioloji-gigiyenik pasportlarının aparılması, Səhiyyə Nazirliyinin sanitariya-epidemioloji nəzarəti xidməti vəFövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq qaydada həyata keçirilir (1 və 2 nömrəli əlavələr). [1] 4. Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportuna aşağıdakılar daxil edilməlidir: əhalinin (işçilərin) radiasiya təhlükəsizliyinin qiymətləndirilməsi; yüksək səviyyəli ionlaşdırıcı şüa təsirinə məruz qalan ərazi və əhalinin (işçilərin) risk qrupları haqqında məlumat; ərazi və ionlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatlarda radiasiya vəziyyətinin proqnozu; http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3943.htm# edn1 əhalinin (işçilərin) radiasiya təhlükəsizliyinin təminatı ilə əlaqədar planlaşdırma, tədbirlərin aparılması və qərarların qəbul edilməsi üçün lazım olan tövsiyələr; əhalinin (işçilərin) radiasiya təhlükəsizliyinin təmin olunması ilə əlaqədar aparılan tədbirlərin effektivliyinin analizi. 5. Müəssisə və təşkilatların radioloji-gigiyenik pasportunda ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyətin növü, xarakteri, işlərin aparılma yeri, gigiyenik norma və qayda tələblərinə əməl olunması, radiasiya qəzası ehtimalı və onun miqyası, qəzaların qarşısının alınması və onun nəticələrinin ləğv edilməsinə hazırlıq, müəyyən olunmuş normadan artıq şüalanma dozasına məruz qalmış şəxslərin sayı və radiasiya təhlükəsizliyinə hazırlığın vəziyyəti barədə digər lazımi məlumatlar olmalıdır. 6. Ərazinin radioloji-gigiyenik pasportunda ərazilərin radioaktiv çirklənməsinin xüsusiyyəti və dərəcəsi, bunun nəticəsində əhalinin ayrı-ayrı qruplarının məruz qaldıqları şüalanma dozalarının təhlili, radiasiya təhlükəsizliyi şəraitinin qiymətləndirilməsi üçün digər məlumatlar qeyd olunur. 7. Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarında qeyd edilmiş məlumatlar dəqiq, dolğun olmalı, radiasiya təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin effektivliyinin qiymətləndirilməsinə imkan verməlidir. 8. Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportları hər il tərtib edilir. Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydasına 1 nömrəli əlavə İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların radioloji-gigiyenik PASPORTU ( ilin vəziyyətinə görə) 1. Müəssisə, təşkilat (tam və qısaldılmış adı, bilavasitə) tabe olduğu nazirlik, idarə, ünvanı, telefonu, faksı) 2. Müəssisə və təşkilatların radiasiya təhlükəsizliyinə hazırlığının vəziyyəti (ionlaşdırıcı şüa mənbələrinin növü və xarakteri, işlərin növü, xarakteri və dərəcəsi, bilavasitə şüa mənbələri ilə işləyən şəxslərin sayı) 3. Radiasiya qəzalarının qarşısının alınması və onun nəticələrinin ləğv edilməsinə hazırlıq (radiasiya, hadisə və qəzaların ləğvi üzrə tədbirlər planının, qüvvə) və vəsaitin olması) 4. Müəssisə və təşkilatlarda radiasiya təhlükəsizliyinin təmin edilməsinə qiymət 5. Radiasiya təhlükəsizliyinə cavabdeh olan vəzifəli şəxs (vəzifəsi, soyadı, adı, atasının adı, vəzifə cavabdehliyi həvalə) edilmə si barədə obyekt üzrə əmrin tarixi və nömrəsi) (imza) (imza) 6. Səhiyyə Nazirliyinin sanitariya-epidemioloji nəzarəti xidməti və Fövqəladə Hallar Nazirliyi nümayəndəsinin rəyi[2] (icraçının işlədiyi idarənin adı, vəzifəsi, soyadı, adı, atasının adı, telefonu) (imza) (tarix) (imza) (tarix) M.Y. M.Y. 7. Rəy ilə tanış oldu (müəssisə və təşkilatın rəhbərinin adı,) soyadı, atasının adı) (imza) http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3943.htm# edn2 (tarix) Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydasına 2 nömrəli əlavə Ərazinin radioloji-gigiyenik PASPORTU ( ilin vəziyyətinə görə) 1. Ərazi (inzibati rayon) 2. Əhalinin sayı 3. Ərazinin sahəsi kv. km. 4. İonlaşdırıcı şüa mənbələrindən istifadə edən obyektlərin siyahısı 5. İonlaşdırıcı şüa mənbələrindən istifadə edən obyektlərin xarakteristikası 6. Ətraf mühitin radioaktiv çirkələnməsinin xarakteristikası (ərazidə radiasiya anomaliyalarının və çirklənmələrin olması, onların təbii və ya texnogen olmasının xüsusiyyəti, dərəcəsi və səbəbi) 7. Ətraf mühit obyektlərində radioaktiv maddələrin xüsusi aktivliyi (yerli qida məhsulları, içməli su mənbələri və s.) 8. Yerli xammaldan olan tikinti materiallarında radioaktiv maddələrin xüsusi effektiv aktivliyi 9. Ərazidə radiasiya hadisə və qəzalarının sayı 10. Əhalinin tibbi müayinəsi zamanı şüalanmasının strukturu: Tibbi müayinələrin növü Müayinələrin sayı 1 müayinə zamanı orta effektiv doza, (mZv) Kollektiv doza , (adam x Zv/il) Flyuoroqrafiya Rentgenoqrafiya Rengenoskopiya Radionuklid 11. Müəyyən olunmuş normadan artıq şüalanma dozasına məruz qalmış şəxslərin sayı qrup A üzrə: qrup B üzrə: 12. Şüa patologiyasının olması (il üzrə xzəstələnmələrin sayı) 13. Ərazidə radiasiya şəraitinin qiymətləndirilməsi 14. Səhiyyə Nazirliyinin sanitariya-epidemioloji nəzarəti xidməti və Fövqəladə Hallar Nazirliyi nümayəndəsinin rəyi[3] (icraçının işlədiyi idarənin adı, vəzifəsi, soyadı, atasının adı, telefonu) (imza) (tarix) (imza) (tarix) M.Y. M.Y. 15. Rəy ilə tanış oldu (yerli icra hakimiyyəti başçısının soyadı, adı, atasının adı) (imza) (tarix) http://www.e-qanun.az/alpidata/framework/data/3/c f 3943.htm# edn3