تخطَّ إلى المحتوى
Nelum
قوانين أذربيجان

Ministerial Decree No. 112 on rules regarding the amount and use of payments for issuance of the special permit on emission of harmful substances in atmospheric air and harmful physical influences

صدر في 2002-07-13 · النص بتاريخ 2026-10-01

القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.

البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.

عن هذا القانون

العنوان الأصلي
Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə alınmasına görə ödəmələrin miqdarı və istifadə olunması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 112.
اللغة
Azerbaijani
النوع
لائحة
الدولة
أذربيجان
الموضوعات
Air and atmosphere
الكلمات المفتاحية
air quality/air pollution, authorization/permit, classification/declassification, emissions, environmental fees/charges, hazardous substances, special fund, pollution control

أين تقرؤه

    لا يوجد رابط مصدر مسجل لهذا القانون.

النص

نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.

  1. “Atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirlərin dövlət uçotu Qaydaları"nın, "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi Qaydaları"nın və "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə alınmasına görə ödəmələrin miqdarı və istifadə olunması Qaydaları"nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirlərin dövlət uçotu Qaydaları", "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi Qaydaları" və "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə alınmasına görə ödəmələrin miqdarı və istifadə olunması Qaydaları" təsdiq edilsin (əlavə olunur). 2. "Atmosfer havasına zərərli təsirlərin dövlət uçotuna dair Əsasnamənin təsdiq edilməsi haqqında" SSRİ Nazirlər Sovetinin 1982-ci il 12 avqust tarixli, 746 nömrəli qərarı barəsində" Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 26 avqust tarixli, 396 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin. 3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 13 iyul 2002-ci il № 112 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 13 iyul tarixli, 112 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə alınmasına görə ödəmələrin miqdarı və istifadə olunması QAYDALARI 1. Bu Qaydalar "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə verilməsinə görə ödəmələrin miqdarını və istifadə olunması qaydalarını müəyyən edir. 2. Xüsusi icazə verilməsinə görə ödəmə haqları obyektlərin təhlükəlilik kateqoriyalarından asılı olaraq aşağıdakı məbləğlərdə müəyyən olunur: I təhlükəlilik kateqoriyasına aid müəssisələr üçün - şərti maliyyə vahidinin 720 misli; II təhlükəsizlik kateqoriyasına aid müəssisələr üçün - şərti maliyyə vahidinin 360 misli; III təhlükəlilik kateqoriyasına aid müəssisələr üçün - şərti maliyyə vahidinin 180 misli; IV təhlükəlilik kateqoriyasına aid müəssisələr üçün - şərti maliyyə vahidinin 90 misli. 3. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xüsusi icazə verilməsinə görə fiziki və hüquqi şəxslərdən alınan ödəmələr ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna köçürülür və fondun əsasnaməsinə uyğun olaraq istifadə edilir.

Ministerial Decree No. 112 on rules regarding the amount and use of payments for issuance of the special permit on emission of harmful substances in atmospheric air and harmful physical influences · Nelum