Ministerial Decree No. 112 on rules of the special permit given on harmful substances emitted in atmospheric air and their harmful physical influences
صدر في 2002-07-13 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 112.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Air and atmosphere
- الكلمات المفتاحية
- air quality/air pollution, authorization/permit, emissions, hazardous substances, institution, pollution control, governance
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
“Atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirlərin dövlət uçotu Qaydaları"nın, "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi Qaydaları"nın və "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə alınmasına görə ödəmələrin miqdarı və istifadə olunması Qaydaları"nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirlərin dövlət uçotu Qaydaları", "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi Qaydaları" və "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə alınmasına görə ödəmələrin miqdarı və istifadə olunması Qaydaları" təsdiq edilsin (əlavə olunur). 2. "Atmosfer havasına zərərli təsirlərin dövlət uçotuna dair Əsasnamənin təsdiq edilməsi haqqında" SSRİ Nazirlər Sovetinin 1982-ci il 12 avqust tarixli, 746 nömrəli qərarı barəsində" Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 26 avqust tarixli, 396 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin. 3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 13 iyul 2002-ci il № 112 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 13 iyul tarixli, 112 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi QAYDALARI Bu Qaydalar "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi qaydalarını müəyyən edir. İ. ÜMUMİ MÜDDƏALAR 1.1. Bu Qaydalara əsasən verilən xüsusi icazə atmosfer havasını çirkləndirən stasionar mənbələrə malik olan hüquqi və fiziki şəxslərə atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə verən sənəddir. 1.2. Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə xüsusi icazə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı əsasında verilir. 1.3. Xüsusi icazənin sahibi verilən xüsusi icazədən yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu xüsusi icazənin qüvvəsi xüsusi icazənin sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir. 2. XÜSUSİ İCAZƏNİN VERİLMƏSİ QAYDASI 2.1. Xüsusi icazəni almaq üçün hüquqi və fiziki şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aşağıdakıları təqdim etməlidirlər: 2.1.1. xüsusi icazənin verilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət məktubu (ərizə); ərizədə aşağıdakılar öz əksini tapmalıdır: hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, ünvanı, fəaliyyət növü*, bank rekvizitləri; fiziki şəxslər üçün - adı, atasının adı, soyadı və şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar; 2.1.2. müəssisənin təsis sənədlərinin surətini; 2.1.3. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə xüsusi icazənin verilməsinə görə ödəmə haqqının müvafiq hesaba keçirilməsi barədə sənədi; 2.1.4. atmosfer havasına zərərli maddələrin atılma normativləri layihəsini və 2 - TG (hava) dövlət statistik hesabatını; 2.1.5. qəza zamanı və birdəfəlik atılmaların qarşısını almaq məqsədi ilə tədbirlər planını (mövcud texnoloji prosesləri belə hallara yol verə bilən müəssisələr üçün); 2.1.6. əlverişsiz meteoroloji şərait zamanı zərərli maddələrin atmosfer havasına atılmasının tənzimlənməsi üzrə səmərəli tədbirlər planını; 2.1.7. atılmanın yol verilən həddi normativlərinə nail olmaq üçün nəzərdə tutulmuş tədbirlər planını; 2.1.8. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq strukturu tərəfindən razılaşdırılmış stasionar mənbələrdən zərərli maddələrin atmosfer havasına atılmasına analitik nəzarət qrafikini; 2.1.9. müəssisənin sanitar-gigiyenik pasportunu. 2.2. Xüsusi icazə almaq üçün təqdim olunan sənədlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilərək baxılır və imtina üçün əsas olmadıqda, qeydə alındığı gündən 15 gündən gec olmamaq şərti ilə xüsusi icazənin verilməsi haqqında qərar qəbul edilir. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqda və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Bu Qaydalarda göstərilən əsaslarla xüsusi icazə verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir. Göstərilən müddətlərin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 2.3. Xüsusi icazənin verilməsindən aşağıdakı hallarda imtina edilir: 2.3.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 2.3.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə; 2.3.3. ərizəçi, əvvəllər aldığı xüsusi icazənin fəaliyyəti, xüsusi icazəni verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövr müddətində müraciət etdikdə; 2.3.4. qanunvericiliklə nəzərdə tutulan digər hallarda. 2 4. Ərizəçi xüsusi icazənin verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra xüsusi icazə almaq üçün bu Qaydalara uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir. 2.5. Müəssisə, təşkilat, idarə ləğv edildikdə yaxud sahibkar kimi fəaliyyət göstərmək üçün fiziki şəxsə verilən şəhadətnamə qüvvədən düşdükdə, hüquqi və fiziki şəxslərə verilən icazə də öz hüquqi qüvvəsini itirir. 2.6. Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişildikdə, fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar dəyişildikdə, xüsusi icazə itirildikdə, ərizəçi 15 gün müddətində xüsusi icazənin yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir. 2. 7. Xüsusi icazənin yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir. 2.8. Xüsusi icazənin yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki xüsusi icazənin əsasında, xüsusi icazə itirildikdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi müvəqqəti icazə əsasında həyata keçirir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə xüsusi icazənin yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir. 2.9. Xüsusi icazə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunmuş blankda verilir. 2.10. Xüsusi icazədə aşağıdakılar göstərilir: 2.10.1. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adı; 2.10.2. hüquqi şəxslər üçün - xüsusi icazə verilən müəssisə, təşkilat və idarənin adı və hüquqi ünvanı; 2.10.3. fiziki şəxslər üçün - fiziki şəxsin adı, atasının adı, soyadı şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumat (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, ünvan); 2.10.4. atmosfer havasına zərərli maddələrin atılmasının yol verilən hədləri və atmosfer havasının mühafizəsini təmin edən digər şərtlər; 2.10.5. xüsusi icazənin qüvvədə olma müddəti; 2.10.6. xüsusi icazənin qeydiyyat nömrəsi və verilmə tarixi. 3. XÜSUSİ İCAZƏNİN MÜDDƏTİ 3.1. Xüsusi icazə 3 il müddətinə verilir; 3.2. Xüsusi icazənin qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir; 3.3. müddəti keçmiş xüsusi icazə etibarsız sayılır; 3.4. Ekologiya və Təbii Sərvətlər Nazirliyi verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi xüsusi icazələrin reyestrini bu məqsəd üçün ayrılmış xüsusi kitab üzrə aparır. 4. XÜSUSİ İCAZƏNİN QÜVVƏDƏ OLMA QAYDALARI VƏ ONA NƏZARƏT 4.1. Xüsusi icazənin sahibi Azərbaycan Respublikasının "Ətraf mühitin mühafizəsi haqqında", "Atmosfer havasının mühafizəsi haqqında" qanunlarına və digər normativ hüquqi aktların tələblərinə riayət etməlidir. 4. 2. Xüsusi icazənin qüvvədə olma qaydalarına nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. 4.3. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzarət qaydalarına aşağıdakı səlahiyyətlər daxildir: 4.3.1. xüsusi icazədə göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktlarla xüsusi icazənin qaydalarına riayət edilməsini yoxlamaq; 4.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid xüsusi icazənin sahibindən məlumatlar, arayışlar almaq; 4.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək; 4.3.4. müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə xüsusi icazənin sahibinə xəbərdarlıq etmək; 4.3.5. xüsusi icazənin fəaliyyətinin məhdudlaşdırılması, dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq. 4.4. Xüsusi icazənin sahibi aparılan yoxlama zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa mane olmamalı, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmalı və tələb olunan sənədləri təqdim etməlidir. 4.5. Yoxlamanın nəticəsi barədə iki nüsxədən ibarət akt tərtib edilir. 4.6. Ekologiya və Təbii Sərvətlər Nazirliyi zəruri hallarda müvafiq təşkilatların nümayəndələrini bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər. 5. XÜSUSİ İCAZƏNİN FƏALİYYƏTİNİN MƏHDUDLAŞDIRILMASI, DAYANDIRILMASI VƏ YA LƏĞV EDİLMƏSİ 5.1. Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi icazənin fəaliyyətini aşağıdakı hallarda məhdudlaşdırır: 5.1.1. xüsusi icazənin sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 5.1.2. xüsusi icazə sahibi tərəfindən atmosfer havasına zərərli maddələrin atılmasının yol verilən hədləri normativlərinə əməl edilmədikdə; 5.1.3. müəssisənin istehsal həcmi aşağı düşdükdə; 5.1.4. Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi icazənin fəaliyyətinin məhdudlaşdırılması haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində xüsusi icazənin sahibinə yazılı şəkildə məlumat verir. Xüsusi icazənin fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan hallar dəyişdikdə, xüsusi icazə sahibinin müraciəti ilə xüsusi icazənin fəaliyyəti tam həcmdə bərpa edilə bilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu barədə qərar qəbul edildikdə xüsusi icazə tam həcmdə bərpa edilmiş hesab olunur, həmin qərarın qəbul olunduğu andan 5 gün müddətində xüsusi icazənin sahibinə məlumat verilir. 5.2. Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi icazənin fəaliyyətini aşağıdakı hallarda dayandırır: 5.2.1. xüsusi icazənin sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 5.2.2. xüsusi icazə sahibi tərəfindən atmosfer havasına zərərli maddələrin atılmasının yol verilən normativ hədlərinə nail olmaq üçün nəzərdə tutulmuş tədbirlərə əməl edilmədikdə; 5.2.3. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda; 5.2.4. Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi icazənin fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində xüsusi icazənin sahibinə yazılı şəkildə məlumat verir. Xüsusi icazənin fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişdikdə, xüsusi icazə sahibinin müraciəti ilə xüsusi icazənin fəaliyyəti bərpa edilə bilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu barədə qərar qəbul edildikdə xüsusi icazə bərpa edilmiş hesab olunur, həmin qərarın qəbul olunduğu andan 5 gün müddətində xüsusi icazənin sahibinə məlumat verilir. 5.3. Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi icazəni aşağıdakı hallarda ləğv edir: 5.3.1. xüsusi icazənin sahibi tərəfindən ərizə təqdim edildikdə; 5.3.2. xüsusi icazənin verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə; 5.3.3. hüquqi şəxs ləğv edildikdə və sahibkar kimi fəaliyyət göstərən fiziki şəxsə verilən şəhadətnamə qüvvəsini itirdikdə; 5.3.4. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda; 5.3.5. Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi icazənin ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində xüsusi icazənin sahibinə yazılı şəkildə məlumat verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 13 iyul tarixli, 112 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR