Ministerial Decree No. 112 on certification of amelioration and irrigation systems
صدر في 2008-05-08 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- Meliorasiya və irriqasiya sistemlərinin pasportlaşdırılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərar № 112.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Agricultural and rural development, Water
- الكلمات المفتاحية
- certification, drainage/land reclamation, institution, irrigation, governance
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
“Meliorasiya və irriqasiya sistemlərinin pasportlaşdırılması Qaydaları»nın və “Meliorasiya və irriqasiya sistemlərinin istismarı və qoruyucu meşə əkinlərinin saxlanması Qaydaları”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 1 oktyabr tarixli 423-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 noyabr tarixli 664 nömrəli Fərmanının 1.3-cü və 1.4-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Meliorasiya və irriqasiya sistemlərinin pasportlaşdırılması Qaydaları” və “Meliorasiya və irriqasiya sistemlərinin istismarı və qoruyucu meşə əkinlərinin saxlanması Qaydaları” təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ Bakı şəhəri, 8 may 2008-ci il № 112 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 8 may tarixli 112 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Meliorasiya və irriqasiya sistemlərinin pasportlaşdırılması Q A Y D A L A R I 1. ÜMUMİ MÜDDƏALAR 1.1. Bu Qaydalar “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2007-ci il 1 oktyabr tarixli 423-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 noyabr tarixli 664 nömrəli Fərmanına əsasən hazırlanmışdır. 1.2. Bu Qaydalar meliorasiya və irriqasiya sistemlərinin pasportlaşdırılmasının əsas məqsədlərini, pasportlaşdırılmanın aparılması və təqdim edilməsi mexanizmini müəyyənləşdirir. 1.3. Bu Qaydalara riayət etməklə, meliorasiya və irriqasiya sistemlərinin pasportlaşdırılması meliorasiya və irriqasiya sistemlərini istismar edənlər üçün məcburidir. Pasportlaşdırılma aparılarkən meliorasiya və irriqasiya sistemləri, habelə meliorasiya və irriqasiya sistemlərinə daxil olan və ya ayrılıqda yerləşən hər bir hidrotexniki qurğu üçün onların texniki xarakteristikası və vəziyyəti barədə məlumatları özündə əks etdirən pasport tərtib edilir. 2. PASPORTLAŞDIRILMANIN APARILMASININ MƏQSƏDLƏRİ 2.1. Pasportlaşdırılmanın aparılmasının məqsədləri aşağıdakılardır: 2.1.1. meliorasiya və irriqasiya sistemlərinin və ayrılıqda yerləşən hidrotexniki qurğuların texniki-iqtisadi göstəricilərini müəyyənləşdirmək; 2.1.2. meliorasiya və irriqasiya sistemlərinin və ayrılıqda yerləşən hidrotexniki qurğuların texniki vəziyyətini müəyyənləşdirmək, sistemin və qurğunun bərpası və yenidən qurulması üzrə tədbirlər hazırlamaq; 2.1.3. vahid texniki sənədlər (pasport və qiymət cədvəlləri) tərtib etmək, sistem və qurğularda baş verən dəyişiklikləri əks etdirmək. 3. PASPORTLAŞDIRILMANIN APARILMASI 3.1. Meliorasiya və irriqasiya sistemlərinin pasportlaşdırılması Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) tərəfindən aşağıdakı qaydada aparılır: 3.1.1. hər ilin sonuncu ayında meliorasiya və irriqasiya sistemlərini istismar edənlərə Cəmiyyət tərəfindən texniki pasportların formaları (1-10 nömrəli əlavələr) göndərilir; 3.1.2. meliorasiya və irriqasiya sistemlərinin istismarı ilə məşğul olanlar bu formaları dolduraraq, növbəti ilin I rübündən gec olmayaraq Cəmiyyətə təqdim edir; 3.1.3. Cəmiyyət təqdim edilmiş pasportlarda göstərilən məlumatları yoxlayır, yoxlama zamanı müvafiq düzəlişlərin edilməsi zəruri olan pasportları meliorasiya və irriqasiya sistemlərinin istismarı ilə məşğul olanlara qaytarır və yenidən təqdim edilmiş pasportları qeydiyyata alır.