Ministerial Decree No. 109 on improvement of Agrarian Science Center and subordinated scientific research institutes
صدر في 2015-04-17 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- Azərbaycan Aqrar-Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 109.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Agricultural and rural development, Livestock, Cultivated plants
- الكلمات المفتاحية
- research, institution, governance, animal production, drugs, animal health, plant production, plant protection, crops
- الفئات
- agriculture
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
Azərbaycan Aqrar-Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanının 2.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Azərbaycan Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi adlandırılsın. 2. Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu və Azərbaycan Elmi Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi Tədqiqat İnstitutu yaradılsın. 3. Azərbaycan Elmi-Tədqiqat Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunun və Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu yaradılsın. 4. Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun və R.A.Hüseynov adına Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun İpəkqurdunun seleksiyası və yetişdirilməsi laboratoriyasının, Arıçılıq laboratoriyasının, Yem istehsalının texnologiyası şöbəsinin və Eksperimental-İstehsalat Faxralı Təcrübə şöbəsinin bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu yaradılsın. 5. Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun və R.A.Hüseynov adına Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun Biotexnologiya və xəstəlik-zərərvericilərə nəzarət laboratoriyasının, Biomüxtəlifliyin qorunması və genetika laboratoriyasının və Bioinformatika laboratoriyasının bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu yaradılsın. http://e-qanun.az/framework/27543 http://e-qanun.az/framework/27543 6. Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun adı dəyişdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu adlandırılsın. 7. Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun adı dəyişdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu adlandırılsın. 8. Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun adı dəyişdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu adlandırılsın. 9. Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun adı dəyişdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu adlandırılsın. 10. Azərbaycan Elmi-Tədqiqat Aqromexanika İnstitutunun adı dəyişdirilərək, Aqromexanika Elmi-Tədqiqat İnstitutu adlandırılsın və Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyinə verilsin. 11. Gəncə Layihə Axtarış Kimyalaşdırma Stansiyası Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun tabeliyinə verilsin. 12. Gəncə Regional Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Gəncə Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi adlandırılsın. 13. Kürdəmir Regional Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Kürdəmir Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi adlandırılsın. 14. Beyləqan Regional Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Beyləqan Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi adlandırılsın. 15. Tərtər Regional Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Tərtər Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi adlandırılsın. 16. Şəki Regional Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Şəki Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi adlandırılsın. 17. Salyan Regional Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Salyan Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi adlandırılsın. 18. Quba Regional Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Quba Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi adlandırılsın. 19. Lənkəran Regional Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Lənkəran Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi adlandırılsın. 20. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsin. 21. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Bakı şəhəri, 17 aprel 2015-ci il № 109