Ministerial Decree No. 105 on the state registration of ships
صدر في 2010-07-04 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 105.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Sea
- الكلمات المفتاحية
- certification, institution, registration, governance
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
“Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”nın təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları” təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ Bakı şəhəri, 4 iyun 2010-cu il № 105 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 105 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması QAYDALARI 1. ÜMUMİ MÜDDƏALAR 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli, 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli, 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”na, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun olaraq hazırlanmışdır və gəmilərin dövlət qeydiyyatına alınması qaydalarını müəyyən edir.[1] 1.2. Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və berbout-çarter reyestrində gəmilərin dövlət qeydiyyatı (kiçikhəcmli gəmilər və hərbi gəmilər istisna olmaqla) Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir.[2] 1.3. Gəmilərin (kiçikhəcmli gəmilər və hərbi gəmilər istisna olmaqla) dövlət qeydiyyatı (gəminin ilkin və təkrar qeydiyyatı) gəminin inşası, həmin gəmi üzərində mülkiyyət və digər http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# edn1 http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# edn2 əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması, başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barədə məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların yenilənməsindən və ya silinməsindən ibarətdir. 1.4. Gəmilərə, onlara mülkiyyət hüququna və gəmidə digər əşya hüquqlarına, habelə onlara olan hüququn məhdudlaşdırılmasına dair məlumatlar (ipoteka və sair məhdudlaşdırmalar) Dövlət gəmi reyestrində qeydiyyata alınır (1 nömrəli əlavə). 1.5. Xarici dövlətin gəmi reyestrlərində qeydiyyata alınmış gəmilər qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsə və ya Azərbaycan Respublikasının vətəndaşına berbout-çarter müqaviləsinə əsasən icarəyə verildikdə, berbout-çarter reyestrində qeydiyyata alınır. (2 nömrəli əlavə). Gəmilərin berbout-çarter reyestrində qeydiyyata alınması gəmilərin Dövlət gəmi reyestrində qeydiyyata alınması ilə eyni qaydada həyata keçirilir və gəmiyə "Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında müvəqqəti Şəhadətnamə" verilir (3 nömrəli əlavə). 1.6. Azərbaycan Respublikasının Dövlət gəmi reyestrinin və berbout-çarter reyestrinin tərtib edilməsi və aparılması, onlarda dəyişikliklərin və düzəlişlərin edilməsi, eləcə də həmin reyestrlərdən məlumatın verilməsi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli, 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"na uyğun olaraq həyata keçirilir. 1.7. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakılardır: qeydiyyat sıra nömrəsi — gəmiyə mülkiyyət, eləcə də digər əşya hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, məhdudlaşdırılması və ya xitam verilməsi, habelə gəmi barədə əqd (alqı-satqı müqaviləsi və s.) bağlanılması ilə əlaqədar Dövlət gəmi reyestrində aparılan qeydlərə verilən nömrə; gəminin BDT (İMO) nömrəsi — gəmiyə Beynəlxalq Dəniz Təşkilatı tərəfindən verilən nömrə (identifikasiya nömrəsi). 2. GƏMİLƏRİN İLKİN DÖVLƏT QEYDİYYATI 2.1. Gəminin ilkin dövlət qeydiyyatına alınması gəmi suya salındığı gündən, eləcə də gəmi barədə əqd (alqı-satqı müqaviləsi və s.) bağlanıldığı və ya Azərbaycan Respublikasının dəniz limanına daxil olduğu gündən 1 (bir) ay müddətində həyata keçirilməlidir. 2.2. Gəmi barədə əqd (alqı-satqı müqaviləsi və s.) bağlanıldıqdan və ya onun üzərində hüquqlar məhdudlaşdırıldıqdan sonra qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, 5 (beş) iş günü müddətində ərizə ilə Agentliyə müraciət edilməlidir. 2.3. Bu Qaydaların müddəalarına uyğun olaraq Dövlət gəmi reyestrində ilkin dövlət qeydiyyatına alınmış gəmiyə qeydiyyat nömrəsi, gəmi mülkiyyətçisinə "Gəmiyə mülkiyyət hüququ haqqında Şəhadətnamə" (4 nömrəli əlavə) və "Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında Şəhadətnamə" verilir (5 nömrəli əlavə). 2.4. Dövlət gəmi reyestrində gəminin ilkin qeydiyyatı üçün əsaslar aşağıdakılardır: 2.4.1. yeni gəminin inşa edilməsi; 2.4.2. gəmi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmış əqdlər (alqı satqı müqaviləsi və s.); 2.4.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 2.4.4. gəminin Azərbaycan Respublikasının dəniz limanına daxil olması; 2.4.5. gəminin başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçməsi. 2.5. Gəminin ilkin dövlət qeydiyyatı həmin gəminin mülkiyyətçiləri və ya onun üzərində digər əşya hüquqlarına malik olan şəxslər (gəmi sahibi) tərəfindən verilmiş ərizə əsasında həyata keçirilir. 2.6. Ərizədə onu təqdim edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, hüquqi şəxsin isə adı və ünvanı göstərilməlidir. 2.7. Hüquq əldə edənin adından başqa şəxs ərizə verdikdə, həmin şəxsin səlahiyyətləri notariat qaydasında təsdiq edilməlidir. 2.8. Gəmilərin ilkin dövlət qeydiyyatına alınması üçün aşağıda göstərilən sənədlər təqdim olunmalıdır: 2.8.1. gəminin mülkiyyətçiləri və ya onun üzərində digər əşya hüquqlarına malik olan şəxslər tərəfindən doldurulmuş ərizə-anket (6 nömrəli əlavə); 2.8.2. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və surəti (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); [3] 2.8.3. hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti; 2.8.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada gəmiyə mülkiyyət hüququnu və gəmiyə digər əşya hüquqlarını təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı, habelə qeyd edilən sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti; 2.8.5. xarici dövlətlərin dövlət gəmi reyestrindən çıxarılmasını təsdiq edən sənədin əsli və ya apostil edilmiş surəti; 2.8.6. gəminin BDT (İMO) nömrəsinin alınmasına dair sənəd; 2.8.7. gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə; [4] 2.8.8. çağırış siqnalının alınmasını təsdiq edən sənəd; 2.8.9. gəminin istismara yararlı olmasına və dəniz nəqliyyatı sahəsində mövcud beynəlxalq konvensiyaların tələblərinə uyğunluğunun yoxlanılmasına dair akt; 2.8.10. ölçü şəhadətnaməsi və notariat qaydasında təsdiq edilmiş surəti; 2.8.11. gəminin təsnifat şəhadətnaməsi və notariat qaydasında təsdiq edilmiş surəti; 2.8.12. gəminin üzgüçülüyə yararlılığı haqqında şəhadətnamə və notariat qaydasında təsdiq edilmiş surəti; 2.8.13. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.[5] 2.9. Gəminin dövlət qeydiyyatına alınmasına dair ərizə və ona əlavə olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə, 5 (beş) iş günü müddətində reyestrlərdə müvafiq qeydiyyat aparılaraq, ərizəçiyə "Gəmiyə mülkiyyət hüququ haqqında Şəhadətnamə" və ya "Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında Şəhadətnamə", eləcə də qeydiyyata alınmış gəmiyə qeydiyyat nömrəsi verilir. Əlavə araşdırma zərurəti yarandıqda, bu müddət 15 (on beş) iş gününədək artırıla bilər. 2.10. Təqdim edilmiş sənədlərdə gəminin qeydiyyata alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, həmin sənədlər ərizəçiyə qaytarılır və çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq ərizəçiyə 5 (beş) iş günü müddətində vaxt verilir. 2.11. İmtinaya səbəb olmayan bütün çatışmazlıqlar aradan qaldırılaraq sənədlər yenidən təqdim edildikdə, 5 (beş) iş günü müddətində müvafiq reyestrdə qeydiyyat aparılması təmin edilir. http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# edn3 http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# edn4 http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# edn5 2.12. Gəminin mülkiyyətçisinin və ya digər sahibinin yazılı müraciəti əsasında onlara "Azərbaycan Respublikasının Dövlət gəmi reyestrindən çıxarış" və ya "Azərbaycan Respublikasının berbout-çarter reyestrindən çıxarış" verilir (7 və 8 nömrəli əlavələr). 3. GƏMİLƏRİN TƏKRAR DÖVLƏT QEYDİYYATI 3.1. Hadisə və ya hər hansı digər səbəb nəticəsində gəmi Dövlət gəmi reyestrinə əvvəllər daxil edilmiş məlumatlara uyğun gəlmədikdə, bu Qaydaların 1 nömrəli əlavəsində göstərilmiş məlumatlarda dəyişiklik baş verdikdə, gəmi təkrar qeydiyyata alına bilər. 3.2. Gəminin təkrar dövlət qeydiyyatı təsnifat cəmiyyətləri tərəfindən aparılmış texniki nəzarət tədbirlərinin nəticəsi əsasında bu Qaydaların 2-ci bölməsinə uyğun olaraq həyata keçirilir. [6] 4. GƏMİLƏRİN AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT BAYRAĞI ALTINDA ÜZMƏK HÜQUQUNUN DAYANDIRILMASI Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəminin xarici dövlətin berbout-çarter reyestrində qeydə alınması üçün həmin gəminin Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ berbout-çarter müqaviləsinin qüvvədə olduğu müddət ərzində dayandırılmalı, bu barədə "Dövlət gəmi reyestrindən çıxarış" (7 nömrəli əlavə) verilməli və "Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında Şəhadətnamə" geri alınmalıdır. 5. GƏMİLƏRİN DÖVLƏT QEYDİYYATINDAN İMTİNA EDİLMƏSİ 5.1. Aşağıda göstərilən hallarda gəminin dövlət qeydiyyatına alınmasından imtina edilə bilər: 5.1.1. təqdim edilən sənədlər, onların forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmadıqda; 5.1.2. gəminin dövlət qeydiyyatına alınması barədə ərizə buna hüququ olmayan şəxs tərəfindən verildikdə; 5.1.3. gəmi dəniz nəqliyyatı sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə uyğun olmadıqda. 6. GƏMİLƏRİN DÖVLƏT GƏMİ REYESTRİNDƏN VƏ BERBOUT-ÇARTER REYESTRİNDƏN ÇIXARILMASI 6.1. Gəmilər aşağıdakı hallarda Dövlət gəmi reyestrindən çıxarıla bilər: 6.1.1. mülkiyyətçinin yazılı ərizəsi əsasında; 6.1.2. gəmi çıxdaş edildikdə; 6.1.3. gəmi məhv olduqda və ya itkin düşdükdə; 6.1.4. gəmi konstruksiya cəhətdən məhv olduqda; 6.1.5. yenidənqurma və ya hər hansı digər dəyişikliklər nəticəsində gəmi keyfiyyətini itirdikdə; 6.1.6. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu itirdikdə; 6.1.7. məhkəmə qərarı əsasında. http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# edn6 6.2. Gəmi Azərbaycan Respublikasının Dövlət gəmi reyestrindən çıxarıldıqda "Gəminin Azərbaycan Respublikasının Dövlət gəmi reyestrindən çıxarılması haqqında arayış" (9 nömrəli əlavə), berbout-çarter reyestrindən çıxarıldıqda isə "Gəminin Azərbaycan Respublikasının berbout-çarter reyestrindən çıxarılması haqqında arayış" verilir (10 nömrəli əlavə). “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”na 1 nömrəli ƏLAVƏ Azərbaycan Respublikasının Dövlət gəmi REYESTRİ 1. Gəminin qeydiyyat sıra nömrəsi 2. Gəminin qeydiyyata alınma tarixi 3. Gəminin adı 4. Gəminin əvvəlki adı (əgər varsa) 5. Gəminin qeydiyyat limanı 6. Gəminin əvvəlki qeydiyyat limanı (əgər varsa) və qeydiyyatın ləğv edilmə tarixi 7. Gəminin çağırış siqnalı 8. Gəminin BDT identifikasiya nömrəsi 9. Gəminin tipi və təyinatı 10. Gəminin üzmə rayonu 11. Gəminin mülkiyyətçisi barədə məlumat 11.1. adı 11.2. ünvanı 11.3. payı 11.4. vətəndaşlığı 12. Gəminin sahibi (gəminin mülkiyyətçisi olmadıqda) haqqında məlumat adı ünvanı 13. Gəmiyə və ya onun hissəsinə mülkiyyət hüququnun yaranmasının əsasları (alqı satqı müqaviləsi, gəminin inşa edilməsi haqqında müqavilə və s.) 14. Gəminin yükgötürmə qabiliyyəti 15. Gəminin tutumu (tonla) ümumi xalis 16. Gəminin əsas ölçüləri (metrlə) tam uzunluğu tam eni bortun hündürlüyü 17. Gəminin əsas texniki xarakteristikaları 18. Gəmiqayırma tərsanəsinin adı, yeri, gəminin inşa edildiyi il 19. Gəminin Dövlət gəmi reyestrindən çıxarılmasının əsası və tarixi 20. Gəmiyə öz bayrağı altında üzməyə icazə verən dövlətin adı 21. Gəminin qeydə alınmış ipotekası haqqında məlumatlar 22. Gəminin xarici dövlətin bayrağı altına müvəqqəti keçirilməsi haqqında qərarı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanının adı və qərarın qəbul edildiyi tarix 23. Gəminin xarici dövlət bayrağı altında müvəqqəti üzmək müddəti 24. Berbout-çarter üzrə gəmini fraxtedənin adı və ünvanı 25. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun dayandırılması tarixi Qeydlər “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”na 2 nömrəli ƏLAVƏ Azərbaycan Respublikasının berbout-çarter REYESTRİ 1. Gəminin qeydiyyat sıra nömrəsi 2. Gəminin qeydiyyata alınma tarixi 3. Gəminin adı 4. Gəminin əvvəlki adı (əgər varsa) 5. Gəminin qeydiyyat limanı 6. Gəminin əvvəlki qeydiyyat limanı (əgər varsa) və qeydiyyatın ləğv edilmə tarixi 7. Gəminin çağırış siqnalı 8. Gəminin BDT identifikasiya nömrəsi 9. Gəminin tipi və təyinatı 10. Gəminin üzmə rayonu 11. Gəminin mülkiyyətçisi barədə məlumat 11.1. adı 11.2. ünvanı 11.3. payı 11.4. vətəndaşlığı 12. Gəmini berbout-çarter üzrə fraxtedən haqqında məlumat adı ünvanı 13. Gəmiyə və ya onun hissəsinə mülkiyyət hüququnun yaranmasının əsasları (alqı satqı müqaviləsi, gəminin inşa edilməsi haqqında müqavilə və s.) 14. Gəminin yükgötürmə qabiliyyəti 15. Gəminin tutumu (tonla) ümumi xalis 16. Gəminin əsas ölçüləri (metrlə) tam uzunluğu tam eni bortun hündürlüyü 17. Gəminin əsas texniki xarakteristikaları 18. Gəmiqayırma tərsanəsinin adı, yeri, gəminin inşa edildiyi il 19. Berbout-çarter müqaviləsinin bağlanma tarixi və onun qüvvədə olma müddəti 20. Gəminin berbout-çarter reyestrindən çıxarılmasının əsası və tarixi 21. Bayrağın dəyişdirilməsinə qədər gəminin qeydiyyatda olduğu dövlət Qeydlər “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”na 3 nömrəli ƏLAVƏ AZƏRBAYCAN RESPUBLİKASININ NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ YANINDA DÖVLƏT DƏNİZ AGENTLİYİ[7] THE STATE MARITIME AGENCY UNDER THE MINISTRY OF TRANSPORT, COMMUNICATIONS AND HIGH TECHNOLOGIES OF THE REPUBLIC OF AZERBAIJAN Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında MÜVƏQQƏTİ ŞƏHADƏTNAMƏ (berbout-çarter reyestrində qeydiyyatda olan gəmilərə verilir) № PROVISIONAL CERTIFICATE of entitlement to fly the flag of the Republic of Azerbaijan (Issued to ships registered in the bareboat — charter registry) Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tələblərinə müvafiq olaraq mülkiyyətində olan və (gəmi sahibinin adı) tərəfindən (berbout-çarter üzrə fraxtedənin adı) berbout-çarter müqaviləsinə əsasən istismar olunan gəmisinə (gəminin adı) Azərbaycan Respublikasının Dövlət bayrağı altında müvəqqəti üzmək hüququ verilmişdir. http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# edn7 In accordance with the requirements of the Merchant Shipping Code of the Republic of Azerbaijan (ship's name) owned by (owner's name) Bareboat chartered by (bareboat charterer's name) has been temporarily entitled to fly the flag of the Republic of Azerbaijan Azərbaycan Respublikasının berbout-çarter reyestrində “ ” 20 il tarixində nömrəsi ilə qeydə alınmış (gəminin adı) gəmisinə dair məlumatlar: The ship registered in the bareboat (ship's name) charter registry of the Republic of Azerbaijan, under registration No on “ ” 20 has been described as follows: 1. BDT nömrəsi IMO number 2. Gəminin tipi Ship's type 3. Çağırış siqnalı Call sign 4. İnşa tarixi və yeri Date and place of construction 5. Gövdənin əsas materialı Main material of hull 6. Uzunluğu Length m 7. Eni Breadth m 8. Bortun hündürlüyü Depth m 9. Tutumu Tonnage ümumi gross xalis net 10. Mühərrikin növü, sayı və gücü Type, number and output of engines Bu Şəhadətnamə gəmidə saxlanılmalıdır. Gəmi Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu itirdikdə və ya onun berbout-çarter reyestrindən çıxarılması ilə nəticələnə bilən hər hansı bir fövqəladə hadisə baş verdikdə, bu Şəhadətnamə onu verən təşkilata qaytarılmalıdır. This Certificate is to be kept on board. If the ship mentioned in this certificate deprives her right to fly the flag of the Republic of Azerbaijan or in the event of any emergencies leading to deletion of the vessel from the bareboat-charter registry, this Certificate is to be returned to the issuing Authority. Verildiyi yer Issued at Verilmə tarixi “ ” 20 il/year Issued on Dövlət Dəniz Agentliyinin direktoru Director of the State Maritime Agency M.Y. Seal “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”na 4 nömrəli ƏLAVƏ AZƏRBAYCAN RESPUBLİKASININ NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ YANINDA DÖVLƏT DƏNİZ AGENTLİYİ[8] THE STATE MARITIME AGENCY UNDER THE MINISTRY OF TRANSPORT, COMMUNICATIONS AND HIGH TECHNOLOGIES OF THE REPUBLIC OF AZERBAIJAN Gəmiyə mülkiyyət hüququ haqqında ŞƏHADƏTNAMƏ № Ownership Certificate Bununla təsdiq edilir ki, gəmisi Azərbaycan (gəminin adı) Respublikasının Dövlət gəmi reyestrində (mülkiyyətçinin adı) mülkiyyəti kimi qeydə alınmışdır. This is certified that (ship's name) has been registered in the State ship's registry of the Republic of Azerbaijan as a property of http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# edn8 (name of proprietor) Qeydiyyat nömrəsi Qeydiyyat tarixi “ ” 20 il/year Registration number Date of registration Yuxarıda adı çəkilən gəmiyə aid Dövlət gəmi reyestrində aşağıdakılar qeydə alınmışdır: The abovementioned ship has been described in the State Ship's Registry as follows: 1. BDT nömrəsi IMO number 2. Gəminin tipi Ship's type 3. Çağırış siqnalı Call sign 4. İnşa tarixi və yeri Date and place of construction 5. Gövdənin əsas materialı Main material of hull 6. Uzunluğu Length m 7. Eni Breadth m 8. Bortun hündürlüyü Depth m 9. Tutumu Tonnage ümumi gross xalis net Tutum şəhadətnaməsi Tonnage certificate Verilmə tarixi “ ” 20 il/year Date of issue Nömrəsi Number 10. Mühərrikin növü, sayı və gücü Type, number and output of engines 11. Gəmi əvvəllər başqa bayraq altında üzmüşsə, əvvəlki adı və qeydiyyat limanı Previous port of registry and previous name of the ship (if any) under a foreign flag Bu Şəhadətnamə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən (mülkiyyətçinin adı) gəmisinə mülkiyyət (gəminin adı) hüququnu təsdiq edir. According to the legislation of the Republic of Azerbaijan this certificate constitutes complete evidence of the proprietary right of (name of proprietor) on (ship's name) Bu Şəhadətnamə gəmidə saxlanılmalıdır. Gəmi Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu itirdikdə və ya onun Dövlət gəmi reyestrindən çıxarılması ilə nəticələnə bilən hər hansı bir fövqəladə hadisə baş verdikdə, bu Şəhadətnamə onu verən təşkilata qaytarılmalıdır. This Certificate is to be kept on board. If the ship mentioned in this certificate deprives her right to fly the flag of the Republic of Azerbaijan or in the event of any emergencies leading to deletion of the vessel from the State ship's registry, this Certificate is to be returned to the issuing Authority. Verildiyi yer Issued at Verilmə tarixi “ ” 20 il/year Issued on Dövlət Dəniz Agentliyinin direktoru Director of the State Maritime Agency M.Y. Seal “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”na 5 nömrəli ƏLAVƏ AZƏRBAYCAN RESPUBLİKASININ NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ YANINDA DÖVLƏT DƏNİZ AGENTLİYİ[9] THE STATE MARITIME AGENCY UNDER THE MINISTRY OF TRANSPORT, COMMUNICATIONS AND HIGH TECHNOLOGIES OF THE REPUBLIC OF AZERBAIJAN Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında ŞƏHADƏTNAMƏ № CERTIFICATE of entitlement to fly the flag of the Republic of Azerbaijan http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# edn9 Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tələblərinə müvafiq olaraq mülkiyyətində olan (gəmi sahibinin adı) gəmisinə (gəminin adı) Azərbaycan Respublikasının Dövlət Bayrağı altında üzmək hüququ verilmişdir. In accordance with the requirements of the Merchant Shipping Code of the Republic of Azerbaijan (ship's name) owned by (owner's name) has been entitled to fly the flag of the Republic of Azerbaijan. Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində “ ” 20 il tarixində nömrəsi ilə qeydə alınmış gəmisinə dair məlumatlar: (gəminin adı) The ship registered in the State (ship's name) ship's registry of the Republic of Azerbaijan, under registration No on “ ” 20 has been described as follows: 1. BDT nömrəsi IMO number 2. Gəminin tipi Ship's type 3. Çağırış siqnalı Call sign 4. İnşa tarixi və yeri Date and place of construction 5. Gövdənin əsas materialı Main material of hull 6. Uzunluğu Length m 7. Eni Breadth m 8. Bortun hündürlüyü Depth m 9. Tutumu Tonnage ümumi gross xalis net 10. Mühərrikin növü, sayı və gücü Type, number and output of engines Bu Şəhadətnamə gəmidə saxlanılmalıdır. Gəmi Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu itirdikdə və ya onun Dövlət gəmi reyestrindən çıxarılması ilə nəticələnə bilən hər hansı bir fövqəladə hadisə baş verdikdə, bu Şəhadətnamə onu verən təşkilata qaytarılmalıdır. This Certificate is to be kept on board. If the ship mentioned in this certificate deprives her right to fly the flag of the Republic of Azerbaijan or in the event of any emergencies leading to deletion of the vessel from the state ship's registry, this Certificate is to be returned to the issuing Authority. Verildiyi yer Issued at Verilmə tarixi “ ” 20 il/year Issued on Etibarlıdır “ ” 20 il/year Date of expiry Dövlət Dəniz Agentliyinin direktoru Director of the State Maritime Agency M.Y. Seal “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”na 6 nömrəli ƏLAVƏ Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi[10] Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində gəminin qeydiyyata alınmasına dair ƏRİZƏ-ANKET 1. Gəminin inşa edildiyi vaxtdan daşıdığı adlar Adı Verildiyi tarix Dəyişdirildiyi tarix http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# edn10 2. Verilməsi istənilən yeni ad 3. Gəminin inşa edildiyi vaxtdan qeydiyyatda olduğu limanlar Limanlar Qeydiyyata alınma tarixi Qeydiyyatdan çıxarılma tarixi 4. Hal-hazırda qeydiyyata alınması istənilən liman 5. Gəminin BDT nömrəsi verilmə tarixi 6. Gəminin beynəlxalq çağırış siqnalı verilmə tarixi 7. Gəminin üzmə rayonu 8. Gəminin təsnifat cəmiyyəti haqqında məlumat 8.1. Adı 8.2. Kodu 8.3. Qeydiyyat nömrəsi 8.4. Təsnifat nişanının işarəsi 8.5. Təsnifat şəhadətnaməsi verilmə tarixi etibarlılıq tarixi 9. Gəminin ölçüləri tam uzunluğu metr perpendikulyarlararası uzunluğu metr eni metr bortun hündürlüyü metr 10. Gəminin ümumi tutumu ton xalis tutumu ton dedveyti ton 11. Gəminin yük nişanına görə suya oturumu Yay Qış 11.1. Boş metr metr 11.2. Yüksüz metr metr 11.3. Ballastda metr metr 11.4. Yüklü metr metr 12. Gəminin şirin suya nəzərən suya oturumu metr 13. Gəminin inşasına dair məlumatlar 13.1. Kilin qoyulma tarixi 13.2. İnşa (istismara verilmə) tarixi 13.3. İnşa nömrəsi 13.4. İnşa təsnifat nişanı 13.5. İnşa edən tərsanənin adı 13.6. İnşa edən müəssisənin adı 13.7. Ölkə / Şəhər 14. Gövdənin materialı polad * alüminium * plastik * digər * (göstərin) 15. Gəmi göyərtələrinin sayı və adları 1. 2. 3. 4. 5. 16. Gəminin baş mühərriki(ləri) haqqında məlumat sayı və gücü markası nömrəsi istehsal tarixi istehsalçı dirsəkli val sayı növü dizel * buxar * digər * 17. Pər növü adi * addımı nizamlayan pər * digər * 18. Gəminin sürətinə dair məlumatlar yüklü halda uzel ballastda 19. Gəminin tanklarının ümumi həcmi yanacaq tankı içməli su tankı sürtgü yağı tankı çirkab su tankı digər tanklar m3 m3 m3 m3 m3 20. Gəminin yük anbarları (tankları) haqqında məlumatlar 20.1. Gəmidə yük anbarlarının (tankların) sayı ədəd 20.2. Anbarların (tankların) həcmi 21. Gəminin yükqaldırıcı avadanlıqları haqqında məlumatlar markası növü təhlükəsiz yükqaldırma çəkisi ton təhlükəsiz yükqaldırma həddi metr 22. Gəminin sərnişin tutumuna dair məlumatlar 22.1. sərnişin salonlarının sayı ədəd 22.2. sərnişin salonlarının sərnişin tutumu nəfər 22.3. sərnişin kayutlarının sayı ədəd 22.4. sərnişin kayutlarının ümumi sərnişin tutumu nəfər 23. Gəminin yelkən qurğusu haqqında məlumat markası növü 24. Gəminin dor ağaclarının sayı və adları haqqında məlumatlar 1. Fok 2. Qrot 3. Bezan * * * 25. Gəminin radiorabitə avadanlıqları haqqında məlumatlar əsas avadanlığın markası əsas avadanlığın nömrəsi üzmə rayonu A 1 * A 2 * A 3 * A 4 * 26. Gəminin xilasedici avadanlıqları haqqında məlumatlar 26.1. salların ümumi sayı ədəd 26.2. salların ümumi tutumu nəfər 26.3. xilasedici qayıqlar sayı ədəd tutumu nəfər mühərrikin markası və gücü 27. Gəminin sükan qurğusu haqqında elektrik motoru * ədəd hidravlik motoru * ədəd məlumatlar mexaniki sistem * ədəd digər 28. Gəminin lövbər qurğusu haqqında məlumatlar elektrik motoru * ədəd hidravlik motoru * ədəd digər sayı ədəd tipi uzunluğu metr zəncirinin çapı mm 29. Gəminin sukeçirməyən yanğın əleyhinə qapılarının sayı 30. Yanğınsöndürmə nasosunun sayı və gücü 31. Gəmi şəhadətnamələri Verilmə tarixi Etibarlılıq müddəti 31.1. Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamə (əvvəlki) 31.2 Gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamə 31.3. Gəminin üzgüçülüyə yararlılığı haqqında şəhadətnamə[11] 31.4. Sərnişin şəhadətnaməsi (sərnişin gəmisi üçün) 31.5. Ölçü şəhadətnaməsi 31.6. Yük çeşidi haqqında şəhadətnamə 31.7. Gəmi heyətinin minimal tərkibi haqqında şəhadətnamə 31.8. Neftlə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnamə 31.9. Çirkab sularla çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnamə 31.10. Zibillə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnamə 32. Gəminin mülkiyyətçisi haqqında məlumat Hüquqi şəxs * Fiziki şəxs * Digər * fiziki şəxs olduqda onun şəxsiyyətini təsdiq edən sənədin nömrəsi 32.1. Adı 32.2. Ünvanı telefon mobil faks http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# edn11 e-mail ünvanı 32.3. Mülkiyyət növü 32.4. Mülkiyyət hüququnu təsdiq edən sənədə dair məlumat 32.5. Mülkiyyətçinin BDT nömrəsi № alınma tarixi 32.6. Respublika ərazisində qeydiyyat tarixi nömrəsi 33. Gəmi sahibi haqqında məlumat Hüquqi şəxs * Fiziki şəxs * Digər * fiziki şəxs olduqda onun şəxsiyyətini təsdiq edən sənədin nömrəsi 33.1. Adı 33.2. Ünvanı telefon mobil faks e-mail ünvanı 33.3. Mülkiyyət növü 33.4. Sahibliyi təsdiq edən sənədə dair məlumat 33.5. Sahibkarın BDT nömrəsi № alınma tarixi 33.6. Respublika ərazisində qeydiyyat tarixi nömrəsi Bununla təsdiq edilir ki, ərizə-anketdə verilən məlumatlar düzgündür. Tarix “ ” 20 il İmza Möhür yeri “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”na 7 nömrəli ƏLAVƏ AZƏRBAYCAN RESPUBLİKASININ NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ THE STATE MARITIME AGENCY UNDER THE MINISTRY OF TRANSPORT, COMMUNICATIONS AND HIGH YANINDA DÖVLƏT DƏNİZ AGENTLİYİ[12] TECHNOLOGIES OF THE REPUBLIC OF AZERBAIJAN Azərbaycan Respublikasının Dövlət gəmi reyestrindən ÇIXARIŞ № EXTRACT from the State ship registry of the Republic of Azerbaijan 1. Gəminin adı / Ship's name 2. Reyestr nömrəsi / Registry number 3. Qeydiyyat tarixi / Date of registration 4. BDT nömrəsi / IMO number 5. Çağırış siqnalı / Call sign 6. Qeydiyyat limanı / Port of registry 7. Gəminin tipi / Ship's type 8. Təsnifat cəmiyyəti / Classification society 9. Gəminin mülkiyyətçisinin / Ship's owner adı name ünvanı address payı share 10. Gəminin icarəçisinin (Berbout-çarter) / Ship's operator (Bareboat charter) adı name ünvanı address 11. Gəminin tutumu / Tonnage ümumi gross xalis net dedveyti deadweight 12. Əsas ölçüləri (metrlə) / Main dimensions uzunluğu length eni breadth bortun hündürlüyü http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# edn12 depth 13. Gəminin girovda olması haqqında məlumat / Mortgage (if any) Bu çıxarış Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən verilmişdir. This extract is issued by the State Maritime Agency under the Ministry of Transport, Communications and High Technologies of the Republic of Azerbaijan. Verildiyi yer / place of issue: Bakı şəhəri / Baku city Verildiyi tarix / date of issue: Dövlət Dəniz Agentliyinin direktoru Director of the State Maritime Agency M.Y. Seal “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”na 8 nömrəli ƏLAVƏ AZƏRBAYCAN RESPUBLİKASININ NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ YANINDA DÖVLƏT DƏNİZ AGENTLİYİ[13] THE STATE MARITIME AGENCY UNDER THE MINISTRY OF TRANSPORT, COMMUNICATIONS AND HIGH TECHNOLOGIES OF THE REPUBLIC OF AZERBAIJAN Azərbaycan Respublikasının berbout-çarter reyestrindən ÇIXARIŞ № EXTRACT from the bareboat charter registry of the Republic of Azerbaijan 1. Gəminin adı / Ship's name 2. Reyestr nömrəsi / Regisrty number 3. Qeydiyyat tarixi / Date of registration 4. Cəminin əvvəlki bayrağı / Ship's http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# edn13 previous flag 5. BDT nömrəsi / IMO number 6. Çağırış siqnalı / Call sign 7. Qeydiyyat limanı / Port of registry 8. Gəminin tipi / Ship's type 9. Təsnifat cəmiyyəti / Classification society 10. Gəminin mülkiyyətçisinin / Ship's owner adı name ünvanı address payı share 11. Gəminin icarəçisinin (Berbout-çarter) / Ship's operator (Bareboat charter) adı name ünvanı address 12. Gəminin tutumu Tonnage ümumi gross xalis net dedveyti deadweight 13. Əsas ölçüləri (metrlə) / Main dimensions uzunluğu length eni breadth bortun hündürlüyü depth 14. Gəminin girovda olması haqqında məlumat / Mortgage (if any) Bu çıxarış Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən verilmişdir. This extract is issued by the State Maritime Agency under the Ministry of Transport, Communications and High Technologies of the Republic of Azerbaijan. Verildiyi yer / place of issue: Bakı şəhəri / Baku city Verildiyi tarix / date of issue: Dövlət Dəniz Agentliyinin direktoru Director of the State Maritime Agency M.Y. Seal “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”na 9 nömrəli ƏLAVƏ AZƏRBAYCAN RESPUBLİKASININ NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ YANINDA DÖVLƏT DƏNİZ AGENTLİYİ[14] THE STATE MARITIME AGENCY UNDER THE MINISTRY OF TRANSPORT, COMMUNICATIONS AND HIGH TECHNOLOGIES OF THE REPUBLIC OF AZERBAIJAN Gəminin Azərbaycan Respublikasının Dövlət gəmi reyestrindən çıxarılması haqqında ARAYIŞ CERTIFICATE of the deletion of the ship from the State ship’s registry of the Republic of Azerbaijan Gəminin adı Ship's name Çağırış siqnalı Call sign Qeydiyyat limanı və nömrəsi Port of registry and registration number Gəmi sahibinin adı və ünvanı Owner and address of the owner Gəminin reyestrdən çıxarılması üçün əsas Is removed from the State ship's registry from “ ” 20 year Gəmi “ ” 20 il tarixində Dövlət gəmi reyestrindən çıxarılmışdır. due to Məhdudiyyətlərə dair məlumat Information on limitations Bu arayış Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət This certificate issued by the State Maritime Agency under the Ministry of Transport, Communications and High http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# edn14 Dəniz Agentliyi tərəfindən verilmişdir. Technologies of the Republic of Azerbaijan Verildiyi yer Issued at Verilmə tarixi “ ” 20 il Issued on “ ” 20 year Dövlət Dəniiz Agentliyinin direktoru Director of the State Maritime Agency M.Y. Seal “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”na 10 nömrəli ƏLAVƏ AZƏRBAYCAN RESPUBLİKASININ NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ YANINDA DÖVLƏT DƏNİZ AGENTLİYİ[15] THE STATE MARITIME AGENCY UNDER THE MINISTRY OF TRANSPORT, COMMUNICATIONS AND HIGH TECHNOLOGIES OF THE REPUBLIC OF AZERBAIJAN Gəminin Azərbaycan Respublikasının berbout-çarter reyestrindən çıxarılması haqqında ARAYIŞ CERTIFICATE of the deletion of the ship from the bareboat-charter registry of the Republic of Azerbaijan Gəminin adı Ship's name Çağırış siqnalı Call sign Qeydiyyat limanı və nömrəsi Port of registry and registration number Gəmi sahibinin adı və ünvanı Owner and address of the owner Gəminin reyestrdən çıxarılması üçün əsas Is removed from the State ship's registry from “ ” 20 year Gəmi “ ” 20 il tarixində berbout-çarter reyestrindən çıxarılmışdır. due to http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# edn15 Məhdudiyyətlərə dair məlumat Information on limitations Bu arayış Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən verilmişdir. This certificate issued by the State Maritime Agency under the Ministry of Transport, Communications and High Technologies of the Republic of Azerbaijan Verildiyi yer Issued at Verilmə tarixi “ ” 20 il Issued on “ ” 20 year Dövlət Dəniiz Agentliyinin direktoru Director of the State Maritime Agency M.Y. Seal İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 29 may 2013-cü il tarixli 102 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 9 iyun 2013-cü il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 588) 2. 02 avqust 2013-cü il tarixli 197 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 18 avqust 2013-cü il, № 179, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 997) 3. 21 dekabr 2017-ci il tarixli 580 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2527) 4. 29 iyun 2019-cu il tarixli 284 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1173) QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 29 iyun 2019-cu il tarixli 284 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1173) ilə “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”nın 1.1-ci bəndindən “Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli, 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”yə,” sözləri çıxarılmışdır. [2] 29 iyun 2019-cu il tarixli 284 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik http://e-qanun.az/framework/37398 http://e-qanun.az/framework/42868 http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# ednref1 http://e-qanun.az/framework/42868 http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# ednref2 http://e-qanun.az/framework/42868 Toplusu, 2019-cu il, №6, maddə 1173) ilə “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”nın 1.2-ci bəndində “Dövlət Dəniz Administrasiyası (bundan sonra – Administrasiya)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə, 2.2-ci bəndində “Administrasiyaya” sözü “Agentliyə” sözü ilə əvəz edilmişdir. [3] 02 avqust 2013-cü il tarixli 197 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 18 avqust 2013-cü il, № 179, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 997) ilə “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”nın 2.8.2-ci yarımbəndində “qeydiyyata alınması haqqında vəsiqə” sözləri “şəxsiyyətini təsdiq edən sənəd” sözləri ilə əvəz edilmişdir. [4] 21 dekabr 2017-ci il tarixli 580 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2527) ilə “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”nın 2.8.7-ci və 2.8.12-ci yarımbəndlər ləğv edilmişdir. [5] 29 may 2013-cü il tarixli 102 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 9 iyun 2013-cü il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 588) ilə “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”nın 2.8.13-cü yarımbəndində “qəbz” sözü “sənəd” sözü ilə əvəz edilmişdir. [6] 21 dekabr 2017-ci il tarixli 580 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2527) ilə “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”nın 3.2-ci bənddə “tədbirləri nəticəsində verilmiş şəhadətnamə (gəminin üzgüçülüyə yararlılığı haqqında şəhadətnamə)” sözləri “tədbirlərinin nəticəsi” sözləri ilə əvəz edilmişdir. [7] 29 iyun 2019-cu il tarixli 284 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1173) ilə Qaydalara 3 nömrəli əlavənin mətnində “DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASI” sözləri “NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ YANINDA DÖVLƏT DƏNİZ AGENTLİYİ” sözləri ilə, “ADMINISTRATION” sözü “AGENCY UNDER THE MINISTRY OF TRANSPORT, COMMUNICATIONS AND HIGH TECHNOLOGIES” sözləri ilə, “Administrasiyasının rəisi” sözləri “Agentliyinin direktoru” sözləri ilə və “Head of the State Maritime Administration” sözləri “Director of the State Maritime Agency” sözləri ilə əvəz edilmişdir. [8] 29 iyun 2019-cu il tarixli 284 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1173) ilə Qaydalara 4 nömrəli əlavənin mətnində “DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASI” sözləri “NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ YANINDA DÖVLƏT DƏNİZ AGENTLİYİ” sözləri ilə, “ADMINISTRATION” sözü “AGENCY UNDER THE MINISTRY OF TRANSPORT, COMMUNICATIONS AND HIGH TECHNOLOGIES” sözləri ilə, “Administrasiyasının rəisi” sözləri “Agentliyinin direktoru” sözləri ilə və “Head of the State Maritime Administration” sözləri “Director of the State Maritime Agency” sözləri ilə əvəz edilmişdir. [9] 29 iyun 2019-cu il tarixli 284 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# ednref3 http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# ednref4 http://e-qanun.az/framework/37398 http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# ednref5 http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# ednref6 http://e-qanun.az/framework/37398 http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# ednref7 http://e-qanun.az/framework/42868 http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# ednref8 http://e-qanun.az/framework/42868 http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# ednref9 http://e-qanun.az/framework/42868 Toplusu, 2019-cu il, №6, maddə 1173) ilə Qaydalara 5 nömrəli əlavənin mətnində “DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASI” sözləri “NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ YANINDA DÖVLƏT DƏNİZ AGENTLİYİ” sözləri ilə, “ADMINISTRATION” sözü “AGENCY UNDER THE MINISTRY OF TRANSPORT, COMMUNICATIONS AND HIGH TECHNOLOGIES” sözləri ilə, “Administrasiyasının rəisi” sözləri “Agentliyinin direktoru” sözləri ilə və “Head of the State Maritime Administration” sözləri “Director of the State Maritime Agency” sözləri ilə əvəz edilmişdir. [10] 29 iyun 2019-cu il tarixli 284 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1173) ilə Qaydalara 6 nömrəli əlavədə “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi” sözləri ilə əvəz edilmişdir. [11] 21 dekabr 2017-ci il tarixli 580 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2527) ilə “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”nın 6 nömrəli əlavə - “Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində gəminin qeydiyyata alınmasına dair Ərizə-Anket”in 31.3-cü bəndi ləğv edilmişdir. [12] 29 iyun 2019-cu il tarixli 284 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1173) ilə Qaydalara 7 nömrəli əlavənin mətnində “DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASI” sözləri “NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ YANINDA DÖVLƏT DƏNİZ AGENTLİYİ” sözləri ilə, “ADMINISTRATION” sözü “AGENCY UNDER THE MINISTRY OF TRANSPORT, COMMUNICATIONS AND HIGH TECHNOLOGIES” sözləri ilə, “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi” sözləri ilə, “Administration” sözü “Agency under the Ministry of Transport, Communications and High Technologies” sözləri ilə, “Administrasiyasının rəisi” sözləri “Agentliyinin direktoru” sözləri ilə və “Head of the State Maritime Administration” sözləri “Director of the State Maritime Agency” sözləri ilə əvəz edilmişdir. [13] 29 iyun 2019-cu il tarixli 284 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1173) ilə Qaydalara 8 nömrəli əlavənin mətnində “DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASI” sözləri “NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ YANINDA DÖVLƏT DƏNİZ AGENTLİYİ” sözləri ilə, “ADMINISTRATION” sözü “AGENCY UNDER THE MINISTRY OF TRANSPORT, COMMUNICATIONS AND HIGH TECHNOLOGIES” sözləri ilə, “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi” sözləri ilə, “Administration” sözü “Agency under the Ministry of Transport, Communications and High Technologies” sözləri ilə, “Administrasiyasının rəisi” sözləri “Agentliyinin direktoru” sözləri ilə və “Head of the State Maritime Administration” sözləri “Director of the State Maritime Agency” sözləri ilə əvəz edilmişdir. [14] 29 iyun 2019-cu il tarixli 284 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1173) ilə Qaydalara 9 nömrəli əlavənin mətnində “DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASI” sözləri “NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ YANINDA DÖVLƏT DƏNİZ AGENTLİYİ” sözləri ilə, “ADMINISTRATION” sözü “AGENCY UNDER THE MINISTRY OF TRANSPORT, COMMUNICATIONS AND HIGH http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# ednref10 http://e-qanun.az/framework/42868 http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# ednref11 http://e-qanun.az/framework/37398 http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# ednref12 http://e-qanun.az/framework/42868 http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# ednref13 http://e-qanun.az/framework/42868 http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# ednref14 http://e-qanun.az/framework/42868 TECHNOLOGIES” sözləri ilə, “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi” sözləri ilə, “Administration” sözü “Agency under the Ministry of Transport, Communications and High Technologies” sözləri ilə, “Administrasiyasının rəisi” sözləri “Agentliyinin direktoru” sözləri ilə və “Head of the State Maritime Administration” sözləri “Director of the State Maritime Agency” sözləri ilə əvəz edilmişdir. [15] 29 iyun 2019-cu il tarixli 284 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1173) ilə Qaydalara 10 nömrəli əlavənin mətnində “DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASI” sözləri “NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ YANINDA DÖVLƏT DƏNİZ AGENTLİYİ” sözləri ilə, “ADMINISTRATION” sözü “AGENCY UNDER THE MINISTRY OF TRANSPORT, COMMUNICATIONS AND HIGH TECHNOLOGIES” sözləri ilə, “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi” sözləri ilə, “Administration” sözü “Agency under the Ministry of Transport, Communications and High Technologies” sözləri ilə, “Administrasiyasının rəisi” sözləri “Agentliyinin direktoru” sözləri ilə və “Head of the State Maritime Administration” sözləri “Director of the State Maritime Agency” sözləri ilə əvəz edilmişdir. http://e-qanun.az/alpidata/framework/data/19/c f 19698.htm# ednref15 http://e-qanun.az/framework/42868