Ministerial Decree No. 10 on the approval of the Regulation on hunting in the territory of Azerbaijan
صدر في 2005-01-27 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 10.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Livestock, Wild species and ecosystems
- الكلمات المفتاحية
- animal health, allocation/quota, biodiversity, captive wild animals, dangerous animal/harmful animal, hunting authorization/permit, hunting rights, hunting/capture, management/conservation, pests/diseases, pet animals, protection of habitats, protection of species, public health, seasons, wild fauna
أين تقرؤه
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
"Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları" və "Ovçuluq təsərrüfatları haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur). 2. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 8 fevral tarixli 64 nömrəli və 1985 ci il 25 sentyabr tarixli 319 nömrəli qərarları qüvvədən düşmüş hesab edilsin. 3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 27 yanvar 2005-ci il № 10 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması QAYDALARI I. ÜMUMİ MÜDDƏALAR 1.1. Bu Qaydalar "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması qaydalarını müəyyən edir. 1.2. Ovçuluğun həyata keçirilməsinə və ovçuluq təsərrüfatlarının aparılmasına aid edilən, təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvanların məskunlaşdığı torpaq sahələri, meşə, digər bitki və su ilə örtülü olan təbiət əraziləri ov yerləridir. 1.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ovu həyata keçirən şəxslər tərəfindən tutulmuş və vurulmuş vəhşi heyvanlar, onların dəriləri, dəri örtükləri, buynuzları, əti və digər hissələri ov məhsulları hesab olunur. 1.4. Qanunvericiliklə müəyyən edilmiş qaydada ovlanmasına icazə verilmiş təbii sərbəstlik və yarımsərbəst şəraitində xüsusi ayrılmış yerlərdə yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvan növləri ov obyekti sayılır. Vəhşi heyvan növlərinin ov obyektinə aid edilməsi və ovlanma limitləri, həmçinin əhalinin sağlamlığını mühafizə etmək və təhlükəsizliyini təmin etmək, kənd təsərrüfatı və ev heyvanlarını xəstəliklərdən qorumaq, heyvanlar aləminə, onların yaşayış mühitinə və iqtisadiyyata zərər vurulmasının qarşısını almaq məqsədilə ayrı ayrı yırtıcı heyvan növlərinin vurulması limitləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilir. Ov obyektinə aid edilmiş vəhşi heyvanları yetişdirib ov yerlərinə buraxan təsərrüfat subyektləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəyyən etdiyi qaydada ov etmək üçün icazə verə bilər. 1.5. Ovçuluq fəaliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində ovçuluq bileti və üzvlük bileti əsasında verilmiş ov etmək üçün icazəyə müvafiq olaraq həyata keçirilir. Ovçuluq bileti ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquqi sənəddir. Ovçuluq fəaliyyətini həyata keçirmək üçün ovçuluq bileti və ov etmək üçün icazəsi olan fiziki şəxs ovçu sayılır. [1] II. OV QAYDALARI VƏ MÜDDƏTLƏRİ 2.1. Quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü ov sayılır. 2.2. Respublika ərazisində ov mövsümünün başlanmasını və müddətini Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edir və bu barədə media ilə əhaliyə məlumat verilir.[2] 2.3. Ov obyektinə aid edilən vəhşi heyvanların ayrı-ayrı növlərinin ov mövsümündə tutulmasının və vurulmasının norması (sayı) Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilir. 2.4. Ov mövsümündə ov edilməsinə ərazinin epizootik durumundan asılı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən günlərdə yol verilir. Ovçulara ovun yalnız bu günlər ərzində ov obyektlərinin hər növünə ayrıca verilən ov etmək üçün icazədə göstərilən normaya uyğun ov etməyə icazə verilir. Ov etmək üçün icazədə ov obyektlərinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, https://e-qanun.az/framework/7349# edn1 https://e-qanun.az/framework/7349# edn2 icazənin müddəti və şərtləri göstərilir. Ov etmək üçün icazədə göstərilən normada (sayda) əldə edilən ov məhsulları ovçulara məxsusdur. Göstərilən normadan (saydan) artıq əldə edilən ov məhsulları ovçulardan geri alınır və onlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görülür. 2.5. Ov üçün qapalı olan yerlərdə və qadağan edilmiş vaxtda zooloji material toplamaq məqsədilə və başqa elmi məqsədlərlə ovlanması qadağan edilməyən vəhşi heyvanlar yalnız müvafiq elmi təşkilatların müraciətinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə tutulur və vurulur. Bu məqsədlər üçün vəhşi heyvan və quşlar yalnız ovçular tərəfindən ovlanır. 2.6. Ov edən şəxslər adamların və ev heyvanlarının yaralanmasına, habelə yanğın baş verməsinə qarşı bütün ehtiyat tədbirlərini görməyə və sanitar qaydalarına əməl etməyə borcludurlar. 2.7. Hər bir ovçu ova başlayanadək ov yerlərində təşkil edilmiş nəzarət-buraxılış məntəqəsinə gəlir. Burada ovçuluq təsərrüfatının işçiləri onun silahını, ovçuluq biletini, ov silahını saxlamağa daxili işlər orqanlarının xüsusi icazəsini və ov etmək üçün icazəni yoxlayır və ovçuların qeydiyyat kitabında bu barədə müvafiq qeydiyyat aparılır. Ov başa çatdıqdan sonra ovçu yenidən nəzarət-buraxılış məntəqəsinə gəlməyə və ovladığını yoxlatmaq üçün göstərməyə borcludur. Yoxlamanın nəticələri ovçuların qeydiyyat kitabında, ov etmək üçün icazənin kötüyündə isə ovçunun nəzarət-buraxılış məntəqəsinə gəlməsi qeyd edilir.[3] Nəzarət-buraxılış məntəqəsinə gəlmədən ov yerinə gedən və ya ovdan sonra çıxıb gedən ovçular ov qaydalarını pozmuş hesab edilir və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. III. OVÇULARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ Ovçuların hüquq və vəzifələri aşağıdakılardır: ovçuluq təsərrüfatlarından və ov obyektlərindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada istifadə etmək; ovçular cəmiyyətinə üzv olmaq; ov yerlərində ov alətlərindən istfiadə etmək; qanuni əldə edilən ov məhsullarına sahiblik etmək; ovu həyata keçirmək üçün müəyyən olunmuş qaydalara, normalara, limitlərə və müddətlərə əməl etmək; ovçular cəmiyyətinin üzvü olduğu halda hər il üçün ovçular cəmiyyətinə üzvlük haqqını vaxtında ödəmək: [4] ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmək; ov silahından qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı üzrə istifadə etmək; https://e-qanun.az/framework/7349# edn3 https://e-qanun.az/framework/7349# edn4 ov yerlərində ekoloji və sanitariya-gigiyena norma və qaydalarına riayət etmək; ov yerlərində vəhşi heyvanların yaşayış mühitinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək; ovçuluq təsərrüfatlarının mühafizəsi məsələləri üzrə ekoloji proqramların yerinə yetirilməsində iştirak etmək; vəhşi heyvanlar arasında xəstəlik müşahidə edildikdə, onların yaşayış mühiti pisləşdikdə, heyvanların məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında dərhal ovçuluq təsərrüfatlarına, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinəməlumat vermək;[5] Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş və xüsusi mühafizə olunan vəhşi heyvan növlərinin mühafizə rejiminə əməl etmək; Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək və vəzifələri yerinə yetirmək. IV. OV ETMƏK HÜQUQUNUN DAYANDIRILMASI Ov etmək hüququ aşağıdakı hallarda dayandırılır: hər il üçün üzvü olduğu ovçular cəmiyyətinə üzvlük haqqını vaxtında ödəmədikdə;[6] ov etmək üçün verilmiş icazənin müddəti bitdikdə; [7] ov etmək üçün icazədən istifadəyə lüzum qalmadıqda, yaxud bu hüquqdan könüllü imtina edildikdə; ovçuluq fəaliyyətinə xitam verildikdə; vəhşi heyvanları hər hansı vasitə ilə icazəsiz ovladıqda; heyvanlar aləmindən xüsusi istifadə qaydaları pozulduqda; ovçuluq üzrə müəyyən edilmiş qayda, norma və digər tələblər müntəzəm yerinə yetirilmədikdə; heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulan digər hallarda. [8] V. OV ETMƏYƏ QADAĞANLAR VƏ MƏHDUDİYYƏTLƏR Azərbaycan Respublikası ərazisində ov edərkən aşağıdakılar qadağandır: Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzərdə tutulmamış günlərdə ov etmək; ovçuluq bileti və ov etmək üçün icazə olmadan ov etmək; ov yerlərində heyvanlar arasında qorxulu yoluxucu xəstəliklər baş verdikdə ov etmək; https://e-qanun.az/framework/7349# edn5 https://e-qanun.az/framework/7349# edn6 https://e-qanun.az/framework/7349# edn7 https://e-qanun.az/framework/7349# edn8 başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə etməklə ov etmək; ov üçün verilmiş icazədə göstərilməyən yerdə ov etmək; ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədən ov etmək; ov üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov etmək; daxili işlər orqanlarının xüsusi icazəsi olmayan silahlardan istifadə etmək;[9] torların, zınqırovun, quş yapışqanının, tələlərin, ilgəklərin, duzaqların, gecələr məşəl, avtomobil, traktor və başqa nəqliyyat vasitələrinin faralarının işığının, süni işığın, prqjektorların, xərəyin, tor kisələrin, balıq ovu qırmaqlarının, zəhərli və digər toksigen mənşəli preparatlardan istifadə etməklə və ov çalalarının köməyi ilə vəhşi heyvan və quşların kütləvi surətdə əldə olunması üsullarını tətbiq etmək; acınacaqlı vəziyyətdə olan (yemsizliyə, yanğına görə tükü tökülən və taqətdən düşən, yer buz bağlayarkən donan, suyun donmayan yerində keyləşən) vəhşi heyvanları, su quşlarını və pərvazlanmamış bala quşları vurmaq və tutmaq; hər növ heyvanları (qabandan başqa) 3 adamdan çox olaraq qıy və yürüşlə ovlamaq, dovşanları dövrəyə alıb ov etmək; yuvaları qazıb tüstü verməklə tülküləri, porsuqları çıxarmaq, habelə tüstü verməklə dələləri ağac koğuşlarından və başqa sığınacaqlardan çıxarmaq, yumurtaları yığmaq və yuvaları dağıtmaq, düzəltmə yuva yerlərini, vəhşi heyvanlar üçün qoyulmuş yem axurlarını, yem əkinlərini, duzlaqları, lövhələri, fərqləndirici nişanları, göstəriciləri, ov vışkalarını, daxmaları, qazmaları və ov yerlərində düzəldilmiş xəlvət guşə və komaları zədələmək və məhv etmək; sututarları qurutmaq, vəhşi heyvanların yaşayış yerlərini neft məhsulları və zərərli istehsalat tullantıları ilə çirkləndirmək, ov yerlərinin və heyvanların yem bazasının vəziyyətini pisləşdirmək, ağacları, kolları, qamışları kökündən çıxartmaq, kəsmək və yandırmaq; vəhşi heyvan və quşların bütün növlərini avtomaşınla, traktorla, motosikletlə, vertolyotla, motorlu qayıqla qovaraq ovlamaq, habelə avtonəqliyyatda yaxınlaşaraq heyvanları vurmaq, ov vaxtı aydın görünməyən hədəfə, səsə və xışıltıya atəş açmaq, tez alovlanan materiallardan tıxac kimi istifadə etmək, 35 metrdən uzaq məsafədə heyvan və quşlara qırma və ya karteçlə atəş açmaq; ov yerlərində yanğın, daşqın, tufan, zəlzələ, torpaq sürüşməsi, quraqlıq kimi təbii fəlakət hadisələri və vəhşi heyvanlar arasında epidemiya halları baş verdikdə xəstəlik barəsində Kənd Təsərrüfatı Nazirliyinə məlumat verməklə ov Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən məhdudlaşdırıla və ya dayandırıla bilər. https://e-qanun.az/framework/7349# edn9 İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 3 iyun 2005-ci il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 2. 25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132) 3. 19 noyabr 2014-cü il tarixli 372 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1511) 4. 28 sentyabr 2017-ci il tarixli 406 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 oktyabr 2017-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 9, maddə 1761) 5. 15 sentyabr 2023-cü il tarixli 331 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 17 sentyabr 2023-cü il, № 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1352) 6. 27 dekabr 2023-cü il tarixli 483 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr2023-cü il, “Azərbaycan” qəzeti, 30 dekabr 2023-cü il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, II kitab, maddə 1818) 7. 22 aprel 2024-cü il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 aprel 2024-cü il, “Xalq” qəzeti, 25 aprel 2024-cü il, № 83) QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 22 aprel 2024-cü il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 aprel 2024-cü il, “Xalq” qəzeti, 25 aprel2024-cü il, № 83) ilə “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın 1.5-ci bəndin birinci cümləsindən “və üzvlük bileti” sözləri çıxarılmışdır. [2] 15 sentyabr 2023-cü il tarixli 331 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 17 sentyabr 2023-cü il, № 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1352) ilə “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın 2.2-ci bəndində “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilmişdir. [3] 28 sentyabr 2017-ci il tarixli 406 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 oktyabr 2017-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 9, maddə 1761) ilə “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın 2.7-ci bəndinin birinci abzasının ikinci cümləsindən “xüsusi” sözü çıxarılmışdır. http://e-qanun.az/framework/28784 http://e-qanun.az/framework/36612 https://e-qanun.az/framework/55194 https://e-qanun.az/framework/55979 https://e-qanun.az/framework/56776 https://e-qanun.az/framework/7349# ednref1 https://e-qanun.az/framework/56776 https://e-qanun.az/framework/7349# ednref2 https://e-qanun.az/framework/55194 https://e-qanun.az/framework/7349# ednref3 http://e-qanun.az/framework/36612 [4] 22 aprel 2024-cü il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 aprel 2024-cü il, “Xalq” qəzeti, 25 aprel2024-cü il, № 83) ilə “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın III hissənin yeddinci abzasına “hər il” sözlərindən əvvəl “ovçular cəmiyyətinin üzvü olduğu halda” sözləri əlavə edilmişdir. [5] 27 dekabr 2023-cü il tarixli 483 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 30 dekabr 2023-cü il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, II kitab, maddə 1818) ilə “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın III hissəsinin on üçüncü abzasında “və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə,” sözləri “, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə” sözləri ilə əvəz edilmişdir. [6] 22 aprel 2024-cü il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 aprel 2024-cü il, “Xalq” qəzeti, 25 aprel2024-cü il, № 83) ilə “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın IV hissənin ikinci abzası ləğv edilmişdir. [7] 22 aprel 2024-cü il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 aprel 2024-cü il, “Xalq” qəzeti, 25 aprel2024-cü il, № 83) ilə “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın IV hissənin üçüncü abzasında “qurtardıqda” sözü “bitdikdə” sözü ilə əvəz edilmişdir. [8] 22 aprel 2024-cü il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 aprel 2024-cü il, “Xalq” qəzeti, 25 aprel2024-cü il, № 83) ilə “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın IV hissənin doqquzuncu abzası yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda [9] 3 iyun 2005-ci il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın V bölməsinin doqquzuncu abzasında “icazəsi” sözü “xüsusi icazəsi” sözləri ilə əvəz edilmişdir. [10] 25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132) ilə 2.2-ci bənddə «istirahət (rekreasiya)»sözləri «rekreasiya» sözü ilə əvəz edilmişdir. [11] 27 dekabr 2023-cü il tarixli 483 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 30 dekabr 2023-cü il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, II kitab, maddə 1818) ilə “Ovçuluq təsərrüfatları haqqında Əsasnamə”nin 2.6-cı bəndində “Kənd Təsərrüfatı Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan https://e-qanun.az/framework/7349# ednref4 https://e-qanun.az/framework/56776 https://e-qanun.az/framework/7349# ednref5 https://e-qanun.az/framework/55979 https://e-qanun.az/framework/7349# ednref6 https://e-qanun.az/framework/56776 https://e-qanun.az/framework/7349# ednref7 https://e-qanun.az/framework/56776 https://e-qanun.az/framework/7349# ednref8 https://e-qanun.az/framework/56776 https://e-qanun.az/framework/7349# ednref9 https://e-qanun.az/framework/7349# ednref10 https://e-qanun.az/framework/7349# ednref11 https://e-qanun.az/framework/55979 Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə” sözləri ilə əvəz edilmişdir. [12] 19 noyabr 2014-cü il tarixli 372 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1511) ilə “Ovçuluq təsərrüfatları haqqında Əsasnamə”nin 2.16-cı bəndində “balıq ehtiyatlarını” sözləri “balıq və digər su bioresurslarını” sözləri ilə əvəz edilmişdir. [13] 25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132) ilə 3.2-ci bəndində isə «və istirahət (rekreasiya)» sözləri « , turizm və rekreasiya» sözləri ilə əvəz edilmişdir. [14] 25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132) ilə 4.4-cü bəndlərində «istirahət (rekreasiya)»sözləri «rekreasiya» sözü ilə əvəz edilmişdir. https://e-qanun.az/framework/7349# ednref12 http://e-qanun.az/framework/28784 https://e-qanun.az/framework/7349# ednref13 https://e-qanun.az/framework/7349# ednref14