Ministerial Decree No. 10 on the approval of the Regulation on hunting farms
صدر في 2005-01-27 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- Ovçuluq təsərrüfatları haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 10.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Wild species and ecosystems
- الكلمات المفتاحية
- animal health, biodiversity, business/industry/corporations, captive wild animals, endangered species, enforcement/compliance, hunting/capture, national parks, pests/diseases, protection of environment, protection of habitats, protection of species, wild fauna, zoning, protected area
- الفئات
- *
أين تقرؤه
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
"Ovçuluq təsərrüfatları haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları" və "Ovçuluq təsərrüfatları haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur). 2. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 8 fevral tarixli 64 nömrəli və 1985 ci il 25 sentyabr tarixli 319 nömrəli qərarları qüvvədən düşmüş hesab edilsin. 3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 27 yanvar 2005-ci il № 10 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Ovçuluq təsərrüfatları haqqında ƏSASNAMƏ I. ÜMUMİ MÜDDƏALAR 1.1. Ovçuluq təsərrüfatı - təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan və ya yetişdirilən vəhşi heyvanların ayrı-ayrı növlərinin qorunması və artırılması, habelə onların yetişdirilib ov yerlərinə buraxılması və ovçuluq məqsədilə təşkil edilmiş mühafizə rejimli təsərrüfat subyektidir. 1.2. Ovçuluq təsərrüfatları respublika və yerli əhəmiyyətli kateqoriyalara bölünməklə onların kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə keçirilməsi elmi müəssisələrin və əlaqədar təşkilatların rəyi nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. 1.3. Respublika əhəmiyyətli ovçuluq təsərrüfatları elmi və texniki - iqtisadi əsaslandırmaya uyğun olaraq elmi müəssisələrin və əlaqədar təşkilatların rəyi, ərazinin epizootik durumu nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təşkil edilir. 1.4. Respublika əhəmiyyətli ovçuluq təsərrüfatlarını Ekologiya və Təbii Sərvətlər Nazirliyi idarə edir və həmin təsərrüfatlar hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilə bilməz. 1.5. Yerli əhəmiyyətli ovçuluq təsərrüfatları elmi müəssisələrin və əlaqədar təşkilatların rəyi nəzərə alınmaqla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı ilə yaradılır. 1.6. Yerli əhəmiyyətli ovçuluq təsərrüfatları bütövlükdə və ya qismən, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələrin, hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilə bilər. Yerli əhəmiyyətli ovçuluq təsərrüfatları istifadəyə və icarəyə verilərkən onların hüquqi statusu, mühafizə rejimi və məqsədli təyinatı saxlanılır. 1.7. Dövlət ov fondunun artırılması üçün ov obyektlərinə aid edilmiş vəhşi heyvanların təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılması qaydası Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. 1.8. Ovçuluq təsərrüfatlarının təşkili və aparılması məqsədilə vəhşi heyvanların yaşadığı, miqrasiya etdiyi və çoxaldığı ərazilər ov yerləri kimi istifadə edilir. 1.9. Ov yerlərinə yaşayış məntəqələrinin, sənaye, təsərrüfat və hərbi obyektlərin, dövlət təbiət qoruqlarının əraziləri, milli və təbiət parklarının xüsusi mühafizəsinin hüquqi rejimi tətbiq olunan fəaliyyət zonaları aid edilə bilməz və bu ərazilərdə ovçuluğun həyata keçirilməsi qadağandır. 1.10.Ovçuluq təsərrüfatlarının aparılması məqsədilə ov yerləri qanunvericiliklə müəyyən edilmiş qaydada azı 10 il müddətinə hüquqi və fiziki şəxslərin istifadəsinə və ya icarəsinə verilə bilər. 1.11.Bələdiyyələr, hüquqi və fiziki şəxslər mülkiyyətlərində olan torpaqlarda qanunvericiliyə uyğun olaraq ov obyektlərini yetişdirib ov yerlərinə buraxmaq məqsədilə ovçuluq təsərrüfatları yarada bilərlər. 1.12.Respublika və yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının mühafizəsi və bərpası, onların inkişafı və yerləşdirilməsi üzrə respublika sxeminin hazırlanması, dövlət ovçuluq kadastrının və ov obyektlərinin monitorinqinin aparılması tədbirləri dövlət büdcəsi, xarici investisiyalar, qrantlar və ianələr hesabına maliyyələşdirilir. Maliyyələşdirmənin miqdarı qanunvericiliyin tələblərinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunmuş smeta sənədləri əsasında müəyyən edilir. 1.13.Ovçuluq təsərrüfatları üzərində öz adı əks olunmuş möhürə, müvafiq blank və ştamplara malikdir. II. OVÇULUQ TƏSƏRRÜFATLARININ VƏZİFƏLƏRİ VƏ FUNKSİYALARI 2.1. Ovçuluq təsərrüfatlarının mühafizəsi və istifadəsi üzrə müəyyən olunmuş norma, tələb və qaydalara əməl etmək. 2.2. Ovçuluq təsərrüfatlarında turizm və rekreasiya üçün şərait yaratmaq.[10] 2.3. Ovçuluq təsərrüfatlarında vəhşi heyvanların sayının və istifadəsinin ilkin uçotunu aparmaq, onların vəziyyətini və yaşayış yerlərinin xarakterini öyrənmək, bu məlumatları müəyyən edilmiş qaydada heyvanlar aləminin dövlət uçotunu, kadastrını və monitorinqini həyata keçirən dövlət orqanına vermək. 2.4. Ovçuluq təsərrüfatlarında nəzarət-buraxılış mənətəqələri yaratmaq. 2.5. Ovçuluq təsərrüfatlarına ova gələn şəxsləri qeydiyyata almaq və onların icazə əsasında ovladıqları vəhşi heyvanların uçotunu aparmaq. 2.6. Vəhşi heyvanlar xəstəliyə yoluxduqda, onların yaşayış mühiti pisləşdikdə, məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermək, xəstəliklərin profilaktikası və ləğvi üzrə tədbirlər həyata keçirmək.[11] 2.7. Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş və xüsusi mühafizə olunan vəhşi heyvan növlərinin mühafizə rejiminə əməl etmək. 2.8. Dövlət nəzarətini həyata keçirən orqanın işçilərini ovçuluq təsərrüfatlarına maneəsiz buraxmaq və onların qanuni tələblərini və qərarlarını vaxtlı-vaxtında yerinə yetirmək. 2.9. Ovçuluq təsərrüfatlarında ov obyektinə aid edilmiş vəhşi heyvanların, habelə onların yeni növlərinin yetişdirilməsini təşkil etmək və təbiətə buraxmaq, təbiətə buraxılma sayına uyğun olaraq onların ovunu qanunvericilikdə nəzərdə tutulmuş qaydada təşkil etmək. 2.10. Ovçuluq təsərrüfatlarının yerləşdiyi ərazi üçün xarakterik olan ov obyektinə aid edilmiş vəhşi heyvanların qanunvericilikdə nəzərə tutulmuş qaydada təbiətdən götürülərək süni şəkildə çoxaldılmasını təşkil etmək, hər bir vəhşi heyvan növü üzrə müəyyən yaş dövründə onları həmin təsərrüfatların ərazisinə buraxmaq və müvafiq qaydada ilkin uçotunu aparmaq. 2.11. Ovçuluq təsərrüfatlarında vəhşi heyvanların, habelə onların yeni növlərinin yetişdirilməsini, artırılmasını və bərpasını həyata keçirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı, Kənd Təsərrüfatı Nazirliyinin və elmi müəssisələrin rəyi nəzərə alınmaqla damazlıq bazaları yaratmaq. 2.12. Ovçuluq təsərrüfatlarında ov obyektinə aid edilmiş vəhşi heyvanların populyasiya quruluşunun (yaş və cinsiyyət tərkibinin), çoxalma və ov mövsümündə çıxdaş faizinin elmi tədqiqat müəssisələri tərəfindən aparılan tədqiqat işlərinin nəticəsini nəzərə almaqla müəyyən olunmasını təmin etmək. https://e-qanun.az/framework/7349# edn10 https://e-qanun.az/framework/7349# edn11 2.13. Ovçuluq təsərrüfatının təyinatına uyğun olaraq təsərrüfat fəaliyyəti üçün zəruri olan yardımçı təsərrüfatlar, emalatxanalar, xəstə heyvanlar üçün təcridxana və digər obyektlər yaratmaq. 2.14. Vəhşi heyvan və quşların başqa təsərrüfatlara köçürülməsi üçün qoruqlar (rezervatlar) təşkil etmək. 2.15. Ov faunasının yaxşılaşdırılması üçün seleksiya işləri və biotexniki tədbirlər kompleksi aparmaq. 2.16. Təsərrüfatların ərazisində ov faunasını, balıq və digər su bioresurslarını, dövlət meşə fondu meşəliklərini qorumaq və geniş surətdə artırmaq.[12] 2.17. Ov etmənin təşkilinin və həyata keçirilməsinin ən yaxşı üsullarını hazırlamaq. 2.18. Vəhşi heyvanlar və quşlar üçün daha yaxşı yem, yuva və mühafizə şəratini təmin edən tədbirlər görmək. III. OVÇULUQ TƏSƏRRÜFATLARININ İNKİŞAFI VƏ YERLƏŞDİRİLMƏSİ SXEMLƏRİ 3.1. Ovçuluq təsərrüfatlarının inkişafı və yerləşdirilməsi sxemləri sosial-iqtisadi tələblər və ətraf mühitin vəziyyəti nəzərə alınmaqla onların yaradılması üçün perspektiv tələbatı müəyyən edir. 3.2. Məqsədli istifadəsinə və hüquqi rejiminə görə ovçuluq təsərrüfatlarının torpaqlarına təbiəti mühafizə, sağlamlaşdırma , turizm və rekreasiya təyinatlı torpaqlar daxildir.[13] 3.3. Ovçuluq təsərrüfatlarının təşkili məqsədilə başqa kateqoriyalara aid edilmiş torpaqların istifadəyə verilməsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. 3.4. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ovçuluq təsərrüfatlarının inkişafı və yerləşdirilməsi sxemləri əsasında onların yaradılması və genişləndirilməsi üçün torpaq sahələri müvafiq ehtiyat torpaq fondunda saxlanılır. 3.5. Ovçuluq təsərrüfatlarının hər biri üçün pasport hazırlanır və Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət qeydiyyatına alınmaqla müəyyən olunmuş qaydada saxlanılır. IV. OVÇULUQ TƏSƏRRÜFATLARININ MÜHAFİZƏSİ VƏ İSTİFADƏSİ 4.1. Ovçuluq təsərrüfatları ərazisinin mühafizəsi təsərrüfatın bütün işçiləri tərəfindən onların vəzifə borclarına müvafiq surətdə həyata keçirilir. 42. Müvafiq icazə olmadan ovçuluq təsərrüfatlarının ərazisində ov etmək, balıq ovlamaq və bu əraziyə ov alətləri ilə gəlmək qadağandır. 43. Ovçuluq təsərrüfatlarında ərazinin təbii vəziyyətini pozan hər hansı təsərrüfat fəaliyyətinə yol verilmir. https://e-qanun.az/framework/7349# edn12 https://e-qanun.az/framework/7349# edn13 44. Ovçuluq təsərrüfatlarından hüquqi və fiziki şəxslər mədəni, tədris, turizm, rekreasiya və məhdud təsərrüfat fəaliyyəti məqsədləri ilə istifadəni müəyyən edilmiş qaydada ödənişli əsaslarla həyata keçirirlər.[14] 4.5. Ovçuluq təsərrüfatlarından istifadəyə görə ödənişlər dövlət büdcəsinə köçürülür. 4.6. Ovçuluq təsərrüfatlarına bitişik olan torpaq və su sahələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalar müəyyən edilə bilər. Bu zonaların torpaqlarında ovçuluq təsərrüfatlarına zərərli təsir göstərən hər cür fəaliyyət qadağan edilir. 4.7. Ovçuluq təsərrüfatlarının təbii vəziyyətinin qorunub saxlanılmasında təsərrüfat subyektləri məsuliyyət daşıyırlar. 4.8. Ovçuluq təsərrüfatları onlara verilmiş ov yerlərində yalnız əsas torpaq istifadəçilərinin razılığı ilə yem sahələri yarada bilər və volyerlər düzəldə bilərlər. 4.9. Ovçuluq təsərrüfatları onlara verilmiş ərazilərdə əsas torpaq istifadəçiləri tərəfindən bu sahələrdən istifadə qaydasına və xarakterinə uyğun olaraq fəaliyyət göstərməlidirlər. 4.10. Ovçuluq təsərrüfatlarından təbiəti mühafizə, ovçuluq, elmi tədqiqat, vəhşi heyvanların yarımsərbəst və qeyri-sərbəst şəraitdə saxlanılması, yetişdirilməsi və artırılması məqsədilə tutulması, sağlamlaşdırma, təlim-tərbiyə, ekoloji maarifləndirmə, turizm, istirahət üçün istifadə edilə bilər. Ovçuluq təsərrüfatlarında onların məqsədli təyinatına və təbiət komplekslərinin və ayrı-ayrı obyektlərin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayan başqa fəaliyyət növləri həyata keçirilə bilər. 4.11. Ovçuluq təsərrüfatlarının rejimini pozmaqda müqəssir olan şəxslər mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 3 iyun 2005-ci il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 2. 25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132) 3. 19 noyabr 2014-cü il tarixli 372 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1511) 4. 28 sentyabr 2017-ci il tarixli 406 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 oktyabr 2017-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 9, maddə 1761) 5. 15 sentyabr 2023-cü il tarixli 331 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 https://e-qanun.az/framework/7349# edn14 http://e-qanun.az/framework/28784 http://e-qanun.az/framework/36612 https://e-qanun.az/framework/55194 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 17 sentyabr 2023-cü il, № 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1352) 6. 27 dekabr 2023-cü il tarixli 483 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr2023-cü il, “Azərbaycan” qəzeti, 30 dekabr 2023-cü il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, II kitab, maddə 1818) 7. 22 aprel 2024-cü il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 aprel 2024-cü il, “Xalq” qəzeti, 25 aprel 2024-cü il, № 83) QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 22 aprel 2024-cü il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 aprel 2024-cü il, “Xalq” qəzeti, 25 aprel2024-cü il, № 83) ilə “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın 1.5-ci bəndin birinci cümləsindən “və üzvlük bileti” sözləri çıxarılmışdır. [2] 15 sentyabr 2023-cü il tarixli 331 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 17 sentyabr 2023-cü il, № 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1352) ilə “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın 2.2-ci bəndində “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilmişdir. [3] 28 sentyabr 2017-ci il tarixli 406 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 oktyabr 2017-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 9, maddə 1761) ilə “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın 2.7-ci bəndinin birinci abzasının ikinci cümləsindən “xüsusi” sözü çıxarılmışdır. [4] 22 aprel 2024-cü il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 aprel 2024-cü il, “Xalq” qəzeti, 25 aprel2024-cü il, № 83) ilə “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın III hissənin yeddinci abzasına “hər il” sözlərindən əvvəl “ovçular cəmiyyətinin üzvü olduğu halda” sözləri əlavə edilmişdir. [5] 27 dekabr 2023-cü il tarixli 483 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 30 dekabr 2023-cü il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, II kitab, maddə 1818) ilə “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın III hissəsinin on üçüncü abzasında “və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə,” sözləri “, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə” sözləri ilə əvəz edilmişdir. https://e-qanun.az/framework/55979 https://e-qanun.az/framework/56776 https://e-qanun.az/framework/7349# ednref1 https://e-qanun.az/framework/56776 https://e-qanun.az/framework/7349# ednref2 https://e-qanun.az/framework/55194 https://e-qanun.az/framework/7349# ednref3 http://e-qanun.az/framework/36612 https://e-qanun.az/framework/7349# ednref4 https://e-qanun.az/framework/56776 https://e-qanun.az/framework/7349# ednref5 https://e-qanun.az/framework/55979 [6] 22 aprel 2024-cü il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 aprel 2024-cü il, “Xalq” qəzeti, 25 aprel2024-cü il, № 83) ilə “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın IV hissənin ikinci abzası ləğv edilmişdir. [7] 22 aprel 2024-cü il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 aprel 2024-cü il, “Xalq” qəzeti, 25 aprel2024-cü il, № 83) ilə “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın IV hissənin üçüncü abzasında “qurtardıqda” sözü “bitdikdə” sözü ilə əvəz edilmişdir. [8] 22 aprel 2024-cü il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 aprel 2024-cü il, “Xalq” qəzeti, 25 aprel2024-cü il, № 83) ilə “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın IV hissənin doqquzuncu abzası yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda [9] 3 iyun 2005-ci il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın V bölməsinin doqquzuncu abzasında “icazəsi” sözü “xüsusi icazəsi” sözləri ilə əvəz edilmişdir. [10] 25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132) ilə 2.2-ci bənddə «istirahət (rekreasiya)»sözləri «rekreasiya» sözü ilə əvəz edilmişdir. [11] 27 dekabr 2023-cü il tarixli 483 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 30 dekabr 2023-cü il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, II kitab, maddə 1818) ilə “Ovçuluq təsərrüfatları haqqında Əsasnamə”nin 2.6-cı bəndində “Kənd Təsərrüfatı Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə” sözləri ilə əvəz edilmişdir. [12] 19 noyabr 2014-cü il tarixli 372 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1511) ilə “Ovçuluq təsərrüfatları haqqında Əsasnamə”nin 2.16-cı bəndində “balıq ehtiyatlarını” sözləri “balıq və digər su bioresurslarını” sözləri ilə əvəz edilmişdir. [13] 25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132) ilə 3.2-ci bəndində isə «və istirahət (rekreasiya)» sözləri « , turizm və rekreasiya» sözləri ilə əvəz edilmişdir. https://e-qanun.az/framework/7349# ednref6 https://e-qanun.az/framework/56776 https://e-qanun.az/framework/7349# ednref7 https://e-qanun.az/framework/56776 https://e-qanun.az/framework/7349# ednref8 https://e-qanun.az/framework/56776 https://e-qanun.az/framework/7349# ednref9 https://e-qanun.az/framework/7349# ednref10 https://e-qanun.az/framework/7349# ednref11 https://e-qanun.az/framework/55979 https://e-qanun.az/framework/7349# ednref12 http://e-qanun.az/framework/28784 https://e-qanun.az/framework/7349# ednref13 [14] 25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132) ilə 4.4-cü bəndlərində «istirahət (rekreasiya)»sözləri «rekreasiya» sözü ilə əvəz edilmişdir. https://e-qanun.az/framework/7349# ednref14