تخطَّ إلى المحتوى
Nelum
قوانين أذربيجان

Ministerial Decree No. 10 on approval of rules regarding storage and transport of hazardous chemicals across the country

صدر في 2007-01-22 · النص بتاريخ 2026-10-01

القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.

البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.

عن هذا القانون

العنوان الأصلي
Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması qaydalarinin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərari № 10.
اللغة
Azerbaijani
النوع
لائحة
الدولة
أذربيجان
الموضوعات
Cultivated plants, Waste and hazardous substances
الكلمات المفتاحية
access-to-information, biological control agents, classification/declassification, hygiene/sanitary procedures, inspection, certification, packaging/labelling, toxicity/poisoning, protection of environment, standards, transport/storage, hazardous substances
الفئات
agriculture

أين تقرؤه

    لا يوجد رابط مصدر مسجل لهذا القانون.

النص

نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.

  1. Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.16-cı, 1.17-ci, 1.25-ci, 1.26-cı və 1.27-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları", "İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və yaməhv edilməsi Qaydaları", "Yüksək toksiki-ekoloji təhlükəli preparatların siyahısı və tətbiqi Qaydaları", "Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi Qaydaları" və "Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması Qaydaları" təsdiq edilsin (əlavə olunur). 2. "Pestisidlər və aqrokimyəvi maddələr haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı müvafiq normativ hüquqi aktların təsdiqedilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 oktyabr tarixli 120 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin. 3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında aqrar bölmənin idarəetmə sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 fevral tarixli 272 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə" 2000-ci il 31 may tarixli 97 nömrəli qərarının 1-ci bəndi, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının və sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə" 2004-cü il 10 mart tarixli 27 nömrəli qərarının 5-ci bəndi, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə" 2005-ci il 7 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər edilən bəzi qərarlarının Siyahısı"nın 6-cı bəndi, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" 2006 -cı il 22 may tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına edilən əlavələr və dəyişikliklər "in 2-ci bəndi qüvvədən düşmüş hesab edilsin. 4. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 22 yanvar 2007-ci il № 10 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması Q A Y D A L A R I 1. Bu Qaydalar "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.27-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınmasını və saxlanmasını tənzimləyir. 2. Zəhərli kimyəvi maddələr müvafiq standartlara və texniki şərtlərə uyğun olaraq qablaşdırılmalı, markalanmalı və müşayiətedici sənədlərdə və istifadə təminatlarında Azərbaycan dilində və zəruri hallarda başqa dillərdə hazırlanma tarixi, saxlanma müddəti, şəraiti barədə və digər məlumatlar göstərilməlidir. 3. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada zəhərli kimyəvi maddələrin istehsalı, saxlanması, satışı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslər ( bundan sonra-sahibkar) zəhərli kimyəvi maddələrin daşınmasında iştirak edərkən xüsusi fərdi geyim və digər vasitələrdən istifadə etməlidirlər, 4. Zəhərli kimyəvi maddələr avtomobillə daşındıqda adamlar maşının kabinəsində oturmalıdırlar. Zəhərli kimyəvi maddələrin daşınması üçün asan təmizlənə və zərərsizləşdirilə bilən xüsusi nəqliyyat vasitələri ayrılmalıdır .Avtomobilin bortu müvafiq boya ilə rənglənməli və ona "zəhərli maddə" sözləri yazılmalı, hər tərəfinə qırmızı kiçik bayraq bərkidilməlidir. Nəqliyyat vasitəsilə ancaq zavodda qablaşdırılmış, yaxşı bağlanan və bütövlüyü pozulmamış taralara yığılmış preparatlar daşınmalıdır. 5. Zəhərli kimyəvi maddələr daşınan və ya daşındıqdan sonra təmizlənməyən və zərərsizləşdirilməyən nəqliyyatda insanların, ərzaq və yem məhsullarının daşınması qadağan olunur. 6. Zəhərli kimyəvi maddələrin yüklənməsi və boşaldılması işləri ehtiyatla yerinə yetirilməli, taraların zədələnməsinə, zəhərli kimyəvi maddələrin dağıdılmasına yol verilməməlidir. 7. Zəhərli kimyəvi maddə torpağa və ya maşına dağılarsa, dərhal Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumlarına sahibkar tərəfindən müraciət olunmalı və bu maddələr xüsusi üsullarla zərərsizləşdirilməlidir. 8. Alovlana bilən zəhərli kimyəvi maddələr yanğınsöndürən cihazla təmin edilmiş üstü dəmirlə örtülü maşında daşınmalıdır. 9. Sahibkar zəhərli kimyəvi maddələri bu məqsəd üçün tikilən texniki təhlükəsizliyə və sanitariya-gigiyena tələblərinə uyğun olan xüsusi anbarlarda saxlamalıdır. Anbarlar yanğınsöndürənlərlə, su, qum və digər inventarlarla təmin olunmalıdır və məcburi havadəyişən qurğular quraşdırılmalıdır. Anbarlar adətən dəmiryola yaxın, açıq, hasarlanmış yerlərdə yerləşir və bu yerlər xüsusi quruluşa malik olaraq, torpağın, yeraltı suların və havanın çirklənməsinə imkan yaratmamalıdır. 10. Zəhərli kimyəvi maddələrin yığılması və boşaldılması işləri mexanikləşdirilməlidir. İstifadə edilən vəsaitlər anbarlardan yığışdırılaraq ayrıca yerlərdə təmizlənərək saxlanılmalıdır. 11. Zəhərli kimyəvi maddələr saxlanılan anbarlar aşağıdakı tələblərə cavab verməlidir: 11.1. yaşayış məntəqələrindən, heyvanlar saxlanılan yerlərdən və taxıl anbarlarından azı 500 metr, su mənbələrindən isə 2000 metr uzaqda və bu tikililərə nisbətən külək tutmayan tərəfdə yerləşdirilməlidir; 11.2. geniş, işıqlı , quru, divarları və tavanı asan yuyulan, döşəməsi hamar olmalıdır; 11.3. zəhərli kimyəvi maddələri saxlamaq üçün yeri, onları çəkmək və ölçmək üçün müxtəlif vəsaitləri olmalıdır; 11.4. ən azı iki otaqdan ibarət olmalı, onlardan biri zəhərli kimyəvi maddələrin saxlanılması və buraxılması, digəri isə onların qeydiyyatının aparılması və xüsusi geyimlərin saxlanılması üçün təchiz edilməlidir; 11.5. fiziki-kimyəvi xassəsinə, toksikliyinə və yanğın təhlükəlilik dərəcə sinə görə zəhərli kimyəvi maddələrin xassəsi nəzərə alınmaqla, anbar otağı bir neçə bölmədən ibarət olmalıdır; 11.6. effektli ventilyasiya olunmalıdır; 11.7. zəhərli kimyəvi maddələr saxlanılan sahələr gündə 2-3 dəfə havalandırılmalı və orada havanın temperaturu 18-20°C olmalıdır; 11.8. hər gün yığışdırılmalı və havası dəyişdirilməli, sanitar-məişət hissələri, paltar asılan yerləri və duşları isə vaxtaşırı dezinfeksiya edilməlidir; 11.9. kağız və sintetik torbalarda, taxta yeşiklərdə, ağac və metal barabanlarda, flyaqalarda qablaşdırılmış zəhərli kimyəvi maddələr yan-yana qoyulmuş taxta altlıqlar üzərinə yığılmalıdır; 11.10. zəhərli kimyəvi maddələri rütubətdən qorumaq üçün aşağı altlıq döşəmədən 20-25 santimetr hündür olmalıdır; 11.11. zəhərli kimyəvi maddələri yığmaq üçün taxta rəflərin hündürlüyü torba taralar üçün 4,5 metrdən, taxta yeşik, metal, ağac barabanlar üçün isə 3 metrdən hündür olmamalıdır; 11.12. stellaj və rəflərə yaxınlaşmaq üçün əlverişli şərait olmalıdır; 11.13. saxlanılan zəhərli kimyəvi maddələrin qruplarını müəyyən etmək üçün taraların üzərinə insektisid və akarisidlərdə - qara, fungisidlərdə - yaşıl, toxum dərmanlayıcılarda - göy, defolyantlarda - ağ, zoosidlərdə - sarı, herbisidlərdə isə qırmızı zolaq çəkilməlidir; 11.14. lazımi inventar və avadanlıqlarla təchiz olunmalıdır. [8] 12. Sahibkar zəhərli kimyəvi maddələri saxladığı anbarlarda yanğın əleyhinə müvafiq qaydalara riayət etməlidir. 13. Zəhərli kimyəvi maddələr anbara qəbul edilərkən zavodda doldurulmuş qablarda olmalıdır. Qabların üzərinə aşağıdakılar yazılmalıdır: istehsalçının adı; əmtəə nişanı; zəhərli kimyəvi maddənin adı; təsiredici maddənin faizi; zəhərli kimyəvi maddənin qrupu; təhlükəlilik nişanı; zəhərli kimyəvi maddənin çəkisi; partiya nömrəsi; hazırlandığı tarix; yanğından və partlayışdan təhlükəsizlik göstəriciləri. 14. Zəhərli kimyəvi maddələr yığılan anbarlarda mineral gübrələrin, ərzaq mallarının, yemin və sair təsərrüfat mallarının saxlanılması qadağandır. 15. Anbara daxil olan və anbardan buraxılan bütün zəhərli kimyəvi maddələr haqqında məlumatlar anbarda saxlanılan xüsusi qeydiyyat kitabında yazılır. Anbara müxtəlif zəhərli kimyəvi maddələr daxil olduqca, onların qeydiyyatı üçün müvafiq səhifə ayrılmalıdır. 16. Zəhərli kimyəvi maddələr saxlanılan anbarlarda siqaret çəkmək və açıq alovdan istifadə etmək qadağandır. Anbardar zəhərli kimyəvi maddələr buraxılan və qəbul edilən zaman anbarda olmalıdır. Başqa şəxslərin anbara daxil olması qadağandır. 17. Zəhərli kimyəvi maddələr anbardan zavoda istehsal edilmiş qablarda buraxılmalıdır. Onların uçotu və hesabatı çəkilərinə uyğun aparılmalıdır. 18. Mənşə və uyğunluq sertifikatları olmayan, standartlara uyğun gəlməyən, insanların həyatı, sağlamlığı və əmlakına, habelə ətraf mühitə zərər vura bilən zəhərli kimyəvi maddələrin daşınması və saxlanmasına yol verilmir. 19. Zəhərli kimyəvi maddələrlə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər mövcud qanunvericiliyə uyğun olaraq http://www.e-qanun.az/alpidata/framework/data/12/c f 12729.htm# edn8 onların daşınmasında və saxlanılmasında texniki təhlükəsizliyə və əməyin mühafizəsinə cavabdehlik daşıyırlar. 20. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin iştirakı ilə razılaşdırılmış qrafikə uyğun olaraq zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanmasında sahibkar tərəfindən mövcud reqlamentə, sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə riayət edilməsini, habelə ətraf mühitə və insan sağlamlığına təsirini yoxlayır. Yoxlamaların nəticələri müvafiq protokolla rəsmiləşdirilir. Protokolda dövlət nəzarəti orqanlarının əməkdaşlarının soyadı, adı, atasının adı göstərilir və bu barədə nəzarət kitabçasında qeyd aparılır. Protokolun bir nüsxəsi sahibkara təqdim edilir. Protokolu imzalayarkən, sahibkarın öz rəyini əlavə etmək hüququ vardır. Protokolda aşağıdakı məlumatlar qeyd edilir: sahibkar haqqında məlumatlar ( soyadı, adı, atasının adı, ünvanı); nəzarətin aparılmasının səbəbləri və müddəti; yoxlamanın nəticələri. Yoxlama zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün mövcud qanunvericiliyə uyğun tədbirlər görülür. Sahibkar yoxlamanın nəticələri ilə razılaşmadığı halda, müəyyən olunmuş qaydada inzibati və məhkəmə qaydasında şikayət edə bilər. [9] http://www.e-qanun.az/alpidata/framework/data/12/c f 12729.htm# edn9

Ministerial Decree No. 10 on approval of rules regarding storage and transport of hazardous chemicals across the country · Nelum