Ministerial Decree № 22 on the registration procedures of family farming
صدر في 2006-01-26 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 22.
- اللغة
- Azerbaijani
- النوع
- لائحة
- الدولة
- أذربيجان
- الموضوعات
- Agricultural and rural development
- الكلمات المفتاحية
- agricultural land, enforcement/compliance, data collection/reporting, family farming, procedural matters, registration, smallholders/peasants, farming, agricultural development
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
"Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları" nın təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Ailə kəndli təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 319 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları" təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 26 yanvar 2006-cı il № 22 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli 22 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Ailə kəndli təsərrüfatının uçotunun aparılması QAYDALARI 1. Bu Qaydalar "Ailə kəndli təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 319 nömrəli Fərmanının 1.5-ci bəndinə əsasən hazırlanmışdır və ailə kəndli təsərrüfatının uçotunun aparılmasını tənzimləyir. 2. Ailə kəndli təsərrüfatının uçotunu müvafiq ərazilər üzrə bələdiyyə orqanları həyata keçirir. Ailə kəndli təsərrüfatının başçısı uçota durmaq üçün müvafiq ərazi bələdiyyəsinə ərizə ilə müraciət etməlidir. Ərizədə ailə kəndli təsərrüfatının başçısının və üzvlərinin adı, soyadı, atasının adı, yaşayış yeri və ailə kəndli təsərrüfatının yerləşdiyi yer barədə məlumatlar göstərilməlidir. Ailə kəndli təsərrüfatının başçısının şəxsiyyətini təsdiq edən sənədin surəti ərizəyə əlavə edilir. 3. Ailə kəndli təsərrüfatının uçotunu aparan bələdiyyə orqanı ərizəyə 2 gündən gec olmayaraq baxmalıdır. Uçotu aparan bələdiyyə orqanı bu müddət ərzində təsərrüfatın uçota götürülməsi barədə onun başçısına və ailə üzvlərinə rəsmi sənəd-vəsiqə verir. Rəsmi sənədin verilməsinə görə bələdiyyə orqanlarına haqq ödənilmir. 4. Ailə kəndli təsərrüfatının başçısı dəyişdirildikdə təsərrüfatın yeni seçilmiş başçısı bu barədə onun uçotunu aparan bələdiyyə orqanına 3 gün müddətində məlumat verməlidir. Ailə kəndli təsərrüfatının üzvlərinin sayının və tərkibinin dəyişməsi ilə əlaqədar təsərrüfatın başçısı bələdiyyə orqanına yazılı məlumat verməlidir. 5. Ailə kəndli təsərrüfatının uçotunun aparılması üçün statistika orqanları tərəfindən təsdiq edilmiş formaya uyğun bələdiyyə orqanı xüsusi reyestr kitabı tərtib edir. Reyestr kitabında uçotu aparılan ailə kəndli təsərrüfatlarının üzvləri və dövriyyəsi barədə qeydlər aparılır. Ləğv edilmiş və statusu itirilmiş ailə kəndli təsərrüfatları barədə reyestr kitabında müvafiq qeydlər aparılır. 6. Ailə kəndli təsərrüfatı statistika orqanı tərəfindən müəyyən edilmiş formaya uyğun olan kitabda öz dövriyyəsinin uçotunu aparır. Təsərrüfatın başçısı illik dövriyyə barədə məlumatı statistika orqanının müəyyən etdiyi formada növbəti il yanvarın 20-dən gec olmayaraq uçotda olduğu bələdiyyə orqanına təqdim edir. 7. İllik dövriyyəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddən çox olmasına görə statusunu itirmiş ailə kəndli təsərrüfatları barədə məlumatlar bu statusun itirildiyi gündən sonrakı 3 gün müddətində bələdiyyə tərəfindən müvafiq ərazi vergi orqanına təqdim edilir. 8. Ailə kəndli təsərrüfatının uçotunu aparan müvafiq bələdiyyə orqanı hesabat dövründən sonrakı ayın 10-dək uçota götürülmüş təsərrüfatlar barədə müvafiq ərazi statistika orqanına məlumat verməlidir.