Law No. 932-IVQD amending the Environmental Protection Law of 1999
صدر في 2014-04-04 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasinin Qanunu.
- اللغة
- Azerbaijani
- النوع
- قانون
- الدولة
- أذربيجان
- الموضوعات
- Environment
- الكلمات المفتاحية
- inspection, monitoring
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 999-IIIQ nömrəli və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli qanunlarını nəzərə alaraq qərara alır: “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 472; 2001, № 3, maddə 148; 2002, № 5, maddə 238; 2003, № 4, maddə 178; 2004, № 2, maddə 57, № 4, maddə 201; 2008, № 2, maddə 47; 2009, № 10, maddə 769; 2013, № 3, maddə 209) aşağıdakı dəyişikliklər edilsin: 1. 23-cü maddənin 3-cü hissəsinin 3.3-cü bəndi ləğv edilsin; 2. 26-cı maddə aşağıdakı redaksiyada verilsin: “Maddə 26. Ətraf mühitin mühafizəsi sahəsində sığorta 1. Təbii resurslardan istifadə zamanı ətraf mühitə və üçüncü şəxslərə zərərin vurulmasına görə təbii resurslardan istifadəçi olan hüquqi və fiziki şəxslər mülki məsuliyyətini könüllüqaydada sığorta edə bilərlər. 2. Daşınmaz əmlakın istismarı nəticəsində üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyə biləcək zərərlə bağlı daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilir.”; 3. 74-cü maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin: “Ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən vəzifəli şəxslərin bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortası “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilir.”; 4. 78-ci maddədə “qanunvericiliyinə uyğun” sözləri “Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda” sözləri ilə əvəz edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 4 aprel 2014-cü il № 932-IVQD