Law No. 291-IIQ ratifying the 1979 Convention on Long-Range Transboundary Air Pollution
صدر في 2002-04-09 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasinin Qanunu № 291-IIQ.
- اللغة
- Azerbaijani
- النوع
- قانون
- الدولة
- أذربيجان
- الموضوعات
- Air and atmosphere
- الكلمات المفتاحية
- air quality/air pollution, environmental standards, international agreement-text, transboundary effects, pollution control, ratification, standards, protection of environment
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
"Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında" Konvensiyaya qoşulmaq barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: I. Azərbaycan Respublikası "Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında" 1979-cu il noyabrın 13-də Cenevrə şəhərində imzalanmış Konvensiyaya qoşulsun. II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. Heydər ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 9 aprel 2002-ci il № 291-IIQ Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında KONVENSİYA Bu Konvensiyanın Tərəfləri, ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin və əməkdaşlığın inkişafına imkan yaratmaq qətiyyəti ilə, Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının bu cür əlaqələri və əməkdaşlığı möhkəmləndirmək üçün, o cümlədən havanın çirklənməsi ilə mübarizə sahəsində, hava çirkləndiricilərinin böyük məsafələrə keçməsi daxil olmaqla, fəaliyyətinin əhəmiyyətini dərk edərək, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktının müvafiq müddəalarının çoxtərəfli həyata keçirilməsində Avropa İqtisadi Komissiyasının əməyini təsdiq edərək, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktının havanın çirklənməsi və onun nəticələri ilə, hava çirkləndiricilərinin böyük məsafələrə keçməsi daxil olmaqla, mübarizə sahəsində əməkdaşlığa, eləcə də beynəlxalq əməkdaşlıq yolu ilə geniş monitorinq proqramının işlənib hazırlanmasına və kükürd 4-oksiddən başlayaraq, gələcəkdə digər hava çirkləndiricilərinin əhatə ediləcəyinin mümkünlüyünü nəzərdə tutmaqla, hava çirkləndiricilərinin böyük məsafələrə keçməsinin qiymətləndirilməsinə çağırış olan ətraf mühitə dair fəslinin müddəalarını nəzərə alaraq, Birləşmiş Millətlər Təşkilatı Konfransının Bəyannaməsinin insanı əhatə edən mühitin problemlərinə dair uyğun müddəalarını, xüsusilə Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq, dövlətlərin öz xüsusi ehtiyatlarını özlərinin ətraf mühit sahəsindəki siyasətlərinə uyğun olaraq işlətmələrinə suveren hüquqlarının olmasına və onların tabeliyi yaxud nəzarəti çərçivəsində fəaliyyətlərinin milli tabeliklərinin milli təsiri hüdudlarından kənar dövlətlərin və rayonların ətraf mühitinə ziyan yetirməməsini təmin etmək üçün məsuliyyət daşıdıqlarına ümumi inam ifadə edən 21-ci prinsipi nəzərə alaraq, havanın sərhədlərarası çirklənməsi də daxil olmaqla, havanın çirklənməsinin həm qısamüddətli, həm də uzunmüddətli mümkün mənfi nəticələrinin mövcudluğunu etiraf edərək, proqnoza uyğun olaraq, regionda hava çirkləndiriciləri tullantılarının səviyyəsinin gözlənilən artmasının bu cür mənfi nəticələri dərinləşdirəcəyi ilə əlaqədar narahatlıqlarını ifadə edərək, hava çirkləndiricilərinin sərhədlərarası böyük məsafələrə keçməsinin nəticələrinin öyrənilməsinin və aşkar edilmiş problemlərin həllinin axtarılmasının zəruriliyini etiraf edərək, uyğun milli tədbirləri işləyib hazırlamaq məqsədi ilə fəal beynəlxalq əməkdaşlığı möhkəmləndirməyə və məlumat mübadiləsi, məsləhətləşmələr, elmi-texniki tədqiqat fəaliyyəti və monitorinq vasitəsi ilə havanın sərhədlərarası böyük məsafələrdə çirklənməsi daxil olmaqla, havanın çirklənməsinə qarşı mübarizə ilə əlaqədar milli tədbirləri uyğunlaşdırmağa hazır olduqlarını təsdiq edərək, aşağıdakılar barədə razılığa gəldilər: Terminlərin izahı M a d d ə 1 Bu Konvensiyanın məqsədləri üçün: a) «havanın çirklənməsi» insanların sağlamlığı üçün təhlükə, canlı ehtiyatlara, ekosistemlərə və maddi dəyərlərə ziyan vurulması, eləcə də landşaftın dəyərinə zərər vurulması və ya ətraf mühitdən istifadənin digər qanuni növlərinə maneçilik etmək kimi zərərli nəticələrə gətirib çıxaran maddələri və ya enerjini insanın bilavasitə və dolayı yolla hava mühitinə daxil etməsi deməkdir, b) «havanın böyük məsafələrdə transsərhəd çirkləndirilməsi» havanın elə məsafədə çirkləndirilməsi deməkdir ki, bu zaman ayrı-ayrı tullantı mənbələrinin yaxud mənbə qruplarının payını təyin etmək qeyri-mümkündür və çirkləndirmənin fiziki mənbəyi bütünlüklə yaxud qismən bir dövlətin milli yurisdiksiyası altındakı ərazi hüdudlarındadır, mənfi təsiri isə digər dövlətin yurisdiksiyası altında olan ərazidə özünü göstərir. Əsas prinsiplər M a d d ə 2 Razılığa gələn Tərəflər uyğun dəlilləri və problemləri lazımi qaydada nəzərə alaraq, insanı və onu əhatə edən mühiti havanın çirklənməsindən mühafizə etmək qətiyyətlərini bildirirlər və sərhədlərarası böyük məsafələrdə havanın çirklənməsi daxil olmaqla, havanın çirklənməsini məhdudlaşdırmağa və çirklənməni mümkün olan qədər daim azaltmağa və onun qarşısını almağa cəhd edəcəklər. M a d d ə 3 Razılığa gələn Tərəflər bu Konvensiya çərçivəsində məlumat mübadiləsi, məsləhətləşmələr, elmi tədqiqat fəaliyyəti və monitorinq vasitəsi ilə, milli və beynəlxalq səviyyələrdə artıq göstərilməkdə olan səyləri nəzərə alaraq, mümkün qədər tez hava çirkləndiricilərinin atılması ilə mübarizə vasitəsi kimi siyasət və strategiyanı işləyib hazırlayacaqlar. M a d d ə 4 Razılığa gələn Tərəflər məlumat mübadiləsi edirlər və imkan daxilində, mənfi nəticə verə biləcək hava çirkləndiricilərinin atılmasına qarşı mübarizəyə yönəldilmiş öz siyasətini, elmi fəaliyyətini və texniki tədbirlərini nəzərdən keçirirlər, beləliklə, havanın sərhədlərarası böyük məsafədə çirklənməsi də daxil olmaqla havanın çirklənməsinin azaldılmasına imkan yaradırlar. M a d d ə 5 Uyğun tələblərə görə ilk mərhələdə bir tərəfdən havanın böyük məsafələrdə transsərhəd çirklənməsinin mənfi nəticələrinin faktiki olaraq təsir etdiyi yaxud bu cür nəticələrin ciddi təhlükəsinə məruz qalmış Razılığa gələn Tərəflər və digər tərəfdən, həyata keçirdikləri yaxud nəzərdə tutduqları fəaliyyətlə əlaqədar olaraq, hüdudları daxilində və tabelikləri altında, havanın sərhədlərarası böyük məsafələrdə çox ciddi çirklənməsinin baş verdiyi və baş verə biləcəyi Razılığa gələn Tərəflər arasında məsləhətləşmələr aparılır. Havanın keyfiyyətinin tənzimlənməsi M a d d ə 6 2—5-ci maddələri, aparılan tədqiqatları, məlumat mübadiləsini, monitorinqi və onların nəticələrini, o cümlədən yeni və yenidən qurulmuş müəssisələrlə əlaqədar, havanın çirklənməsi ilə mübarizə məqsədi ilə görülmüş yerli və qeyri tədbirlərin qiymətini və səmərəliliyini nəzərə alaraq, Razılığa gələn hər bir Tərəf ən yaxşı siyasəti və strategiyanı (havanın keyfiyyətinin tənzimlənməsi sistemləri daxil olmaqla) və onların tərkib hissəsi kimi tarazlaşdırılmış inkişafa uyğun gələn havanın çirklənməsi ilə mübarizə tədbirlərini (o cümlədən mövcud ən yaxşı və iqtisadi cəhətdən münasib olan texnologiyalardan və azitkili və itkisiz texnologiyalardan istifadə etmək yolu ilə) işləyib hazırlamağı öz öhdəsinə götürür. Tədqiqatlar və işlər M a d d ə 7 Razılığa gələn Tərəflər, öz tələbatlarından asılı olaraq, aşağıda göstərilən məsələlər üzrə tədqiqatların və/və ya işlərin aparılmasına və onların aparılmasında əməkdaşlıq etməyə başlayacaqlar: a) kükürd birləşmələrinin və digər əsas hava çirkləndiricilərinin atılmasının azaldılmasının mövcud olan və təqdim olunan texnologiyası (onların texniki-iqtisadi əsaslandırılması və ətraf mühit üçün nəticələri daxil olmaqla); b) atılmanın səviyyəsinə və atmosferdə hava çirkləndiricilərinin yığılmasına nəzarət edən və onları ölçən aparatlar və digər vasitələr; c) hava çirkləndiricilərinin sərhədlərarası böyük məsafələrə keçməsinin başa düşülməsini asanlaşdırmaq üçün təkmilləşdirilmiş modellər; d) ətraf mühiti mühafizə etmək məqsədi ilə miqdar/səmərə nisbətlərini müəyyən etmək üçün elmi əsasın yaradılmasını nəzərdə tutaraq, kükürd birləşmələrinin və digər əsas hava çirkləndiricilərinin insanların sağlamlığına və ətraf mühitə təsiri (kənd təsərrüfatı, meşə təsərrüfatı, materiallar, su ekosistemi və digər təbii ekosistemlər və görünmə dərəcəsi daxil olmaqla); e) ətraf mühitin mühafizəsi sahəsindəki məqsədlərə nail olmaq üçün alternativ tədbirlərin iqtisadi, ictimai və ekoloji cəhətdən qiymətləndirilməsi (havanın sərhədlərarası böyük məsafələrdə çirklənməsinin azaldılması daxil olmaqla); f) kükürd birləşmələri və digər əsas hava çirkləndiriciləri ilə çirklənmənin ekoloji aspektləri ilə əlaqədar kadrlara təlim verilməsi və onların hazırlanması proqramları. Məlumat mübadiləsi M a d d ə 8 Razılığa gələn Tərəflər özlərinin ümumi maraqlarını nəzərə alaraq, 10-cu maddədə haqqında danışılan icra orqanı çərçivəsində və ikitərəfli əsasda aşağıdakı məsələlər üzrə mövcud məlumatın mübadiləsini edirlər: a) kükürd 4-oksiddən başlayaraq, qeyd edilən hava çirkləndiriciləri sahələrindən razılaşdırılmış ölçüdə şəbəkə üzrə, razılaşdırılmalı olan müddətlər ərzində həyata keçirilən atılmaları haqqında məlumat və ya kükürd 4-oksiddən başlayaraq, qeyd edilən hava çirkləndiricilərinin razılaşdırılmalı olan müddətlər ərzində milli sərhəd kəsiklərindən axınları haqqında məlumat; b) milli siyasətdə və ümumi sənaye inkişafında havanın böyük məsafələrdə transsərhəd çirklənməsində ciddi dəyişikliklərə səbəb ola biləcək əsas dəyişikliklər, eləcə də onların potensial nəticələri; c) havanın böyük məsafələrdə çirkləndirilməsi ilə əlaqədar havanın çirklənməsinin azaldılması üçün texnika və texnologiya; d) kükürd birləşmələrinin və digər əsas hava çirkləndiricilərinin atılması ilə milli miqyasda mübarizə üçün nəzərdə tutulan xərclər; e) hava çirkləndiriciləri sərhəddən keçdikdə baş verən proseslərə dair meteoroloji və fiziki-kimyəvi məlumat; f) havanın böyük məsafələrdə transsərhəd çirkləndirilməsinin nəticələrinə aid fiziki kimyəvi və bioloji məlumat və həmin məlumata görə, havanın sərhədlərarası böyük məsafələrdə çirklənməsinin verə biləcəyi ziyanın dərəcəsi*; g) kükürd birləşmələrinin və digər əsas hava çirkləndiricilərinin atılması ilə mübarizə sahəsində milli, subregional və regional siyasət və strategiya. Avropada hava çirkləndiricilərinin böyük məsafələrə yayılmasına nəzarət edilməsinin və yayılmanın qiymətləndirilməsinin birgə proqramının həyata keçirilməsi və proqramın sonrakı inkişafı M a d d ə 9 Razılığa gələn Tərəflər mövcud «Avropada hava çirkləndiricilərinin böyük məsafələrə yayılmasına nəzarət edilməsinin və yayılmanın qiymətləndirilməsinin birgə proqramının (aşağıda EMEP adlandırılır) həyata keçirilməsinin zəruriliyinə böyük əhəmiyyət verirlər və həmin proqramın sonrakı inkişafına gəldikdə, aşağıdakıları qeyd etmək razılığına gəlirlər: a) Razılığa gələn Tərəflərin birinci mərhələdə kükürd 4-oksidin və törəmələrinin monitorinqinə əsaslanan EMEP-ə qoşulmasının və EMEP-in tam həyata keçirilməsinin lazımlığı; b) mümkün olduqda, monitorinq üçün müqayisə edilə bilən və standartlaşdırılmış üsullardan istifadə edilməsinin zəruriliyi; http://www.e-qanun.az/alpidata/framework/data/1/f 1590.htm#b1 c) monitorinq proqramının həm milli, həm də beynəlxalq proqramlar sisteminə əsaslanmasının lazımlığı. Monitorinq stansiyalarının yaradılması və məlumatın toplanması həmin stansiyaların yerləşdiyi ölkələrin milli tabeliyi altında həyata keçirilir; d) mövcud olan və gələcək milli, subregional, regional və digər beynəlxalq proqramlar əsasında və onları nəzərə almaqla, ətraf mühitin monitorinqinin birgə proqramı mexanizminin işlənib hazırlanmasının lazımlığı; e) kükürd 4-oksiddən başlayaraq, qeyd edilən hava çirkləndiricilərinin sahələrdən razılaşdırılmış ölçüdə şəbəkə üzrə, razılaşdırılmalı olan müddətlər ərzində həyata keçirilən atılması haqqında və ya kükürd 4-oksiddən başlayaraq, qeyd edilən hava çirkləndiricilərinin razılaşdırılmalı olan müddətlər ərzində milli sərhəd kəsiklərindən axınları haqqında məlumat mübadiləsinin zəruriliyi. Axınları müəyyən etmək üçün model daxil olmaqla metod, eləcə də sahələrdən razılaşdırılmış ölçülərdə atılmalar əsasında hava çirkləndiricilərinin keçməsini müəyyən etmək üçün model daxil olmaqla metod xəbər verilir və metodlar və modellər təkmilləşdirilmək məqsədi ilə vaxtaşırı yenidən yoxlanılır; f) kükürd 4-oksiddən başlayaraq, razılaşdırılmış hava çirkləndiricilərinin ümumi atılması haqqında milli məlumatın mübadiləsini davam etdirməyə hazır olmağın və bu məlumatı vaxtaşırı yerləşdirməyin zəruriliyi; g) hava çirkləndiricilərinin keçməsi zamanı baş verən proseslərə aid meteoroloji və fiziki-kimyəvi məlumatın verilməsinin zəruriliyi; h) su, torpaq və bitki kimi digər mühitlərdəki kimyəvi komponentlər monitorinqinin, eləcə də insanların sağlamlığına və ətraf mühitə təsiri qeydə almaq üçün analoji monitorinq proqramının zəruriliyi; i) nəzarət və yoxlama məqsədi ilə işləyə bilmələri üçün milli EMEP şəbəkələrinin genişləndirilməsinin zəruriliyi. İcra orqanı M a d d ə 1 0 1. Razılığa gələn Tərəflərin nümayəndələri ətraf mühit problemləri üzrə AİK ölkələri hökumətlərinin Baş müşavirləri çərçivəsində bu Konvensiyanın İcra orqanını yaradır və həmin səviyyədə ildə bir dəfədən az olmayaraq müşavirə keçirirlər. 2. İcra orqanı: a) Bu Konvensiyanın yerinə yetirilməsinə nəzarət edir; b) lazımi hallarda, bu Konvensiyanın yerinə yetirilməsi və inkişafı ilə əlaqədar məsələlərə baxmaq üçün və həmin məqsədlə uyğun tədqiqatları və digər sənədləri hazırlayan və tövsiyələri baxılmaq üçün icra orqanına təqdim edən işçi qrupları yaradır; c) Bu Konvensiyanın müddəalarına uyğun olaraq, tələb oluna bilən bu cür digər funksiyaları yerinə yetirir. 3. İcra orqanı EMEP-in rəhbər orqanından həmin Konvensiyanın yerinə yetirilməsi mexanizminin ayrılmaz hissəsi kimi, o cümlədən məlumatın toplanmasına və elmi əməkdaşlığa aid məsələlərdə istifadə edir. 4. İcra orqanı öz funksiyalarını yerinə yetirərkən, məqsədəuyğun hesab etdiyi hallarda, digər uyğun beynəlxalq təşkilatlardan alınan məlumatdan da istifadə edir. Katiblik M a d d ə 1 1 Avropa İqtisadi Komissiyasının İcraçı katibi İcra orqanı üçün aşağıdakı katiblik funksiyalarını yerinə yetirir: a) İcra orqanı müşavirələrinin çağırılması və hazırlanması; b) həmin Konvensiyanın müddəalarına uyğun olaraq alınmış məruzələrin və digər məlumatın Razılığa gələn Tərəflərə göndərilməsi; c) İcra orqanının müəyyən etdiyi funksiyaların yerinə yetirilməsi. Konvensiyaya düzəlişlər M a d d ə 1 2 1. Razılığa gələn istənilən Tərəf həmin Konvensiyaya düzəliş təklif edə bilər. 2. Təklif olunan düzəlişlərin mətnləri yazılı şəkildə Avropa İqtisadi Komissiyasının İcraçı katibinə təqdim olunur, o da bu təklifləri Razılığa gələn bütün Tərəflərə göndərir. İcra orqanı təklif olunan düzəlişləri özünün sonrakı illik müşavirəsində o şərtlə müzakirə edir ki, bu cür düzəlişlər Avropa İqtisadi Komissiyasının İcraçı katibi tərəfindən Razılığa gələn Tərəflərə müşavirəyə ən azı doxsan gün qalmış göndərilmiş olsun. 3. Bu Konvensiyaya düzəliş Razılığa gələn Tərəflərin Nümayəndələrinin konsensusu əsasında qəbul edilir və onu qəbul etmiş Razılığa gələn Tərəflər üçün, Razılığa gələn Tərəflərin üçdə ikisi qəbul etmə haqqında öz sənədlərini saxlanılmaq üçün depozitariyə verdikləri gündən sonra doxsanıncı gün qüvvəyə minir. Sonralar bu düzəliş Razılığa gələn istənilən digər Tərəf üçün, bu Razılığa gələn Tərəf həmin düzəlişi qəbul etməsi haqqında öz sənədini saxlanılmaq üçün verəndən sonra doxsanıncı gün qüvvəyə minir. Mübahisələrin nizama salınması M a d d ə 1 3 Bu Konvensiyanın Razılığa gələn iki və ya bir neçə Tərəfi arasında Konvensiyanın şərh olunması yaxud onun tətbiq edilməsi barədə mübahisə baş verdikdə, onlar mübahisənin danışıqlar yolu ilə və ya mübahisədə iştirak edən Tərəflər üçün münasib hər hansı digər nizamlama metodu ilə həllini axtarırlar. İmzalama M a d d ə 1 4 1. Bu Konvensiya yüksək səviyyədə ətraf mühitin mühafizəsinə dair Avropa İqtisadi Komissiyası çərçivəsində Avropa İqtisadi Komissiyasının üzvləri olan dövlətlər, eləcə də İqtisadi və İctimai Şuranın 1947-ci il 28 mart tarixli 36(IV) nömrəli Qətnaməsinin 8-ci bəndinə uyğun olaraq, Avropa İqtisadi Komissiyası yanında məsləhətçi statusu olan dövlətlər və Avropa İqtisadi Komissiyasının üzvü olan suveren dövlətlərin yaratdıqları və danışıqlar aparmaq, bu Konvensiyanın əhatə etdiyi məsələlər üzrə beynəlxalq sazişlər bağlamaq və onları tətbiq etməklə əlaqədar səlahiyyətli regional iqtisadi inteqrasiya təşkilatları tərəfindən müşavirənin keçirilməsi ilə əlaqədar olaraq, 1979-cu il noyabrın 13-dən 16-na kimi imzalanmaq üçün açıqdır. 2. Bu cür regional iqtisadi inteqrasiya təşkilatları səlahiyyətləri daxilindəki məsələlərdə öz adlarından, bu Konvensiyanın onların üzv olan dövlətləri üçün təyin etdiyi hüquqlardan istifadə edir və vəzifələri yerinə yetirirlər. Belə hallarda, həmin təşkilatların üzvü olan dövlətlər bu hüquqlardan fərdi qaydada istifadə etmirlər. Ratifikasiya etmə, qəbul etmə, təsdiq etmə və qoşulma M a d d ə 1 5 1. Bu Konvensiya ratifikasiya edilməli, qəbul olunmalı və ya təsdiq edilməlidir. 2. Bu Konvensiya 1979-cu il noyabrın 17-dən 14-cü maddənin 1-ci bəndində qeyd olunan dövlətlərin və təşkilatların qoşulması üçün açıqdır. 3. Ratifikasiya etmə, qəbul etmə, təsdiq etmə və ya qoşulma haqqında sənədlər saxlanılmaq üçün depozitari funksiyasını yerinə yetirən Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir. Qüvvəyə minmə M a d d ə 1 6 1. Bu Konvensiya ratifikasiya etmə, qəbul etmə, təsdiq etmə və ya qoşulma haqqında iyirmi dördüncü sənəd saxlanılmaq üçün təhvil veriləndən sonra doxsanıncı gün qüvvəyə minir. 2. Ratifikasiya etmə, qəbul etmə, təsdiq etmə və ya qoşulma haqqında iyirmi dördüncü sənəd saxlanılmaq üçün təhvil veriləndən sonra həmin Konvensiyanı ratifikasiya edən, qəbul edən və ya təsdiq edən Razılığa gələn hər bir Tərəf üçün Konvensiya, Razılığa gələn həmin Tərəf özünün ratifikasiya etmə, qəbul etmə, təsdiq etmə və ya qoşulma haqqında sənədini saxlanılmaq üçün təhvil verəndən sonra doxsanıncı gün qüvvəyə minir. Konvensiyadan çıxma M a d d ə 1 7 Razılığa gələn bu və ya digər Tərəf üçün həmin Konvensiya qüvvəyə minən gündən beş il keçəndən sonra istənilən vaxt Razılığa gələn həmin Tərəf depozitariyə yazılı bildiriş göndərmək yolu ilə Konvensiyadan çıxa bilər. Konvensiyadan hər belə çıxma depozitarinin bildiriş aldığı tarixdən sonrakı 90-cı gün qüvvəyə minir. Autentik mətnlər M a d d ə 1 8 İngilis, rus və fransız mətnləri eyni dərəcə də autentik olan bu Konvensiyanın əsli saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir. Bunu təsdiq edərək, lazımi qaydada səlahiyyət verilmiş aşağıda imza edənlər həmin Konvensiyanı imzaladılar. Cenevrədə, min doqquz yüz yetmiş doqquzuncu il noyabrın on üçündə imzalanıb. * Bu Konvensiyada dövlətlərin vurduğu ziyana görə daşıdığı məsuliyyət haqqında müddəalar yoxdur. http://www.e-qanun.az/alpidata/framework/data/1/f 1590.htm#t1