Law № 592-VQD amending the Law No. 485-IG on hydrometeorological activity
صدر في 2017-04-14 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- Hidrometeorologiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasinin Qanunu № 592-VQD.
- اللغة
- Azerbaijani
- النوع
- قانون
- الدولة
- أذربيجان
- الموضوعات
- Air and atmosphere, Environment
- الكلمات المفتاحية
- certification, institution, governance
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
“Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 21-ci bəndini rəhbər tutaraq, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır: “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 482; 2007, № 10, maddə 938; 2017, № 1, maddə 15) aşağıdakı dəyişikliklər edilsin: 1. 8-ci maddənin doqquzuncu abzasına “hazırlanmasını” sözündən sonra “həyata keçirmək” sözləri əlavə edilsin və həmin abzasda “sertifikatlaşdırılmasını həyata keçirmək” sözləri “sertifikatlaşdırılmasını təşkil etmək” sözləri ilə əvəz edilsin. 2. 13-cü maddənin ikinci abzasında “müvafiq icra hakimiyyəti orqanları” sözləri “müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar” sözləri ilə əvəz edilsin və həmin abzasa aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Bu uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.”. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 14 aprel 2017-ci il № 592-VQD http://e-qanun.az/framework/3290