Law № 541-VQD amending the Law No. 176-VQ on licences and permits
صدر في 2017-03-10 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu № 541-VQD.
- اللغة
- Azerbaijani
- النوع
- قانون
- الدولة
- أذربيجان
- الموضوعات
- Livestock, Food and nutrition, Cultivated plants, Wild species and ecosystems
- الكلمات المفتاحية
- certification, authorization/permit
- الفئات
- agriculture
أين تقرؤه
لا يوجد رابط مصدر مسجل لهذا القانون.
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır: Maddə 1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632, № 12, maddələr 2017, 2036) aşağıdakı dəyişikliklər edilsin: 1.1. 8.1.5-ci, 19.12.4-cü, 22.4-cü, 22.5-ci və 26.1.2-ci maddələrdə “icazənin” sözü “lisenziyanın (icazənin)” sözləri ilə, 22.4-cü və 22.5-ci maddələrdə “İcazənin” sözü “Lisenziyanın (icazənin)” sözləri ilə əvəz edilsin; 1.2. aşağıdakı məzmunda 19.8-1-ci maddə əlavə edilsin: “19.8-1. Bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə lisenziyanın verildiyi tarixdən 30 gün müddətində lisenziya sahibi ilə lisenziya verən orqan arasında lisenziya müqaviləsi bağlanılmalıdır. Lisenziya müqaviləsi bağlanılmadıqda, bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə verilmiş lisenziya hüquqi nəticələr yaratmır. Lisenziya müqaviləsinin formasını və bağlanılma qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”; 1.3. aşağıdakı məzmunda 19.12-1-ci maddə əlavə edilsin: “19.12-1. Bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə verilmiş lisenziyada lisenziyanın verilməsindən sonra bu Qanunun 19.8-1-ci maddəsində nəzərdə tutulan lisenziya müqaviləsi bağlanılmadığı halda, verilmiş lisenziyanın hüquqi nəticələr yaratmayacağı barədə qeyd olmalıdır.”; 1.4. 22.1-ci maddənin birinci cümləsində “Lisenziyalar” sözündən sonra “(bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə verilən lisenziyalar istisna olmaqla)” sözləri, üçüncü cümləsində “bitmiş” sözündən sonra “lisenziya və” sözləri əlavə edilsin; 1.5. aşağıdakı məzmunda 22.1-1-ci maddə əlavə edilsin: “22.1-1. Bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə lisenziya 10 il müddətinə verilir.”; 1.6. həmin Qanunun 1 nömrəli əlavəsinin 6.3-cü maddəsi ləğv edilsin; 1.7. həmin Qanunun 2 nömrəli əlavəsinə aşağıdakı məzmunda 4-1-ci maddə əlavə edilsin: 4-1. sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) Maddə 2. Bu Qanun qüvvəyə mindiyi günədək sellülar (mobil) rabitə xidmətlərinin həyata keçirilməsi üçün verilmiş və qüvvədə olan lisenziyalara münasibətdə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulan tədbirlərin görülməsi üçün həmin Qanunun 19.12-1-ci və 26.1.9-cu maddələri əsasdır. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 10 mart 2017-ci il № 541-VQD